Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

35
 
nail  olmalı  və  ticarət,  valyuta-maliyyə,  texniki,  texnoloji  və  s.  sahələrdə  zəiflikləri 
aradan qaldırmaqla dünya təsərrüfatının əlavəsi statusundan xilas olmalıdır.
35
 
Xarici  iqtisadi  strategiyaların  öyrənilməsində  dünya  təcrübəsi  göstərdi  ki, 
xarici  determinasiya  gücündə  olan  və  iqtisadiyyatı  yüksək  inkişaf  tempinə  malik 
dünya  ölkələrinin  mühüm  hissəsi  üçün  tənzimləmə  vasitə  və  metodlarının 
“kompleks”  istifadəsi  xarakterikdir.  Bu  ölkələrin  çoxunda  fəaliyyətlər  kompleksi 
standartdır.  Təfərrüatı  ilə  nəzərdən  keçirsək  fərq,  yerinə  yetirmənin  keyfiyyət  və 
tempində, xərclərin həcmində, islahatları həyata keçirmə vasitəçiliyində, islahatların 
müvəffəqiyyət dərəcəsində, iqtisadiyyatın bu və ya digər bölməsini əhatə etməsində 
özünü büruzə verir. Onların əksəriyyəti makroiqtisadi sabitliyə nail olmaq məqsədilə 
vergi  rüsumlarının  artırılmasına  və  eləcə  də  dövlət  xərclərinin  birdən  azaldılmasına 
yönəlmiş islahatlar həyata keçirirlər. Bundan başqa özəlləşdirmədən əldə edilən gəlir 
büdcə  kəsirini  azaltmağa  və  müsbət  saldonu  təmin  etməyə  imkan  verir.  Təbii  ki, 
bütün  bunlar  qiymət  artımının  qarşısının  alınmasını  təmin  etdi  və  müəyyən 
makroiqtisadi sabitliyə nail olundu, struktur və institusional mühitdə islahatlara səbəb 
oldu. Məqsəd nizamlayıcı və tənzimləyici funksiyaları gücləndirməklə eyni zamanda, 
birbaşa dövlət müdaxiləsinin məhdudlaşdırılmasıdır.
36
  
 
 
1.3. Dövlətin xarici iqtisadi siyasət strategiyası 
ilə bağlı nəzəri yanaşmalar 
qtisad  elmində  xarici  iqtisadi  əlaqələrin  təhlilinə  iqtisadi  təlimlərin  müxtəlif 
istiqamətlərini  təmsil  edən  nümayəndələr  diqqət  yetirmişlər.  Buraya  neoklassikləri, 
neokeynsçiləri və institualizm nümayəndələrini və s. aid etmək olar.  
Merkantilizm – XV-XVII əsrlərin iqtisadçılarının baxış sistemidir, dövlətlərin 
aktiv  formada  iqtisadi  fəaliyyətə  müdaxiləsinə  istiqamətlənmişdir.  Bu  istiqamətin 
nümayəndələri  arasında  Tomas  Men,  Antuan  De  Monkretyen,  Uilyam  Stafford  var. 
stiqamətin əsas mövqeləri aşağıdakılardır:  
                                                            
35
 Дергачев  В.  А.,  «Глобальная  геоэкономика»  (Трансформация  мирового  экономического  пространства), 
научная
 монография, Одесса: ИПРЭЭИ НАНУ, 2003, с. 238 
36
 Кретова Наталья Викторовна, «Концепция моделей экспортной ориентации и импортозамещения во внешней 
торговле
  стран  с  реформируемой  экономикой»,  диссертация  на  соискание  ученой  степени  кандидата 
экономических
 наук, Иркутск, 1999 


36
 
• 
Dövlətin  aktiv  ticarət  balansının  mütləq  qorunub  saxlanılması  (ixracın 
idxal üzərində üstünlüyü); 
• 
Dövlətin  rifah  halının  yüksəldilməsi  məqsədilə  ölkəyə  qızıl  və  digər 
qiymətli metalların cəlb edilməsi; 
• 
Pul  –  ticarətin  stimuludur,  pul  kütləsinin  artması  əmtəə  kütləsinin 
həcminin də artmasına səbəb olduğu düşünülür;  
• 
Xammalın və yarımfabrikatların idxalına, hazır məhsulların isə ixracına 
yönəldilmiş proteksionizm xoş qarşılanır; 
• 
Lüks  malların  ixracının  məhdudlaşdırılması,  belə  ki  bu  cür  malların 
ixracı qızılın ölkədən xaricə axmasına səbəb olur.
37
 
Xarici iqtisadi münasibətləri ilk olaraq siyasi iqtisad elminin klassikləri sayılan 
A. Smit və D. Rikardo təhlil etmişlər. Onlar özlərinin sələfləri olan merkantilistləri, 
beynəlxalq  ticarətdə  dövlətlərin  zənginləşmə  mənbəyinin  əmtəələrin  qeyri-bərabər 
mübadiləsi olduğu ilə bağlı fikirlərindən və o cümlədən, beynəlxalq əmək bölgüsünə 
ölkə  daxili  əmək  bölgüsünün  təbii  inkişafı  kimi  baxdıqlarından  dolayı  tənqid 
edirdilər.  A.  Smit  ölkələr  arasında  əmək  bölgüsünün  xarici  ticari  mübadilənin 
obyektiv  əsası  olduğunu  hesab  edirdi.  O,  milli  iqtisadiyyatın  ixtisaslaşdırılması 
prinsipini  işləyib  hazırlamış  və  bunun  əsasında  istehsal  olunmuş  əmtəələrin 
mübadiləsinin  milli  iqtisadiyyatda  ümumi  əmtəə  istehsalının  artmasına  təkan 
verdiyini bildirmişdir. A. Smit əməyin ixtisaslaşdırılmasını millətin zənginləşməsinin 
ə
sası  hesab  edir.  Dövlətlər  ixtisaslaşma  nəticəsində  əlavə  əldə  olunan  əmtəələri 
mübadilə  edir  və  hər  bir  digər  ölkələrdəki  istehlakçıların  sayının  artması  sayəsində 
bundan gəlir əldə edirlər.  
A. Smitin ixtisaslaşmanın faydaları (mütləq xərclər) konsepsiyasını D. Rikardo 
müqaisəli xərclər konsepsiyası ilə inkişaf etdirmişdi. O, ölkələrin həyata keçirdikləri 
beynəlxalq ticarətə əməyin səmərəliliyi nəzər nöqtəsindən yanaşırdı. Hesab edirdi ki, 
ölkələr  hər-hansı  əmtəənin  istehsalında  mütləq  üstünlüyə  malik  deyillər  və  xarici 
                                                            
37
 Николаев  Артем  Георгиевич,  «Современные  тенденции  экономического  сотрудничества  стран  Азиатско-
тихоокеанского
  региона»,  диссертация  на  соискание  ученой  степени  кандидата  экономических  наук,  Москва, 
1999 
 


37
 
ticarətin  səmərəliliyi  hər  bir  ölkədəki  istehsal  xərclərinin  müqaisəsi  nəticəsində 
müəyyən olunur. Rikardo göstərdi ki, əgər iki ölkədən biri müəyyən əmtəələri digər 
ölkədən  daha  ucuz  (iş  vaxtı  və  ya  digər  resurslar  nəzərə  alınmaqla)  istehsal  edirsə, 
artıq iki ölkə arasında xarici ticarətdən xeyir əldə edəcək olanı məlumdur. Müqaisəli 
üstünlüklər  konsepsiyası  ona  əsaslanır  ki,  iki  öklə  arasında  müxtəlif  əmtəələrin 
istehsalında nisbi səmərəliliklə bağlı fərqlər mövcud olduqca, hətta məhdud istehsal 
imkanlarına  malik  olan  ölkə  belə  müəyyən  əmtəələrin  istehsalı  zamanı  müqaisəli 
üstünlük əldə edə biləcəkdir. Eyni zamanda yüksək istehsal iqtisadiyyatına malik olan 
ölkələr  isə  müqaisəli  üstünlüyə  malik  olduqları  həmin  istehsal  sahələrini 
ixtisaslaşdırmalıdırlar.  Müqaisəli  üstünlüyə  malik  olmadıqları  istehsal  sahələrinə 
məxsus  əmtəələri isə  xarici bazardan idxal  etməlidirlər.  Rikardo  milli iqtisadiyyatın 
beynəlxalq  əmək  bölgüsü  sistemində  iştirakı  modelini  işləyib  hazırlamışdır.  Dünya 
ticarətində  iştirak  edən  hər  bir  ölkə,  mütləq  xərcləri  digər  ölkələrdəkindən  yüksək 
olan, ancaq nisbi xərcləri isə aşağı olan əmtəə istehsalında ixtisaslaşmalıdır.
38
   
Dövlətlər  arasında  əmək  bölgüsünə  əsaslanmış  xarici  iqtisadi  münasibətlərin 
faydalılığını və labüdlüyünü klassiklər təbii resurs faktorları ilə əsaslandırmışlar. Son 
neoklassik  variantlarda  müqaisəli  xərclər  nəzəriyyəsi  və  beynəlxalq  əmək  bölgüsü 
modeli,  istehsal  faktorlarının  differensiasiyası  hesabı  ilə  işlənib  hazırlanmışdır. 
stehsal  faktorlarının  ölkə  daxilində  qeyri-bərabər  bölgüsü,  bu  ölkələrdə  mütləq  və 
müqaisəli  istehsal  xərclərinin  qeyri-bərabərliyinə  səbəb  olur.  Beynəlxalq  əmək 
bölgüsü  sisteminə  daxil  olan  ölkələrin  müqaisəli  istehsal  xərclərindəki  fərqlər  çox 
olduqca,  beynəlxalq  mübadilədə  iştirakdan  bir  o  qədər  çox  fayda  əldə  edəcəklər. 
Müqaisəli xərclər modeli onu göstərir ki, beynəlxalq ticarət hər bir iştirakçı ölkə üçün 
gəlirli sayıla bilər.
39
   
Mütləq və nisbi xərclər konsepsiyası daha sonralar inkişaf etdirilərək müqaisəli 
üstünlüklər  prinsipinə  çevrilmişdir.  Prinsip  aşağıda  qeyd  olunanlardan  ibarətdir: 
istehsal olunmuş əmtəələrin müştərək mübadiləsi, hər bir əmtəə xərcləri (alternativ) 
daha  aşağı  olan  ölkələr  tərəfindən  istehsal  olunduqda  daha  çox  olacaq.  Tədqiqatın 
                                                            
38
 А. Смит, «Исследование о природе и причинах богатства народов», Соцэкгиз, Москва, 1962 
39
 Дж. Б. Кларк, «Распределение богатства», Москва, 1992 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə