Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə106/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   102   103   104   105   106   107   108   109   ...   113

 332 
də qanlı müharibələr başlayır. Dünyanın sonu barəsində verilən dəh-
şətli və qorxulu xəbərlər İncillərdə bu formada qeyd olunmuşdur: 
“İsa məbəddən çıxıb gedirdi. Lakin şagirdləri ona yaxınlaşıb 
məbədin binalarını gəstərmək istədilər. İsa da cavab verib onlara de-
di: “Bütün bu şeyləri görürsünüzmü? Doğrusun sizə deyirəm: Bura-
nın daşı üstündə daş qalmayacaq, hər şey məhv olacaqdır.” İsa Zey-
tun dağında oturarkən, şagirdləri təklikdə Onun yanına gəlib dedilər: 
“Bizə söylə görək bu şeylər nə zaman olacaq? Sənin gəlişinin və dün-
yanın sonunun əlaməti necə olacaq?”İsa cavab verib onlara dedi: 
“Diqqətli olun ki, kimsə sizi aldatmasın. Çünki, bir çoxları: “Məsih 
mənəm”-deyə mənim adımla gələcək və çox adamları aldadacaqlar. 
Siz müharibə barədə  və  hərbi  şayiələr eşidəcəksiniz. Baxın, dəhşətə 
gəlməyin; çünki, bunların həyata keçməsi qaçılmazdır. Ancaq bu hələ 
son deyil .Çünki, millət millətə, padşahlıq padşahlığa qarşı qalxacaq; 
bəzi yerlərdə qıtlıqlar və zəlzələlər olacaqdır. Bütün bunlar isə yalnız 
ağrıların başlanğıcıdır. O zaman sizə  əziyyət verib öldürəcəklər və 
mənim adıma görə bütün millətlər sizə nifrət edəcəklər. O zaman bir 
çoxları büdrəyib bir-birini ələ verəcək və bir-birinə nifrət edəcəklər. 
Bir çox yalançı peyğəmbərlər qalxıb çoxlarını yoldan çıxaracaqlar. 
Bu fəsad çoxaldığından bir çoxlarının sevgisi soyuyacaqdır. Fəqət 
sona qədər dözən qurtulacaqdır. Padşahlıq haqqında olan bu müjdə 
millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaq-
dır və son zaman gələcəkdir. Beləliklə, Danial peyğəmbərin bəhs et-
diyi viranəlik gətirən iyrənc şeyin müqəddəs yerdə durduğunu gördü-
yünüz zaman. Yəhudeyada olanlar dağlara qaçsınlar. Damda olan 
evindən əşya götürməyə enməsin. Və tarlada olan da əbasını götür-
mək üçün geri dönməsin. Fəqət o günlərdə boylu və əmzikli olanların 
vay halına! Dua edin ki, qaçmanız qışda və ya bir şənbə günündə ol-
masın. Çünki, o zaman elə böyük məşəqqət olacaqdır ki, beləsi dün-
yanın başlanğıcından indiyədək olmamışdır və heç olmayacaqdır. 
Əgər o günlər qısalmasaydı heç bir insan xilas olmazdı. Fəqət seçil-
miş olanlar naminə o günlər qısalacaqdır. Əgər o zaman kimsə sizə: 
“Budur, Məsih burdadır, yaxud ordadır deyərsə inanmayın. Çünki, 
yalançı Məsihlər və yalançı peyğəmbərlər qalxıb böyük əlamətlər və 


 
333
xariqələr göstərəcəklər ki, mümkünsə seçilmiş olanları da aldatsın-
lar. Budur, mən əvvəlcədən sizə söylədim. Əgər sizə: “Budur, səhra-
dadır”-desələr də çıxmayın, “Budur, daxili otaqlardadır”-desələr də 
inanmayın. Çünki, şimşək şərqdə çıxıb qərbdə göründüyü kimi insan 
oğlunun gəlişi də belə olacaqdır. Leş haradasa qaraquşlar da orada 
toplaşacaqlar. Fəqət o günlərin məşəqqətindən dərhal sonra günəş 
qaralacaq, ay işığını verməyəcək, ulduzlar göydən düşəcək və göylə-
rin qüdrəti sarsılacaqdır. O zaman İnsan oğlunun əlaməti də göydə 
görünəcək; o vaxt yer üzünün bütün qəbirləri şivən qaldıracaq və İn-
san oğlunun göyün buludları üzərində qüdrətlə  və böyük izzətlə 
gəldiyini görəcəklər. Mələklərini böyük səsə malik boru ilə göndərə-
cək. Mələklər də göyün bir ucundan o biri ucuna qədər onun seçdik-
lərini dörd külək istiqamətindən toplayacaqlar. İndi, əncir ağacından 
ibrət alın. Onun budağı yumşalıb yarpaqlar çıxan zaman yayın yaxın 
olduğunu anlayırsınız. Eləcə də, siz bütün şeyləri görəndə bilin ki, O 
yaxındır, qapılardadır. Doğrusunu sizə deyirəm: Bütün bu şeylər baş 
verincəyə  qədər bu nəsil keçməyəcəkdir. Göy və yer keçəcək, fəqət 
mənim sözlərim keçməyəcəkdir. Lakin, o günü və o saatı  nə göylərin 
mələkləri, nə də oğul bilir. Atadan başqa heç kim bilmir. Nuhun gün-
ləri necə idisə insan oğlunun da gəlişi elə olacaqdır. Çünki, Nuhun gə-
miyə girdiyi günə qədər tufandan əvvəlki günlərdə insanlar yeyib, içib, 
evlənib, ərə gedirdilər. Və tufan gəlib hamısını aparıncaya qədər necə 
bixəbər idilərsə,  İnsan oğlunun gəlişi də bu cür olacaqdır. O zaman 
tarlada iki nəfər olacaq, biri alınacaq, bir isə qalacaqdır. Dəyirman 
çəkən iki qadın olacaq, biri alınacaq, biri isə qalacaqdır. Beləliklə, 
oyaq olun, çünki Rəbbinizin hansı gün gələcəyini bilməzsiniz. Fəqət 
bunu bilin ki, əgər ev sahibi oğrunun hansı saatda gələcəyini bilsəy-
di, oyaq durub öz evini oğurlatmağa qoymazdı. Bunun üçün siz də 
hazır olun, çünki İnsan oğlu sizin zənn etmədiyiniz saatda gələcəkdir. 
Belə isə, vaxtlı-vaxtında onlara çörək vermək üçün ağasının öz ev 
xalqı üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? O qul nə bəxtiyar-
dır ki, ağası gəldiyi zaman onu bu cür iş görməkdə tapacaqdır. Doğ-
rusunu sizə deyirəm: “Ağası bütün malikanəsi üzərinə onu qoyacaq-
dır. Fəqət, əgər o pis qul olaraqürəyində deyərsə ki, “Ağam gec gələ-


 334 
cək”. Və öz yoldaşlarını döyməyə və sərxoşlarla yeyib-içməyə başlar-
sa o qulun ağası onun gözləmədiyi bir gündə və bilmədiyi bir saatda 
gələcək. Və onu iki yerə böləcək və ikiüzlülərlə eyni aqibətə uğrada-
caq. Orada ağlaşma və diş qıcırtısı olacaq.” (Matta 24:1-51) 
Müsəlmanlar da “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – 
demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanır-
lar?”
1
 ayəsini əllərində rəhbər tutaraq həmişə dünyanın axırında mey-
dana çıxacaq fitnələrə görə narahat olmuşlar. Ümumiyyətlə “Fitnə” 
termini də islam dininin yarandığı vaxtdan müsəlman aləmində və ür-
fündə mövcud olmuşdur. Islam dünyasının ən qədim hədis kitabların-
da və toplularında, o cümlədən “Hicri-Qəməri tarixilə 3-cü əsrdə qə-
ləmə alınmış “Səhih Buxari” əsərində “Fitnə kitabı” adlı bölüm də 
mövcuddur. Bu bölümdə dünyanın sonunda meydana çıxacaq çax-
naşmalar barəsində söz açılır. Belə hədislər “Məlahim” adlandırılırlar 
və bu sözün lüğətdəki mənası müharibələrdir.  
 
13-2. Dinlərdə vədəsi verilmiş xilaskarlar 
Dünyanın bütün məşhur dinlərində barəsində vədə verilmiş xilas-
kar mövcuddur və bu şəxsiyyətlərin hər birisinin öz adı və xüsusiyyəti 
vardır. Sonuncu xilaskarlardan öncə gələcək şəxsiyyətlər də, o cümlə-
dən İlyas (ə), Həzrət İsa (ə), Seyyid Həsəni və sair, sonuncu xilaskarla 
mübarizə aparacaq adamlar, məsələn Dəccal, Süfyani və başqaları da 
müxtəlif dinlərdə müxtəlif formalarda qeyd olunmuşdur. Müxtəlif din-
lərin davamçılarının öz xilaskarları barəsindəki düşüncələri onların öz-
lərinin bu sahədəki düşüncələrinin güclü və yaxud zəif olmasından ası-
lıdır. Yəhudilər hökumətlərinin Buxtunnasr tərəfindən süquta uğratma-
sından sonra və xristyanlar Konstantinin köməkliyi ilə ilk dəfə dövlət 
yaratmasından öncə xilaskarın gəlməsini gözləmişlər. Müsəlmanlar 
arasında isə dövlət başında olmayan şiyələr dövləti əllərində saxlayan 
əhli-sünnətdən daha çox sonuncu xilaskarın intizarında olmuşlar.  
                                                 
1
 Ənkəbut surəsi, ayə 2 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə