Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   2   3   4   5   6   7   8   9   ...   53

17
 
siyasət  anlayışını  açmış  olarıq.  Xarici  iqtisadi  siyasəti  ümumi  iqtisadi  siyasətdən 
ayrımaq  mümkün  olmadığına  görə,  ümumi  iqtisadi  siyasət  ilə  tutarlı  olması  və  ona 
uyğun  olması  təbiidir.  Dolayısıyla  xarici  iqtisadi  siyasətin  ümumi  iqtisadi  siyasətlə 
tutarsızlıq göstərməyəcək formada və ona uyğun biçimdə tənzimlənməsi məcburidir.  
qtisadi  məsələlər  ölkələrin  xarici  siyasət  prioritetləri  arasında  önəmli  yer 
tutmaqdadır.  Bu  tendensiya  hər  bir  ölkənin  iqtisadi  potensialının  artması  və  dünya 
siyasətində  nisbi  çəkisi  ilə  şərtlənir.  stehsal  faktorlarının  beynəlxalq  mobilliyi 
sayəsində bir ölkənin iqtisadi siyasəti digər ölkələrin təsir effektlərinə məruz qalır. Bu 
effektləri  nəzərə  alaraq  dövlətlər  tez-tez  iqtisadi  siyasətlərini  koordinasiya  etməyə 
cəhd göstərirlər. 
qtisadi  siyasətin  beynəlxalq  koordinasiyasını  amerika  araşdırmacısı  Robert 
Karbau  daha  dəqiq  müəyyən  etmişdir.  O  qeyd  etmişdir  ki,  “iqtisadi  siyasətin 
beynəlxalq  koordinasiyası  müxtəlif  ölkələrin  öz  strategiyalarının  (monetar  siyasət, 
fiskal  siyasət,  valyuta  dəyişmə  kursu)  formasını  əhəmiyyətli  ölçüdə  dəyişdirmək 
cəhdidir. Bu bir baxımdan beynəlxalq qarşılıqlı asılılıqla razılaşmadır. Strategiyaların 
koordinasiyası ölkələrin öz xarici maraqlarına milli maraqları ilə müqaisədə üstünlük 
verməsi demək deyildir. Beləki, bir ölkənin siyasəti çalarlı ola bilər və digər ölkələrin 
məqsədlərinə təsir gösdərə bilər. Ölkələr öz aralarındakı əlaqələri yoluna qoymalı, öz 
strategiyalarını  qarşılıqlı  əlaqələr  hesabına  koordinasiya  etməyə  çalışmalıdırlar. 
Olabilər ki, onlar müstəqil hərəkət etsələr rifah vəziyyətləri daha yaxşı olsun”.
7
 
Bununla  birgə,  iqtisadi  siyasətin  koordinasiyası  ilə  bağlı  müəyyən  obyektiv 
maneələr yarana bilər. Hətta ölkələrin milli iqtisadi maraqları bir-birinə uyğun gəldiyi 
şə
raitdə  belə  bu  o  demək  deyildir  ki,  ölkələr  əlqələndirilmiş  tədbirlər  işləyib 
hazırlayacaq  və  tətbiq  edəcəklər.  qtisadi  siyasətin  beynəlxalq  koordinasiyası 
aşağıdakı faktorlardan dolayı dayandırıla bilər: 
• 
qtisadi siyasi məqsədlərdə fikir ayrılığı; 
• 
Milli müəssisə və təşkilatların fəaliyyət və funksiyalarında fərqlər; 
• 
Ayrı-ayrı ölkələrin siyasi məqsəd və mövqelərində fərqlər; 
• 
Fərqli ölkələrin iqtisadi dövri fazalarında fərqlər.  
                                                            
7
 «Международные отношения и международная политика», статья / http://banauka.ru/2634.html 


18
 
Ölkələrin  müasir  xarici  iqtisadi  siyasətlərinin  əsasında  –  beynəlxalq  əmək 
bölgüsü iştirakçılarının milli iqtisadi struktura (sahələr üzrə, texnoloji, təşkilati və s.) 
çətin  uyğunlaşması,  lakin  dünya  təsərrüfat  strukturuna  təbiətcə  daha  dinamik 
uyğunlaşması prosesi dayanır.
8
 
Xarici  iqtisadi  siyasətin  həyata  keçirilmə  mexanizmi  iki  əsas  komponentdən 
ibarətdir: 
• 
Xarici  iqtisadi  siyasəti  işləyib  hazırlayan  və  xarici  iqtisadi  əlaqələrin 
formalaşmasına təsir göstərən dövlət icra orqanları sistemi. 
• 
Bu cür təsirin məcmu alətləri.
9
 
Xarici  iqtisadi  əlaqələrin  inkişafında  iştirak  edən  dövlət  orqanlarının  müasir 
sisteminin xüsusiyyəti ondan ibarətdir ki, onlar öz növbəsində qarşılıqlı əlaqədə olan, 
lakin müxtəlif funksiyalar daşıyan iki alt sistemə ayrılırlar – milli və hökumətlərarası 
institutlara.  
Milli institutların fəaliyyəti bir qayda olaraq xarici malların daxili bazara daxil 
olmasını  məhdudlaşdırmağa  və  ölkə  mallarının  ixracına  yardım  etməyə  və  eləcə  də 
ölkəyə  əmtəə,  xarici  kapital,  işçi  qüvvəsinin  və  digər  istehsal  faktorlarının  idxalına 
nəzarət etməyə istiqamətlənmişdir. 
Hökumətlərarası  təşkilatların  fəaliyyəti  beynəlxalq  əmtəə,  kapital  və  işçi 
qüvvəsi hərəkətlərinin tənzimlənməsinə istiqamətlənmişdir.
 
Dünya  iqtisadi  subyektlərinin  qarşılıqlı  bağlılığı  –  iqtisadi  siyasətin 
koordinasiyasının  ilkin  şərtidir.  Təsərrüfatçılıq  həyatının  beynəlmiləlləşdirilməsi 
dünya  səviyyəsində  milli  təkrar  istehsal  proseslərinin  qarşılıqlı  asılılığına  gətirib 
çıxarır.  stehsal və mübadilənin beynəlmiləlləşdirilməsi şəraitində milli gəlirin artımı 
bir  tərəfdən  əmtəə  və  xidmətlərin  idxalının  artmasına  səbəb  olur.  Bir  tərəfdən 
mənfəət  və  idxalın  artması,  digər  tərəfdən  isə  mənfəətə  müvafiq  olması  üçüncü 
ölkələrdən idxala səbəb olur. Bu isə öz növbəsində üçüncü ölkələrdə məcmu təklifin 
artmasına  gətirib  çıxarır.  Bu  isə  bir  tərəfdən  təklifin  ilkin  genişlənməsinə  əlavə 
reaksiya sayılır. Belə effekt iqtisadi siyasətdə nəzərə alınır.  nkişaf etmiş ölkə öz pul 
                                                            
8
 «Сущность и виды международной торговой политики», статья /  
  http://literus.narod.ru/Bussines/MirEcon/2-g1-3-1.htm 
9
 «Типы внешнеторговой политики государств», статья / http://banauka.ru/522.html 


19
 
siyasətində  daxili  istehsalı  və  idxalı  stimullaşdırır.  Bu  isə  digər  ölkələrdə  ixracın 
artmasına  səbəb  olur.  Nəticədə  dünyada  istehsalın  və  məşğulluğun  genişlənməsinə 
gətirib  çıxarır  (“lokomotiv  nəzəriyyəsi”).  Bununla  belə  iqtisadi  canlanma  dərəcəsi 
həmin ölkənin yalnız idxal payından asılı deyil, eyni zamanda sonrakı mənfəət artımı 
üçün onun ixracındanda asılıdır. 
Qarşılıqlı  asılılıq  milli  iqtisadiyyatlar  üçün  az  problemlər  yaratmır.  Ölkə 
istehsalının  ixrac  yönümlü  olması  ölkəni  dünya  qiymətlərindəki  dəyişikliklərdən, 
dünya  tələbindəki  tərədüdlərdən  və  dünya  bazarındakı  rəqabətdən  asılı  vəziyyətə 
salır.  Belə  asılılıq  xüsusilə  dar  ixtisaslaşmış  iqtisadiyyatı  olan  kiçik  ölkələr  üçün 
təhlükəlidir.  dxal  asılılığı  da  az  mənfi  nəticələr  doğurmur.  Dünya  qiymətlərindəki 
artım  və  ixracatçı ölkələrdə  ixrac  tədarükünün  məhdudlaşdırılması  idxalçı ölkələrdə 
arzu edilməyən nəticələr doğurur.  
Bu  planda  iqtisadi  inkişaf  səviyyəsi  üzrə  ölkələrin  diferensasiyası  və  onların 
dünya  iqtisadiyyatındakı  rolu  daha  çox  əhəmityyət  kəsb  edir.  Müasir  dünya 
iqtisadiyyatının  qurulması  əsas  ölkələr  və  ölkə  qrupları  üçün  birtərəfli  müstəsna 
hüquqlar  verir.  Bununla  belə  dünya  iqtisadiyyatının  zəif  subyektləri  öz  maraqlarını 
təmin edə bilmirlər.
10
  
Dünya təsərrüfatına sistem halında baxıldığı zaman, bu sistemin hərəkətverici 
qüvvələri  olan  beynəlxalq  əmək  bölgüsü  və  ayrı-ayrı  ölkələr  arasında  iqtisadi 
münasibətlərin  qarşılıqlı  faydalılığı  eyni  zamanda  nəzərə  alınmalıdır.  qtisadi 
münasibətlərə  ümümdünya  miqyası  verən  ümumilik  anlayışı  bütün  ölkələrin  dərin 
iqtisadi  maraqlarının  və  qarşılıqlı  iqtisadi  əlaqələrdə  obyektiv  tələbatların  bir-
birlərinə  uyğun  gəlməsi  ilə  əsaslandırılır.  Bu  cür  uyğunluq  heç  bir  halda  onların 
eyniliyini  ifadə  etmir.  Bu  onların  ortaq  maraqlarından  dolayı  münasibətlərində  eyni 
iqtisadi siyasi təbiətin olmasıdır.
11
 
nkişaf  etmiş  ölkələrin  istehsal  perspektivi  daha  çox  xarici  tələbatçılara 
istiqamətlənir,  daxili  təlabatı  idxal  hesabına  ödənilir.  Bu  tendensiya  eyni  zamanda 
formalaşmaqda olan bazara sahib ölkələrə də xasdır.  nkişaf etməkdə olan ölkələrdə 
                                                            
10
 «Международное разделение труда», статья / http://eulaw.edu.ru/documents/articles/glob1.htm 
11
 А. В. Торкунова, «Современные международные отношения», Москва, 1999, с. 260-278 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə