Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   2   3   4   5   6   7   8   9   10   ...   23

19 

 

 



 

Buna  görə  də  məhz  yeni  informasiya  standartlarının  yaradılması  -    Beynəlxalq 

Valyuta Fondunun keçən əsrin 90-cı illərində Meksikada baş vermiş böhrandan sonra 

tətbiq  etməyə  başladığı  “Məlumatların  ümumi  yayılma  standartları”  və 

“Məlumatların  xüsusi  yayılma  standartları”  təcrübəsinin  genişləndirilməsi  nəzərdə 

tutulur.  nformasiya  standartlarının  təşkili  yalnız  mövcud  göstəricilər  sistemi  üzrə 

məlumatların  vaxtında,  düzgün  və  tam  toplanması  ilə  məhdudlaşmır,  burada  daha 

mühüm məsələ olaraq iqtisadi inkişafın müəyyən mərhələsində baş verənlərlə onların 

doğuracağı  nəticələrin  əlaqələndirilməsi  qəbul  edilir.  Başqa  sözlə,  iqtisadi  inkişafın 

dəyərləndirilməsində  iqtisadi  informasiyaya  münasibətdə  köklü  dəyişiklik  özünü 

göstərir.  Artıq  bir  çox  məşhur  iqtisadçılar  bu  nöqteyi-nəzərdən  iqtisadi  proseslərdə, 

hətta  atılan  addımların  nəticələrinin  qeyri-müəyyənliyinin  kifayət  qədər  böyük 

olduğunu  nəzərə  alaraq  bu  tipli  proseslərin  qiymətləndirilməsində,  o  cümlədən 

proqnozlaşdırılmasında  real  hadisələrin  ehtimalına  deyil,  onların  mümkünlük 

dərəcələrinə  əsaslanmağı  düzgün  hesab  edirlər.  Digər  sözlərlə,  iqtisadi  inkişafın 

qiymətləndirilməsi  çox  diqqət  tələb  edən  qeyri-səlis  məntiqə  söykənən    yanaşma 

metodlarının, həmçinin modelləşdirmənin tətbiqi ilə getdikcə daha çox aktuallıq kəsb 

edir. 


Beləliklə,  bütünlükdə  dünya  iqtisadiyyatının  inkişafında  və  eləcə  də  iqtisad 

elmində  yeni  iqtisadi  paradiqmanın  hüdudları  artıq  özünü  göstərməkdədir. 

Fikrimizcə, yeni paradiqma “informasiya iqtisadiyyatı”, “yeni iqtisadiyyat” və s. kimi 

anlayışlar vasitəsilə müəyyən  mənada ziddiyyətli, bir çox hallarda isə tamam  yanlış 

formada izah olunur. Bu cür yanlış izahların ən çox nəzərə çarpan nümunələrinə görə 

“yeni  iqtisadiyyat”  –  “ nternet  iqtisadiyyatdır”.  Digər  tərəfdən,  bəzi  iqtisadçıların 

fikrincə,  yeni  iqtisadiyyat  iqtisadi  nəzəriyyənin  fundamental  prinsip  və 

kateqoriyalarını  lazımsız  edir,  digər  iqtisadçıların  təbirincə  isə  yeni  iqtisadiyyat 

ə

slində  heç  bir  yeni  prinsip  və  ya  qanunauyğunluq  yaratmır,  yalnız  informasiya 



texnologiyaları  mövcud  texnoloji  yanaşmalarda  üstünlüyə  malikdir,  başqa  sözlə, 

sadəcə hazırkı periodda bir texnoloji ukladın digəri ilə əvəz olunması prosesi gedir. 

Ancaq  bu  baxışlar  heç  də  düzgün  hesab  edilə  bilməz.  Dünya  Bankının  yeni 



20 

 

 



 

iqtisadiyyat haqqındakı konsepsiyasına görə, “yeni yqtisadiyyat elə iqtisadiyyatdır ki, 

burada innovasiya prosesi sosial-iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə çevrilir”. 

Hesablama    texnikasının  və  T-nin  inkişafı  insanların  yeni  fəaliyyət  sferasının 

yaranmasına  səbəb  olmaqla  yanaşı  eyni  zamanda,  onların  yaşayış  imkanlarının, 

şə

raitinin əsaslı surətdəə dəyişilməsinə gətirib çıxarmışdır. Qlobal aləmdə baş verən 



proseslərin xarakteri onların təhlili və dəyərləndirilməsinə yeni yanaşma üsulları tələb 

edir. Bu cür yeni yanaşma üsulu, zənnimizcə, informasiya paradiqmalı iqtisadi inkişaf 

modelinin qəbul edilməsinə gətirilməlidir. 

Bildiyimiz  kimi,  iqtisadi  paradiqma  dedikdə,  silk  növbədə  sosial  dəyərlər  -  

istehsal,  maddi  nemətlərin  mənimsənilməsi,  bölgü  və  istehlakın  xarakteri,  strukturu 

da daxil olmaqla, cəmiyyətin iqtisadi sisteminin fəaliyyət qanunları və kateqoriyaları; 

ictimai  və  iqtisadi  institutlar;  iqtisadi  proseslərin  idarə  olunmasının  təsərrüfat 

mexanizmini  əhatə  edən  əsas  prinsiplər  başa  düşülür.  Bu  nöqteyi-nəzərdən 

informasiya paradiqması təhsil və biliklərə malik olmanı sosial dəyərlər sırasında ön 

cərgəyə çıxarır və bununla, Frensis Bekonun məşhur “Kim informasiyaya malikdirsə, 

dünyaya malikdir” fikri bir daha öz təsdiqini tapır.  qtisadi nəzəriyyədə informasiya 

paradiqmasının  yaranması,  intellektual  xidmətin  təşkili  hesabına  iqtisadi  fəaliyyətin 

yeni sahəsinin meydana gəlməsinə və bununla, iqtisadiyyatda struktur dəyişmələrinə 

gətirib çıxarır. Yeni iqtisadi paradiqmada, təbii ki, informasiya kateqoriyası əsas rol 

oynayır.  qtisadiyyatın  informasiyalaşması  dedikdə  onun  kompüter  texnikası  və  T 

ə

sasında texniki cəhətdən yeniləşməsi ilə yanaşı, informasiyanın mühüm əhəmiyyətli 



iqtisadi resursa çevrilməsi başa düşülür. 

qtisadi resurs olaraq informasiya: 

-

  bazarın vəziyyətini xarakterizə edən (əmtəə və xidmətlərin qiymət səviyyələri 



və  onların  dəyişməsi  dinamikası,  qiymətli  kağızların  kursları,  bank  faizləri, 

birja kotirovkaları) konyuktura məlumatları / informasiyaları;  

-

  əmtəə  və  xidmətlərin  tələb  və  təklifi  haqqında,  onların  xarakteri,  rəqabət 



qabiliyyətliliyi,  bazarın  agentləri,  idxal  və  ixrac,  daxili  və  xarici  bazarların 


21 

 

 



 

qarşılıqlı  təsirini  əhatə  edən  məlumat  toplusundan  ibarət  kommersiya 



informasiyaları

;  


-

  tərəfdaşların və bazardakı rəqiblərin tədiyyə və kredit qabiliyyətliliyi haqqında 



maliyyə informasiyaları;

  

-



  innovasiyalara şərait yaradan elmi-texniki informasiyalar;  

-

  statistik informasiyalar;  



-

  istehlakçıların  prioritetlərinə  və  bazarlardakı  şəraitə  təsir  edən  kütləvi 



informasiyalar

 (qəzetlər, teleradio,  nternet və s.) formalarında çıxış edir. 

nformasiya  əmtəə  kimi  bir  sıra  özəl  xüsusiyyətlərə  malikdir:  onun  istehsalı 

şə

bəkə  xarakterlidir,  yəni  hər  bir  iştirakçı  bu  məhsula  yeni  məlumat  əlavə  etməklə 



onun yeni məhsula çevrilməsinə, daima zənginləşməsinə, daxilən ziddiyyətli olmayan 

tam  və  doğru  informasiyanın  yaranmasına  səbəb  olur,  bu  məhsulu,  tələb  olduğu 

təqdirdə    dəfələrlə  satmaq  olar,  digər  məhsullarla  müqayisədə  informasiya  məhsulu 

üçün “limit faydalılığının azalması” qanunu işləmir, informasiya məhsulunun qiyməti 

onun hazırlanmasının maya dəyəri ilə müəyyənləşmir və s. 

nformasiya  kateqoriya  kimi,  əhəmiyyətinə  görə  heç  də  zəif  olmayan  digər  bir 

kateqoriyanın – biliklərin əsasını təşkil edir. Bilik dərk olunmuş informasiyadır. Yəni 

bilik  zaman  və  təcrübə  ilə  sınaqdan  çıxmış  əsaslı  informasiya  olaraq  elmi 

dünyagörüşün  əsasını  təşkil  edir,  elmi-texniki  tərəqqinin  inkişafını  təmin  edir  və 

istehsal innovasiyaları formasında maddiləşir. 

Biliyin  unikallığını  qiymətləndirən  müasir  menecment  nəzəriyyəsinin  aparıcı 

nümayəndəsi P.Drukerin fikrincə, “bir biznesi digərlərindən fərqləndirən əsas məqam 

müxtəlif  sahələrə  aid  olan  biliklərin  iqtisadiyyat  və  menecmentin  ayrı-ayrı 

sahələrində  istifadə  olunmasıdır.”    Onun  qənaətinə  görə,  yalnız  informasiya  və  ya 

bilik  həlledici  resurs  hesab  edilə  bilər,  pul  və  avadanlıqlar,  əslində,  heç  nə  ilə  bir-

birindən  fərqlənmir.  Biznesin  informasiya  və  fiziki  tərkib  hissələrinə  ayrılması  bir 

sıra mütəxəssislər tərəfindən yeni iqtisadiyyatın ən mühüm nailiyyətlərinə aid edilir. 

Ə

slində,  bu  yanaşmanın  ənənəvi  biznesdə  də  faydalı  olacağı  hesab  edilir.  Məsələn, 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə