Microsoft Word dissertasiya docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/53
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6853
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

53
 
Bu  fikri  Türkiyənin  timsalında  nəzərdən  keçirək.  Adı  çəkilən  qardaş  və  dost 
dövlətlə əlaqələr daim yüksələn xətlə inkişaf edir. Həm regionun, həm də Avropanın 
enerji  təhlükəsizliyinin  təmin  olunmasına  töhfə  verən  Cənubi  Qafqaz  enerji  dəhlizi, 
ilk növbədə, Azərbaycan və Türkiyənin siyasi iradəsi ilə gerçəkləşmişdir. Hazırda bu 
dəhlizi  daha  da  gücləndirmək  üçün  yeni  bir  layihəyə  başlanılmışdır.  Başqa  sözlə, 
Azərbaycandan  nəql  olunacaq  təbii  qazın  Türkiyə  üzərindən  tranzit  daşınması 
məqsədilə  boru  xəttinin  inşasını  nəzərdə  tutan  TANAP  layihəsinə  start  verilmişdir. 
Həmçinin bu gün Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması da uğurla 
davam  edir.  Heç  bir  xarici  şirkətin  və  beynəlxalq  maliyyə  təşkilatının  iştirakı 
olmadan  məhz  Azərbaycanın  təşəbbüsü  ilə  gerçəkləşdirilən  bu  layihə  Şərq-Qərb 
nəqliyyat  dəhlizinin  fəallaşmasına,  yükdaşımaların  əhəmiyyətli  dərəcədə  artmasına 
və nəticə etibarilə regional inkişafın sürətlənməsinə gətirib çıxaracaqdır.
56
 
kitərəfli əməkdaşlıqda qonşu Rusiya ilə olan münasibətlərə də  mühüm önəm 
verilir.  Azərbaycanın  bu  ölkə  ilə  müxtəlif  sahələrdə  əlaqələri  ildən-ilə  genişlənir. 
Hazırda Rusiya respublikamızın əsas ticarət tərəfdaşlarından biridir. Dövət Statistika 
Komitəsinin məlumatına əsasən, 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 
həcmi  2  milyard  ABŞ  dollarından çox olmuşdur.  Onu da  xatırladaq  ki,  Azərbaycan 
Rusiya  Federasiyasının  əksər  subyektləri  ilə  birbaşa  əməkdaşlıq  əlaqələri  yaratmış, 
onların bəziləri ilə hökumətlərarası sazişlər bağlanılmışdır. Bu gün qonşu ölkənin 70-
dən artıq regionu Azərbaycanla əməkdaşlıq edir və qarşılıqlı ticarət dövriyyəsinin 70 
faizindən çoxu həmin regionların payına düşür.
57
 
Dövlət  Statistika  Komitəsinin  məlumatına  əsasən, 2013-cü  ilin  yanvar-dekabr 
aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 148 ölkəsinin hüquqi və 
fiziki  şəxslərilə  ticarət  əməliyyatları  həyata  keçirmiş,  102  ölkəyə  əmtəə  ixrac 
olunmuş, 140 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-
u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir. 
On  iki  ay  ərzində  xarici  ticarət  dövriyyəsi  39,7  milyard  ABŞ  dolları  təşkil 
etmiş  və  2012-ci  ilin  eyni  dövrü  ilə  müqayisədə  4  faiz  artmışdır.  Dövriyyənin  30 
                                                            
56
 Elçin Əhmədov, “Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni mərhələsi”, elmi məqalə /    
    http://strategiya.az/old/?m=xeber&id=3013 
57
 Zahid Məmmədov, “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri”, Bakı, 2004. 


54
 
milyard  dolları  ixracın,  9,7  milyard  dolları  idxalın  payına  düşmüş,  nəticədə  20,3 
milyard  dollarlıq  müsbət  saldo  yaranmışdır.  Qeyri-neft  məhsullarının ixracı  2012-ci 
ilin  yanvar-dekabr  ayları  ilə  müqayisədə  7,4  faiz  artaraq  1,6  milyard  dollar  təşkil 
etmişdir. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 10,1 dollar artaraq 172,9 
dollara bərabər olmuşdur.
58
 
Azərbaycanın  dövlət  səviyyəsində  reallaşdırdığı  xarici  iqtisadi  siyasət 
strategiyasına,  strateji  məhsulların  idxalında  və  ixracında  bütün  fiziki  və  hüquqi 
şə
xslərin  bərabər  hüquqlarının  təmin  olunması  və  inhisarçılığın  qarşısının  alınması 
istiqamətində görülən  işlər,  daxili bazarın  marketinqinin  düzgün  qurulması, gömrük 
ə
laqələrinin  sadələşdirilməsi,  xarici  ticarətin  liberallaşdırılması,  eləcə  də  əlverişli 
investisiya  mühitinin  yaradılması  və  s.  məsələlər  və  o  cümlədən,  xarici  iqtisadi 
ə
laqələrin həcminin və coğrafiyasının bir qədər də genişləndirilməsi daxildir. Bundan 
başqa,  2020-ci  ilə  qədər  Azərbaycanın  iqtisadi  inkişaf  konsepsiyasında  qeyri-neft 
sektorunun  həcminin  adambaşına  1000  ABŞ  dollarına  və  yaxud  ümumilikdə  10 
milyard  dollara  qədər  artacağı  hədəf  olaraq  müəyyənləşdirilmişdir.  Eyni  zamanda, 
2020-ci  ildə  ölkəmizin  qeyri-neft  ixracının  ümumi  idxala  bərabər  olacağı  da 
proqnozlaşdırılır.  Bu  isə  Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin  genişlənməsində, 
neft  hasilatının  tükəndiyi  dövrdə  ticarət  saldosundakı  üstünlüyün  qorunub 
saxlanmasında müsbət rol oynayacaqdır.
59
 
Azərbaycanın müstəqillik qazanması onun həm qonşu ölkələrlə, həm də dünya 
dövlətləri  ilə iqtisadi,  həmçinin  xarici ticarət  əlaqələrinin  artmasına təkan verdi.  Ən 
ə
sası  isə  müstəqillikdən  sonra  Azərbaycan  dünyada  müstəqil  iqtisadi  və  hüquqi 
subyekt  kimi  tanınmağa  başlandı.  Ötən  əsrin  90-cı  illərinin  əvvəllərində  keçmişdə 
mövcud  olmuş  bir  sıra  əlaqələrin  itirilməsi  səbəbindən  iqtisadiyyatın  bütün 
sferalarında  olduğu  kimi,  ticarət  sahəsində  də  böhran  prosesləri  nəzərə  çarpmağa 
başladı. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid də ölkə iqtisadiyyatına bir 
sıra  çətinliklər  yaratdı.  Ən  böyük  çətinliklərdən  biri  isə  təkcə  başqa  ölkələrlə  hansı 
məhsul və ya xidmət növünün ticarətini aparmaqla deyil, həm də nə istehsal etməklə 
                                                            
58
 “Azərbaycanın xarici ticarəti 2006-2007-ci illər”, Statistik məcmuə, Bakı, 2008 
59
 B.  . Məmmədxanov, S. A. Mehdizadə, “Müasir inteqrasiya meylləri və onun qiymətləndirilməsi”, elmi məqalə 


55
 
bağlı  idi.  Bu  istiqamətdə  təkcə  Azərbaycan  yox,  bütün  keçmiş  sovet  ölkələri 
çətinliklərlə üzləşməli oldu. Çünki iqtisadiyyatının birdən-birə bir iqtisadi sistemdən 
digərinə keçməsi heç də asan proses deyil. Buna nail olmaq üçün iqtisadiyyatda bir 
sıra islahatlar aparılmalı və onun strukturu müasirləşdirilməli idi.  
Göründüyü kimi, belə bir şəraitdə Azərbaycan iqtisadiyyatının qarşısında duran 
ə
sas məsələ ilk növbədə ölkə iqtisadiyyatında sabitlik yaratmaqla yanaşı, həm də bir 
iqtisadi sistemdən digərinə adlamaqla keçid dövründən minimum itkilərlə çıxmaq idi. 
Bunun üçün isə ölkə iqtisadiyyatının beynəlxalq əmək bölgüsündə öz yerini tutması 
çox  vacib  idi.  Praktik  olaraq,  son  illər  xarici  ticarət  dövriyyəsində  müşahidə  edilən 
ciddi artımlar da məhz sözügedən islahatların nəticəsi kimi qiymətləndirilməlidir. 
Lakin  1994-cü  ildə  Xəzərin  Azərbaycan  sektorundakı  "Azəri",  "Çıraq", 
"Günəşli"  yataqlarının  dərin  su  qatlarındakı  neftin  birgə  işlənməsi  haqqında 
"məhsulun  pay  bölgüsü"  tipli  müqavilə  imzalandı.  Müqavilə  öz  tarixi,  siyasi  və 
beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı."Əsrin müqaviləsi"ndə 
dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, 
Yaponiya  və  Səudiyyə  Ərəbistanı)  13  ən  məşhur  neft  şirkəti  (Amoko,  BP, 
MakDermott,  Yunokal,  ARDNŞ,  Lukoyl,  Statoyl,  Eksson,  Türkiyə  Petrolları, 
Penzoyl,  toçu,  Remko,  Delta)  iştirak  edib.  "Əsrin  müqaviləsi"  Azərbaycan 
Respublikasının  Milli  Məclisi  tərəfindən  təsdiq  edilib  və  12  dekabr  1994-cü  ildə 
qüvvəyə  minib.  Bu  müqaviləyə  əsasən  ümumi  təmiz  gəlirdən  Azərbaycanın  payına 
80%,  investorların  payına  isə  20%  düşür.  Azərbaycanın  ixrac  potensialının 
artmasında "Əsrin müqaviləsi"nin imzalanması şübhəsiz əsas amillərdəndir.
60
 
Ə
n  önəmli  məqamlardan  biri  də  məhz  ölkə  Prezidentinin  rəhbərliyi  altında 
ölkənin  ixrac  potensialının  artırılması  ilə  bağlı  atılan  addımlardır.  Belə  ki, 
Azərbaycan  Prezidenti  lham  Əliyev  ölkəmizin  xarici  iqtisadi  əlaqələrinin 
genişləndirilməsinin  əhəmiyyətini  bəyan  edərək  bildirmişdir  ki,  Azərbaycan 
tərəfindən  bu  gün  müxtəlif  ölkələrdə  və  eləcə  də  Avropa  ttifaqı  məkanında 
investisiya  imkanları  araşdırılır  və  artıq  ilkin  addımlar  atılır.  Bu,  bizim  maliyyə 
resurslarımızın şaxələndirilməsi üçün əhəmiyyətlidir.  
                                                            
60
 “Əsrin müqaviləsi”, elmi məqalə / http://azerbaijan.az/_Economy/_OilStrategy/oilStrategy_04_a.html 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə