119
Soğanaqla –
kökümsovla –
calaq vasitəsilə –
gövdə çiliyi ilə -
Gövdəyumrularla –
bığcıqlarla –
6.
Göy qələmlə öz-özünə, karandaşla isə çarpaz tozlanmaya aid olan xüsusiyyətlərin
altından xətt çəkin.
Açılmamış çiçəkdə baş verir.
Bir çiçəyin tozcuğu digər çiçəyin dişiciyinin ağızcığına düşür.
Tozcuq həmin çiçəyin dişiciyinin ağızcığına düşür.
Alınan nəsil valideyn nəslə çox oxşayır.
Yeni nəsildə eyni irsi əlamətlər olur.
Alınan nəsil yeni əlamətlər qazana bilər.
7. Düzgün ifadələri qeyd edin.
1. Küləklə tozlanan bitkilərin tozcuqları quru olmalıdır.
2. Küləklə tozlanan bitkilərin tozcuqları çox olmamalıdır.
3. Bir bitkinin çiçəyinin tozcuğunun digər bitkinin çiçəyinin dişicik ağızcığına
düşməsi çarpaz tozlanma adlanır.
4. Həşəratlarla tozlanan bitkilərin çiçəkləri cəlbedici olmur.
5. Çiçəyin öz tozcuğu ilə tozlanması öz-özünə tozlanma adlanır.
6. Süni tozlanma mədəni bitkilərin məhsuldarlığının artmasına səbəb olur.
7. Alma – həşəratla, qızılağac isə küləklə tozlanan bitkidir.
8. Şəkildə rəqəmlərlə hansı hissələr işarələnmişdir?
9. Hüceyrələrinin tərkibində ehtiyat qida maddələri çox olan hansıdır?
А) Toxum qabığı
B)
Endosperm
C) Rüşeym tumurcuğu
D)Yumurtacıq
10. Uyğunluğu müəyyən edin. Hansı proseslər heyvan orqanizminin hər bir inkişaf
mərhələsinə uyğundur?
İlkin
inkişaf dövrü
Orqanizmin formalaşması
və böyüməsi dövrü
Yetkinlik dövrü
Qocalıq dövrü
Yumurtadan çıxdıqdan və ya doğulduqdan sonra başlayır.
Bu dövr təbii ölümlə başa çatır.
Çoxhüceyrəli rüşeym yaranır, onun hüceyrələrindən yeni
orqanizmin toxuma və orqanları meydana gəlir.
Bu dövrdə heyvanlar aktiv olaraq çoxalırlar.
1.
5.
2.
6.
3.
7.
4.
4
7
2 1
6
3
5
121
7. ORQANİZM VӘ TӘBİİ BİRLİKLӘRӘ MÜHİTİN TӘSİRİ
Dərs 51 / Mövzu 45:
CANLI ORQANİZMLƏRİN MƏSKUNLAŞMASI
VƏ YAYILMASI
Mətnlə tanış olduqdan sonra müəllim şagirdlərə aşağıdakı məlumatı verə bilər:
“Məlumdur ki, yabanı turpun ildə 160, yaddaş çiçəyinin 700, üçrəng bənövşənin
2500, dərman zəncirotunun 5000 toxumu əmələ gəlir.
Təsəvvür edin ki, bütün
toxumlar ana bitkinin ətrafına tökülür. Sonra nə baş verəcək?
(onların cücərməsinə
və inkişafına kəskin rəqabət mane olacaq, su, işıq, mikroelementlər kifayət
etməyəcək). Bitkilərdə bu “problem” necə həll edilir?
Həyati biliklərindən və
gündəlik müşahidələrindən faydalanan şagirdlərin cavabları müzakirə olunur.
Çətinlik yaranarsa, müəllim onların diqqətini şəklə yönəldə bilər.
Uşaqlar müzakirə
zamanı bitkilərin toxum və meyvələrinin yayılması üçün uyğunlaşmaların vacib
olduğunu qeyd edə bilərlər. Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir.
Şəkillərdə təsvir olunan bitkilərin yayılma üsulu haqqında şagirdlərin fərziyyə-
ləri müzakirə oluna bilər. Tapşırığın müzakirəsini dərsin sonuna da keçirmək müm-
kündür. Bu zaman şagirdlər dəftərlərinə tapşırıqla bağlı qeydlər edirlər.
Tətbiq za-
manı bu fikirlərə qayıtmaq və onları bir daha müzakirə etməklə dərsin şagirdlərin
təsəvvürlərini necə dəyişdiyini yoxlamaq olar.
Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
1) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim elektron təqdimatlar,
videomateriallar, yaxud digər əyani vəsaitlərdən istifadə edərək nəzəri materialı
izah edir. Videomateriallar aşağıdakı mənbələrdən götürülə bilər:
Alt
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir.
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
Dərsin
MƏQSƏDİ
Meyvə və toxumları yayılma növlərinə görə təsvir edir.
Heyvanlar üçün miqrasiyanın səbəb və əhəmiyyətini izah edir.