Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   18   19   20   21   22   23   24   25   26

 
92
 
bərliyə seçildiyi vaxtdan başlamaq daha məqsədə uy-
ğun olar... Məhz Heydər Əliyev Azərbaycan xalqında 
özünə inam əhval ruhiyyəsini yüksəltmiş və Azərbay-
canı dünyaya tanıtmışdır.»  
Dünyanın  ən uzunömürlü möcüzələrindən biri 
kimi dəyərləndirilən elmə və kitaba bağlılıq, milli psi-
xologiyaya hörmət və ehtiramla yanaşmaq, cəmiyyət 
içərisində alnı acıq, üzüağ yaşamaq və həmişə həqiqə-
tin zəfər çalmasına nail olmaq, həyata, gələcəyə bö-
yük ümidlə baxmaq Xəqani müəllimin ən dəyərli əx-
laqi sifətlərindən biridir. O, çox inanclı və təğvalı bir 
insandır. Rəhbərlik etdiyi kollektivdə elə bir insan 
tapmaq olmaz ki, o, Qarabağ müharibəsinin ağrı-acı-
larını yaşamamış olsun. Bunu yaxşı bilən X.Məmmə-
dov çətin anlarda onların hər birinin yanında olur. 
Onlara arxa-dayaq durur. Rəhbərlik etdiyi kollektivdə 
tələbələrin bilik, bacarıq və  vərdişlərinin müəllimlər 
tərəfindən obyektiv qiymətləndirilməsinə diqqət və 
qayğı ilə yanaşır. Iş gününün çox hissəsini gənc nəs-
lin qayğılarının həllinə  həsr etməkdən xüsusi zövq 
alır.  
Professor X.Məmmədovun malik olduğu  şan
şöhrət və yaxşı nə varsa təkcə onun müasirləri olan ta-
rixçi alimlərin əhatəsi ilə məhdudlaşmır, həm də digər 
elm sahələrinin müxtəlif peşə sahiblərinin arasında xü-
susi hörmətə malikdir. Qazandığı şöhrət titulları, yük-
sək elmi, pedaqoji rütbələr, fəxri adlar və mükafatlarla 
yanaşı o, həm  


 
93
 
də peşəkar və savadlı bir müəllim, əsl tərbiyəçi- peda-
qoq, dostluqda çox vəfalı və sadiq, ailədə qayğıkeş və 
namuslu bir şəxsiyyətdir.  Ən başlıcası isə  vətənimizi, 
müstəqil respublikamızı bütün varlığı ilə canından əziz 
sevən vətən oğludur. 
Bir tarixçi alim kimi X.Məmmədovun yaradıcı-
lığında Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ 
məsələsi ayrıca bir mərhələ təşkil edir. Son illər Res-
publikamızda Dağlıq Qarabağ hadisələrini özündə əks 
etdirən müxtəlif janrlı çoxsaylı nəşrlərin olduğu hamı-
ya məlumdur. Bu istiqamətdə  tədqiqat aparan gör-
kəmli Azərbaycan alimləri sırasında özünəməxsus 
dəsti xətti olan professor X.Məmmədovun da adını 
çəkmək yerinə düşərdi. Onun bu məsələyə aid son il-
lərdə çap olunmuş, yuxarıda haqqında söhbət açdığı-
mız iki monoqrafiyası  və 100-ə yaxın məqaləsi çap 
olunmuşdu. Bu sahədə işini uğurla davam etdirən Xə-
qani müəllimin ən böyük arzularından biri də Qaraba-
ğın erməni işğalından azad olunacağı günü görmək və 
həmin qələbə gününün iştirakçısı olmaqdır.  
1988-ci ildən indiyə kimi professor X.Məmmə-
dov Azərbaycan- Ermənistan və Dağlıq Qarabağ mə-
sələsində fəal vətəndaş mövqeyi tutmuş indi də öz ya-
zılarında bunu dönə-dönə nümayiş etdirir. Özünə 
məxsus  şəxsi keyfiyyətlərə malik olan Xəqani müəl-
lim yaşadığı 55 illik ömrünün 35 ilini Azərbaycan ta-
rix elminin  


 
94
 
inkişafına həsr etmiş, ali məktəb sisteminin formalaş-
masında bu gün də yorulmadan çalışaraq, elmi və pe-
daqoji fəaliyyətini uğurla davam etdirir. X.Məmmə-
dovun zəhməti onun müasirləri olan respublikanın 
görkəmli elm xadimləri və mütəfəkkirləri tərəfindən 
də yüksək qiymətləndirilir. Hazırda yaradıcılığının 
çox məhsuldar və zəngin bir dövrünü yaşayan alimin 
gəldiyi ümumi nəticələrdən biri də belədir ki, hər bir 
xalq bəşər mədəniyyəti tarixində özünün yetişdirdiyi 
şəxsiyyətləri ilə sayılır. Xalqımızın tarixində isə belə 
şəxsiyyətlər çoxdur. Çarizmin Rusiyanı xalqlar həbs-
xanasına çevirdiyi bir zamanda ömrü az olsa da Azər-
baycanda müstəqil respublika yaratmağa nail olmuş 
milli istiqlal mücahidlərinin başladıqları işi XX yüzil-
liyin sonlarında məhz Azərbaycan xalqının böyük 
rəhbəri və siyasi xadimi Heydər Əliyev yerinə yetirdi. 
Heydər Əliyev irsinin tədqiqi və gənclər arasında öy-
rənilməsi məsələləri professor X.Məmmədovun elmi 
pedaqoji yaradıcılığının əsas ideyasını təşkil edir. Bu 
cəhətdən onun artıq dünya tarixinin yaddaşına və 
Azərbaycan tarix elminin dialektikasına  əbədi həkk 
olunmuş «Heydər Əliyev müstəqil Azərbaycan dövlə-
tinin banisidir», «Heydər  Əliyev və müstəqil Azər-
baycan dövlətinin möhkəmləndirilməsi», «Heydər 
Əliyev və Azərbaycanda təhsilin inkişafı kimi iri 
həcmli  əsərləri buna əyani nümunədir. Müəllif bu 
əsərlərin hər  
 
 


 
95
birində H.Əliyevin Azərbaycan xalqının və dövlətimi-
zin dünyaya tanıdılmasındakı böyük ictimai siyasi 
fəaliyyətini, müasir Azərbaycan Respublikasının me-
marı olduğunu onun dövlət haqqındakı ideyalarının 
müasir inkişafımızın  əsasını  təşkil etdiyini, hazırda 
onun siyasi varisi kimi möhtərəm Prezidentimiz cə-
nab Ilham Əliyevin ölkənin xarici və daxili siyasət sa-
həsində dünya siyasəti ilə tarazlaşdırılmış iş aparma-
sını, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətlə-
rindən birinə çevrilməsini və inteqrasiya etməsi məsə-
lələrindən ətraflı bəhs etmişdir. 
Xəqani müəllim digər insani keyfiyyətləri ilə 
yanaşı  həm də çox duyğulu bir insandır. Amma onu 
hər sözlə  də  təəccübləndirmək asan iş deyil. Işinin 
çox, vaxtının isə az olduğunu bildiyim halda yazaca-
ğım bu vəsait üçün material toplamaq məqsədilə hər-
dənbir onunla çox qısa söhbətlərimiz olurdu... Bir də-
fə onun çox həyəcanlı gördüm və məqamından istifa-
də edərək səbəbini soruşdum. O, məni öz otağına də-
vət etdi və bildirdi ki, Türkiyə Respublikasının televi-
ziya kanallarının birində belə bir tarixi anons verilir... 
... Türkiyədə zəlzələ olub, böyük tələfatlar baş 
verib, bir əyalət tamamilə torpağın altında qalıb. Da-
ğılmış yurd yerində ömrünün son günlərini yaşayan 
qoca, cılız, ac-susuz və  zəif bir kişi oturub. Bu an 
Türkiyə xalqının böyük oğlu Atatürk hadisə yerinə 
gəlir və həmin qocanın  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə