Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə40/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

 
116
Dərs 49 / Mövzu 44:
 HEYVANLARDA BÖYÜMƏ VƏ İNKİŞAF 
 
 
 
 
 Mətnlə tanış olmazdan əvvəl bitkilərin böyüməsi və inkişafı haqqında şagirdlə-
rin əvvəlki bilikləri əsasında müzakirələr aparmaq olar. Müəllim bunun üçün isti-
qamətverici suallar verə bilər. Məsələn,
 
“Bitkinin böyüməsi hansı hüceyrələrin bö-
lünməsinin hesabına baş verir? Onun böyüməsinə və inkişafına nə təsir edə bilər? 
Hansı dövrdə bitkilər böyüyür?”. Şagirdlər həyati biliklərindən faydalanaraq müx-
təlif heyvanların böyümə  və inkişafını  təsvir edir və onu bitkilərlə müqayisə 
edirlər. Bu müzakirələr növbəti mərhələyə keçidi təmin edir. 
Qurbağanın inkişaf mərhələlərini ardıcıl düzməklə  şagirdlər baş verən 
dəyişiklikləri qeyd edirlər. Müəllim bu zaman qeyd edə bilər ki, böyümə və inkişaf 
zamanı orqanizmlər həm kəmiyyətcə (böyümə), həm də keyfiyyətcə (inkişaf) 
dəyişirlər. Şagirdlərə digər heyvanların böyümə və inkişafını əks etdirən nümunələr 
göstərməyi təklif etmək olar. 
 
Tapşırığın nəticələrinin müzakirəsindən sonra müəllim əyani vəsaitlərə (plakat-
lar, sxemlər, elektron təqdimatlar, videomateriallar və s.) istinad edərək nəzəri 
materialı izah edir. Məlumatın öyrənilməsi və müzakirəsi aşağıdakı suallara 
əsaslana bilər:
 
 
  Müxtəlif onurğalı heyvanların yumurta hüceyrələri nə ilə  fərqlənir? Bu nə ilə 
bağlıdır? 
  Yumurtadan çıxandan və ya doğulandan sonra orqanizmlərin inkişafı necə 
gedir? 
  Heyvanların fərdi inkişafının dövrləri necə adlanır? Onlar nə ilə səciyyələnirlər? 
  Düzünə inkişaf dolayı inkişafdan nə ilə fərqlənir? Belə inkişaf formaları hansı 
heyvanlara xasdır? 
Alt
 
STANDARTLAR
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
 
 
 
Dərsin
 
MƏQSƏDİ
 
  Böyümə və inkişaf dövrlərində  müxtəlif orqanizmlərin quru-
luşunu təsvir edir. 
  Heyvanların böyümə və inkişafının xüsusiyyətlərini sadalayır.
 
 
 


 
117 
 Dərslikdəki  məlumatlardan istifadə edərək  şagirdlər heyvanlarda dolayı  və 
düzünə inkişaf növlərini müqayisə edir, nümunələr gətirirlər. 
1-ci və 2-ci tapşırıqlarda şagirdlər biliklərindən istifadə edərək cədvəli doldurur-
lar. 
 
Qiymətləndirmə meyarları: 
Təsviretmə 
Sadalama 
Zəif
 
Orta
 
Yüksək
 
Böyümə və inkişaf dövrlərin-
də  müxtəlif orqanizmlərin 
quruluşunu təsvir edərkən 
tez-tez səhvlərə yol verir.  
 
Böyümə və inkişaf dövrlərin-
də  müxtəlif orqanizmlərin 
quruluşunu əsasən təsvir edir. 
 
Böyümə və inkişaf dövrlərin-
də  müxtəlif orqanizmlərin 
quruluşunu dolğun təsvir 
edir. 
 
Heyvanların böyümə və 
inkişafının xüsusiyyətlərini 
müəllimin və yoldaşlarının 
köməyi ilə sadalayır. 
Heyvanların böyümə və 
inkişafının xüsusiyyətlərini 
əsasən sadalayır. 
Heyvanların böyümə və 
inkişafının xüsusiyyətlərini 
düzgün sadalayır.
 
 
 
 


 
118
VI FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
1. Düzgün variantın altından xətt çəkin: 
1. Suyun sorulması kökün sorucu/ötürücü zonası vasitəsi ilə baş verir. 
2. Buxarlanmanın  əhəmiyyəti  oksigenin xaric edilməsində/mineral maddələrin 
hərəkətində və bitkinin soyumasındadır. 
3. Bitkilərin əksəriyyətində ağızcıqlar gündüz/gecə açıqdır.  
4. Günəşli havada torpaqda  rütubət az olduqda/rütubət kifayət qədər olduqda 
ağızcıq yarığı çox açılmış olur. 
5. Qovaq yarpaqları/şam iynələri suyu daha çox buxarlandırır. 
 
2.  Boş yerlərə açar sözlərdən uyğun gələni yazın.  
Qan-damar sistemi ________________________________ və qan ____________ 
təşkil olunub. Qanı ürəkdən daşıyan damarlar __________, ürəyə gətirən damarlar isə 
_______ adlanır. Onların arasında çox nazik divarları olan damarlar - 
 
_______________ yerləşir. Qan birləşdirici toxumanın növlərindən biridir. O, qan-
damar sistemi ilə  hərəkət edən mayedən – ________ və formalı elementlərdən təşkil 
olunub. Qırmızı qan hüceyrələri ___________ adlanır və bütün orqanizmə oksigen 
daşıyır. Ağ qan hüceyrələri – ___________ orqanizmi xəstəliktörədən mikroblardan 
qoruyur. ____ qanın laxtalanmasında iştirak edir. 
Açar sözlər: venalar, damarlar, eritrositlər, arteriyalar, ürək, kapillyarlar, leykositlər
trombositlər, plazma. 
 
3. Şəkildə göstərilən heyvanlar son parçalanma məhsullarını bədəndən nə ilə xaric 
edirlər? 
 
İfrazat qovuqcuğu Yaşıl vəzilər Malpigi 
borucuqları Böyrəklər 
 
 
 
 
 
4. Düzgün fikirləri “+”, səhv fikirləri isə “–” ilə işarələyin.  
□  Cinsiyyətli çoxalmada iki fərd iştirak edir. 
 
□  Yalnız heyvanlar tənəffüs edə bilir. 
 
□  Qeyri-cinsi çoxalmada bir fərd iştirak edir. 
 
□  Tumurcuqlanma cinsiyyətli çoxalmanın bir növüdür. 
 
□  Bitkilərin xüsusi ifrazat sistemi yoxdur. 
 
□  Bitkilərdə mineral maddələr yarpaqdan kökə doğru hərəkət edir. 
 
□  Tumurcuqlanma qeyri-cinsi çoxalmanın bir növüdür. 
 
□  Çoxalma ilə əlaqədar orqanları vegetativ orqanlar adlandırırlar. 
 
 
5. Şəkildə çiçəkli bitkilərdə vegetativ çoxalmanın hansı üsulları göstərilmişdir? 
Hansı bitkiləri bu üsulla çoxaldırlar? 
 
 
             1  
2
3
4         5        6
          7     
8            9     


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə