Microsoft Word Dissert. Necef. Turan son versiya docx



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix11.08.2018
ölçüsü0,54 Mb.
#62249
1   2   3   4   5   6   7   8   9   ...   23
    Bu səhifədəki naviqasiya:
  • Bazar t

13 

 

 



 

ə

laqəsi  yoxdur.  Eyni  zamanda  formalaşmış  şəraitin  gərəkli  informasiyanın 



obyektivliyinə ciddi zərər verəcəyi öncədən özünü göstərir. 

Tranzitiv  iqtisadiyyata  malik  ölkələrdə  və  şəhərlərdə  sosial-iqtisadı  proseslərin 

idarə edilməsi, son zamanlarda daha yeni pardiqmaya çevrilmişdir: iqtisadi açıqlığın 

çoxalması, bir tərəfdən hökumətin iqtisadiı proseslərə təsirini zəiflədir, digər tərəfdən 

isə  iqtisadiyyatın  ictimailəşməsi  və  beynəlmiləlləşməsi  inkişafın  idarə  edilməsində 

ictimai nəzarətin rolunu və eləcə də müvafiq informasiyanın rolunu sonsuz yüksəldir. 

Son  bir  neçə  il  ərzində  dünya  iqtisadiyyatını  öz  qucağına  almış  və  getdikcə  kəskin 

vüsət alan iqtisadi böhranın cari dərsləri bir daha sübut edir ki, iqtisadi idarəetmədə 

bu  gün  hökmranlıq  edən  ifrat  liberal  dəyərlərə  söykənmiş  tənzimləmə 

konsepsiyalarının  yenidən  nəzərdən  keçirilməsi  əsas  məsələlərdən  biridir.  Müvafiq 

situasiyada  isə  iqtisadi  sistemdəki  şərait  və  xüsusiyyətlərin,  həmçinin  ortaya  çıxmış 

və  bu  gün  həllini  tələb  edən  problemlərin  öyrənilməsi  olduqca  aktual  və  mühüm 

hesab olunmalıdır. 

Beynəlxalq  iqtisadi  böhranın  ilk  dərsləri  sırasında  yeni  və  ya  nisbətən  yeni 

nəzəri  ideyalarla  yanaşı,  əhəmiyyətlilik  baxımından  isə  bəlkə  də  ön  cərgələrdə, 

A.Smitin  “bazarın  gözəgörünməz  əli”  ideyası  təklifinə  yeni  münasibət  dayanır.  Bu 

ideyanın əsasını nə təşkil edir? 

Sahələrin tarazlıq strukturuna nail olma imkanı hər hansı mərkəzi planlaşdırma 

və  idarəetmə  olmadan  da  mövcuddur.  Sadəcə  cəmiyyətin  üzvləri  özlərini  təqdim 

etməlidir, onlardan hər biri hər hansı bir sahədə sərbəst olaraq özünə yer tapa bilər. 



Bazar  təsərrüfatı 

elə  təsərrrüfatdır  ki,  istehsalçılar  Nəyin  Necə  istahsal 

olunacağını özləri seçirlər.  

Bazar təsərrüfatında sahələrin tarazlıq strukturu istehsalçıların bir sahədən digər 

sahəyə keiçidi sayəsində özbaşına meydana gəlir. 

Bu, necə baş verir? Aydındır ki, bütün işlərdə bir neçə nəfəri razı salan hər hansı 

nəticəyə  gəlmək  aralaraında  razılıq  olmadan  mümkün  deyil.  Əgər  mərkəzi 

idarəetməyə kifayət qədər işçi sayı və bu struktura hər hansı yaxınlaşma üçün uzun 




14 

 

 



 

müddət  lazımdırsa,  onda  “ağılla”  təsərrüfatın  optimal  strukturuna  necə  nail  olmaq 

olar? 

nsanlar  bir-birindən  xəbərsiz  mərkəzi  planlaşdırma  olmadan  qərarlar  qəbul 



etməklə istehsalın optimal strukturuna daha asan və tez nail ola bilərlər 

Bütün sirr iki şərtin mövcudluğundadır:  

1) bazarlar sisteminin hərəkəti;  

2) istehsalçıların özlərini aparma qabiliyyəti = daha çox gəlirə yaxınlaşma. 

Bazarlar  sistemi  özündə  ayrı-ayrı  istehsal  və  aralıq  rifah  bazarları  çoxluğunu 

birləşdirir,  bu  bazarların  hər  birində  tələb  və  təklifin  qarşılıqlı  təsiri  nəticəsində 

müəyyən  qiymət  formalaşır  ki,  bunun  səbəbinə  də  bazar  təmizlənir.  Buna  görə  də 

bütün  bazarlar  bir-birilə  əlaqədədir,  belə  ki,  istehlakçılar  və  istehsalçılar  sərbəst 

olaraq bazardan bazara “yerlərini dəyişə bilərlər”.  

Bazarlarda  rifahın  taraqlaşmış  qiymətləri  ortaya  çıxır,  bu  da  ayrı-ayrı 

istehsalçılar üçün istiqamətləndirici rolunu oynayır. Ayrıca məhsulun qiyməti göstərir 

ki, bu halda istehlakçılar bu rifah üçün hansı məbləğdə pul verməyə hazırdırlar. Eyni 

zamanda istənilən rifahın istehsalı təsərrüfatda məhsulun istehsal imkanını ifadə edən 

müxtəlif itkilərlə xarakterizə olunur. 

Beləliklə,  hər  bie  rifah  üçün  onun  bazar  qiyməti  ilə  onun  istehsal  xərci 

arasındakı  fərq  gəlir  adlanır  və  onun  istehsalının  nisbi  gəlirliliyini  ifadə  edir.  Məhz 

gəlir  (ayrı  məhsulun  istehsalından  əldə  olunan  gəlir  göstəricisi)  istehsalçıları  idarə 

edən göstəricidir.  

Istehsalçların mühüm davranış qaydaları vardır, bu da onların xüsusi gəlir əldə 

etməyə  cəhd  etməsi

dir.  Bu,  o  deməkdir  ki,  istehsalçılar  maksimal  istehsal  gəlirinə 

malik məhsulların istehsalına başlamağa cəhd edəcəklər. 

Diqqət edək ki, istehsalçılar məhsulların qiymətinə yönəlmirlər, ayrıca məhsulun 

qiyməti  yüksək  də  ola  bilər,  lakin  bu,  heç  də  o  demək  deyildir  ki,  verilmiş  şərtlər 

daxilində  bu  məhsulu  çoxlu  sayda  istehsal  etmək  gərəkdir,  çünki  onun  istehsalına 

ayrılan  məsrəflər  də  çox  ola  bilir.  Eyni  zamanda  onlar  müxtəlif  məhsulalrın 

istehsalına  ayrılan  məsrəfləri  də  nəzərə  almıqlar.  Ayrı-ayrı  məhsullar  çox  aşağı 




15 

 

 



 

məsrəflərlə istehsal oluna bilər, amma bu, heç də o demək deyildir ki, bu məhsulların 

daha çox sayda istehsalı cəmiyyətə faydalıdır. 

stehsalçılar  məhz  daha  çox  gəlir  əldə  etməyə  çalışırlar,  bu  da,  bu  və  ya  digər 

məhsulun əlavə sayda istehsalının zəruri göstəricisidir. Bu halda onlar daha çox gəlir 

gətirən rifahın istehsalını artırırlar. 

Məsələn,  əgər  təsərrüfatda  çox  az  miqdarda  xiyar  istehsal  olunursa  və  ona 

yüksək  qiymət  qoyulmuşsa,  onların  istehsalına  sərf  olunan  məsrəflər  bu  qiymətdən 

çox aşağı oalrsa, xiyar istehsalından çox böyük gəlir əldə olunacaq. Böyük gəliri olan 

istehsalçılar  xiyar  istehsalını  genişləndirəcək,  istehlakçılar  isə  daha  aşağı  qiymətlə 

çoxlu sayda məhsul əldə edəcəklər.  

Maraqlıdır ki, maksimal gəlir əldə etməyə can qatan istehsalçıların son nəticədə 

öz  gəlirləri  aşağı  düşəcəkdir,  çünki  istənilən  rifah  təklifinin  yüksəldilməsi  onun 

qiymətinin  azalmasına  səbəb  olur,  bu  da  onun  istehsalından  əldə  olunan  gəliri  aşağ 

salır, böyük gəlir arxasınca təqib bu gəliri məhv edir.  

Amma  istehsalçılar  situasiyanın paradoksallığını  başa  düşsələr  də, bu  mövqede 

davam  edirlər.  əgəgr  ayrıca  istehsalçı  xiyar  istehsalının  müvəqqəti  üstünlüyündən 

istifadə etməzsə, bunu başqa istehsalçılar edər. Buna görə də bütün istehsalçılar daha 

çox gəlir gətirən rifahların istehsalına ilkin başlamağa cəhd edirlər, güman edirlər ki, 

digərləri  onlardan  ümumiyyətlə  bir  nümunə  götürməzlər,  ya  da  bu  tezliklə  nümunə 

götürməzlər. 

Ə

lbəttə, istehsalçılar məlum olmayan yerdən meydana çıxmırlar, istənilən rifahın 



istehsalı üçün digər rifahın istehsalı dayandırılmalıdır. Daha gəlirli rifaahın istehsalı 

üçün  onlar  az  gəlirli  rifahların  istehsalını  dayandırırlar.  Nəticədə  daha  defisit 

məhsulların istehsalıgenişləndirilir və az defisit məhsulların istehsalı azalır. 

Son  nəticədə  istehsalçılar  müəyyən  sahələrdə  elə  mövqe  tutmalıdırlar  ki, 

istənilən  rifahın  istehsalında  gəlirlərin  səviyyəsi  təxminən  eyni  olsun.  Bunun  da 

nəticəsində lazımlı sahələrin oprimal strukturu meydana çıxır. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə