Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

22 

 

 



 

məşhur  Bill  Qeytsə  görə,  “biznesin  bir  çox  problemləri,  əslində,  informasiya 

problemidir, lakin heç kəs bu problemə layiqincə yanaşmır”. 

nformasiya  paradiqması  müasir  sosial-iqtisadi  sistemə  tətbiq  edilməklə,  bu 

sistem  cəmiyyətlə  münasibətdə  olduğu  kimi,  informasiya  iqtisadiyyatı  adlandırıla 

bilər.  Bundan  başqa,  qlobal  xarakter;  biliklərə  istiqamətlənmə;  innovasiya  təbiəti; 

“istehlakçı  –  istehsalçı”  münasibətlərinin  dəyişməsi;  əməyin  yaradıcı,  intellektual 

xarakteri informasiya iqtisadiyyatını xarakterizə edən xüsusiyyətlərə aid edilir. 

Mahiyyət 

etibarı 


ilə 

informasiya 

iqtisadiyyatı 

bazar 


iqtisadiyyatı 

xüsusiyyətlərinə  malikdir,  yəni  burada  istehlakçının  müstəsna  səlahiyyətləri  təmin 

edilir,  bazarda  rəqabət  mövcuddur,  ”görünməz  əl”  prinsipi  işləyir  və  dövlət  bazarın 

fəaliyyətinə müdaxilə etmir. Sadalanan xüsusiyyətlərin reallaşdırılmasının özəlliklərə 

malik olduğunu nəzərə almaq lazımdır. Bu baxımdan, ən mühüm olan istehlakçının 

sərbəstliyinin  təmin  olunmasıdır.  Müvafiq  bazarın  xüsusiyyətləri  baxımından 

istehlakçının  sərbəstliyinin  təmin  olunmasında  əsas  məqam  onun  məhsul  və  bazar, 

həmçinin firmaların davranışı haqqında məlumatlı olmasıdır. Burada əsas problemin 



informasiyanın asimmetrikliyi

 potensialı ilə əlaqəli olması hesab edilir. 

 

 



1.2.

  Assimmetrik informasiya konsepsiyasının əsasları 

   

Assimmetrik  informasiya  anlayışı 

iqtisadiyyata  və  digər  elmlərə  həndəsədən 

gətirilmişdir. Həndəsədə simmetriya – bir düz xəttə və ya müstəviyə perpendikulyarın 

üzərində  yerləşən,  həmin  düz  xətdən  və  ya  müstəvidən  eyni  məsafədə  yerləşən  iki 

nöqtənin  xassəsıdir.  Bu  sözün  ilkin  mənası  yunan  sözündən  götürülməklə 

symmetria

 – ölçmədə razılıq, symmetros – eyni səviyyədə yerləşən və ümumi ölçüyə 

malik,  syn-  bərabər,  + metron  –  ölçü  deməkdir.  Bunları  cəmləsək,  simmetriya  – 

bircinslik, müntəzəmlik, eyni ölçüyə malikolma, eynilik

,uyğun olaraq assimmetriya isə 

bu sadalanan keyfiyyətlərin olmaması deməkdir. 



23 

 

 



 

qtisadiyyatda  informasiya  assimmetriyasının  ən  kiçik  tərifi  –  bazar 

sövdələşməsinin iştirakçılarından biri üçün informasiyanın natamamlığıdır.  

Asimmetrik informasiya 

ilə baglı sövdələşmə iştirakçılarının yalnız bir hissəsinin  

digərlərindən  müxtəlif  olaraq  kifayət  qədər  gərəkli  informasiyaya  sahib  olduğu 

vəziyyətdir.  Təsərrüfat ilə bağlı təcrübədə  informasiya  assimmetriyası problemi  çox 

geniş yayılmışdır. 

 

Rəqabət  bazarı  modeli  bazarda  məlumatın  simmetrik  paylandığını,  yəni  bütün 



bazar iştirakçılarının ondan istifadə imkanının bərabər olduğunu nəzərdə tutur. Qeyri-

müəyyənliyin olmaması resurs və vəsaitləri daha effektiv istifadə etməyə imkan verir. 

Mükəmməl rəqabət bazarı rəqabətin nəzəri modelidir və bir sıra xüsusiyyətlərə 

malikdir: 

Birincisi, mal satan firmaların sayı çoxdur və onun çoxlu alıcıları vardır. 

kincisi,  firmaların  məhsulları  standart,  eynitipli  xarakterə  malik  olduğu  üçün 

alıcılar heç bir fərq qoymadan, istənilən firmanın mallarını satın alırlar. 

Üçüncüsü,  mükəmməl  rəqabət  bazarında  nə  alıcılar,  nə  də  satıcılar  malın  cari 

bazar qiymətinə təsir edə bilməzlər.Ayrıca istehlakçı və ya firma tərəfindən alış və ya 

satış  həcmi  artırıldıqda  ümumi  tələb  (və  ya  ümumi  təklif)  cüzi  dəyişir  və  malın 

qiymətinə nəzərəçarpan təsir göstərmir.Yalnız alıcıların və satıcıların birgə fəaliyyəti 

zamanı  bazarda  qiymətlər  dəyişir.  Əgər  satıcılardan  biri  öz  malının  qiymətini  hətta 

cüzi miqdarda qaldırmağa qərar verərsə, o, öz alıcılarını tamamilə itirər, çünki həmin 

bazarda məhsula tələb tam elastikdir. 

Dördüncüsü,  mükəmməl  rəqabət  bazarında  hər  növ  resurslar  tam  mobildir, 

bazara giriş və bazardan çıxış üçün maneələr yoxdur. 

Beşincisi, mükəmməl rəqabət simmetrik məlumatın olması ilə səciyyələnir ki, bu 

da bazar agentlərinin müəyyənlik şəraitində qərar qəbul etməsinə imkan verir. Başqa 

sözlə,  bütün  təsərrüfat  subyektləri  onları  maraqlandıran  bütün  məlumatları  tam 

sərbəst əldə etmək imkanına malikdirlər. 

nformasiya asimmetriyası bazara xas olan daxili xüsusiyyətdir və onun iki tipi 

mövcuddur [2]:  




24 

 

 



 

1.  Gizl  olani  xüsusiyyətlər  –  bu  vaxt    bazar  münasibətlərinin  hər  bir 

tərəflərindən birinin sərəncamında o birilərinə nisbətən daha aydın məlumat olur.  

2.  Gizli  olan  fəaliyyət  –  bu  vaxt  daha  aydın  informasiyaya  malik  olan  bazar 

iştirakçısı az xəbərdar olan digər hissənin müşahidə edə bilmədiyi hərəkəti edə bilər.  

Asimmetrik  məlumat  konsepsiyasının  [Asymetrical  Information  Conception] 

müəllifləri  Amerika  iqtisadçıları  Stüart  Mayers  [Stewart  Myers]  və  Nikolas 

Mayclafdır  [Nicolas  Majluf].  Onlar  həmin  konsepsiyanı  1984-cü  ildə  “Firmaların 

investorlara  məlum  olmayan  məlumata  malik  olduğu  şəraitdə  korporativ 

maliyyələşdirmə  və  investisiya  həlləri”  [Corporate  Financing  and  Investment 

Decision  When  Firms  Have  Information  That  Investors  Do  Not  Have]  işində  dərc 

etmişlər.  Bu  konsepsiyanın  mahiyyəti  ondan  ibarətdir  ki,  potensial  investorlar  – 

ş

irkətin  qiymətli  kağızlarının  mümkün  alıcıları  –  onun  fəaliyyəti  haqqında, 



menecerlərlə  müqayisədə,  daha  az  məlumata  malikdirlər.  Buna  görə  də,  şirkətin 

qiymətli  kağızlarının  dəyərinin  “bazar  tərəfindən  qaldırıldığı”  dövrlərdə  menecerlər 

həmin  qiymətli  kağızların  əlavə  emissiyasını  həyata  keçirir  və  nəticədə  onların 

proqnozlaşdırılan  gəlirliliyi  süni  şəkildə  artırılır.  Asimmetrik  məlumat  nəticəsində 

investorlar  sonradan  müəyyən  maliyyə  itkiləri  ilə  üzləşirlər.  Səhm  və  istiqrazların 

emissiyası  zamanı  asimmetrik  məlumat  mexanizmi  özünü  müxtəlif  cür  göstərir. 

Asimmetrik  məlumat  konsepsiyası  indicə  nəzərdən  keçirdiyimiz  bazarın  effektivliyi 

konsepsiyası  ilə  sıx  bağlıdır,  onun  mahiyyəti  isə  ondan  ibarətdir  ki,  müxtəlif 

kateqoriyalı şəxslər bütün bazar iştirakçılarının bərabər dərəcədə əldə edə bilmədiyi 

məlumata  malik  ola  bilərlər.  Bir  tərəfdən,  prinsip  etibarilə,  bazar  iştirakçılarının 

məlumatla  təmin  edilməsində  tam  simmetriyaya  nail  olmaq  mümkün  deyil,  çünki 

belə  adlandırılan  insayder  məlumatı  hər  zaman  mövcuddur.  (Bu  terminlə  geniş 

publikaya  açıq  olmayan  məlumatlar  səciyyələndirilir.  Məsələn,  müəyyən  firma  ilə 

bağlı  bu  cür  məlumat  onun  top-menecerlərinə  məlumdur; insayder  məlumatın satışı 

qadağandır).  Digər  tərəfdən,  məhz  bu  konsepsiya  bazarın  mövcudluğunu  izah  edir. 

Çünki onun hər iştirakçısı onun əlində olan məlumatın, ehtimal ki, rəqiblərinə məlum 

olmadığına və, nəticə etibarilə, effektiv qərar qəbul edə biləcəyinə ümid edir. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə