Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə47/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   44   45   46   47   48   49   50   51   52

 
138
Zəif
 
Orta
 
Yüksək
 
Heyvanların əhliləşdirilməsi 
səbəblərini düzgün izah edir.
 
Heyvanların əhliləşdirilməsi 
səbəblərini izah edərkən 
kiçik qüsurlara yol verir.
 
Heyvanların  əhliləşdirilməsi 
səbəblərini düzgün izah edir. 
Ev heyvanlarının insan həya-
tında əhəmiyyətini təsvir 
etməkdə çətinlik çəkir. 
 
Ev heyvanlarının insan həya-
tında əhəmiyyətini təsvir 
edərkən kiçik səhvlərə yol 
verir.
 
Ev heyvanlarının insan həya-
tında  əhəmiyyətini  ətraflı 
təsvir edir. 
Ev heyvanlarına qulluq 
qaydalarına müəllimin və 
yoldaşlarının köməyi ilə 
əməl edir.
 
Ev heyvanlarına qulluq 
qaydalarına kiçik qüsurlarla 
əməl edir.
 
Ev heyvanlarına qulluq 
qaydalarına düzgün əməl 
edir.
 
 
 
Dərs 60 / Mövzu 53:
 CANLILARIN İNSAN SAĞLAMLIĞINDA ROLU 
 
 
 
 
 Sualların müzakirəsi zaman şagirdlər “Həyat bilgisi” və “Biologiya”  fən-
lərindən əldə etdikləri biliklərindən və həyati müşahidələrindən faydalana bilərlər.    
 Bu blokda təqdim olunmuş  cədvəli bütün siniflə doldurmaq tövsiyə olunur. 
Ehtiyac olduqda müəllim bu və ya digər orqanizmin insanın sağlamlığına təsiri 
haqqında cavabları dəqiqləşdirir və uyğun əlavələr edir. Bu tapşırığı yerinə yetirən 
zaman  şagirdlər “canlı orqanizmlərin yaşayış mühiti” anlayışından istifadə etdiyi 
üçün “orqanizm mühiti” anlayışını da daxil etmək tövsiyə olunur.
 
Bu müzakirələr 
növbəti mərhələyə keçidi təmin edir. 
 Yeni anlayışlar və terminlər çox olduğu üçün mövzunun izahı zamanı əyani və-
saitlərdən (plakatlar, maketlər, modellər, sxemlər, elektron təqdimatlar, videomate-
Alt
 
STANDARTLAR
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir. 
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir. 
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
  
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  İnsan sağlamlığına mənfi təsir edən canlı orqanizmləri və 
onların törətdiyi  xəstəlikləri sadalayır. 
  Müxtəlif canlıların insan orqanizmimdə törətdiyi xəstəlikləri 
təsvir edir. 
 
 


 
139 
riallar) fəal istifadə etmək tövsiyə olunur. Materialın vizual təqdimatı onun qavran-
masını daha məhsuldar edir. Dərsi izah etdikcə  əsas anlayışları  dəftərdə qeyd 
etmək,  şəkillər çəkmək məqsədəuyğundur. Yeni məlumatın mənimsənilməsində 
“Fasiləli oxu” üsulundan istifadə etmək olar. Dərsin məqsədlərini nəzərə alaraq 
müəllimin aşağıdakı məsələlərə xüsusi diqqət yetirməsi tövsiyə olunur: 
  “Parazit” anlayışı, orqanizm parazitlərin yaşayış mühiti kimi. 
  Xarici və daxili parazitlər. 
  Parazitlərin törətdiyi xəstəliklər. 
  Parazitlərə yoluxma yolları (çirkli əllər, qaynadılmamış su, yuyulmamış tərəvəz 
və meyvə, heyvanlarla təmasda olmaq, ət məhsullarının kifayət qədər bişirilmə-
məsi və s.). 
  Xəstəliklərdən qorunmaq üçün profilaktik tədbirlər. 
  Gigiyenik qaydalar.  
Nəzəri materialı izah etdikcə  şagirdlərin qısa qeydlər aparmaları  məqsədəuyğun-
dur. Bu qeydlər 
 blokundakı tapşırığı yerinə yetirən zaman yaddaş kimi istifadə 
oluna bilər. Həmin məlumatlardan 
 blokunda  verilmiş  cədvəli dolduran zaman 
da istifadə etmək olar.   
 Müəllimin seçimindən asılı olaraq verilən cədvəl dərs boyunca və ya biliklərin 
tətbiqi mərhələsində doldurula bilər. 
“Öyrəndiklərinizi yoxlayın” hissəsində müəllim alternativ tapşırıq da təklif edə 
bilər: “Keçilmiş mövzu əsasında 6-7 sözdən ibarət krossvord qurun”. Tərtib 
olunmuş krossvord dərs  ərzində  mənimsənilmiş biliklərin və formalaşmış 
bacarıqların müəyyən edilməsi üçün müvafiq vasitə hesab oluna bilər. 
1-ci tapşırıqda şagirdlər şəxsi gigiyena qaydalarını tərtib edirlər.  
2-ci tapşırıqda şagirdlər xarici və daxili parazitləri cədvəldə qruplaşdırırlar.  
 
 
Qiymətləndirmə meyarları: 
Sadalama 
Təsviretmə 
Zəif
 
Orta
 
Yüksək
 
İnsan sağlamlığına mənfi 
təsir edən canlı orqanizmləri 
və onların törətdiyi  
xəstəlikləri sadalamaqda 
çətinlik çəkir.  
 
İnsan sağlamlığına mənfi 
təsir edən canlı orqanizmləri 
və onların törətdiyi  
xəstəlikləri əsasən düzgün 
sadalayır. 
 
İnsan sağlamlığına mənfi 
təsir edən canlı orqanizmləri 
və onların törətdiyi  
xəstəlikləri düzgün sadalayır. 
 
Müxtəlif canlıların insan 
orqanizmində törətdiyi 
xəstəlikləri müəllimin 
köməyi ilə təsvir edir. 
Müxtəlif canlıların insan 
orqanizmində törətdiyi 
xəstəlikləri kiçik qüsurlarla 
təsvir edir. 
Müxtəlif canlıların insan 
orqanizmində törətdiyi 
xəstəlikləri ətraflı təsvir edir. 
 


 
140
Dərs 61 / Mövzu 54:
 DÜZGÜN QİDALANMA 
 
 
 
 
 
Tarixi faktla tanışlıqdan sonra uyğun sual ətrafında müzakirə  təşkil etmək 
faydalı olardı. Şagirdlərin mümkün cavabları belə ola bilər:
 
“əlverişli iqlim şəraiti, 
idmanla məşğul olublar, hər hansı qida, bitki” və s.
  
Şagirdlərin cavabları  nəzərə alınaraq fərz olunan amillərin təsirləri “Klaster” 
vasitəsilə göstərilir. Sxemdə insan sağlamlığına təsir edən amillər və onlarla əlaqəli 
anlayışlar qeyd olunur. Məsələn, 
 
Alt
 
STANDARTLAR
2.1.1. Bioloji proseslərin  xüsusiyyətlərini sadalayır. 
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Qidalı maddələrin və vitaminlərin insan orqanizminə  təsirini 
izah edir. 
  Sağlam qidalanmanın xüsusiyyətlərini izah edir. 
  Maddələr mübadiləsinin pozulmasının səbəb və  nəticələrini 
izah edir.
İnsan 
sağlamlığı 
Xəstəlik 
İqlim 
İdman 
Qida 
 
 
Soyuq 
Üzgüçülük 
Vitaminlər 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə