Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   ...   12   13   14   15   16   17   18   19   20

 

37 


 

dövlətə ad belə qoyulmamışdır. Sünnilər dövlət başçısını sıradan bir insan sayır, onu qeyri-adi 

insan olaraq görməzlər. O da hər kəs kimi səhv edə bilər və xatalı qərarlar verə bilər. 

Bir  gün xəlifə Ömər minbərdən belə səslənmişdi: ” Ey insanlar, ona səlat və salam olsun 

Muhammədin (s.a.v.) görüşü doğru idi. Çünki Allah ona həqiqəti göstərirdi. Bizim görüşümüz 

isə ancaq zənn və məsuliyyət altına girməkdən ibarətdir.” 

Xəlifə Əbu Bəkr bir məsələdə Allahın kitabında və Muhammədin (a.s.) sünnətində bir  şey 

tapılmazsa öz görüşünə görə ictihad edər və belə deyirdi: ” Bu mənim görüşümdür. Doğru isə 

Allahdan, səhv isə məndəndir. Allahın məni bağışlamasını diləyirəm.” 

Xəlifə Ömər bir nəfərlə qarşılaşmış və nə var nə yox deyə soruşmuşdu. O da Əli və Zeyd 

belə bir höküm verdilər demişdi. Bunun üzərinə Ömər; ” Əgər mən olsaydım başqa bir tərzdə 

hökm edərdim.” dedi. Adam dediki; 

“ Sənin hökm etmənə əngəl olan nədir? Səlahiyyət sənin əlindədir. ” Ömər bu cavabı verdi:  

“ Sənin məsələni Allahın Kitabına  ya da Allahın elçisinin hökmünə dayandırsaydım bunu 

edərdim.  Amma  məsələni  şəxsi  görüşə  dayandırıram,  fikir  ifadə  etmə  haqqı  müştərəkdir. 

Mənim görüşüm Əlinin və Zeydin görüşünü dəyərsiz hala gətirməz.

59

” 

b- Təriqətlə



104.  Təriqətlər  təşkilatlıdır.  Onların  təkkələri  və  müəssələri  vardır.  Hər  birinin  bir  ruhani 

rəisi yəni şeyxi vardır. Onlara görə şeyx, qul ilə Allah arasında bir vasitə, Allahın qapılarından 

bir qapıdır.

60

 Təriqətə giriş əl alma (beyət) işiylə həll olur. Beləcə şeyx müridi Allah yolunda 



təslim  almış  sayılır.  Qurtuluş  üçün  bir  təriqətə  girmək  şərtdir.

61

 Şeyx  peyğəmbər  vəkili



62

 və 


xatasız bir aftoritetdir.

63

 O müridin mənəvi atasıdır.



64

 

105.  Bunlar  Qurana  tamamilə  tərs  şeylərdir.  Necə  ki,  ncilin  xaricində  formalaşan  Kilisə 



teokratiyanın  qaynağı  olmuşsa,  bizdə  də  Quranın  xaricində  formalaşan  təriqətlər  teokratik 

                                                            

59

  bnul-Qayyum əl-Cəvziyyə,Ilamul-Muvakiin, Beyrut 1407/1987 c. I, s. 54. 



60

 Abdulgani ən-Nablusinin bu mövzuda belə dediyi nəql edilir: ” Bir kimsə  Allah yolunda özünü təslim alan bir 

ş

eyxə təslim olursa onun , Allahın qapılarından bir qapı olduğuna inanması lazımdır. Şeyxi bu mərtəbədə görmək 



mərtəbələrin  ən  düşüyüdür.  Buna  inanılmalıdır  ki,  şeyxdən  özünə  nə  gəlirsə  Allahdan  bilməli,  şeyxdən 

bilməməlidir. Əgər xeyir gəlirsə, Allahın ona hidayəti, şər gəlirsə Onun imtahanıdır. Bu halda təriqətə girmiş bir 

kimsənin şeyxini Allahın qapısı bilməsi ilk pillədir. 

kinci  pillə,  Allahın  isim  və  sifətlərinin  ortaya  çıxıb  göründüyü  insan  olaraq  bilməsidir.  Allahın  əmr  və 

qadağanları  ilə  məsul  olan  şəxs  nesə  hörmət  duyarsa  şeyxinin  yanındada  o  şəkildə  hörmətli  olmalıdır.  Bu  orta 

pillədir. 

Üçüncü pillə, şeyxini heç görməməlidir, o mənəvidir. Onun yerinə Allahın sifətlərini görməlidir. Şeyxi arada fani 

bilməlidir.  Doğru  olan  da  budur.  Bu  hal,  üç  pillənin  ən  üstünüdür.  (Qotqu,  Təsəvvüfi  Əxlaq,  st.  1982,  c.   s. 

185.) 

61

 Məhmət Zahid Qotqunun mövzu ilə bağlı ifadələri belədir: Qəlbi hüzuru  lahiyəyə qovuşmaqdan uzaqlaşdıran 



sıfatı məzmumədən  (aşağılanmış) xilas edəcək bir şeyxi, mürşidi qəbul  etmək insan üçü vacibdir deyə icma və 

ittifaq vardır. 

Fəna  (pis)  sifətlərdən  xilas  olmağa  vəsilə  olan  bir  şeyxi  mürşidi  qəbul  etməyən  kimsələr,  Allahu  Təalaya  və 

Rəsulullaha  üsyan  etmiş  olurlar.  Çünki  haqq  təriqətə  daxil  olmayan  kimsə  mürşidsiz  bu  sifətlərdən  xilas  ola 

bilməz. (Qotqu, Təsəvvüfi Əxlaq, c. II s. 183) 

62

 Həsən Kamil Yılmaz,  slam Təsəvvüfü, Təsəvvüflə əlaqəli suallar-cavablar, st. 1996,s.494 



63

 Haqlı belə görülsə müridin şeyxinə etirazı haramdır. (Qotqu, Təsəvvüfi Əxlaq, c.ıı s. 5) 

64

 Qotqu, Təsəvvüfi Əxlaq, c.ıı s.247. 




 

38 


 

düşüncəyə zəmin hazırlamışlar. Təriqətlər tərəfindən yeridilən fikirlər bu gün təriqət mənsubu 

olmayan insanlara da yoluxmuşdur. 

Heç  bir  təriqət  kilisə  kimi  təşkilatlanmamışdır.  Bu  günə  qədər  bir  təriqətin  əmrinə  girmiş 

dövlət  də  olmamışdır.  Quran  mövcud  olduğu  müddətcə  bunun  həyata  keçməsi  mümkün 

deyildir.  Təriqətlərlə  əlaqəli  şikayət  ediləcək  bir  çox  mövzu  vardır.  Bunlar,  müsəlmanların 

Quran işığında təhsil alması ilə ortadan qalxar. 

C- MƏSC D VƏ TEOKRAT YA 

106.  slamda  ruhani  sinifi  yoxdur.  Məscidlər  kilisə  təşkilatı  kimi  formalaşmamışdır. 

Ə

vvəllər  məsciddə  vəzifəli  imam  və  müəzzin  də  tapılmazdı.  Camaatdan  biri  əzan  oxuyur, 



ə

hliyyətli  biri  də  namaz  qıldırırdı.  Məscidlərin  sistemli  olaraq  açılması,  əzanın  vaxtında 

oxunması, məscidin nəzarətə alınıb, əşyasının qorunması kimi ehtiyaclar məscidə vəzifəlilərin 

təyinatına səbəb olmuşdur. Cüma namazı üçün də vəziyyət eynidir. Ancaq Cümə günü böyük 

bir camaata namaz qıldırmaq və onlara xütbə vermək bir çoxunun diqqətini çəkəcəyi üçün bu 

mövzuda  mübahisə  və  müzakirə  çıxa  biləcəyini  göz  önünə  alan  Hənəfi  məzhəbi,  Cümə 

namazını ya o yaşayış yerinin ən səlahiyyətli insanının ya da təyin etdiyi bir şəxsin qıdırmasını 

şə

rt qoşmuşdur. Yoxsa ibadət üçün toplanan insanlar bir-birinə sataşa bilərlər.



65

 

107. Bir kimsənin  müsəlman olması tamamilə  öz qərarına bağlıdır. Bunun  üçün məscidin 



və  ya  bir  dini  təşkilatın  təsdiqi  şərt  deyildir.  Vəftizə  bənzər  bir  mərasimin  qurulmasına  da 

ehtiyac yoxdur. Çünki  slamda nə din adamı, nə də bir başqa şəxs Allah adına hərəkət edə bilir. 

Onsuzda Allah müsəlman olmağı elə bir qaidəyə bağlamışdır ki, buna heç kim qarışa billməz. 

Çünki  dinin  özü  imandır.  manın  əsli  də  onu  içdən  qəbul  etmək,  yəni  qəlb  ilə  təsdiqdir. 

Qəlbdəki təsdiqi bir o insan, bir də Allah bilir. Orası insanın ən azad olduğu yerdir. Bu səbəblə 

heç  kəs  bir  inancı  qəbul  etməyə  və  ya  inkar  etməyə  məcbur  edilə  bilməz.  Allah  Təala  belə 

buyurur: 

“  Dində  məcburiyyət  yoxdur;  artıq  doğru  ilə  əyri  bir-birindən  gözəl  şəkildə  ayrılmışdır. 

Bundan  sonra  kim  həddi  aşanlara  yaxınlıq  etmədən,  Allaha  inanırsa  qopması  mümkün 

olmayan sağlam bir qulpa yapışmış olur. Allah eşidəndir, biləndir.” (Bəqərə 2/256) 

Kilisəyə  bənzəyən  bir  təşkilatı  olmayan,  din  adamlarının  hər  birini  ruhani  lider  deyil, 

sadəcə din sahəsində cəmiyyəti aydınladan və onlara nümunə olmağa çalışan insanlar olaraq 

görən bir dinin, teokratiyanı qəbul etməsi mümkün deyil. 

3- LA QL Y N ORTAYA ÇIXMASI 

108.  Laiqlik,  dövlətin  dini  bir  təşkilatın  hakimiyyətində  olmaması  deməkdir.  Bu  səbəblə 

laiqlik ilə teokratiya bir-birinə ziddir. 

Kilisənin Tanrı adına hərəkət etdiyinə inanıldığı üçün kralı, hökümətləri və icra başçılarını 

təyin etmədə, vəzifəyə gətirmədə kilisə özünü həmişə səlahiyyətli görmüşdür.

66

 Bu gün kilisə, 



seçilmiş insanlara and verməklə bu səlahiyyətini az da olsa davam etdirməkdədir. Bu səbəblə 

teokratiyaya  qarşı  mübarizə  kilisəni  dövlətdən  uzaqlaşdırmaqla  əldə  edilə  bilmişdir.  Fransız 

tarixi  bu  mövzuda  verilmiş  mübarizələrlə  doludur.  Bu  ölkədə  kilisənin  dövlət  üzərindəki 

                                                            

65

 Şəmsuddin əs-Sərahsi, əl-Məbsud,Misir 1324, ıı,24. 



66

 Tümər, Küçük, e. q. ə. s. 256. 




Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə