Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə22/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   18   19   20   21   22   23   24   25   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
65 
Beləcə  Patinkin,  qiymət  və  maaş  elastikliyində  qiymətlərin 
düşməsi  ilə  xarici  pul  dəyərindəki  dəyişmələrin  iqtisadiyyatda  tam 
məşğulluq tarazlığını  təmin edəcəyini göstərmişdir. Burada qiymət-
lərin  düşməsi  ilə  MB-nın  bazara  sürdüyü  pul  və  istiqraz  dəyər-
lərindəki dəyişikliklər və bunların xərclərə təsiri nominal və real faiz 
hədlərinə  təsir  etməkdədir.  Xüsusilə  istiqraz  faizləri  qiymətlərdəki 
düşüşlə  bərabər  artmaqda,  insanların  gəliri  və  xərclərini  artırmaq-
dadır.  Qiymətlərin  düşməsi  nominal  faizləri  azaltarkən  real  faizləri 
artırmaqdadır. 
 
6. Milton Friedman və Digər Modern Miqdar 
Nəzəriyyəçilərinin Analizi 
 
Miqdar nəzəriyyəsi pul, milli gəlir və qiymətlər arasında özünə 
məxsus  və  bəsit  bir  əlaqə  quraraq  əsrlərdir  iqtisadi  ədəbiyyatda  yer 
almışdır. Tarixi olaraq Qədim Yunan dönəminə qədər uzanan miqdar 
nəzəriyyəsi, ən qədim iqtisadiyyat nəzəriyyələrindən birisi olan 16-cı 
əsrın ortalarındakı Đspanya Salamanka Məktəbi Skolastik yazıçılarının 
əsərlərində də özünü göstərməkdədir. Pul təklifiylə qiymətlər ümumi 
səviyyəsi arasında düz mütənasib bir əlaqənin var olduğunu söyləyən 
nəzəriyyə,  bir  tərəfdən  bu  əlaqənin  tam  və  eyni  nisbətdə  olması 
mövzusunda  qəti  bir  fikirdə  ikən,  digər  tərəfdən  də  daha  ilıq  bir 
versiyanı bərabərində inkişaf etdirmişdir. Məsələn, Amerikalı iqtisadçı 
Đrving  Fisher  (1867-1947)  pul  miqdarındakı  bir  artışın  eyni  nisbətdə 
qiymətlər ümumi səviyyəsində artışa səbəb olacağını söylərkən Đsveçli 
iqtisadçı Knut Wicksell (1851-1926) pul miqdarındakı artışların bazar 
faiz həddi ilə təbii faiz haddi arasındakı ələqayə görə qiymətlərə təsir 
göstərəcəyini söyləmişdir.
139
 
 
Miqdar  nəzəriyyəsi,  1930-lardakı  böyük  iqtisadi  böhranla 
birlikdə  önə  çıxan  keynesyən  iqtisadiyyatın  əksik  məşğulluq  səviy-
yəsi və bundan çıxış yolları ilə əlaqədar siyasət açıqlamalarının geri-
sində qalmışdır.  Ancaq, 1960-lı illərdəki  pul ilə əlaqəli mövzularda 
yaşanan  müzakirələr  bu  nəzəriyyəni  yenidən  gündəmə  gətirmişdir. 
Xüsusilə Milton Friedmanın 1956-da (studies in the quantity theory 
of money) və 1959-da (the demand for money some theoretical and 
empirical  results)  yazmış  olduğu  məqalələr  bunda  təsirli  olmuşdur. 
                                                 
139
   Thomas M. Humphrey, “Fisher and Wicksell on the Quantity Theory” Economic 
Quarterly, Federal Reserve Bank of Ricmond, Volume 83/4, Fall 1997, p. 71. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
66 
Friedman,  milli  gəlir səviyyəsini  müəyyənləşdirən ən önəmli  fakto-
run  pul  və  pul  siyasətləri  olduğunu  önə  sürən  bir  qrup  monetarist 
iqtisadçının  fikir  lideridir.  Bu  monetarist  iqtisadçıların  öndə 
gələnlərindən  bəziləri;  Karl  Brunner,  Allan  Meltzer,  Phillip  Cagan, 
David  Laidler,  Michael  Parkin,  William  Poole,  Anna  Schwarz, 
Robert Barrodur.
140
 
 
Milton  Friedman  klassik  miqdar  nəzəriyyəsinin  əksinə  əldə 
pul  tutmanın  fürsət  məsrəfinə  (faiz  gəliri  və  inflyasiya)  olduqca 
önəm  vermişdir.  Bu  səbəblə  Friedmanın  keynesyən  ənənəyə  yaxın-
laşdığını düşünənlər belə olmuşdur. Ancaq, Friedman Times Jurnalı-
na verdiyi bir reportajda bu düşüncələrin cavabı olaraq “biz keynes-
yən  üslub  və  vasitələrdən  istifadə  edirik  amma,  başlıca  keynesyən 
nəticələri qəbul etmərik” ifadəsini işlətmişdir. Friedman monetarizm 
ilə keynesyən düşüncə arasındakı fərqləri bu şəkildə göstərmişdir:
141
 
 
1 - Keynesyənlər faiz həddinin tamamilə deyil, əsasən pul təklif və 
tələbi tərəfindən müəyyən edilən monetar bir hadisə olduğuna inanır-
lar. Monetaristlər isə faiz həddinin borc verilə bilən fondların təklif və 
tələbi tərəfindən müəyyən edilən real bir hadisə olduğuna inanırlar. 
 
2- Keynesyən düşüncədə faiz hədlərindəki bir dəyişimənin məc-
mu kapital qoyuluşları üzərində bir təsiri yoxkən, monetarist düşün-
cədə önəmli bir təsiri vardır. Bu fərqlilik böyük nisbətdə keynesçi və 
moneta-rist  düşüncələrdəki  qısa  və  uzun  dönəmli  yönəlişləri  əks 
etdirməkdədir. 
 
3- Keynesyən düşüncədə iqtisadiyyat üzərindəki təsirləri səbəbiylə 
maliyyə  siyasətləri  pul  siyasətlərinə  görə  daha  önəmli  olduğundan 
seçilməkdədir.  Monetarist  düşüncə  isə  geniş  ölçüdə  bazar  mexaniz-
ması içində inkişaf edən qaydaya əsaslanan bir pul siyasəti tətbiqatını 
seçməkdədir. 
 
4- Keynesyənlər,  iqtisadi  durğunluqları  bazar  iqtisadiyyatının  xa-
rakteristik  istiqrarsızlıqları  olaraq  görməktədirlər.  Đnvestisiya  fondları 
                                                 
140
   Rudiger Dornbusch, Stanley Fischer, a.g.e., s. 209 
141
   Roger  W.  Garrison,  “Is  Milton  Friedman  a  Keynesian?”  Dissent  on  Keynes:  A 
Critical  Appraisal of  Keynesian  Economics,  Ed.  By  Mark  Skousen, New  York, 
Praeger Publishers, 1992, pp. 131-133. 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
67 
tələbindəki ani bir düşüş iş çevrələrində anlaşılmaz şəkildə etibarsız-
lığı  artırmaqda, xərc və gəlirlərdə daimi azalışlara səbəb olmaqdadır. 
Monetaristlər, iqtisadi durğunluqları pul siyasətlərinin səhv tətbiqatları 
olaraq görməkdədirlər. Məsələn, yersiz pul məhdudlaşdırmaları nomi-
nal  maaşlarda  və  qiymətlərdə  buna  görə  uyğunlaşmalara  səbəb  olaca-
ğından məcmu istehsal və gəlirlər üzərində azaltıcı təsirlər ortaya çıxa-
racaqdır. 
 
5- Keynesyənlər iqtisadiyyatdakı boşda qalan istehsal imkanları-
nın  bazarlar  kanalıyla  ortadan  qaldırıla  biləcəyinə  inanmazkən, 
monetaristlər maaş və qiymətlərdəki dəyişikliklərə bağlı olaraq bazar 
şərtlərində  bu  natarazlığın  ortadan  qaldırılacağına,  kənardan  bir 
müdaxiləyə ehtiyac olmadığına inanmaqdadırlar. 
 
Monetaristlər,  pul  miqdarındakı  dəyişmələrin  iqtisadi  fəaliy-
yətlər  və  qiymətlər  ümumi  səviyyəsi  üzərində  əhəmiyyətli  təsirinin 
olduğunu,  iqtisadiyyatda  qiymət  istiqrarının  təmini  üçün  ən  uyğun 
həll  yolunun  da  pul  təklifindəki  artışın  əvvəlcədən  müəyyənləş-
dirilməsi  olduğunu  irəli  sürmüşlər.  Yəni  ixtiyari  pul  siyasəti 
tətbiqatlarına son verilərək siyasi səlahiyyətlilərin pul səlahiyyətliləri 
üzərindəki müdaxilələri qaldırılmalıdır. Monetarislərə görə pul təkli-
findəki artımlar qısa dönəm üçün eyni nisbətdə faiz hədlərini azalda-
raq sərmayə malları üçün daha artıq təlabatın ortaya çıxmasına səbəb 
olacaqdır.  Sərmayə  mallarına  yönəlik  artıq  tələb  də  qiymət  artışla-
rına yəni inflyasiyaya səbəb olacaqdır.
142
 
 
Monetaristlər tərəfindən inflyasiyanın təməl səbəbi pul təklifi-
nin pul səlahiyyətliləri tərəfindən lazımsız yerə və hədsiz ölçüdə artı-
rılmasıdır. Đnflyasiya həddinin yüksək olması, əldə tutulan nağd pulun 
alım  gücünü  daimi  azaltacağından  nağd  pul  tutmanın  faiz  məsrəfi 
yanında  dəyər  itirmə  məsrəfi  də  ortaya  çıxmaqdadır.  Đnflyasiya  ehti-
malları  Fisher  təsiri  səbəbiylə  fond  təklif  edənlərin  daha  artıq  faiz 
tələb  etmələrinə  səbəb  olmaqda,  faizləri  artırmaqdadır.  Buna  görə 
Friedmanda pul tələbinə təsir göstərən faktorlar; pul tutmanın faydası, 
                                                 
142
   Michal Oulik, “Why Monetarists and Keynesians Disagree About the Relationship 
Between  Money  &Inflation”  1996,  http://www.aapi.co.uk/  ~oulik/Essay1.htm,  30 
Ağustos 2001. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
68 
qiymətlər  ümumi  səviyyəsi,  real  gəlir  səviyyəsi    və  bazarda  keçərli 
faiz həddidir.
143
 
 
Monetarist  düşüncə  pulu  bir  varlıq  xüsusiyyəti  ilə  dəyərlən-
dirməkdədir.  Bir  sərvət  tutma  şəkli  olan  pulun  tələbi  digər  istehlak 
malları tələbindən fərqsizdir. Pul tələbi  məcmu sərvətə, pul alterna-
tivi  çeşidli  sərvət  ünsürlərinin  gəlirinə  və  şəxslərin  seçimlərinə 
bağlıdır.  Friedman  gəlirdən  ziyadə  sərvəti  ön  plana  çıxarmaqdadır. 
Burada sərvət, gəlirin kapitalizə edilmiş dəyəri olaraq tərif edilərkən 
gəlir də keçmiş, bugün və gələcək dönəm gəlirlərinin ortalaması olan 
daimi  gəlir  olaraq  alınmaqdadır.  Daimi  gəlir  istiqrarlı  olduğundan 
pul  tələbi  də  istiqrarlıdır.  Monetaristlər  real  faktorlar  tərəfindən 
müəyyən  edilən  pul  tələbinin  pul  səlahiyyətlilərinin  müdaxilələrin-
dən birbaşa təsirlənməyəcəyini söyləyirlər. Pul tələbi faizə həssasdır 
amma, faiz elastikliyi zəifdir.
144
 
 
Keynesin likid seçimi yanaşmasında nominal pul təklifindəki 
artış,  faiz  hədlərini  azaltaraq  investisiyaları  və  iqtisadi  böyüməni 
artırmaqdadır. Halbuki monetarist yanaşmada nominal pul miqdarın-
dakı  artım  qısa  vədədə  faiz  hədlərini  azaltsa  da  xərclərdəki  və 
məcmu  tələbdəki  artımlar  faizləri  təkrar  başlanğıc  səviyyəsinə  gəti-
rəcəkdir.  Əlavə  olaraq  inflyasiya  ehtimallarının  varlığında  nominal 
və  real  faiz  hədləri  təklif  edilən  inflyasiya  həddinə  görə  müəyyən 
edilməkdədir.
145
 
 
Qısaca  modern  miqdar  nəzəriyyəsində  inflyasiyanın  təməl 
səbəbi  monetar  faktorlardır.  Bir  ölkə  pul  miqdarındakı  artım  sürət-
ləndikcə inflyasiya həddi artacaqdır. Pul  miqdarındakı artışla düşən 
nominal faiz hədləri qiymətlər ümumi səviyyəsindəki artışla yenidən 
artacaqdır.  Fisher  təsiri  səbəbiylə    nominal  faiz  həddi  gözlənən 
inflyasiyaya  görə  müəyyən  ediləcəkdir.  Nominal  faiz  hədlərində 
azalışların keynesyən düşüncədə olduğu kimi istehsal üzərində artıq 
bir təsiri yoxdur. 
 
 
                                                 
143
   Merih Paya, Makro Đktisat, Filiz Kitabevi, Đstanbul, 1997, s. 141. 
144
   Mükerrem  Hiç,  Para  Teorisi  ve  Politikası,  8.  Baskı,  Đstanbul,  Menteş  Kitabevi, 
1992, s. 430. 
145
   Đlker Parasız, Monetarizm, 2. Baskı, Bursa, Ezgi Kitabevi Yayınları, 1996, s. 123. 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə