Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə25/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
77 
b)  Ticarət Kəsiri: Yerli pulun hədsiz dəyərli olması ölkənin ixrac 
malları  qiymətləri  xaricilər  üçün  bahalılaşdırarkən,  idxal  malları 
qiymətlərinin  ucuz  olmasına  səbəb  olmaqdadır.  Buna  görə,  ölkənin 
ixracatı azalaraq idxalatı artacaq, ödəmələr tarazlığında mənfi saldo 
ortaya çıxacaqdır. 
 
  Kəsirlər  durğunluğa  zidd  fikirləri  məhdudlaşdırmaqdadır: 
Durğunluq  prosesində işsizlik sığortası ödəmələri kimi xərclər artıb 
vergi  gəlirləri  azaldığı  üçün  büdcə  kəsiri  artmaqdadır.  Kəsirlərin 
nisbi olaraq artmaqda olduğu dönəmlərdə dövlət xərclərini artırmaq 
çətin  olduğundan  siyasətçilər  durğunluğun  genişlənməsindən  qorx-
maqdadırlar. Onların düşüncələrinə görə, geniş bir mali kəsir başlıca 
durğunluğa zidd  maliyyə siyasəti vasitələrinin istifadəsini məhdud-
laşdırmaqdadır. 
 
  Kəsirlər  monetar  təşviqləri  artıra  bilər:  Geniş  büdcə  kəsiri 
xəzinəni faiz hədlərini artırmağa məcbur edə bilər. MB durğunluğun 
ortadan  qaldırılması  üçün  faiz  hədlərinin  artırılması  yerinə  emissi-
yaya  da  gedə  bilər.  Bu  da  inflyasionist    bir  basqı  ortaya  çıxararaq 
nəhayətdə daha artıq faiz hədlərinə səbəb ola bilər.  
 
  Kəsirlər  faydalı  sosial  investisiyaları  azaltmaqdadır:  Büdcə 
kəsirlərinin  maliyyələşdirilməsində  alınan  borcların  istifadə  şəkli 
iqtisadiyyata fərqli təsir göstərməkdədir.  
 
1 -  Alınan  borclar  milli  müdafiə,  borc  faiz  ödəmələri  və  digər 
fayda  artırıcı  xərclərdə  istifadə  olunarsa  alınan  qaynaqlar  mövcud 
istehlakı  artıraraq  yaşayış  standartlarını  artıra  bilər.  Ancaq,  gələcək 
yaşayış səviyyəsinə çox az təsir göstərər. 
 
2 - Alınan  borclar  təhsil,  infrastruktur  investisiyaları,  ətraf mühit 
kimi digər faydalı sosial investisiyalarda istifadə olunduğunda möv-
cud  kapital  qoyuluşları  artdığından  gələcəkdəki  yaşayış  standartları 
arta bilər.
156
 
 
Büdcə  kəsiri  1980-li  illərdən  sonra  inkişaf  etmiş  və  inkişaf 
etməkdə  olan  ölkələrdə  ümumi  olaraq  artım  göstərmişdir.  1993–cü 
                                                 
156
   Milton  H.  Spencer,Orley  M.  Ames,  Contemporary  Macroeconomics,  Eighth 
Edition, New York, Worth Publishers, 1993, pp. 410-411. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
78 
ildən sonra bu kəsirlər ümumi olaraq azalmağa başlamış hətta 1990-
ların sonunda ABŞ kimi bəzi inkişaf etmiş ölkələrdə müsbət saldoya 
çevrilmişdir.  Đnkişaf  etməkdə  olan  ölkələrdə  kəsirlər  davam  etsə  də 
BVF  kimi  beynəlxalq  qurumlardan  aldıqları  borclanmalarla  bir  az 
azalmışdır.
157
 Büdcə kəsirlərinin artdığı 1980-li illərdə ortalama real 
faiz  həddi  da  yüksəlmişdir.  Çünkü  büdcə  kəsirlərinin  borcla  maliy-
yələşdirilməsi borc verilə bilən fondlar bazarında fond tələbini artır-
dığından  düşən  inflyasiyaya  baxmayaraq  faiz  hədləri  artmışdır.
158
 
Xəzinənin  borclanma  yoluna  getməsi;  borc  verilə  bilən  fondlar 
nəzəriyyəsinə görə fond tələbinin və faizlərin artmasıyla nəticələnər-
kən  neo-Keynesçi  yanaşmaya  görə  də  borclanma  artışı  ilə  sərma-
yənin marjinal faydalılığı düz xətti sürüşərək məcmu istehsal və pul 
tələbinə  bağlı  olaraq  faiz  həddi  artmaqdadır.
159
  Əlavə  olaraq 
kəsirlərin  maliyyələşdirilməsinə olaraq gələcəkdəki  vergi hədlərinin 
artması, gələcəklə əlaqədar ehtimalları neqativləşdirməkdə, gələcək-
dəki  qeyri  müəyyənliyə  bağlı  olaraq  borclanma  faizləri  artmaq-
dadır.
160
 
 
Faiz  hədlərindəki  artışın  istehlak  üzərində  iki  təsiri  vardır. 
Bunlar;  faizə  bağlı  yığımların  artmasıyla  insanlara  daha  artıq  mal  və 
xidmət istehlak edə bilmə imkanı verən gəlir təsiri ilə yenə artan faizlər 
səbəbiylə   mövcud  istehlakın azaltılaraq irəlidəki istehlak səviyyəsinin 
artıq  fədakarlığa  qatlanmadan  artmasına  imkanı  verən  əvəz  etmə 
təsiridir.
161
  Mövcud  istehlakın  azaltılaraq  yığımların  artması  fərdlərin 
sərvətlərini  artırıcı  təsirlər  (sərvət  təsiri)  ortaya  çıxarmaqdadır.  Ancaq, 
faiz hədlərindəki dəyişikliyə görə fərdlərin istehlak və yığımlarının necə 
dəyişdirdiyi tam bəlli  deyildir. Məsələn, faiz hədlərindəki artım bir yan-
dan  faiz  ödəmələrini  artırarkən  digər  yandan  faiz  gəlirlərini  artırmaq-
dadır. Đqtisadiyyatda faiz xərci ödəyənlər ilə faiz gəliri alanların çoxlu-
ğuna  və  bunların  sahib  olduqları  sərvət  miqdarına  görə  istehlak/yığım 
                                                 
157
   Michael Parkin, Economics, p. 598. 
158
   Michael R. Baye, Dennis W. Jansen, a.g.e., p. 652. 
159
   Miles Livingston, a.g.e., p. 81. 
160
   Fred H. Gowen, “Deficits, Interest Rates, and Monetary Policy” Monetary Theory 
and  Monetary  Policy,  Edited  by  Thomas  Lys,  Cheltenham,  Edward  Elgar 
Publishing Limited, 1997, p. 156. 
161
   N. Gregory Mankiw, a.g.e., p. 446. 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
79 
təsiri dəyişməkdədir.
162
 Đqtisadi  vahidlərin istehlak  və yığım  miqdarın-
dakı  dəyişikliyə  görə  investisiya  xərcləri,  məcmu  məşğulluq  səviyəsi, 
iqtisadi böyümə əmsalı kimi makro göstəricilər də dəyişməkdədir.
163
 
 
Büdcə kəsirlərinin faiz hədləri üzərindəki təsirini dəqiq olaraq 
söyləmək çətindir. Çünkü bu təsir bir çox faktora bağlı olaraq ortaya 
çıxmaqdadır.  Aparılan  xərclər,  əldə  edilən  gəlir  qaynaqları,  tətbiq 
olunan  ölkə  daxili  və  ölkə  xarici  pul  və  maliyyə  siyasətləri,  digər 
ölkələrdəki  büdcə  kəsiri  kimi  faktorlar  bu  təsiri  müəyyən  etmək-
dədir.  Ancaq,  ümumi  olaraq  büdcə  kəsirlərinə  bağlı  borclanma 
artışları  pul  tələbinə  müsbət  olaraq  təsir  etdiyindən  faiz  hədləri 
artmaqdadır.  Bir  çox    tətbiqatın  nəticəsi  də  büdcə  kəsirlərinin  faiz 
hədləri,  məcmu  istehlak,  ÜDM-un  strukturu  və  artışı,  inflyasiya 
strukturuna təsir etdiyini göstərməkdədir.
164
 
 
Büdcə  kəsirlərinin  maliyyələşdirilməsi  ilə  əlaqədar  olaraq 
dövlət  daxili  və  xarici  borclanmalarını  artıra  biləcəyi  kimi  vergi 
gəlirlərini  və  emissiyanı  da  artıra  bilər.  Ancaq,  borclanmanın  faiz 
hədlərini  artırması  vergilərdəki  artışlarla  bərabər  istehsal  məsrəf-
lərinə  yayılmaqdadır.  Əlavə  olaraq  istər  birbaşa,  istərsə  açıq  bazar 
fəaliyyətləri ilə həyata keçirilən emissiya hərəkətləri pulun  dəyərini 
azaltaraq  qiymətlər  ümumi  səviyyəsini  artırmaqdadır.  Dolayılı  ola-
raq,  büdcə  kəsirlərinin  maliyyələşdirilməsi  səbəbiylə  inflyasiya 
həddində bir artım ortaya çıxa bilməkdədir. Bəzi mütəxəssislərə görə 
büdcə kəsirlərinin inflyasiya artışına çevrilməməsi üçün; 
 
a)  Uzun  dönəmdə  dövlət  borclanmasındakı  artım  ÜDM  artışın-
dan daha sürətli olmamalıdır. Yəni ÜDM-un bir həddi olaraq dövlət 
borcu uzun dönəmdə artmamalıdır.  
                                                 
162
   Douglas W. Elmendorf, “The Effect of Interest-Rate Changes on Household Saving 
and Consumption: A Survey” June 27, 1996, 
http://www.federalreserve.gov/pubs/feds/1996/199627/199627pap.pdf. 05 Eylül 
2001. 
163
   Adriana  Arreaza,  Bent  E.  Sørensen,and  Oved  Yosha,  “Consumption  Smoothing 
Through Fiscal Policy in OECD and EU Countries” Fiscal Institutions and Fiscal 
Performance,  Ed.  by  James  M.  Porterba  and  Jürgen  von  Hagen,  Chicago,  The 
University of Chicago Press, 1999, p. 61. 
164
   Michael  J.  Boskin,  “Deficits,  Public  Debt,  Interest  Rates  and  Private  Saving: 
Prespectives and Reflections on Recen Analyses and on US Experience”, Private 
Saving  and  Public  Debt,  Edited,  by  Michael  J.  Boskin,  John  S.  Flemming  and 
Stefano Gorini, New York, Basil Blackwell Ltd., 1987, pp. 273-274. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
80 
b)  Dövlət  borc  faiz  ödəmələri  nisbi  olaraq  milli  gəlir  səviyyəsi-
nin çox az qisminə qarşılıq gəlməlidir. 
 
c)   MB  uzun  dönəm  ÜDM  artım  həddindən  daha  az  emissiya 
artışı  apararaq  inflyasionist  olmayan  maliyyələşdirmə  yollarından 
istifadə etməlidir.
165
 
 
Büdcə  kəsirlərinin  maliyyələşdirilməsində  lazımi  tədbirlər 
alınmayıb  doğru  metodlardan  istifadə  olunmadığında  artan  inflya-
siya həddi, bütün iqtisadi fəaliyyətlər olduğu kimi büdcə kəsirlərinə 
də təsir göstərməkdədir. Çünkü inflyasiya müxtəlif yollardan dövlət 
gəlirlərini  və  dövlət  xərcləmələrinə  təsir  etməkdədir.  Ancaq,  artan 
inflyasiyanın dövlət sektoru üzərindəki təsirinin müsbət  və ya mənfi 
olması  bəzi  mübahisələri  də  ortaya  çıxarmaqdadır.  Çünkü  artan 
inflysiya, Tanzi təsiri səbəbiylə xüsusilə inkişaf  etməkdə olan ölkə-
lərdə,  vergi  gəlirlərini  azaltaraq  büdcə  kəsirlərini  artırarkən  real 
dövlət  xərclərini  (Patinkin  təsiri)  və  büdcə  kəsirlərini  də  azaltmaq-
dadır.  
 
Burada  dövlət  xərclərinin  azalmasını  açıqlayan  faktorlar 
qısaca  bunlardır: 
  Artan  inflyasiya  ilə  bərabər  nominal  faiz 
hədlərindəki  cüzi  artımlar  real  faiz  hədlərini  azaltaraq  dövlət 
xərclərini  azaltmaqdadır.    Đnflyasiyanın  1000%-lər  səviyyəsinə 
çıxdığı zamanlarda dövlətin maaş və maaş ödəmələrindəki ümumi-
likdə  yaşanan  gecikmələr  real  dövlət  xərclərini  azaltmaqdadır.       
  Dövlətin  vergi  gəlirləri  inflyasiya  səbəbiylə  azalmaqla  bərabər 
reallaşdırılan xərclərin  miqdarı  da  proqramlanan xərclərin  gerisin-
də  qalmaqdadır.  Buna  görə,  artan  inflyasiya  real  dövlət  xərclərini 
azaltarkən  real  vergi  gəlirlərində  aparılacaq  bir  indeksləmə  ilə 
dövlət  gəlirləri  inflyasiya  qədər  azalmayacaqdır.  Belə  ki,  bəzi 
tədqiqatlara (Patinkin 1993, Guardia 1992, Bacha 1994 kimi) görə 
inflyasiya  həddindəki  artımlar  səbəbiylə    real  büdcə  kəsiri 
proqramlanan kəsirlərdən daha az olmuşdur.
166
 
 
Artan  inflyasiyanın  bir  nəticəsi  olaraq  bir  tərəfdən  vergi 
gəlirləri  və  reallaşdırılan  xərclər  inflyasiyadan  təsirlənirkən,  digər 
                                                 
165
   Milton H. Spencer, Orley M. Amos, a.g.e., p. 414. 
166
   Eliana Cardoso, “Virtual Deficit and the Patinkin Effect” IMF Staff Papers, Vol. 
45, No: 4, International Monetary Fund, December 1998, pp. 620-622. 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə