55
və ya özünüöyrədən, proqnoz, xarici aləmlə əlaqə, məqsədi formalaşdıran bloklardan
təşkil olunur.Blokların bir-biri ilə əlaqəsini yaratmaq və intellektual təlim sistemlərinin
ağıllı fəaliyyətini təmin etmək üçün strukturda “intellektual təşkilatçı” blokunun
olması vacibdir[13,s.29-31].
Fə
sil 3: TƏ
HSILDƏ
KT-NIN ISTIFADƏ
SININ SƏ
MƏ
RƏ
LILIYI
3.1. Yeni və
interaktiv tə
lim texnologiyalarında KT-də
n istifadə
nin
üstünlüklə
ri, ə
nə
nə
vi və
interaktiv tə
limin sə
ciyyə
vi xüsusiyyə
tlə
ri və
onların
müqaisə
li tə
hlili
nformasiya-kommunikasiya texnologiyalarından istifadə tətbiq olunarkən
onun əvəzolunmaz, yeni imkanları özünü faydalı şəkildə göstərməkdədir. Bunlar
tədris zamanı müəllim və şagird arasındakı interaktivlik, zamandan səmərəli istifadə
edilərək, vaxta qənaət, təhsil alanların daha optimal və obyektiv şəkildə
qiymətləndirilməsinin nəticəsidir.
Müasir dünyada informasiya-kommunikasiya
56
texnologiyalarının ( KT) tədrisə tətbiqi təhsilin ayrılmaz hissəsinə çevrilib. Artıq
təhsil müəssisələrini informasiya-kommunikasiya texnologiyaları olmadan təsəvvür
etmək mümkün deyil. Tədrisdə kompüterdən istifadə hər şeylə maraqlanan, çox və
daha dərin məlumat almağa çalışan şagird üçün informasiya mühitinin yaranmasına
kömək edir. Kompüter müəllim və şagird arasında elektron vasitəçi rolunu oynayır,
tədris prosesini daha maraqlı, rəngarəng, əyani edir, onu intensivləşdirir.Məlumdur
ki, KT-dən istifadə etməklə müasir və interaktiv təhsil modelinin həyata keçirilməsi
məktəbin və müəllim heyətinin qarşısına yeni tələblər qoyur. Pedaqoji heyətin KT
savadlılığını
artırmadan,
təlim-tədris
prosesinə
innovativ
yanaşmasını
formalaşdırmadan KT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri-
mümkündür. Bütün müasir dövrün tələblərindən irəli gələn dəyişikliklərin
məktəblərdə uğurla və səmərəli tətbiq edilməsi avtomatik olaraq müəllimin də tədris
prosesinə fərqli yanaşmasını zəruri edir. Bu səbəbdən də müəllimlərin KT
bacarıqlarına yiyələnməsi, tədris prosesində KT bacarıqlarından pedaqoji alət kimi
istifadə etməsi artıq zəruri prosesdir.
Müasir müəllim:
1.
şagirdə öyrənmə yollarını öyrətməli, onlarda sərbəst olaraq onun üçün lazım
olan informasiyanı düzgün mənbələrdən və vaxt itkisinə yol vermədən
axtarmaq, tapılmış informasiyanı sistemləşdirmək və özü üçün daha yararlı
informasiyaları seçmək, seçilmiş informasiyaları analiz etmək və əldə edilmiş
informasiyanı özününküləşdirərək məsələyə şəxsi münasibətini bildirmək
bacarığı formalaşdırmalıdır;
2.
şagirdə özünə inam hissini aşılamalı və auditoriya qarşısında özfikirlərini
sərbəst təqdimetmə bacarığı formalaşdırmalıdır;
3.
istənilən fənnin tədrisində yuxarıda sadalananların həyata keçməsi üçün
ş
agirdləri daim yeni informasiya texnologiyalarından istifadəyə yönəltməlidir.
nformasiya və kommunikasiya texnologiyalarının köməyi ilə şagird informasiyanı
sərbəst əldə etməyə çalışır, onun düşüncəsi və psixoloji bacarığı inkişaf edir. Ən əsası,
ş
agird tədris prosesinin aktiv iştirakçısına çevrilir. Bununla yanaşı olaraq, kompüter
57
texnologiyalarından istifadə müəllimi şagirdlər üçün yeganə həqiqət söyləyən
informasiya mənbəyi olmaqdan azad edir, o, şagird üçün artıq əməkdaşa çevrilir. KT-
nin tədris zamanı tətbiqi müəllim üçün də bir çox imkanlar yaratmışdır. Belə ki, o,
dərsdə vaxta qənaət edir, informasiyanı dəqiq çatdırır, müxtəlif texniki təlim
vasitələrindən eyni zamanda istifadə edir, daha böyük həcmdə informasiyanı çatdırır,
müxtəlif prosesləri, xüsusilə məktəb laboratoriyalarında həyata keçirilməsi mümkün
olmayan prosesləri modelləşdirir. Bundan başqa, informasiyanı istənilən kimi - qrafik,
cədvəl, şəkil təqdim edir, müəllimə həmkarları tərəfindən hazırlanmış metodiki
üsullardan istifadə etməyə və onların tətbiqinə kömək edir, dərsə uyğun olaraq hazır
işdən istifadə edir. Məhz bu göstəricilərə görə informasiya-kommunikasiya
texnologiyaları ilə tədris ənənəvi tədris üsulundan daha üstündür. Hazırda müəllimlər
KT-nin tədrisdə tətbiqinin müsbət nəticələr verdiyini vurğulayırlar. Belə ki, yeni
texnologiyaların tədrisdə tətbiqi dərsi canlandırdığı üçün sinifdə hətta ən zəif oxuyan
ş
agird belə prosesdən kənarda qalmır. Dərsin informasiya texnologiyalarının tətbiqi
sayəsində daha maraqlı aparılması istənilən şagirdin diqqətini tədrisə yönəldir.
Məsələn, yeni elektron, interaktiv “M M O” qurğuları təlim-tədris prosesini yalnız
ş
agirdlər deyil, həm də müəllimlər üçün bir növ əyləncəyə çevirir. Ona görə də
yeniliklər həm təlim, həm də tərbiyə prosesinin kamilləşməsinə kömək edir.
Ümumiyyətlə, artıq kompüterlər tədricən təhsildə yalnız informatika kursunun
tədrisaləti olmaqdan çıxaraq bütövlükdə təlim-tədris kompleksinin güclü inkişaf
vasitəsinə çevrilmişdir.
nformasiya texnologiyalarının təhsildə sistemli tətbiqi zamanı əldə edilən
nəticələr göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti tam dəyişdirir,dərs
prosesinin yeni mərhələyə qalxmasına imkan yaradır. nformasiya kommunikasiya
texnologiyalarının geniş və hərtərəfli tətbiqi nəticəsində insan fəaliyyəti, bütövlükdə
cəmiyyət dəyişikliklərə məruz qalır, tamamilə yeni reallıqlar, dəyərlər, sosial-
psixoloji mühit formalaşır. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “
Ümumtəhsil məktəblərinin KT ilə təminatı Proqramı ” bu istiqamətdə atılmış ən
ə
həmiyyətli addım olmuşdur.