6
X.M.Məmmədov haqqında gör-
kəmli alimlərin, millət vəkillərinin
və pedaqoqların fikirləri
Xəqani müəllim ilə sonralar dostluğa çevri-
lən tanışlığımızın 39 ilə çatdığını düşünəndə mə-
ni heyrət bürüdü. Mənim üçün bu sanki dünənin
hadisəsi idi və bu illər ərzində az qala 40 ilə ça-
tan dostluğumuzun nə zaman yaşa dolduğundan
görünür xəbərsiz olmuşuq. Ötən əsrin 70-ci illə-
rində biz Azərbaycan Dövlət Universitetinin tarix
fakültəsinin tələbələri idik. Həmin illərdə bu fa-
kültə öz siyasi perspektivinə görə nüfuzlu fakül-
tələrdən biri sayılırdı və el arasında çox vaxt bu
fakültəyə «raykom fakültəsi» də deyirdilər. Məhz
1970-ci ildə biz çox böyük müsabiqə nəticəsində
formalaşan cəmisi 25 nəfərdən ibarət olan tarix
fakültəsinə daxil olmuşduq. Bu 25 nəfərdən ən
yaşlısı artıq yaşı 35-i haqlamış və səkkiz ildən
çox universitetin qapısına ayaq döyüb öz arzusu-
na qovuşan ucarlı Məmməd Əliyev idi, ən cavan
isə 16 yaşı yenicə tamam olmuş Xəqani Məmmə-
dov idi. Qəribə burasında idi ki, qrupun ən yaşlısı
ilə ən gənc nümayəndəsi yataqxanada bir otaqda
qalırdılar və sonralar bu mehribançılıq onlar ara-
7
sında dostluğa çevrildi. Hətta vəzifə vərəsəliyinə
görə də onlar bir-birini tamamladılar və Məmmə-
di sinif nümayəndəsi vəzifəsindən çıxaranda
onun yerinə artıq bütün semestri əla qiymətlərlə
başa vuran Xəqanini qoydular. Doğrudan da elə
ilk dərs ilində Xəqani öz istedadını ortaya qoydu
və smestri əla qiymətlərlə başa vurdu.
Tələbəlik illərində Xəqaninin intellektual
potensialı açıq-aydın özünü göstərirdi və bu po-
tensial onun universiteti qırmızı diplomla qurtar-
ması ilə təsdiqləndi. Mən tam səmiyyətlə etiraf
edirəm ki, Xəqaninin qırmızı diplomu gecə-gün-
düz oxumaqdan qızarmış gözlərinin rəngindən
mayalanmışdı. Elə bunun nəticəsi idi ki, o aspi-
ranturanı da uğurla başa vurub elmlər namizədi
oldu və az sonra çox maraqlı bir mövzuda dok-
torluq dissertasiyası müdafiə etdi. Xəqaninin
doktorluq işi maraqlı bir mövzuya - XIX əsrin
sonu - XX əsrin əvvələrində Azərbaycan milli
hərəkatına həsr edilmişdi. Əslində sovet dövrün-
də belə mövzular qeyri-rəsmi formada qadağan
olunmuş mövzular sırasına daxil edilmişdi. Sovet
ideologiyasının böhranından sonra Azərbаycan
milli hərəkatı, onun mərhələləri, aparıcı şəxsiy-
yətləri haqqında araşdırma aparmaq, əsərlər yaz-
maq necə deyərlər dövrün başlıca tələbatına çev-
8
rilmişdi. Bu tələbatı ilk ödəyənlərdən biri Xəqani
Məmmədov oldu. Onun doktorluq dissertasiyası
Azərbaycan milli hərəkatının aydın bir mənzərə-
sini yaratmış, dönüş məqamlarını müəyyənləşdir-
miş və bu hərəkatın hansı tarixi şəxsiyyətlərin çi-
yinlərində getdiyini ortaya qoymuşdu. Bu araş-
dırma kitab kimi nəşr olundu və sözün tam məna-
sında tarixşünaslığımızı zənginləşdirən bir əsərə
çevrildi. Eyni zamanda bu mövzu üzərində iş
X.Məmmədovun bir alim kimi formalaşmasında
mühüm rol oynadı. Şübhəsiz ki, milli diriliyimi-
zin əsas dayaqları olan H.Zərdabi, Ə.Hüseynza-
də, Ə.Ağaoğlu, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə
kimi işıqlı şəxsiyyətlərin Azərbaycan milli hərə-
katında rolunu araşdırdıqca, bu işıqdan bir az da
bizim dostumuz Xəqaninin payına düşdü. Elə bu
mövzunun işığında o, doktor da, professor da ol-
du və elmi araşdırmalarının gedişində respublika-
nın aparıcı tarixci alimlərindən birinə çevrlidi. Bu
gün prof. X.Məmmədov XI siniflər üçün «Azər-
baycan tarixi» dərsliyinin müəlliflərindən biridir
və minlərlə şagirdimiz keşməkeşli tariximizin sir-
lərini onun yazdığı dərslikdən öyrənir. Bu az bir
alimə nəsib olan hadisədir və Xəqani bu etimadı
öz elmi, öz intellektual bacarığı və pedaqoji sə-
riştəsinə görə qazanmışdır. 55 yaş dostumuz Xə-
9
qaninin təqvim yaşıdır. Lakin o, elmdə qazandığı
uğurlara görə daha gəncdir. Həyat dəyişir və za-
man sürətlə inkişaf edir. Xəqani bir vaxtlar tələ-
bəlik illərində aldığı beşlərin cəmi ikisini yan-ya-
na qoyub. Arzu edirəm ki, onun həyatda qazandı-
ğı «əla»lar tələbəlik illərində aldığı «5»lərin sa-
yından həm kəmiyyət etibarı ilə çox, məna və
məzmun etibarı ilə daha da sanballı olsun».
Cəmil HƏSƏNLI,
tarix elmləri doktoru,professor,
millət vəkili
10
Insan əməli ilə tanınır. Özünə və sözünə
güvənəndə, kimliyini anlayanda, nə üçün yaşadı-
ğını və yaratdığını dərk edib qiymətləndirəndə
böyüklük qazanır, sevilir, hörmət sahibi olur.
Var-dövlət, vəzifə insanlığın meyarı olma-
dığı halda insanlıq varın, dövlətin, vəzifənin me-
yarıdır. Insan ağlı, kamalı, düşüncəsi ilə daha
dövlətlidir.
Tarix elmləri doktoru, professor, yaxın dos-
tum Xəqani Məmmədov da belə dövlətli insan-
lardan biridir. Onu uzun müddət tanıdığıma,
dostluq etdiyimə görə haqqında mübaliğəsiz,
həm də daha ətraflı danışa bilərəm. Ancaq onun
tərifə ehtiyacı yoxdur. Xəqani müəllimi bir şəx-
siyyət, alim, vətəndaş, yaxşı ailə başçısı kimi ta-
nıdan, sevdirən haqqında deyilən tərifli sözlər de-
yil, əməlləri, vətənpərvərliyi, insani keyfiyyətləri,
vətənə xalqa və dövlətə məhəbbətidir. Buna görə
də hesab edirəm ki, o, öz insani xüsusiyyətlərinə
görə yalnız mənim deyil, insanlığı qiymətləndi-
rən hər bir kəsin dostudur, əzizidir.
Özünə və sözünə sadiqliyi, ağlına və dü-
şüncəsinə arxalanması, zəhmətinə və elminə gü-
vənməsi, tamahının və səbrinin sahibi olması, sa-
dəliyi, təvazökarlığı, səmimiyyəti həyatının mə-
nası bilməsi, yalandan, qeybətdən, paxıllıqdan
Dostları ilə paylaş: |