Microsoft Word D\335n ve d\326vlet elaqeler\335 as\375l



Yüklə 478,48 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix06.05.2018
ölçüsü478,48 Kb.
#42572
1   ...   12   13   14   15   16   17   18   19   20

 

35 


 

xatırlayaq,  çünki  Tanrı  şübhə  yoxdur  ki,  qarşımıza  çıxan  bu  pisliklərlə  bizi 

cəzalandırmaqdadır.  Beləliklə,  boyun  əymə  bizi  səbirsizliyimizdən  qurtaracaqdır. 

Düşünməliyik ki, pislikləri müalicə etmək bizim üstümüzə düşməz. Bizim üstümüzə düşən tək 

ş

ey, bütün kralların ürək və fəaliyyətləri əlində olan Tanrının köməyini istəməkdir.



54

” 

99.  Qurana  görə  bir  şəxsin  xüsusi  və  səlahiyyətli  bir  məqamda  olması  onun  doğru 



davranacağı  mənasına  gəlməz. Düzgün davranmayan  kim olur olsun, onun bu  cür davranışı 

qəbul edilə bilməz. 

Güclü kral Firavun Musanın (a.s.) sözünə qarşı xalqına belə demişdi: 

“ Ey qövmim! Misirin hakimiyyəti məndə deyilmi? Bu çaylar mənim torpaqlarımın içində 

axmırmı? Görmürsüzmü?” 

“ Yoxsa mən bundan, daha nə demək istədiyini belə başa sala bilməyən bu düşükdən xeyirli 

deyiləmmi? ” (Zuhruf 43/51-52) 

Firavun dedi: Buraxın məni Musanı öldürüm; o da Rəbbini çağırsın görək. Çünki qorxuram 

o, sizin dininizi dəyişdirir vəya bu torpaqlarda qarışıqlıq(fitnə) çıxarır.” 

Musa  belə  dedi:  Elə  mən,  hesab  gününə  inanmayan  hər  kibirlinin  şərrindən,  mənim  də 

Rəbbim sizin də Rəbbiniz olan Allaha sığınıram.” (Mömin 40/26-27) 

Çünki  Musa  (a.s.)  lazım  olan  hər  xəbərdarlığı  eləmiş,  amma  Firavun  bütün  bu 

xəbərdarlıqlara baxmayaraq zülmlə qarşılıq verməyə qalxmışdı. Hz.Musanın timsalında bütün 

bu  siyasi  fəaliyyətlərə  qatılıb,  səhv  davranışlara  əngəl  olmaq  üçün  əlindən  gələni  eləməyin 

məcburi olduğunu göstərir. Amma teokratik sistem bunu qəbul etməz. 

B- MƏZHƏB VƏ TƏR QƏTLƏ

Buraya  qədər  izah  edilənlər  sünni  məzhəblərin  görüşüdür.  Amma  şiəlik  ilə  təriqətlər  belə 

deyildir.  randa  şiənin  mamiyyə  qolu  məşhurdur.  ndi  ran  şiələrinin  mövzu  ilə  əlaqəli 

görüşləri ilə təriqətlərin bəzi görüşlərinə baxaq. 

 

a- Şiəlikdəki Teokratiya 



100.  rana  hakim  olan  məzhəb  şiəlikdir.  Bu  məzhəb  dövlət  başçısının  kim  olacağı 

xüsusunda  otraya  çıxan  mübahisədən  meydana  gəlmişdir.  Onlara  görə  imam,  yəni  dövlət 

başçısı Peyğəmbər (s.a.v.) tərəfindən təyin edilmiş olmalı və bütün günahlardan təmizlənmiş 

olmalıdır.  lk şiələr bu şəxsin Hz. Əli olduğunda ittifaq etmişlər. Onlara görə dövlət başçılığı 

siyasi  deyil  dini  bir  məqamdır.  Onların  imamlıq  yəni,  dövlət  başçılığı  mövzusunda  bəzi 

görüşləri belədir: 

“  mamlıq  ancaq  Allahdan  nass  (  yazılı  bir  əmir)  ilə,  yaxud  o  imamdan  əvvəlki  imamın 

onun  imamətini  açıq  elan  etməsi  ilə  təyin  edilir.  nsanların  seçməsi  ilə,  istəməsiylə  olmaz. 

                                                            

54

  Jean Calbin, Avropada  slami Düşüncələr Tarixi 2, Yeni Çağ, s.51. 




 

36 


 

nsanlar  dilədiklərini  imam  olaraq  təyin,  yaxud  dilədiklərini  istehfa  etdirmək  səlahiyyətinə 

sahib deyillər.

55

” 



Ş

ianın mövzu ilə əlaqəli inancları belədir: 

“  mamın da peyğəmbər kimi içi, çölü, görünüşdə, daxildə, bütün çirkin və pis şeylərdən, 

doğumundan vəfatına qədər masun (qorunmuş) olduğuna inanılır.  mam imamətdən əvvəl və 

sonra  əsil,  nəsil  şərəfi  yönündən  ən  uca  və  təmiz  insan  olub  hər  cür  pislikdən,  günahdan, 

xətadan, səhv iş görməkdən, unutmaqdan və hər cür düşük şeylərdən masundur.

56

” 

101.  randakı şiələrin  mamın vəsfləri və elmi ilə əlaqəli əqidələri belədir: 



“  mamın peyğəmbər kimi, igidlik, kərəm, təmizlik, ədalət, hikmət və bütün üstünlüklər və 

yaxşı xasiyyət yönündən xalqın ən seçilmişi olması lazımdır və belə inanmaqdadırlar... 

mamın  ilahi  hökümlərə,  ilahi  maarifə,  bütün  elmlərə  sahib  olması  peyğambər  və  yaxud 

özündən  əvvəlki  imamlar  vasitəsilədir.  Ən  yeni  şey  haqqında  da  imam  Allah  Təalanın  ona 

ehsan etdiyi qüdsi qüvvətlə, lazım olan şəkildə hökm edər, məsələni bütün şəkliylə qavrayır, 

bilir. Bir şeyə yönələrsə, onu bilmək istərsə, o şey haqqında ancaq həqiqəti bilir, səhv etməz, 

ş

übhəyə  düşməz,  bu  xüsusda  əqli  dəlillərə  yaxud  bülletenlərin  bildirməsinə  ehtiyac  yoxdur. 



Biliyi tələb edincə daha da dərinləşir, daha da çoxalır...” 

“... mamlardan  heç  biri  bir  müəllimə  getməmiş,  hər  hansı  ədəbiyyatçıdan  bir  şey 

almamışdır...Heç biri bir məktəbə, mədrəsəyə  getməmişdir. Belə olduğu halda onlara bir şey 

soruşulunca  dərhal  ən  doğru  cavabı  verirlər.  Dillərinə  bilmirəm  sözü  gəlmədiyi  kimi  cavab 

vermək  üçün  düşünmələri  yaxud  cavabı  bir  müddət  sonraya  buraxmaları  da 

görülməmişdir...”

57

 

102. Şiələrin imamlara itaət mövzusunda görüşləri belədir: 



“  Onların  buyruqları  Allahın  buyruqlarıdır:  Qadağanları  Onun  qadağalarıdır.  Onlara  itaət 

Allaha itaətdir. Onlara üsyan Allaha üsyandır. Onları sevən Allahı sevər. Onlara düşmən olan 

Allaha da düşmən olur. Onların əmirlərini rədd etmək caiz deyildir.

58

.” 



Bu  görüşlər  teokratiya  ilə  üst-üstə  düşür.  Əhli  sünnətin  bunları  qəbul  etməsi  mümkün 

deyildir.  Şiənin  imamlar  üçün  dediyinin  çoxunu  ehli  sünnət  peyğəmbər  üçün  belə  deməz. 

Çünki, Qurana görə Hz.Muhamməd eyni bizim  kimi bir insandır. Bizdən fərqi Allahın elçisi 

olmasıdır. Allahu Təala bu barədə belə buyurur: 

“  De  ki,  mən  də  sizin  kimi  bir  insanam.  Mənə  sizin  tanrınızın  bir  tək  tanrı  olduğu  vəhy 

edilir.  Artıq  kim  Rəbbinə  qovuşmağı  ümid  edirsə  tezliklə  yaxşı  bir  iş  görsün  və  Rəbbinə 

ibadətdə heç kimi şərik qoşmasın.” (Kəhf 18/110) 

103.  Sünnilər  dövlət  başçılığını  siyasi  bir  məqam  sayarlar.  Bu  səbəblə  dövlətlərini,  slam 

adıyla  deyil,  Abbasi,  Səlcuqlu  və  Osmanlı  kimi  adlarla  qurmuşlar.  Dörd  xəlifə  dövründə 

                                                            

55

 Muhamməd  Rıza  əl-Müzəffər,  Əqaidul- mamiyyə,  Şiə  nancları  (Türkcəyə  çevirən  Abdulbaki  Gölpinarlı) 



stanbul 1978, s. 50. 

56

 Şiə  nancları ,s. 51. 



57

 Şiə  nancları, s. 52-53. 

58

 Şiə  nancları, s. 54. 




Yüklə 478,48 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə