52
effektivliyini dəfələrlə artırmaq olar. TTTS-nin bünövrəsini təlim/tədris prosesini
tam əhatə edə biləcək elektron dərsliklər təşkil edir və onlar ənənəvi təhsil
sistemindəki dərsliklərdən aşağıdakı üstün imkanlarına görə fərqlənirlər:
1.
Dərsliklərin mövzuları tam emal oluna bilən mətn, qrafik, audio, video,
animasiya elementləri vasitəsilə hazırlanır.
2.
Elektron dərsliklərin istismarı həm fərdi kompüterdə, həm də şəbəkə
vasitəsilə(lokal və qlobal) aparıla bilər.
3.
Elektron dərsliklərin “kağız” variantı KT vasitələri məhdud olan təhsil
müəssisələrində işlədilə bilər.
4.
Belə dərsliklər TSS sistemindəki təhsil standartlarının minimal, orta,
maksimum tələbləri nəzərə alınaraq hazırlanır.
5.
Eyni bir fənn üzrə alternativ dərsliklərin sayına məhdudiyyət qoyulmur.
Öyrənən dərsliyin seçilməsində müstəqil olur. Bu isə öz növbəsində təcrübəli
pedaqoqların aktiv pedoqoji fəaliyyətinə yardım edir.
6.
Bu dərslikdən lokal, qlobal, korporativ şəbəkələr vasitəsilə istifadə etmək
imkanı ənənəvi üsulla yanaşı, distant təhsilin inkişafına da yardım edir.
7.
ATS-TYQKS ilə bağlılıq dərsliyin ayrı-ayrı mövzularının vaxtında, effektiv
şə
kildə korrektəsinə imkan verir.
8.
ATS-lərin çoxdilli interfeysə malik olması, elektron vəsaitlərin ölkə xaricindən
istismarına şərait yaradır və s[13,s.25-28].
4
Tə hsil Standartları Sistemi (TSS)
Təhsil sistemlərinin ən əsas problemlərindən biri təhsil standartları məsələsidir.Təhsil
standartlarının minimumu, təlim/tədrisin mövzu əhatəliyini təyin etməklə, təhsil
pillələri arasında keçid təmin edən meyar ölçüsüdür. Bu standartların müəyyən
olunması, operativ olaraq dəyişdirilməsi və s. kimi problemlər ƏTS-in (Ənənəvi Təhsil
Sistemi) ən böyük problemlərindəndir. ATS-TSS bu tip problemləri həll etmək üçün
53
yaradılır.Qeyd etdiyimiz kimi Təhsil Standartları milli xarakter daşıyır, ölkədə təhsilin
keyfiyyət ölçüsüdür.Bu isə öz növbəsində ATS-TSS-dən istifadəni zəruri edir.
ATS-də “Təhsil Standartları Sistemi” kompleks alt-sistemi aşağıdakı mürəkkəb
məsələləri həll edir:
Ənənəvi və Avtomatlaşdırılmış dərsliklərinin (DM) hazırlanması standartlarını
müəyyən etmək;
Təhsilin ixtiyari pilləsində təlim/tədris olunan fənnin mənimsənilmə
minimumularını (ATS-TYQKS vasitəsilə) müəyyən etmək;
Təhsili idarə edən subyektlərin fəaliyyətinin ekspertizası, pedaqoqların
attestasiyası,elektron dərsliklərin sertifikatlaşdırılması, təhsil müəssisələrinin
lisenziyalaşdırılması və digər bu kimi problemləri həll etmək üçün nəzərdə
tutulmuşdur[13,s.25-28].
5 Təhsilin Avtomatlaşdırılmış darəetmə Sistemi (TA S)
Təhsilə cəlb olunmuş maddi, elmi, pedaqoji və s. resursların Avtomatlaşıdırlmış
darəetmə Sistemidir.ATS-in və ümumilikdə bütün təhsil sisteminin idarəolunma və
nəzarət mexanizmlərini özündə birləşdirməklə, müxtəlif səviyyələrdə prioritetlər
ə
sasında təhsil sisteminin optimal və effektiv üsullarla idarə olunmasına yardım
məqsədilə yaradılır.TA S, təhsilin şaquli idarəolunma, üfiqü və şaquli nəzarət
mexanizmlərinə(alt-sistemlərə) malik olur[13,s.25-28].
ntellektual tə hsil sistemlə ri
ntellektual, yəni şüurlu maşınların yaradılması sahəsində uğurlu araşdırmalar
aparılır. Kompüterin şüurunu, intellektini insan şüurundan fərqləndirmək üçün onu
süni intellekt adlandırmaq qəbul olunmuşdur. Süni intellekt insanın intellektual
fəaliyyətinə nüfuzu ilə səciyyələnən V nəsil kompüterlərin yaradılması ilə inkişaf etdi.
Bu nəsil kompüterlər təbii dili başa düşməlı, hər hansı gözlənilməz və qeyri-müəyyən
vəziyyət üçün qərar çıxara bilməli, yaddaşına əvvəlcədən yazılmış biliklərlə
kifayətlənməyərək yeni biliklər qazanmalı, öyrənmə, qavrama qabiliyyəti olmalıdır.
54
Öhdəsinə düşən funksiyaları yerinə yetirmək üçün kompüter saniyədə trilyon
ə
məliyyat aparmalıdır. Bu sürəti isə paralel işləyən çoxprosessorlu, çoxmaşınlı
sislemlərin köməyi ilə əldə etmək olar
ntellektual sistemlərdə informasiya emalının kompüterdə də insan beynində
olduğu kimi həyata keçirilməsi məsələsi öyrənilir. Beyin fəaliyyətini tənzimləyən sinir
hüceyrələrinin – neyronların funksiyalarıni kompüterdə modelləşdirən nəzəriyyə
(neyron şəbəkələri nəzəriyyəsi) əsasında kompüterlərə öyrənmə qabiliyyəti verən
alqoritmlər yaradılır. Neyronların bir sıra funksiyalarını yerinə yetirən inteqral sxemlər
yaradılmışdır. Nəzəri hesablamalara görə optik elementlər əsasında yaradılan
kompüterlər saniyədə yüz trilyonlarla əməliyyat yerinə yetirə bilər. Məlumatın işıq
ş
üalarından istifadə etməklə yüksək sürətlə və etibarlı ötürülməsi və emalı son illər
geniş yayılmışdır.
Demə li, intellektual tə lim sistemlə ri :
1. müəyyən məqsədə yönəldilmiş olmalıdır. Məqsədin verildiyi və ya sistem
tərəfindən formalaşdırılmasının fərqi yoxdur.
2. əhatə olunmuş aləmin dəyişməsinə reaksiya verməli, yəni kriteriyanın
dəyişməsi ilə məsələni həll etməlidir.
3. bilik hüdudlarını daim genişləndirməlidir, öyrənmək və özünü öyrətməklə
modelini təkmilləşdirməlidir;
4. məntiqi nəticələri istifadə etməklə şəraiti tanımaq və qərar qəbul etmək,
həmkarları ilə ümumi dil tapmaq, lazım gələrsə gördüyü işi izah etməyi,
proqnozlaşdırmağı və onu öz fəaliyyəti ilə əlaqələndirməyi bacarmalıdır və s.
Beləliklə, intellektual təlim sistemləri – müəyyən məqsədə yönəldilmiş,
fəaliyyətini vəziyyət və proqnoza əsasən planlaşdıran, aləmin modeli əsasında həssas
orqanlardan və insanla intellektual əlaqədən və ya “özü kimi ağıllı sistemdən” aldığı
cari informasiya və özünüöyrənmə yolu ilə aldığı biliyi və “genetik” biliyi istifadə
etməklə məqsədyönlü qərar qəbul etmək qabiliyyətinə malik sistemdir.Sistem öyrənən
Dostları ilə paylaş: |