Microsoft Word diplom isi n'rmin docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix12.10.2018
ölçüsü0,57 Mb.
#73726
1   ...   17   18   19   20   21   22   23   24   25

67 

 

Təhsilin  distant  formasından  daha  çox  müəyyən  səbəblər  üzündən  təhsilini 



artırmaq imkanı olmayan insanlar üçün əlverişlidir.Distant təhsil forması ənənəvi 

təhsil  formalarına  nisbətən  öyrənənlərin  müstəqilliyini,  fəallığını,  şüurluğunu, 

yaradıcılığını optimal inkişaf  etdirir.  Bundan başqa, bu sistemdə  az vaxtda daha 

çox elmi məlumatlar əldə etmək olur, tələbənin sistemli biliklər alması şüurlu və 

məntiqi  imkanları  genişlənir.  Avropanın  bir  çox  ölkələrində  bu  təhsil 

formasından  geniş  istifadə  olunur.  Belə  ki,  bu,  Boloniya  təhsil  sistemində  də 

ə

ksini  tapıb.  Son  illər  distant  təhsilin  populyarlığı  kəskin  şəkildə  artıb.  Bu, 



ə

halinin  bütün  təbəqələri  üçün  ən  münasib  və  baha  olmayan  təhsil  formasıdır. 

Distant təhsilin məqsədi müasir informasiya texnologiyalarından istifadə etməklə 

təhsil alanın ixtisasının artırılmasıdır

[3].

 

       Distant  təhsil  ötən  əsrin  ortalarında  dünya  təhsil  sistemində  öz  yerini 



tutmağa  başlayıb.  Texnikanın  inkişafı,  xüsusilə  texnologiyanın  inkişafı  distant 

təhsilin  imkanlarını  daha  da  genişləndirərək,  təhsil  sistemindəki  yerini  gündən-

günə möhkəmləndirməkdə davam edir. Məlumat üçün qeyd edək ki, distant təhsil 

-  tədris  prosesinin  elektron,  telekommunikasiya,  proqram-texniki  vasitələr 

ə

sasında  təşkil  olunmuş  formasıdır.  Distant  təhsil  öyrədən  və  öyrənən  arasında 



ə

laqəni  telekommunikasiya  və  kompüter  şəbəkələri  vasitəsi  ilə  operativ, 

müntəzəm  dialoq,  əks  əlaqə  əsasında  uzaq  məsafədən  həyata  keçirir.  Distant 

təhsilin  xarakterik  xüsusiyyətlərinə  həmçinin  çeviklik,  modulluluq,  iqtisadi 

səmərəlilik,  müəllimin  yeni  rolu,  təhsilin  keyfiyyətinə  xüsusi  nəzarət,  təlimin 

xüsusiləşdirilmiş  vasitə  və  texnologiyalarından  istifadə  və  s.  məsələlər  aiddir. 

Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, 

elektron  dərslik,  televerilişlər  və  s.  formalarda  təqdim  edilir.  Bu  tədris 

informasiyalarının  kitablar,  disklər,  audio-video  kasetlər  kimi  daşıyıcıları 

vardır[22]. 

     Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video 

maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. 

Bununla  yanaşı,  distant  təhsilin  forması  müəyyən  səbəblər  üzündən  təhsilini 



68 

 

artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən 



potensial  şəxslərə  real  təhsil  imkanları  yaradır.Bu  təhsil  forması  ənənəvi  təhsil 

formalarına  nisbətən  öyrənənlərin  müstəqilliyini,  fəallığını,  şüurluluğunu, 

yaradıcılığını  optimal  şəkildə  inkişaf  etdirir.Mütəxəssislərin  fikrincə,  distant 

təhsildə vahid forma müəyyənləşdirmək mümkün deyil.Hər bir təhsil müəssisəsi 

öz  imkanları  daxilində  bu  formanı  müəyyənləşdirə  bilər.Bununla  yanaşı,  distant 

təhsil  yalnız  hansısa  ixtisasa  yiyələnmək  üçün  deyil,  eyni  zamanda  fasiləsiz 

təhsilə də xidmət edir.Məsələn, jurnalist kimi fəaliyyət göstərən bir şəxs iqtisadi 

sahədə  ixtisaslaşmaq  istəyir.Lakin  onun  bu  sahədə  əyani  təhsil  alması  istər 

maddi,  istərsə  də  zaman  baxımından  əlverişsiz  olduğu  üçün  distant  təhsil 

növündən  istifadə  edir.Bu  da  o  şəxsin  iqtisadi  sahədəki  araşdırmalarına  öz 

müsbət təsirini göstərir. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 

Bakıda  Distant  Təhsil  Mərkəzi  açılmışdır.“2008-2012-ci  illərdə  Azərbaycan 

Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” 

çərçivəsində həyata keçirilən “Elektron Təlimləndirən Sistemlər” layihəsinin əsas 

komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan 

ş

agirdlərin  distant  tədris  metodları  vasitəsilə  orta  təhsilini  təmin  edir.  Ölkədə 



distant  təhsilin  inkişaf  etdirilməsi,  eyni  zamanda  xüsusi  qayğıya  ehtiyacı  olan 

ş

agirdlərin  bu  prosesə  daha  yaxından  cəlb  olunması  ilə  əlaqədar“Elektron 



təlimləndirən sistemlər” adlı layihə işlənib hazırlanmışdır.Layihədə əsas məqsəd 

məsafədən  təhsilin  inkişafı,  layihəyə  cəlb  olunmuş  xüsusi  qayğıya  ehtiyacı  olan 

ş

agirdlərin  təhsilalma  imkanlarının  yaxşılaşdırılması,kompüter,  elektron 



resurslardan  istifadə  bacarıqlarının  artırılması,  Azərbaycan  təhsil  səbəkəsinə  və 

nternetə  çıxış  imkanlarının  yaxşılaşdırılmasından  ibarətdir.  Layihənin  əsas 

məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə 

cəlb  etməklə,  cəmiyyətə  inteqrasiya  olunmasına  dəstək  vermək,  onların  təhsil 

almaq  imkanlarını  yaxşılaşdırmaq  və  bununla  yanaşı,  kompyuter,  elektron 

resurslardan  istifadə  bacarıqlarının  artırılması  və  internetə  çıxış  imkanlarının 




69 

 

yaradılmasıdır.  Layihə  çərçivəsində  30  şagird  və  7  müəllimə  Apple  şirkətinin 



istehsalı  olan  Macbook  noutbukları  verilmiş,  şagirdlərin  evləri  Azərbaycan 

Təhsil Şəbəkəsinə qoşularaq, yüksək sürətli internet bağlantısı ilə təmin edilmiş, 

ş

agirdlərin  dərs  prosesinin  idarə  edilməsi  məqsədi  ilə  müəllimlər  üçün  ayrılan 



tədris  məkanının  yüksək  sürətli  fiber-optik  nternet  və  ntranet  bağlantılarla 

təchiz  olunması  təmin  edilmişdir.  “Elektron  təlimləndirən  sistemlər”  təlim 

məsafəsi  əsasında    təlimçi  müəllimlərin  hazırlanması  “Yeni  hazırlanmış 

təlimçilər  tərəfindən  məktəbyaşlı  uşaqlar  üçün  məsafədən  təhsilin  köməyi  ilə 

“Elektron  təlimləndirən  sistemlər”  təlim  məsafəsi  əsasında  təlimlərin  təşkil 

olunması  planlaşdırılıb.  Nəhayət,  müəllim,  şagird  və  valideynlərin  təhsil 

prosesinə  cəlb  olunması  üçün  yeni  portalın  yaradılması  da  nəzərdə 

tutulmuşdur[3]. 

Beynəlxalq  statistikaya  görə,  distant  təhsildə  «tələbələrin»  əksəriyyəti  yaşı  25-i 

ötmüş,  işləyən  və  işdən  ayrılmadan  peşəkar  biliklərini  genişləndirmək  istəyən 

şə

xslərdir.Bununla  belə,  distant  təhsil  forması  hamı  üçün  münasibdir.Bu,  illər 



ötdükcə  daha  çox  inkişaf  edəcək  müasir  təhsil  formasıdır.Amma  istənilən  təhsil 

forması kimi distant təhsilin də həm müsbət, həm də mənfi cəhətləri var. 

Müsbət cəhətləri aşağıdakılardır: 

•  Distant  təhsil  proqramları  ənənəvi  sistem  üzrə  aparılan  analoji  təhsil 

kurslarından  xeyli  ucuzdur.  Təhsil  müəssisələri  icarə  haqqına,  elektrik 

enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar 

və kompüterlər tələb olunmur. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr 

müstəqil şəkildə  məşğul olurlar və deməli,  müəllimlər eyni  zamanda daha 

çox tələbəni öyrədə bilərlər və bunun da sayəsində distant təhsilin qiyməti 

münasib olur.  

•  Distant təhsil ümumiyyətlə hər hansı təhsil almaq imkanları olmayan şəhər 

və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə