Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   17   18   19   20   21   22   23   24   25

64 

 

dərslərdə  nəzəriyyəyə  nisbətən  təcrübəyə  daha  çox  üstünlük  verilir.  Bu  lövhələr 



biliklərin təcrübə əsasında qazanılmasına zəmin yaradır. 

Promethean interaktiv lövhələrində hazırlanmış elektron dərs  şagirdin diqqətini 

cəmləməyə  imkan  verir,  qavrama  qabiliyyətini  artırır.   Bu  lövhələrin  digər 

lövhələrdən  üstün  cəhəti  iki  interfeysinin  olmasıdır.  btidai  siniflər  üçün  nəzərdə 

tutulmuş  Activ primary interfeysi şagirdin özünü sanki sehrli bir  aləmdə hiss etməyə 

sövq  edir.  Bununla  da  dərsə  daha  böyük  maraq,  rəngarənglik  qataraq  effektivliyi 

artırır. 

Promethean  interaktiv  lövhələrindən  istifadə  edən  müəllim  təlim  prosesində 

ə

lavə vasitələrə çox az müraciət edir.  Artıq təlimdə plakatlardan, stikerlərdən, rəngli 



markerlərdən və  əlavə  silgidən  istifadəyə  ehtiyac  qalmır.  Bütün  bu imkanlar hamısı 

Activinspire  proqramının  daxilində  nəzərə  alınmışdır.  Bu  lövhə  vasitəsilə  müəllim 

ə

yanilik  üçün  şagirdə  keçəcəyi  mövzunu  əhatə  edən  şəkillər,  səs  faylları, 



videoçarxlar   təqdim  edə  bilər.  Promethean  interaktiv  lövhələri  xüsusi  imkanlara 

malikdir.  Bu  imkanlardan  biri  də  riyazi  alətlərin  proqram  daxilində  istifadə 

olunmasıdır.  Ehtiyac  duyulduğu  anda  riyazi  alətlər  -  transportir,   pərgar,  xətkeş 

asanlıqla  lövhəyə  gətirilə  və  dərs  prosesində  istifadə  oluna  bilir.  Bu  alətlərin 

obyektlərin,  şəkillərin  ölçüsünü  böyütməklə  hətta  arxa  sıralarda  əyləşən  şagirdlərin 

dərsdə  aktivliyini,  diqqətinin  cəmlənməsini  təmin  etmək  olar.  Promethean 

lövhələrinin imkanları bununla bitmir, əlavə funksiyalardan istifadə etməklə müəllim 

fasilitator rolunu oynayaraq istiqamətləndirici olub şagirdin tədqiqatçı olmasına şərait 

yarada  bilər.  Məsələn,  sehirli  qələm,  konteyner,  gizlilik  kimi  funksiyalar  şagirdin 

araşdırma  nəticəsində  doğru  cavab  tapmasına  kömək  edir.  Bununla  da  şagird  təkcə 

cavabın tapılması deyil, eləcə də problemin tədqiqi prosesində iştirak etdiyi üçün onu 

daha  yaxşı  anlayır  və  yadda  saxlayır.Şagirdlər  kimi  müəllimlərin  də  bu  lövhəyə 

münasibəti  çox  yaxşıdır.  KT  bacarığı  olan  müəllimlər  lövhənin  üstünlüklərini 

öyrənir, fərqli elektron dərs nümunələri hazırlayır və dərslərində tətbiq etməklə onun 

tədris prosesinə nə qədər müsbət təsir göstərdiyinin şahidi olurlar. Bunun sayəsində 

hətta  sadə  KT  bacarığı  olmayan  müəllimlər  məhz  elektron  lövhənin  imkanlarından 




65 

 

yararlanmaq  üçün  könüllü  olaraq  ilkin  mərhələdə  KT  kurslarından  keçərək  ikinci 



mərhələdə  Promethean lövhələrinin istifadə qaydalarını öyrənir  və dərslərində geniş 

istifadə edirlər[24].  

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  təhsilin  keyfiyyətini  artırmaq, 

qabaqcıl  beynəlxalq  təcrübəyə  uyğunlaşdırmaq  məqsədilə  təhsilalanlar  və 

təhsilverənlər üçün  elektron resursların hazırlanması istiqamətində müvafiq layihələr 

və  tədbirlər  həyata  keçirib.  Görülən  tədbirlər  çərçivəsində  hazırlanmış  elektron 

resursları  bir  mənbədə  cəmləyərək  təhsil  portalı  yaradıb.  Portal  vasitəsilə  hər  bir 

istifadəçi  elektron  dərsliklərə,  videodərslər,  elektron  tapşırıqlar  və  digər  elektron 

resurslara çıxış əldə edə bilər.Lakin bir çox müəllim və valideynlərin bundan xəbəri 

yoxdur.Buna  görə  də  valideynlər  arasında  maarifləndirmə  işləri  görülməli,  bu 

resursların  təqdimat  çarxı  onlara  nümayiş  etdirilməlidir.  Hər  bir  valideyn  övladının 

təhsil  sahəsində  irəli  getməsini,  nailiyyətlər  qazanmasını  istəyir.  Əgər  valideyn  bu 

portalın  onun övladına  biliyini genişləndirmək  və  möhkəmləndirməkdə nə  dərəcədə 

müsbət  təsir  edəcəyini  bilsə,  bu  məsələyə  səthi  yanaşmaz,  əksinə,  övladına  dəstək 

olar[5]. 

Təhsil  Nazirliyi  tədris  sistemində  qabaqcıl  müəllimlərin  dərslərini  videoçəkiliş 

edərək  interaktiv  texnologiyaları  tətbiq  etməklə  şagirdlər  üçün  maraqlı  videodərslər 

yaratmışdır.  Əgər  şagird  dərs  zamanı  hər  hansı  mövzunu  yaxşı  dinləyə  bilməyibsə, 

başa  düşməyibsə  və  ya  müəyyən  səbəblərdən  dərsdə  iştirak  etməyib  və  bununla  da 

keçirilən  mövzu  ilə  bağlı  heç  bir  anlayışı  yoxdursa,  bu  zaman  o,  internet  vasitəsilə 

videoportala  daxil  olub  müvafiq  fənni  seçməklə  həmin  mövzunu  tapıb  izləyə  bilər. 

Videodərslərin  adi  dərsdən  əsas  üstünlüyü  odur  ki,  şagird  bu  dərsləri  bir  neçə  dəfə 

təkrar  izləmək  imkanına  malikdir.  Bununla  da  şagird  dərsi  tam  mənimsəyənə  qədər 

təkrar  izləyə  bilər.  Bu  da  şagirdin  dərsi  anlama  keyfiyyətini  artırır.  Şagird  hər 

videodərsi  dinlədikdə  ona  bir  neçə  test  təklif  olunur,  bu  testləri  cavablandırmaqla 

sonda  topladığı  bala  əsasən  dərsi  nə  dərəcədə   mənimsədiyini  anlaya  bilər. 

Videodərsləri məktəbdə tədris prosesində də istifadə etmək olar. Bu artıq müəllimin 

yaradıcı yanaşmasından asılıdır[7]. 




66 

 

Yenilikləri  asanlıqla  qəbul  edən  gənc  nəsil,  bu  gün  bu  yenilikləri  məktəbdən  və 



müəllimlərdən  də  gözləyir.  Bu  yenilik  məhz  şagirdləri  yeni  bir  aləmə  aparan 

Promethean lövhədir. Bu lövhədə maraqlı, rəngarəng,bir-birinə bənzəməyən  dərslər 

hazırlamaqla  onların  marağını  artırmaq,  diqqətini  cəlb  etmək  olar.  Müasir  dövrün 

müəllimi  daim  üzərində  çalışmalı,  yenilikləri  öyrənməli,  axtarışda  olmalı,  öyrədici 

təlimlərdə tez-tez iştirak etməlidir. 

3.3.Distant təhsil texnologiyasının digər təhsil formalarından (əyani və qiyabi) 

üstünlükləri, mənfi və müsbət cəhətləri. 

    Texnologiya  bütün  sahələrdə  olduğu  kimi,  təhsildə  də  yüksələn  xətt  üzrə 

inkişaf  edir.  Bildiyimiz  kimi,  dünya  təhsil  sistemində  əyani  təhsil  forması  geniş 

yayılıb.  Təhsil  sahəsindəki  mütəxəssislərin  fikrinə  görə,  əyani  təhsilin  müəyyən 

üstünlükləri  olsa  da,  bunun  üçün  çox  miqdarda  vəsait  tələb  olunur.  Elə  bu  kimi 

subyektiv  səbəbləri  nəzərə  alaraq  deyə  bilərik  ki,  digər  təhsil  formaları  ilə 

müqayisədə  distant  (məsafədən)  təhsil  forması  üstünlüklərə  sahibdir. 

Qloballaşma şəraitində təhsilin ən yeni və effektiv texnologiyalarına, o cümlədən 

distant  təhsil  texnologiyalarına  tələbat  get-gedə  artır.  Dünya  təhsil  sistemində 

ə

yani təhsil forması geniş yayılıb və əyani formada təhsil alan insanlar hər zaman 



digərlərindən  peşə  bacarıqları  ilə  seçiliblər.  Lakin  təhsilin  əyani  və  qiyabi 

formaları ilə  müqayisədə  açıq distant təhsil forması xeyli üstünlüklərə  malikdir. 

Bu  üstünlüklərə  onun  əlyetərliyi,  ucuzluğu,  çevikliyi  və  s.  daxildir. 

Azərbaycanda  distant  təhsilin  rəsmi  yaranma  tarixi  «Təhsil  haqqında»  yeni 

Qanunun  təsdiq  edildiyi  19  iyun  2009-cu  il  hesab  olunur.  Qanunun  13-cü 

maddəsinə  əsasən,  əyani  və  qiyabi  təhsil  formaları  ilə  yanaşı,  distant  təhsil 

forması “Təhsil  haqqında”  Qanunun  13-cü  maddəsinə  əsasən  Azərbaycanda 

təhsil almanın 4 forması mövcuddur. Onlar əyani, qiyabi, distant (məsafədən) və 

sərbəst  (eksternat)  təhsil  formalarıdır.  Distant  təhsil  müəyyən  məsafədən 

keçirilən  təlim  sistemidir.  Distant  təhsil  öyrədən  və  öyrənən  arasında 

telekommunikasiya  və  kompüter  şəbəkələri  vasitəsi  ilə  operativ,  müntəzəm 

dialoq,  əks  əlaqə  əsasında,  uzaq  məsafədən  həyata  keçirildiyi  təhsil  formasıdır. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə