44
satış qiymətindən artıq əldə etmək məqsədilə öz əmlakının sığortalanma zamanı
dəyərini yüksəldir və beləliklə də, bu problem xüsusilə dramatik hal alır. Ev yandığı
halda o, daha baha dəyərləndirilir, ev sahibində yanğın olması halına sanki stimul
yaranır. Əslində, bir çox ev sahibləri öz evlərini məhz bu səbəbdən yandırırlar.
Kommersiya binası yandığı halda sığorta şirkətinin ilk araşdırdığı yanğının öncədən
düşünülmüş olma halıdır.
Təəccüblü deyildir ki, bir çox sığorta şirkətləri sığorta mükafatı təyin etməklə
ə
mlakı sığortalanmış sahiblər tərəfindən qəbul edilmiş təhlükəsizlik tədbirlərini
nəzərə alırlar. Beləliklə, məsələn, öz binalarında yanğına qarşı sistemlərdən istifadə
edənlər və ya etməyənlər üçün müxtəlif stavkalar qoyulur. Lakin şirkət bu amillə
ə
laqədar olan hər şeyi nəzərə almaq iqtidarında deyil, buna görə də belə bir problem
baş verir: şirkətin təklif etdiyi tam sığorta örtüyümüştərilər tərəfindən qəbul edimiş
ehtiyat tədbirlərinin fövqəladə aşağı səviyyəsiniəhatə edir. Bu, o deməkdir ki, sığorta
ş
irkətləri dəymiş ziyanın 100%-li sığorta örtüyünü təklif etməyəcəklər, ona görə də
onun müştəriləri riskin bir hissəsinin yükünü daşımalı olacaqlar.
Sığ orta bazarında mə nə vi riskin azaldılması üsulları.
Aydındır ki, sığorta
vəsiqəsinin alınması təhlükəsizlik tədbirlərinin qəbul edilmə stimullarını aşağı
saldığından verilmiş bazarda mənəvi risk problemi baş verir. Mənəvi riskin
azaldılması üçün dəymiş ziyanın müəyyən hissəsinin sığortalanmış şəxs tərəfindən
ödənilməsi zəruridir. Borclar üzrə bu cür bölgü iki formada mümkündür: birgə
sığortalanma və tutulmalar.
Birgə sığortalanma zamanı şirkət məlumat verilmiş dəyərin 100%-dən azını
ödəyir, qalan hissə isə sığortalanmış şəxs tərəfindən ödənilir. Tibbi sığorta üzrə bir
çox sığorta vəsiqələri, məsələn, 80%-li örtüyə malikdir. Sığorta şirkətləri ona görə
birgə sığortalanma sistemindən istifadə edirlər ki, məsrəflərin ödənilməsindəki
tutulmalar çox olduqca sığortalanan şəxs daha az-az həkimə müraciət edəcəkdir.
Digər üsul sığortalanan şəxsi riskin bir hissəsini öz üzərinə götürməyə məcbur
etməkdən – tutulalmarı tətbiq etməkdən ibarətdir. Bu halda sığorta vəsiqəsi əldə
45
etmiş şəxs ziyana görə qeyd olunmuş məbləği ödəməyə borcludur. Məsələn, zəlzələ
zamanı bahalı evə görə 50000 dollar tutulma təklif oluna bilər. Bu o deməkdir ki,
ə
gər zəlzələdən gələn ziyan 40000 dollar olarsa, onda ev sahibi onu tam ödəyir. Əgər
dəymiş zərər 100000 dollar olarsa, onda ev sahibi yalnız ilk 50000 dolları, qalan
hissəni isə sığorta şirkəti ödəyir. Tutulmuş bu məbləğ ev sahibini evini yaxşı
vəziyyətdə
saxlamağa
və
bununla
da
pulu,
məsələn,
fundamentin
möhkəmləndirilməsi və s. kimi tədbirlərin həyata keçirilməsinə yönəltməklə
zəlzələdən dəyəcək ziyanı aradan qaldırmağa təhrik edir.
Ə
lbəttə, birgə sığortalanma və tutulmalar mənəvi risk problemini tamamilə həll
etmir. Buna görə də birgə sığortalanma zamanı sığortalananın payı 100% - dən az və
ya tutulmalar o qədər də böyük olmayan məbləğlərə bərabər olduqda mənəvi risk
problemi saxlanır. Bu problem o zaman aradan qalxar ki, sığorta şirkətləri öz
müştərilərinin müvafiq ehtiyat tədbirlərinin qəbul edilməsi üzrə bütün hərəkətlərini
müşahidə edə bilsinlər.
«Prinsipial-agent» problemi
. Mənəvi risk yalnız sığorta və ya maliyyə
bazarlarında baş vermir. Burada digər daha mühüm varianta – müəssisə rəhbərinin
rəhbərlik etdiyi müəssisənin işçilərinin fəaliyyətinə tam nəzarət etmə bacarığının zəif
olması nəticəsində gizli hərəkətlərin olduğu hala baxılır.Məsələn, firmanın sahibi
meneceri işə qəbul etdikdən sonra o, menecerin öz öhdəçiliklərini hansı səviyyədə
yerinə yetirməyə cəhd etməsinə nəzarət edə bilmir.
nformasiyanın bu cür assimmetrikliyinin inkişafını dərk edərək sövdələşmənin
iştirakçıları müqaviləni elə bağlamağa çalışırlar ki, mümkün çətinlikləri
asanlaşdırmaq olsun. Bir fərd digərini özü üçün agent kimi icarəyə götürdüyü zaman
bu problemlər böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən müqavilələrin bu cür
bağlanması problemi «prinsipial agent» və ya «sifarişçi - icraçı» adını almışdır.
Ə
nənəvi olaraq ədəbiyyatda bu tipli situasiyalarda ortaya çıxan informasiya
problemlərinin iki tipi–gizli hərəkətlərin nəticələri olan problemlərlə gizli
informasiyanın nəticəsi kimi ortaya çıxan problemləri arasındakı fərqi ayırırlar. Gizli
46
hərəkətlər halı (mənəvi risk adı ilə məlum olan) sahibkarın öz menecerini müşahide
edə bilmə qabiliyyətinin olmadığını təsvir edir. Sahibkar üçün firmanın inkişafının
alternativ imkanları haqqında əlçatmaz informasiyaya malik olduqda baş verən
situasiya gizli informasiyaya nümunə ola bilər.
Bəzi müəlliflər gizli hərəkətlərə “əxlaqi risk” terminini, gizli informasiyaya
«prinsipial agent» probleminin müxtəlifliklərini işlədirlər. Biz bu termindən yuxarıda
verdiyimz formada istifadə edəcəyik.
Qeyd etmək lazımdır ki, sahibkar və menecer ilə qarşılıqlı münasibətlər
«prinsipial agent» probleminə vahid nümunə deyil. Digər nümunələr də mövcuddur:
• sənaye məhsulunun istehsalçıları və onların distrübyutorları: istehsalçılar
bazarın konyunkturasında dəyişiklikləri izləmək imkanına malik deyillər;
• firma və onun işçiləri: firma öz məhsuluna tələbə və eləcə də işçilər
tərəfindən istehsal olunan məhsulun dəyərinə nəzərən daha çox
informasiyaya malik ola bilər.
Yuxarıdakı təhlildəverilmiş kontekstdəprinsipial kimi çıxış edən müəssisənin
sahibi ilə onun işçisi - bu situasiyada agent rolunu oynayan menecer və ya işçi
arasında münasibərə daha çox diqqət yetirilir. Burada agent bəzi gizli hərəkətləri
həyata keçirən müqavilə bağlayan tərəfdir, prinsipial isə bu hərəkətlərin təsir etdiyi
müqavilə razılaşmasının digər tərəfidir. «Prinsipial agent» problemi ondan ibarətdir
ki, menecerlər və ya işçilər istehsal prosesinə kifayət qədər az diqqət yetirirlər, bu da
saibkarın mənfəətinin azalmasına gətirəcəkdir, çünki sahibkar öz agentlərinin işinə
tam nəzarət etməni həyata keçirmə iqtidarında deyil. Bu tipli münasibətlər bir
insanın rifahının digərindən asılılığını hər zaman ortaya çıxa bilər.
Bununla əlaqədar prinsipial agent münasibətlərində mərkəzi sual belə
olacaqdır:sahibkar mükafatlandırma sistemini necə təşkil etməlidir ki, menecerler və
fəhlələr sahibkarın məqsədlərinin reallaşdırılmasına maksimal mümkün uyğun
olsunlar. Təəssüf ki, biz ilkin yaxınlaşmada bu sualı cavablandıra bilirik. Əməyin
ödənilməsinin ən yaxşı sxemi istehsal prosesinin təbiətindən, həm sahibkarın, həm də
Dostları ilə paylaş: |