Microsoft Word Design Glo Kongre doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə72/77
tarix12.10.2018
ölçüsü1,5 Mb.
#73681
1   ...   69   70   71   72   73   74   75   76   77

II International Congress
 
 
385 
pul  daxil  olan  zaman  Azərbaycan  tarixən  qısa 
müddət ərzində neft hasilatının yeni inkişaf infra-
strukturunu  əldə  etdi.  Elə  qazma  qurğuları  tikildi 
ki  (keçmiş  SSRĐ-də  belə  qurğuların  tikilməsi 
fanstastika  idi),  bunlar  hər  hansı  bir  yerdə,  hətta 
Xəzər  dənizinin  ən  dərin  yerində  1200  metr  də-
rinlikdə, özü də qazmanın dərinliyi 10 km olmaqla 
neft çıxarmaq iqtidarında idi.  
Məlumdur  ki,  Azərbaycanda  ilk  boru  kəməri 
XX  əsrin  başlanğıcında  tikilmişdir  (Bakı-Poti 
marşrutu üzrə). Neft ehtiyatlarının qiymətləndiril-
məsinin  sovet  dövrünün  göstəricilərini  üstələdiyi 
yeni  şəraitdə  yeni  neft  kəmərinin  tikilməsinə 
ehtiyac yaranırdı. Dünya bazarlarına neftin daşın-
ması nöqtəsi kimi Türkiyənin dərin Ceyhan limanı 
seçildi ki, burada su tutumu 100 min tondan artıq 
olan tankerlər neftlə yüklənə bilərlər. 
Đndiyə  qədər  BTC-nin  qeyri-rentabelli  olma-
sını  və  kəmərin  doldurulması  üçün  neftin  kifayət 
etməməsini  iddia  edən  məqalələr  çap  olunur 
(hərçənd  ki,  ildən-ilə  belə  məqalələrin  və  layihə-
nin  əleyhdarlarının  sayı  azalır).  Əlbəttə,  inamla 
demək  olar  ki,  bu  cür  skeptiklərin  fikirləri  uğur-
suzluğa duçar oldu. Belə ki, ilkin tədqiqatlar mər-
hələsində  müqavilənin  müddəti  ərzində  hasilatın 
həcmi hasil edilən ehtiyatların 511 mln. ton səviy-
yəsində müəyyən edilmişdisə, hazırda söhbət 730-
900 mln. ton  rəqəmindən gedir və təxminən 170 
mln.  ton  işləmə  müddətindən  kənara  çıxır.  Đstis-
marın  zirvəsi  kimi  2009-1010-cu  illərdə  ildə  50 
mln. ton neft hasil ediləcəkdir. Təbii ki, bu halda 
qeyri-rentabellikdən söhbət gedə bilməz. 
2020-ci  ildə  "Əsrin  müqaviləsi"nin  iştirakçı-
ları layihənin xərclərini ödəyəcəklər, bundan sonra 
mənfəətin böyük bir hissəsi Azərbaycan dövlətinə 
qalacaqdır.  Rəsmi  hesablamalar  göstərir  ki,  əgər 
20 il ərzində neftin dəyəri bir barrelə görə 40-50$ 
civarında  olarsa  (bu  cür  rəqəmlər  dünyada  mini-
mum mümkün səviyyədən aşağı kimi hesablanır), 
Azərbaycan 140 mlrd. $ məcmu mənfəət əld edə-
cəkdir (qeyd etmək lazımdır ki, hazırda dünya ba-
zarında bir barrel neftin dəyəri 70-75$ hədlərində 
tərəddür edir). Bu elə aşağı həddir ki, neftin dəyəri 
bu  həddən  aşağı  düşə  bilməz  (bizim  ağlımıza  da 
gəlmir  ki,  hər  hansı  bir  fantastik  səbəblərə  görə 
bəşəriyyət  neftdən  imtina  edə  bilər,  belə  bir 
hadisəni qabaqcadan görmək olmaz). 
Qeyd  etmək  lazımdır  140  mlrd.  $  məbləğinə 
yalnız  "Azəri-Çıraq-Günəşli"  yataqlarından  hasil 
edilən neft daxildir. Hazırda "Əsrin müqaviləsi"nə 
çəkilən xərclər 6,1 mlrd. $ təşkil edir. Bütövlükdə 
isə  bütün  yataqların  işlənməsinə  15  mlrd.  $    sərf 
olunacaqdır.  Məhsulun  bölgüsü  haqqında  saziş 
müqavilələrində  Qərb  şirkətləri  konsorsiumunun 
investisiyalarının  və  kapital  məsrəflərinin  üstün 
ödənilməsi qeyd edilmişdir. Neftin indiki qiymət-
ləri  nəzərə  alınaraq  5-7  il  ərzində  onlar  öz  xərc-
lərini ödəyəcəklər və mənfəətin bir hissəsini Azər-
baycana  ödəyəcəklər.  Hazırda  gəlirlərin  ödənil-
məsi proporsiyaları belədir: 70%-i şirkətlərin kon-
sorsiumu,  30%-i  ARDNŞ  alır,  sonrakı  illərdə 
məsrəflər ödənildikcə proporsiyalar dəyişəcəkdir - 
20% və 80%. 
Ümumiyyətlə,  BTC  şirkətinin  səhmdarlarına 
daxildir:  BP  (30,1%);  ARDNŞ  (25%),  Chevron 
(8,9%);  Statoil  (8,71%);  TPAO  (6,53%);  ENI 
(5%); Total (5%); Itochu (3,4%); INPEX (2,5%); 
Conoco Philips (2,5%) və Amerada Hess (2,36%). 
Bütövlükdə,  neft  kəmərinin  ümumi  uzunluğu 
1768 km. təşkil edir ki, bunun da 443 km-i Azər-
baycan,  249  km-i  Gürcüstan,  1076  km-i  isə  Tür-
kiyə ərazisindən keçir. 
Đctimai  investisiyalar  Proqramı  üzrə  bütün 
boru  kəməri  boyunca  25  mln.  $  sərf  olunmuşdur 
ki, bunlardan 500 icma, o cümlədən Azərbaycanda 
115  icma  bəhrələnmişdir.  Proqram  çərçivəsində 
32  tibb  məntəqəsi,  43  məktəb  bərpa  edilmiş,  110 
km. yol təmir edilmişdir. 
Xam  neft  boru  kəmərinin  bir  başından  digə-
rinə 10 günə çatır. 
Tikinti  işlərinə  22  min  insan  cəlb  edilmişdir. 
110 milyon adam-saat sərf olunmuşdur. 
Boru  kəməri  1500  çayla  kəsişir.  Boru  kəmə-
rinin keçdiyi ən hündür sahə Türkiyə ərazisindədir 
və  dəniz  səviyyəsindən  2800  metr  hündürlükdə 
yerləşir.  Neft  kəmərinin  keçdiyi  istiqamətdə  8 
nasos stansiyası qurulmuşdur: 2-si Azərbaycan, 2-
si Gürcüstan, 4-ü isə Türkiyə ərazisində. 
Boru  kəmərinin  tikintisi  və  neftlə  doldurul-
ması 4 mlrd. $-dan çox vəsaitə başa gəlmişdir. 
Məlumdur  ki,  boru  kəmərinin  layihə  gücü, 
sutkada 1 mln. barrel, və ya ildə 50 mln. ton təşkil 
edir. Lakin BTC, əlbəttə, 10-15 ilin layihəsi deyil, 
o,  Xəzəryanı  regionda  neft  hasilatının  inkişafı 
nəzərə  alınmaqla  daha  uzun  müddətli  istismar 
üçün nəzərdə tutulmuşdur. Artıq Tengiz yatağı ilə 
BTC  üzrə  neftin  tranzitinə  dair  Qazaxıstanla 
dövlətlərarası  saziş  imzalanmışdır.  Đrəlidə  Qaşa-
ğan  neftinin  iri  həcmi  durur  ki,  bunun  da  BTC 
marşrutu  üzrə  ötürülməsi  istisna  olunmur.  Buna 
görə  də,  BTC-nin  buraxılış  qabiliyyətinin  müəy-
yən müddətdən sonra ildə 90 mln. tona qədər çat-
dırılması tamamilə  realdır.  Bunun  üçün ilkin  ola-
raq  texniki  imkanların  bünövrəsi  qoyulmuşdur. 
Azərbaycan  ərazisində  zəruri  işlərin  həyata  keçi-
rilməsi  üçün  1  mlrd.  $  tələb  olunur,  Xəzərin  şər-
qində müvafiq infrastrukturun yaradılması üç dəfə 
baha  başa  gələcəkdir.  Bu  -  3  və  ya  4  il  üçün  he-
sablanan  qlobal  layihədir.  Fikrimizcə,  neftin  qiy-


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə