Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

 
80
 
azərbaycanlıların öz dədə-baba yurdlarından deporta-
siyası, «erməni məsələsi necə yarandı?» və s. məsələ-
lərə aid çoxsaylı məqalələr və monoqrafiyalar xüsusi 
mərhələ təşkil edir. Bu cəhətdən «Türkiyədə və Azər-
baycanda erməni millətiçilərinin cinayətləri», «Ermə-
ni iddialar və Azərbaycanlıların soyqırımı» monoqra-
fiyaları ermənilərin gerçək tarixinin öyrənilməsində 
çox dəyərli tarixi faktlarla, arxiv materialları ilə zən-
gin, dünya kitabxanalarından əldə olunmuş ədəbiyyat-
lar əsasında  yazılmış əsərlər olmaqla yanaşı, bu sahə-
də olan boşluğun aradan qaldırılmasında və Azərbay-
can tarixşünaslığında Dağlıq Qarabağ məsələsinin öy-
rənilməsində xüsusi əhəmiyyət kəsb edən əsərlərdən-
dir.  
Professor X.Məmmədovun yaradıcılığının III 
mərhələsində (1-ci mərhələ milli istiqlal, 2-ci mərhələ 
milli müstəqilliyimiz və Azərbaycanın ərazi bütövlü-
yü, soyqırım, deportasiya və s.)  kim olum?, nəyim 
olsun?, nəyə nail olum?- sualları yox, həmişəki kimi 
xalqımız üçün çox vacib olan Azərbaycanın ərazi bü-
tövlüyü, Bakı ilə Təbrizin və Irəvanın birləşməsi kimi 
gələcəkdə görüləcək qlobal məsələlər düşündürür. 
 Bəli, adi bir insan ömrü yaşamış bu alim dü-
şüncələrinin milli azadlıq ideyalarından başlanan ya-
radıcılıq yolu Azərbaycan-türk xalqlarının soyqırım 
faciələrini başı üzərinə qaldıraraq  


 
81
 
dünya birliyini və beynəlxalq təşkilatları ittiham et-
məklə yanaşı böyük türk və Azərbaycan fatehlərinin 
ruhları qarşısında borclu qalmamaq üçün milli birliyi-
mizin,  ərazi bütövlüyümüzün qorunması qayğısına 
qalır və bütün əsərlərində bu ideyanı ön plana çəkir.  
Xəqani müəllimin əsərləri vasitəsilə yaxın keç-
mişdə olmuş iki erməni terroruna nəzər saldıqda nəyi 
görürük?: «Daşnaksütyun», «hınçaq», «erməni azad-
lıq hərəkatı» və «Krunk (komitet revolsionnıy uprav-
leniya Naqornoqo Karabaxa sözlərinin baş  hərflərin-
dən yaradılmışdır və ermənicə yayındırıcı  mənası 
«durna» deməkdir)  təşkilatlarının Sumqayıt hadisələ-
rini törədərək, günahı azərbaycanlıların üstünə yıxma-
ları və buna cavab olaraq Xocalı qətliamını həyata ke-
çirtmələri.  
Əvvəldə qeyd etmişdik ki, Xəqani müəllim pe-
daqoji sahədə  də uzun illərdir ki, səmərəli fəaliyyət 
göstərir. Bu cəhətdən o, tədris müəssisəsinin rəhbərin-
dən tələb olunan bütün keyfiyyətlərə malik bir şəxsiy-
yətdir, fəal ictimai xadim və tanınmış təhsil işçisidir. 
O, rəhbərlik etdiyi Ağcabədi filialının maddi - texniki 
bazasının gündən-günə möhkəmləndirilməsi, kadr po-
tensialının daha da tənzimlənməsi, mənəvi- psixoloji 
mühitin pedaqoji cəhətdən daha da sağlamlaşdırılma-
sı, professor- müəllim heyətinin peşəkarlıq səviyyəsi 


 
82
 
nin yüksəldilməsi və pedaqoji prosesin digər prob-
lemlərinin, yeni tədris plan və proqramlarının tərtibi, 
mükəmməl dərslik və  dərs vəsaitlərinin nəşr etdiril-
məsi, filial kitabxanasının fondunun yeni-yeni nəşr-
lərlə zənginləşdirilməsi, fakültə və kafedraların işinin 
canlandırılması, təhsilin bakalavr və yenidənhazırlan-
ma mərhələsinə aid işlərin icrası və digər aktual prob-
lemlərinin həlli istiqamətində bütün bacarıq və im-
kanlarından maksimum istifadə etməklə  həyata keçi-
rilməsi və s. problemin həll edilməsində bütün səy və 
bacarığını  əsirgəmir. Sürətlə inkişaf edən ali məktəb 
təhsilinin qarşıya qoyduğu məsələlərin yerinə yetiril-
məsi onun şəxsi keyfiyyətləri ilə birləşəndə sanki bu 
sahədə bir tamlıq yaranır. O, nüfuzlu və bacarıqlı təd-
ris təşkilatçısı, peşəkar tarixçi alim, xeyirxah, əzmkar, 
ciddi və sonsuz sayda müsbət keyfiyyətlərə  məxsus 
fəal ictimai xadimdir.  
Professor X.Məmmədovun fəaliyyət göstərdiyi 
sahələrdən biri də onun elmi seminarlarda, elmi nəzə-
ri və praktik konfranslarda, tələbəlik illərindən indi-
yənə kimi respublikamızda və xarici dövlətlərdə 
Azərbaycan tarixi və onun müxtəlif problemlərinə 
həsr olunmuş tədbirlərdə etdiyi çoxsaylı çıxışları, mə-
ruzə və görüşləri təşkil edir. O, tarixə olub-keçmiş ha-
disələr kimi baxmağı xoşlamır. Ona görə də bir tarix-
çi pedaqoq  


 
83
 
kimi dəfələrlə mədəni, ictimai, sosial, iqtisadi və siya-
si həyatımızın müxtəlif sahələrinə aid maraqlı fikirlər 
söyləmiş və çox qiymətli əsərlər yaratmağa müvəffəq 
olmuşdur.  
Buna görə  də professor X.Məmmədovun  əsər-
lərinə  təkcə respublikamızda deyil, həm də xarici 
dövlətlərdə ciddi maraq göstərilir. Bu cəhətdən onun 
Polşada nəşr olunan «Xudafərin», Isveçrədə nəşr olu-
nan «Araz» və Türkiyə Respublikasında nəşr olunan 
«Azərbaycan» jurnallarında çap olunmuş  əsərləri zə-
manəmiz üçün çox aktualdır. 
Rəhbərlik etdiyi və  rəsmi opponenti olduğu 
çoxsaylı dissertasiya işlərinə elmi və məntiqi əsaslarla 
zəngin olan çox dəyərli elmi pedaqoji təhlil verməklə 
yanaşı, hər bir iddiaçının fikirlərini, qarşısında qoydu-
ğu məsələləri təhlil etmək üçün gənc mütəxəssislərə 
diqqət və qayğı ilə yanaşmış, onlarda özünə inam his-
si kimi vacib bir keyfiyyətin formalaşmasına nail ol-
maqla bərabər, bu sahədə etibarlı rəhbər, yeri düşdük-
də  təcrübəli tərəfdaş, həlim, qayğıkeş  və mehriban 
müəllim kimi fəal həyat mövqeyi tutmuşdur.  
Bir cəhəti də qeyd etmək vacibdir ki, Azərbay-
canda XX yüzilliyin 90-cı illərindən başlanan milli 
azadlıq hərəkatımızın iştirakçılarından biri də Xəqani 
müəllim özü olmuşdur. Başqalarına tam aydın olma-
yan bu məsələlərin  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə