Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   2   3   4   5   6   7   8   9   ...   23

 

 



 

G R Ş 

 

 



KT-nin sürətli inkişafı və bütünlüklə tətbiqi, bir çox fəaliyyət növlərində olduğu 

kimi,  iqtisadi  sferada    tamamilə  dəyişikliklərə  səbəb  ola  bilir.  qtisadi  fəaliyyətin 

quruluşu,  növ  və  üsulları,  inkişaf  ardıcıllığının  istiqamətləri  ciddi  şəkildə 

transformasiyaya məruz qalır. Bu transformasiya halları iqtisadiyyatın çətinləşməsini, 

virtuallaşmasını,  konvergensıyasını,  həmçinin  diversifikasiyasını  özündə  əsaslı 

şə

kildə  əks  etdirir.  qtisadi  sahədə  transformasiya  hadisələri  həm  makro,  həm  də 



mikro səviyyədə müşahidə olunur.  

nformasiya  sahəsinin  iqtisadiyyatda  sürətli  şəkildə  formalaşmasında, 

inkişafında  və  hər  növ  fəaliyyət  sahələrinə    çox  dərindən  nüfuz  etməsində  KT-nin 

yönəldicisi  nternet fenomeni çox mühüm əhəmiyyət kəsb edir.  qtisadiyyatın bir çox 

sferalarında    nternet  məlumat  və  kommunikasiya  mühiti  kimi  özünü  fərqli  şəkildə 

göstərir.  nternetin  təsiri  nəticəsində  iqtisadiyyatda  bir  çox  proseslər  -  qloballaşma, 

reallaşma, konvergensiya və diversifikasiya hadisələri baş verir.  

qtisadi proseslərin fərqli iştirakçılarının və eləcə də iqtisadi sistemin  fəaliyyət 

göstərməsində  nternetin  rolu  mühümdür.  Buna  görə  də  nternet  texnologiyalarının 

hesabına  transmilli  şirkətlər  aktiv  inkişaf  dövrünə  qədəm  qoyur,  ənənəvi  şirkətlərin 

virtual  ləmə    inteqrasiyası  baş  verir,  e-kommersiya  sürətli  bir  şəkildə  inkişaf  edir, 

burada informasiya sənayesi və xidmətı ilə əlaqəli yeni fəaliyyət sahələri yaranır.  

KT-nin  təsiri  altında  baş  verən  çoxsaylı  dəyişikliklər  isə  real  iqtisadi  sistemin 

özünün  ciddi  formada  transformasiyası  ilə  əlaqədardır,  başqa  sözlə,  rəqabət 

obyektlərinin  və  formalarının  transformasiyası,  təzə  növ  müəssisələrin  və  onlar 

arasında  fərqli  olan  qarşılıqlı  münasibət  hallarının,  habelə  mülkiyyətin  yeni  olan 

elementlərinin  və  qəbuledilmə  formalarının  əmələ  gəlməsi  iqtisadi  sistemin 

formalarınınn  transformasiyasını  şərtləndirə  bilir.  Sürətli  inkişaf  edən  informasiya 

texnologiyaları,  məlumat  və  biliklərin  əsas  olaraq  strateji  resursa  çevrilməsi,  bazar 

nümayəndələri arasında kommunikativ münasibətlərin yaradılması,  nternetdə sosial 




 

 



 

şə

bəkələrin  sürətli  meydana  gəlməsi  və  bilik  iqtisadiyyatı  sahələrinin 



formalaşdırılması  assimmetrik  informasiya  probleminin  ləğv  edilməsi  təkimil 

olmayan inhisarçı bazarın gücünü daha da sarsıdır.  

Təqdim  olunan  işdə  bazar  iqtisadiyyatının  əsas  strukturunda,  üsul  və 

funksiyalarında  olan  transformasiya  hadisələrinin  əsasını  təşkil  edən  amil  və 

tendensiyalar, müxtəlif  bazarlarda meydana çıxan assimmetrik informasiya və onun 

iqtisadiyyatın  müxtəlif  sahələrinə  mənfi  təsirləri,  bu  təsirlərin  aradan  qaldırılması 

istiqamətində  klassik  iqtisadın  nümayəndələrinin  irəli  sürdükləri  fikir  və  təkliflər, 

uyğun bazar mexanizmləri təhlil edilmişdir. 

Ümumiyyətlə, 

informasiya 

təminatı 

mürəkkəb 

problemdir. 

Ə

vvəla, 



informasiyaya  daxil  olma  mürəkkəblik  təşkil  edir.  Əslində  praktiki  olaraq  istənilən 

informasiyanın  alınması  itkilərlə  bağlıdır.  Beləliklə,  onun  alınmasına  yönəlmə 

informasiyanın əldə edilməsi ilə əlaqədar itkinin və mənfəətin  müqayisə olunmasını 

nəzərdə  tutur.  Assimmetrik  informasiyanın  nəticələrinin  hansı  formada  özünü 

göstərməsindən  asılı  olmayaraq  bu  nəticələr  bir  daha  sübut  edir  ki,  informasiyanın 

assimmetriyası bazarın öz fəaliyyətinə, bütünlükdə iqtisadiyyataciddi mənfi təsir edir. 

nformasiyanın  assimmmetriyalılığı  problemlərinin  tənzimlənməsi  bütünlükdə 

iqtisadi  sistemin  optimallaşdırılması  səviyyəsində  aparılır.  Bu  halda  bazar 

informasiyası  ictimai  rifah  rolunu  oynayır,  onun  yayılması  isə  cəmiyyətin  mühüm 

funksiyalarından biridir. 

Buna  görə  də  iqtisadi  fəaliyyətin  qanunauyğun  tənzimlənməsi,  ictimai 

təşkilatların fəaliyyətinin inkişafı və dövlət tərəfindən dəstəklənməsi, sosial sığorta və 

kredit bürosu  informasiyanın assimmetriyalılığının azalmasının əsas üsullarındandır. 

Tranzaksiya  məsrəfləri  ilə  yanaşı  informasiyanın  assimmetriyalılıq  effektləri 

resursların  qeyri-optimal  paylanmasına  gətirən  iqtisadi  fəaliyyətin  subyektlərinin 

qarşılıqlı təsirinin bazar “mikrostrukturunun xətaları” kimi təsəvvür olunur.  

nformasiyanın assimmetriyalılığı mühüm elmi və praktiki əhəmiyyət kəsb edir. 

Artan  informasiyanın  və  onun  assimmetriyalılığının  iqtisadi  proseslərə  təsirinin  və 

həm  bazar  subyektlərinə,  həm  də  bütünlükdə  iqtisadiyyata  mənfi  təsirlərinin 



 

 



 

azaldılması  metodlarının  nəticələrini  aşkarlamağa  imkan  verən  nəzəri  araşdırmalara 

getdikcə daha çox zərurət hiss olunur.  

Bütövlükdə,  KT-nin,  informasiyalaşmanın  təsiri  ilə  iqtisadi  sferada  baş  verən 

transformasiya  proseslərinin,  sistemli,  məqsədli,  ardıcıl  olaraq  elmi  cəhətdən 

öyrənilməsinə,  bu  proseslərin  doğuracağı  nəticələri  proqnozlaşdırmağa  ehtiyac  var. 

Yalnız  ciddi  elmi  əsaslara  söykənən  iqtisadi  model  qurmaqla  iqtisadi  münasibətləri 

hüquqi müstəvidə tənzimləmək, inkişaf etdirmək mümkündür. 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə