Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə104/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   100   101   102   103   104   105   106   107   108

Nizami Cəfərov 
 
366
bir nümunə ilə müəllifinin yaradıcılığı haqqında heç nə demək 
olmaz; ya çətindir, ya da fikirlər, mülahizələr yanlış ola bilər. 
Amma burada belə deyil. Burada Aydın Talıbzadə bütün varlığı, 
istedadı, imkanları ilə mövcuddur. Xüsusilə əsərin mövzusu 
maraqlıdır.  
Əslində, burada iki əsər var. Motivlər, ideyalar, obrazlar, 
həqiqətən, bir-birini təsdiq edir. Yəni düşünmək olmaz ki, bu 
romanlar süni şəkildə birləşdiriliblər... Birinci süjetdəki Toltı bə-
yin başına gələn hadisələr, onunla bağlı düşüncələr, Toltı bəyin 
həyatının və tərcümeyi-halının mistikası eyni ilə Tuncalın da 
həyatında var.  
N.Cabbarlı: 
– Amma məndə fərqli təəssürat yarandı... Adətən, roman-
da müxtəlif süjet xətləri olsa da, bunlar hansısa məqamda, hansı-
sa bir yerdə mütləq qovuşurlar. Amma burada, sadəcə, müəyyən 
toxunmalar, təmaslar var. Əsas görünən isə paralellikdir. Özü də 
təmas, əsasən, oxucu tərəfindən müəyyənləşdirilir. Oxucu müəy-
yən konkret çalarlar taparaq bu iki süjet arasında uyğun məqam, 
uyğun xüsusiyyətlər “kəşf” etməli olur.  
N.Cəfərov: 
– Bəli, klassik anlamda qovuşma yoxdur. Klassik roman-
larda sən dediyin kimidir. Süjetlər arasında bütün detalları, 
motivi, süjeti, ən azından məzmunu ilə tam bir birləşmə olur. 
Amma burada, mənim düşüncəm budur ki, Toltı bəy süjeti, yəni 
qədim süjet müasir süjetə bir seriala baxmaq kimi bağlanır. Yəni 
sanki bu serialdır və hansısa məqamda ikinci süjetdə birinci 
süjetin mahiyyəti təqdim olunur. Yəni bu bağlamada bir teat-
rallıq var.  
N.Cabbarlı: 
– Ümumiyyətlə, əsərin özündə də səhnə elementləri, teat-
rallıq həddindən artıq çoxdur. Yəni romana görə çox... 
N.Cəfərov: 
– Düzdür, çoxdur. Digər tərəfdən onu da görürsən ki, han-
sısa bir hissə ayrıca yazılmış əsər təəssüratı bağışlayır. Bu, bir 


Ədəbiyyat söhbətləri 
 
367
epizod, ya bir mənsur şeir, yaxud da esse... ola bilər ki, əsərə 
daxil edilir. Yəni onu bu kitabdan, bu romandan çıxarıb ayrıca 
dərc etdirə bilərsən və o da heç nə olmamış kimi öz həyatını 
yaşayar. Haqlısan, burada süjetlərin təması şəklindədir qovuşma. 
O iki hissə ayrıca romanlar kimi də çap oluna bilərdi. Amma bir 
məsələ var. Mən fikirləşirəm ki, ümumiyyətlə, Aydın Talıbza-
dənin indiyə qədər yazdıqlarının hamısını bir yerə yığıb kitab 
kimi çap etsən, bunu belə romantək qəbul etmək olar. Çünki 
onun yazıçı təfəkkürü ayrı-ayrı əsərlərdən ibarət deyil. Mənə elə 
gəlir ki, o bütün ömrü boyu bir əsər yazır. Odur ki bizim klassik 
roman texnologiyasına uyğun gəlmir.  
 
“Mən hər dəfə bu sözə rast gələndə deyirdim ki, bu 
sözü adlayaq, görək başımıza nə gəlir...” 
 
N.Cabbarlı:  
– Əsərdə tarixilik məsələsinə toxunaq. Müasir romanların 
əsas problemlərindən birinə... Toltı bəy və mühiti, dövrü, baş 
verən hadisələr fonunda göstərdiyi reaksiya... Birinci süjetdə ilk 
maraq doğuran cəhət məhz budur. İstərdim ki, o dövrün mühi-
tinə və yazılı abidələrinə bələd biri kimi əsəri bu aspektdən 
dəyərləndirəsiniz.  
N.Cəfərov: 
– Bu süjetdə tarixilik çox dəqiqdir. Mən o dövrü yaxşı 
bilirəm. Ona görə də xoşuma gələn ilk xüsusiyyət bu oldu. Yəni 
bu, buddist türklərinin həyatının, tərcümeyi-halının, maraqları-
nın, dünyagörüşünün bir hadisəsidir. Sizə deyim ki, o dövrə biz-
də müraciət eləyən yazıçılarımız yoxdur. Müəyyən qədər Sabir 
Rüstəmxanlı yazmışdı. “Göy Tanrı”da... Özü də çox zaman 
məlumatsızlıqdan o dövrə müraciət olunmur. Bir də bizim 
ədəbiyyatımızın tarixində ki orta əsrlər dövrü başladı... İslam 
ədəbiyatı dövrü... Elə bil poeziyamız da, nəsrimiz də, dramatur-
giyamız da ordan dərinə gedə bilmədi. O yollar, o qapılar bizim 


Nizami Cəfərov 
 
368
ədəbi təfəkkürümüz üçün bağlandı. Sonradan isə o qədim dövrə 
müxtəlif müraciətlər olsa da, onlarda tarixilikdən daha çox ideya 
qabarıq göründü. Məsələn, Nəbi Xəzridə, Bəxtiyar Vahabzadə-
nin “Özümüzü kəsən qılınc”ında bu var idi... Bu əsərlədə müasir 
düşüncəmizin qəbul eləyə biləcəyi, müasir düşüncəmizin para-
metrləri ilə ölçülə biləcək ideyalar mövcuddur. Mövzu kimi də 
qədim türk dövrü tarixi götürülür. Müəyyən obrazlarda da o 
dövrü görə bilirik. Amma qədim türk dövrünün həyatı, dövrün 
ruhu yoxdur. Çünki bizim yazıçılarımız ora daxil ola bilmirlər. 
Amma o ruhu qazax, qırğız yazıçıları dəqiq hiss edirlər. Məsə-
lən, Çingiz Aytmatov hiss edirdi. Çünki müasir qazax ədəbi 
estetik fikrində o tarix yaşayır. İslam o mühitə son kapilyarlarına 
qədər nüfuz edə bilməyib. Ona görə də o ruh onlarda oyaqdır. 
Bax bu anlamda bu əsər çox qiymətlidir. Çünki burada qədim 
türk tarixinə formal münasibət yoxdur. Müəllifin onun ruhundan 
gəldiyi, onu hiss etdiyi görünür. Aydın o mühitə daxil ola bilir. 
Özü də ən yaxşı cəhət də budur ki, qədim türk dövrünün, həyat 
tərzinin, ruhunun, dünyagörüşünün ən mürəkkəb dövrünə, ən 
mürəkkəb hadisəsinə – buddizm dövrünə müraciət edilib. O 
həyatı daha çox uyğur türkləri yaşayıblar. Təsvir edilən də məhz 
həmin həyat tərzidir və mən burada sxematizm görmürəm. Tam 
bir məlumatlılıq, peşəkarlıq və o ruhu duymaq xüsusiyyətləri 
var. Odur ki istər Toltı bəy obrazında, istər onun həyat yoldaşı 
Təncigül xatunun obrazında, istər qızının, istər xidmətçi Saytu-
banın, istər malikanəsini təşkil edən cəmiyyətin əhvali-ruhiyyə-
sinin təsvirində, yaxud hadisələrin, proseslərin təhlilində sünilik 
yoxdur. Yəni nə olmalıdırsa, nə ola bilərdisə, odur. 
N.Cabbarlı: 
– Məncə də, bütün sadaladıqlarınız arasında xüsusilə Toltı 
bəy bir xarakter kimi çox yaxşı alınıb. Bütün ziddiyyətli və 
mühakimə edilə biləcək xüsusiyyətləri ilə birlikdə... 
N.Cəfərov: 
– Hə, Toltı bəy xarakter kimi yaxşı verilib. Toltı bəy, heç 
şübhəsiz, igiddir, qəhrəmandır və o dövrün igidlik və şəxsiyyət 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə