Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə104/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   100   101   102   103   104   105   106   107   ...   113

 326 
kumətin kölgəsi altında həyatlarını davam etdirdilər və hökumətə sa-
hib olmamalarına görə beş əsr öncə dəm vurduqları mənəvi dəyərləri 
dirçəldə bildilər. Amişlər (Amish) və Mennonilər (Mennonites) kimi 
sülhçü (Pacifist) firqələri buna nümunə kimi misal göstərmək olar.  
İslam dünyasında Əhli-Sünnənin Papalar kimi əzəmətli xəlifələ-
rə malik olmaları səbəbindən qüdrətə daha meyilli olması və xəlifələ-
rin törətdikləri fəsadları ört-basdır etməyə çalışmaları da gözə çarpır. 
Xilafətin 1924-cü ildə Atatürk tərəfindən süquta uğramasından sonra 
bu məsələ  də öz-özlüyündə  zəifləmişdir.  Şiyələr məsum  İmamlara 
malik olmaları səbəbindən Həzrət Məsihin (ə) müqəddəsliyinə dəyər 
verirdilər və yalnız məsum rəhbəri qəbul edirdilər. Amma bir məsələ-
ni də qeyd etmək lazımdır ki, 16-cı əsrin əvvəllərində Səfəvilər döv-
lətinin yaradılması əlaqəni azaltmışdır.  
 
12-6. Hökumət və intizar 
Bütün dinlərin davamçılarının ya öz hökumətləri var, ya da hö-
kumət qurmaq arzusu ilə günlərini sayırlar.  Xristyanlığın 4-cü əsrdən 
xüsusi dövləti olmuşdur və onlar özlərinə bununla təskinlik verirdi-
lər. Amma, yəhudilk eradan əvvəl 587-ci ildə qüdrətli səltənətlərinin 
məhv edilməsindən sonra Davud, Süleyman, Maşiyah kimi padşahla-
rın yenidən gələcəklərini gözləmişlər. Yəni, peyğəmbər Allah tərəfin-
dən onu müqəddəs yağla məsh etmiş olsun, hamı ona itaət etsin və o 
da öz növbəsində  yəhudilərin qarşılarına qoyduqları  məqsədləri və 
amalları  həyata keçirə bilsin. 1948-ci ildə  İsrail hökumətinin təsis 
edilməsi də bütün yəhudilərin fikri deyildi və bu intizarın qüvvədən 
düşməsi mənasını daşımırdı. Elə bu səbəbdən də, yəhudilər öz intizar 
əməllərini hələ də həyata keçirirlər.  
İslam dünyasında da Əhli-sünnənin dövləti olmuşdur, amma şi-
yələr Həzrət Mehdinin (əc) mübarək intizarındadırlar və bunun üçün 
günləri sayırdılar. Səfəvilər dövlətinin bərqərar olunması  və  İslam 
Respublikasının yaradılması bu etiqada olan inamın azalması  məna-
sını daşımır, əksinə hər iki halda intizar məsələsi davam etmişdir.  


 
327
Cəfəri şiyələr dini etiqad nöqteyi-nəzərində pak İmamlardan (ə) 
birinin qiyam etməsinin intizarında idilər və sonda bu intizar məsə-
ləsi On İkinci İmam Həzrət Mehdinin (əc) mübarək vücuduna aid ol-
du. O Həzrətin qeybdə olduğu dövrdə idarəetmə işlərinin bəzən şiyə-
lərin üzərinə düşməsinə  və  şiyə alimlərinin hakimlik işlərində  və 
digər sahələrdəki vəzifələri bəzən mümkün, bəzən də vacib bilməmə-
lərinə baxmayaraq dini hökumətin yaradılmasının dəyərli intizar dü-
şüncəsi ilə üst-üstə düşməməsi bildirilmişdir. İntizar düşüncəsi o qə-
dər güclü idi ki, xümsün toplanılmasının və sərf olunmasının idarəçi-
liyi böyük qeybə  çəkilmə zamanı  kəskin problemlərlə üzləşdi. Bəzi 
din alimləri xümslərin toplanılaraq əmanətdar insanlara tapşırılmasını 
və həmin şəxslərin də İmam Zamanın (əc) qiyamından sonra toplanıl-
mış xümsləri ona çatdırması təklifini irəli sürdülər. Başqa çıxış yol-
ları da təklif olundu və xüms məsələsinin münasib çərçivəyə və qa-
nun-qaydaya salınması sonrakı nəsillərdə yaşamış böyük dini alimlə-
rin göstərdiyi səylər nəticəsində ərsəyə gəldi.  
Sonrakı dövrlərdə Səfəvilər kimi şiyə dövlətləri təşkil olundu və 
şiyə aləminin böyük alimləri yeni yaradılmış dövlətlərin varlığını təs-
diq etdilər. O dövrdə din və siyasət arasında mövcud olan birlik həmin 
hökumətlərin İran və İraqda yerləşən müqəddəs məkanların, məscidlə-
rin və  mədrəsələrin inşa edilməsinin vacibliyini meydana çıxarırdı. 
Eləcə də, o dövrün padşahları şahlıq və hökümdarlıq etmək üçün bö-
yük fəqihlərdən və dini alimlərdən icazə almaq məcburiyyətində idi-
lər. Qazilik və məhkəmə sahələri də dini alimlərin ixtiyarında idi.  
Müxtəlif dini alimlərin intizar məsələsi barəsində maraqlı fikir-
ləri və  nəzəriyyələri vardır. İndi siz oxucuların diqqətinə İmam Xo-
meyninin sürgündə olduğu illlərdə  İmam Zamanın (əc) intizarı  və 
Vilayəti-Fəqih məsələsi barəsində vurğuladığı fikirləri çatdıracağıq: 
“İmam Zamanın (əc) kiçik qeybə çəkilmə hadisəsindən min ildən 
çox vaxt keçib. Yüz min il keçsə belə lazımi şərait yaranmasa O Həz-
rət gəlməyə də bilər. Onda belə bir sual meydana çıxır ki, bu müddət 
ərzində İslam dininin əhkamları yerdə qalmalıdır və icra olunmama-
lıdır, hər kim nə istəsə etməlidir?! İslam Peyğəmbərinin bəyan edil-


 328 
məsi, təbliği, yayılması və icrası yolunda iyirmi üç il əziyyətlərə qat-
laşdığı dinin qanunlar yalnız qısa müddət üçün nəzərdə tutulmuşdur? 
Məgər Allah dini əhkamlarının icrasını iki yüz il həddində  məhdud-
laşdırmışdır və kiçik qeybə çəkilmədən sonraİslam hər şeyini itirmiş-
dir? Belə  məsələyə inanmaq və yaxud dilə  gətirmək islam dininin 
qüvvədən düşməsinə inanmaqdan daha pisdir!”
1
 
 
12-7. Batini rəhbərlik 
Qeyd etdiyimiz kimi, Cəfəri şiyələr dini etiqad nöqteyi-nəzərin-
dən pak İmamlardan (əs) birinin qiyam etməsinin intizarında idilər və 
sonda bu intizar məsələsi On İkinci İmam Həzrət Mehdi (əc)-in mü-
barək vücuduna aid oldu.  
İndi isə diqqətinizə İmam Zamanın (əc) intizarı dövründə batini 
rəhbərliyin mövcudluğunu çatdıracağıq. Batini rəhbər on bir məsum 
İmamlar (ə)
2
 kimi gündəlik həyatda mövcud və yaxud İmam Zaman 
(əc) kimi qeybdə ola bilər. Şiyələr batini rəhbərlərini də İmam adlan-
dırırlar və bu söz (xristyanlıqdakı “Məsih” və Sufilikdəki “şah” sözü 
kimi) zahiri rəhbərə aid edilir. Elə bu səbəbdən də Qurani-Kərimdə 
düz yola hidayət edən
3
 imamlardan əlavə insanları cəhənnəmə sürük-
ləyən pis imamlara
4
 da işarə edirlər.
5
 Həzrət İmam Sadiq (ə) buyurur: 
“Cəmiyyətdə nizam-intizamın bərqərar olunması üçün insanların 
yaxşı  və pis əməlli  İmamlara ehtiyacı var.”
6
 İmam ləqəbi sonralar 
batini rəhbərlərə də (Məsih və şah kimi) aid olunmağa başladı.  
Yəhudilər Həzrət İsanın (ə) Məsih adlandırılmasını və sufiliyinin 
müxalifləri Sufi başçılarının “Şah” adlandırılmasını lağa qoyurlar, 
amma  Əhli-Sünnə  Şiyələrin on iki batini rəhbərlərinin “İmam” ad-
                                                 
1
 İslam hökuməti, səhifə 30-31 
2
 Bu məsum İmamlar 250 il ərzində cəmi Həzrət Əmirəlmöminin Əlinin (ə) beş illik
İmam Həsən müctəbanın (ə) altı aylıq və İmam Hüseynin (ə) qiyam etdiyi zamanda  
aşkar rəhbər də olublar.  
3
 Ənbiya surəsi, 73 
4
 Tövbə surəsi, 12 
5
 Qisəs surəsi, 41 
6
 Biharul Ənvar, cild 24, səhifə 157 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə