Microsoft Word Bio mv az -aq doc


MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə51/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   44   45   46   47   48   49   50   51   52

 
151 
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ  
Hər qrupdan bir nəfər nümayəndə işi təqdim edir. Qruplar bir-birinin işləri ilə tanış 
olurlar, suallar ətrafında müzakirələr aparılır: 
– Çiçək qrupu nədən ibarətdir?  (Çiçək qrupunda əsas ox olur, onun üzərində 
çiçəklər çiçək saplağı üzərində və ya oturaq halda yerləşir) 
– Hansı bitkilərin çiçəkləri qrup halında yerləşir? 
– Belə çiçək qrupları necə adlanır?  
– Çiçək qruplarının bitki üçün əhəmiyyəti nədir? 
Sadə çiçək qrupları ilə tanış olduqdan sonra müəllim əyani vəsaitlərə istinad edərək 
analoji mürəkkəb çiçək qrupları haqqında izahat verir. Müəllim sinfə sualla müra-
ciət edir: 
– Sadə  və mürəkkəb çiçək qrupları  nə ilə  fərqlənir?  (sadə çiçək qruplarında 
çiçəklər bilavasitə çiçək oxu üzərində, mürəkkəb çiçək qruplarında isə əsas oxun 
şaxələri üzərində yerləşir. Başqa sözlə, mürəkkəb çiçək qrupları bir neçə sadə 
çiçək qruplarından ibarətdir) 
 
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ 
 
Müəllim  şagirdlərə verdiyi müxtəlif suallar əsasında cavabları ümumiləşdirir və 
onlarla birlikdə nəticə çıxarır. 
Müəyyən qaydada, ümumi zoğda, bir birinin yanında  qrup halında yerləşən çiçək-
lər çiçək qrupu əmələ gətirir. Qrup halında toplanmış çiçəklər əsas ox adlanan zoğa 
birləşir. Çiçəklər əsas oxa qısa və ya uzun çiçək saplaqları vasitəsilə birləşir. Çiçək 
qrupları sadə və ya mürəkkəb ola bilər. Sadə çiçək qruplarında çiçəklər bilavasitə 
çiçək oxuna, mürəkkəb çiçək qruplarında isə  əsas oxun  şaxələrinə birləşir. Sadə 
çiçək qruplarına salxım, çətir, qıça, başcıq, sünbül, səbət, qalxan aiddir. Mürəkkəb 
çiçək qruplarına isə mürəkkəb salxım, süpürgə, mürəkkəb sünbül, mürəkkəb çətir 
aiddir. 
Çiçək qruplarının əhəmiyyəti: 
  Çiçək qruplarında adətən xırda çiçəklər toplanır, bu onları tozlandıran 
həşəratları cəlb edir.  
  Qruplarda, toplanmış çiçəklər tək yerləşən çiçəklərə nisbətən yaşıl yarpaqların 
arasında daha yaxşı nəzərə çarpır.  
  Sallanan çiçək qrupları hava cərəyanının təsiri altında asanlıqla yellənir və 
tozcuqların səpilməsinə səbəb olur.  
Müəllim dərsin  əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları  şagirdlərin 
fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 
 
YARADICI TƏTBİQETMƏ   
Müəllim elektron təqdimatdan (plakatlardan, iri şəkillərdən) istifadə edərək növbəti 
tapşırığı yerinə yetirməyi xahiş edir:  
– Üç şəkil arasında artıq olanı seçin. Seçiminizi izah edin. Qalan şəkilləri hansı 
ümumi adla adlandıra bilərsiniz? 
1. Buğda, kələm, zəngçiçəyi. 
2. Yasəmən, üzüm, günəbaxan. 


 
152
3. Buğda, çovdar, qarğıdalı
4. Alma, albalı, zəngçiçəyi
5. Albalı, yerkökü, cəfəri. 
6. Yerkökü, günəbaxan, çobanyastığı. 
 
QİYMƏTLƏNDİRMƏ  
Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini müəyyən etmək üçün  
meyar cədvəli hazırlayır. Dərsin bütün mərhələlərində bu meyarlara uyğun olaraq  
şagirdlərin fəaliyyətini izləyir və qeydlərini cədvəldə yazır. 
 
 
Dərs 44 / Mövzu 39:
 QEYRİ-CİNSİ ÇOXALMA 
 
 
 
DƏRSİN GEDİŞİ 
 
MOTİVASİYA  
Şagirdlərin çoxalma haqqında biliklərini müəyyən etmək məqsədilə bu mərhələdə  
BİBÖ, yaxud “Klaster” üsulundan istifadə etmək faydalı olardı. Müvafiq suallarla 
cədvəlin sütunları doldurulur.  
– Orqanizmlərin çoxalması barədə nə bilirsiniz? (BİBÖ cədvəlinin birinci sütunu ilə 
iş) 
– Orqanizmlərin çoxalması barədə yeni nə öyrənmək istərdiniz?  (BİBÖ cədvəlinin 
ikinci sütunu ilə iş) 
Sonra müəllim lövhədə aşağıdakı sxemləri təqdim edir: 
 
Alt  
STANDARTLAR  
 
2.1.1. Bioloji proseslərin  
xüsusiyyətlərini sadalayır. 
 
 
DƏRSİN MƏQSƏDİ
 Qeyri-cinsi çoxalmanın  əsas növlərini sadalayır 
 Müxtəlif canlılarda qeyri-cinsi çoxalmanın xüsusiyyətlərini 
sadalayır 
 
 
 
İstifadə olunan 
İŞ FORMALARI 
Bütün siniflə iş, qrupla iş 
 
 
İstifadə olunan 
 İŞ ÜSULLARI 
BİBÖ, Beyin həmləsi,  təqdimat,  kiçik qruplarda müzakirə 
 
 
İNTEQRASİYA 
C-2.1.7. 
 
 
RESURSLAR 
Əlavə mətnlər, şəkillər, kompüter, proyektor 


 
153 
 
 
– Bu sxemlər nəyi göstərir? (çoxalmanın üsullarını: cinsi və qeyri-cinsi) 
– Qeyri-cinsi çoxalma cinsi çoxalmadan nə ilə fərqlənir? 
 
Tədqiqat sualı: 
Qeyri-cinsi çoxalmanın hansı üsulları mövcuddur? Canlı 
orqanizmlər üçün qeyri-cinsi çoxalmanın hansı üstünlükləri 
və çatışmazlıqları var? 
TƏDQİQATIN APARILMASI 
Müəllim tədqiqatı aparmaq üçün  şagirdləri 4 ya 8 kiçik qrupa bölür. Qrupların sayı 
8 olduğu halda eyni mətn üzərində 2 qrup işləyir. Hər qrup tapşırıqdan asılı olaraq 
dərslikdəki mətni oxuyur və  müvafiq hissəsi üzrə  iş aparır. Müəllim mövzu ilə 
bağlı ayrı mətnlər də hazırlaya bilər. Bütün qruplar tapşırığı eyni plan üzrə yerinə 
yetirir. Qruplarda iş 5 – 10 dəqiqə davam edir. 
Tapşırıq: 
1. Qeyri-cinsi çoxalmanı aşağıdakı bəndlərə görə səciyyələndirin: 
  Hansı orqanizmlərdə rast gəlinir. 
  Hansı şəraitdə baş verir (əlverişli və ya əlverişsiz). 
  Valideynlərin sayı. 
  Bir orqanizmin misalında bu prosesin gedişini danışın. 
  Nəsillərin sayı. 
  Nəsillər valideyn nəslinə oxşardır, yoxsa fərqlidir. 
2. Bu çoxalma forması canlı orqanizmlərə hansı üstünlüklər verir? 
3. Öyrəndiyiniz material üzrə 2 sual tərtib edin və digər qrupun şagirdlərinə verin. 
 
 
1 qrup: Hüceyrənin ikiyə bölünməsi yolu ilə çoxalma 
Hüceyrənin  bölünməsi 
 
Qeyri-cinsi çoxalmanın ən sadə forması bölünmədir. Birhüceyrəli heyvanlarda və bitkilərdə 
bölünmə geniş yayılmışdır. Bu orqanizmlərdə qeyri-cinsi çoxalma mitoz yolu ilə bölünmə-
dən ibarətdir. Çox vaxt ana orqanizm iki eyni ölçüdə qız hüceyrəyə bölünür. Bölünmə pro-
sesi nüvədən başlanır. Nüvə uzanaraq ikiyə bölünür. Bölünən hissələr bir birindən aralanır. 
Hüceyrənin digər hissələri qız hüceyrələr arasında bərabər paylanır, çatışmayan hissələr isə 
qız hüceyrələrdə yenidən yaranır. Sitoplazmada eninə gərilmə yaranır, tədricən dərinləşir, 
sonra hüceyrəni iki hissəyə bölür. Belə bölünmə amyöb, evqlena, bəzi infuzorlar, xlamido-
monada kimi sadə orqanizmlərə xasdır.  
 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə