Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə103/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   99   100   101   102   103   104   105   106   ...   113

 
323
təblər yeni mütəfəkkirlərin özlərinin yaratdığı saxta düşüncələr idilər 
və bu məktəblər kilsə ağalarının qədim zamanlarda yaratdıqları klas-
sik xristyan ictimai düşüncəsinin üzərində qələbə qazana bildilər.  
Bəlkə də, bu düşüncə tərzlərinin heç birisinin Makyavellinin dü-
şüncəsi ilə əlaqəsi olmamasını xatırlatmağa ehtiyac yoxdur. Belə ki, 
yarandığı zamandan indiyə kimi tarix boyu siyasətçilər tərəfindən 
istifadə olunan düşüncə tərzini və ideologiyanı dəstəkləmir.  
Şübhəsiz ki, yalnız dinlər və məzhəblər tarix boyu istər yerli, is-
tərsədə əcnəbi millətlər və hökumətlər üçün bəzi çətinliklər əmələ gə-
tirmişlər. Bu dinlərin və  məzhəblərin səhvləri isə qeyd etdiyimiz 
ideoloji məktəblərin cəmiyyətdə öz yerini tutmasından sonra məlum 
olmağa başladı və dünya ictimaiyyəti müəyyən qədər də olsa dinclik 
qazana bildi. Məsələn; yalnız dinin xürafatlarının qurbanına çevril-
miş, ölkə daxilindəki ictimai qurluşu bu yalnışlığa uyğun olaraq irəli 
aparan və həyatlarını cəhənnəmə çevirən Hindlilər Sekular quruluşu 
qəbul etməklə canlarını bütün çətinliklərdən qurtardılar və sonda ra-
hat nəfəs ala bildilər. Bu xürafatla dolu din kağız üzərində kənara qo-
yuldu, amma onun təzahürləri, məsələn müxtəlif bəhanələrlə müsəl-
manların qətliam edilməsi, Baberi məscidinin dağıdılması  və digər 
hadisələr hələ də mövcuddur.  
Yeni ideoloji məktəblərin qəbul edilməsi ilə azlıqların və əcnə-
bilərin də  vəziyyəti yaxşılaşmağa doğru irəliləməyə başladı. Çünki, 
dünyadakı bütün dinlərdə inhisarçılığın mövcud olması və şərin nisbi 
anlam olması məsələsini qəbul etsək görərik ki, hər hansı bir cəmiy-
yətin dinləşməsi həmin cəmiyyət üçün xeyirli və başqa cəmiyyətlər 
üçün isə ziyanlıdır.
1
  
 
12-3. Dinin siyasətdən ayrı olması 
Dünyanın siyasi quruluşları bir-birinin ardınca dinin siyasətdən 
ayrı olması  məsələsini elan etməyə başladılar. Bu məsələ ilk dəfə 
                                                 
1
 Həkim  Əbul  Əla Məərri belə deyir: “Dinlər bizim aramızda düşmənçilikər yarat-
mışdır və bizə düşmənçiliklərin müxtəlif növlərini öyrətmişdir. 


 324 
1791-ci ilin dekabr ayının 15-də Amerika Birləşmiş Ştatlarının Kons-
titusiyasına əlavə edildi. Fransa Məclisi 1905-ci ildə 1801-ci ildə pa-
pa ilə Napaleon arasında bağlanılmış ən güclü Konkordu ləğv edərək 
dini dövlətdən ayırdılar. 1929-cu ildə imzalanmış  və Roma katolik 
məzhəbini  İtaliyanın rəsmi dini edən və  məktəblərdə dini elmlərin 
tədris olunmasını vacib bilən Konkord 1984-cü ildə bağlanmış yeni 
Konkordla ləğv edildi. Beləliklə də, İtaliyanın rəsmi dininin katolik-
lik olması və İtaliya məktəblərində dini elmlərin tədris olunması mə-
sələsi başa çatdı.  
Türkiyə dövləti 1937-ci ildə Konstitusiyada apardığı dəyişiklik-
lərə əsasən dinin siyasətdən ayrı olmasını elan etdi.  
Əli Əbdürrəzzaq 1925-ci ildə “Əl İslam və Usulul Hikəm” kita-
bını yazdı və iddia edərək bildirdi ki, İslamda siyasi quruluş adlı məf-
hum mövcud deyildir.  Misir hökuməti onun bu kitabına reaksiya ola-
raq Əli Əbdürrəzzaqı həbs etdi və cəzalandırdı. Qeyd etmək lazımdır 
ki, Misir hökuməti də bir neçə on illiklərdən sonra təmamilə sekular-
laşdı və Əli Əbdürrəzzaqa müsbət fikirlərlə yanaşmağa başladı.  
İran Məşrutəsi zamanı mövcud olan Konstitusiyanı tamamlayan 
məsələ dinlə siyasət arasında vəhdət yaratmaqdan ibarət olmuşdur. 
Pəhləvi rejimi isə Konstitusiyanın bu bölümünü nəzərdə saxlamaya-
raq qeyri-rəsmi şəkildə sekular dövlətə çevrildi.  
Yer üzərində elə ölkələr və quruluşlar vardır ki dinin siyasətdən 
ayrı olmasını heç bir zaman qəbul etməmişlər. Buna nümunə olaraq 
Səudiyyə  Ərəbistanındakı  və Vatikandakı dövlət quruluşlarını misal 
çəkmək olar.  
 
12-4. Əxlaqla siyasət arasındakı vəhdət 
Sekularizmdə mövcud olan mənəvi nöqsanlar əxlaqla əvəz olu-
nur. Yalnız din əxlaq dünyasıdır və bütün cəmiyyətlər onun xeyirli 
cəhətlərindən yararlanırlar. “Özünə məsləhət bilmədiyini özgəsinə də 
məsləhət bilmə” kimi qızıl qanun əxlaqdan sərçeşmə almışdır və istər 
düzgün, istərsə də, yalnış olan bütün dinlər bu əxlaqi hökmü imzala-
yaraq təsdiq etmişlər.  


 
325
Dünya xalqlarının sekularizmi çox isti qarşılamaları xristyan di-
ninin başçılarını səylərini gücləndirməyə sövq etdi və onlar dinin qa-
lan hissəsini həqiqətlə uzlaşdırmağa və tətbiq etməyə çalışdılar. Onlar 
bu sahədə İncildən o qədər də əlaqəli olmayan cümlələrdən yararlan-
mağa çalışdılar. Məsələn: “Sezarın malını sezara və Tanrının malını 
Tanrıya verin.”
1
 
Digər tərəfdən, onlar insanları düzgün yola hidayət etməklə di-
nin məşəlini həmişə yanar vəziyyətdə  əllərində saxlaya bilmişlər və 
dini əxlaqı güclü formada insanlar arasında yaya bilmişlər. Buna nü-
munə olaraq hələ də Avropa ölkələri parlamentlərində və məhkəmə-
lərdə müqəddəs kitaba and içmə inamını misal gətirmək olar. Dinin 
dövlətdən istifadə etməsi və dövlətin də öz növbəsində dindən sui-
istifadə etməsi tarix boyu həmişə mövcud olmuşdur və hələ də möv-
cuddur.  
 
12-5. Qüdrət və dəyər 
Bəzi dinlər və məzhəblər güc-qüdrətə görə və bəziləri malik ol-
duqları dəyərlərə görə həyatlarını davam etdirə bildilər. Konstantino-
polun xristyanlığı qəbul etməsindən və Roma imperatorluğunun xris-
tyanlığı  rəsmi din kimi təsdiq etməsindən sonra bu din qüdrət mə-
sələsinə daha ciddi yanaşmağa başladı. Roma Sezarları  və Papalar 
təxminən 15 əsr tam qüdrətlə hakimiyyətdə dayandılar və vətəndaşlar 
da öz növbəsində bunu tam şəkildə qəbul edirdilər. Qüdrətin bəzi fə-
sadlara yol açması məsələsini nəzərdə saxlasaq görərik ki, Papa haki-
miyyəti də bəzi fəsadların meydana çıxmasına səbəb oldu və insanlar 
itirdikləri mənəvi dəyərləri yenidən əldə etmək məqsədilə silahlı qi-
yama əl atdılar və çevriliş etməyə çalışdılar. Silahlılar qələbə qazan-
dıqdan sonra isə iki dəstəyə bölündülər: Bəziləri yerli hökümdarların 
və xanların köməkliyi ilə yeni hökumət yaratdılar və sonda qiyam 
etdikləri problemlərə özləri də düçar oldular. Bəziləri isə həmin hö-
                                                 
1
 Bu  barədə kitabın xristyanlıq bölümündə “Tanrı  və Sezar” başlığı altında olan 
hissədə söz açmışdıq.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə