Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

 
84
 
siyasi, tarixi köklərini dərindən bilən Xəqani müəllim
əslində milli istiqlalın mərkəzində duraraq onu təşkil 
edən və istiqamətləndirən qeyrətli vətən oğullarından 
biri olmuş, vətəni qarşısında bu kiçik xidmətlərini heç 
yerdə dilinə belə gətirməmişdir. Əslində isə onun içə-
risində alovlanmağa başlayan milli azadlıq duyğuları-
nın həqiqətə çevrildiyi bir dövrdə bu sahədə kifayət 
qədər araşdırmalar aparmış və milli istiqlalın son nəti-
cəsi olan müstəqilliyə aparan mübarizə yolunda bütün 
bilik, bacarıq və səylərini qoyaraq canından keçməyə 
hazır olan vətən fədailərindən biri olmuşdur. Məhz 
buna görədir ki, ümummilli liderimiz Heydər  Əliye-
vin tapşırığına  əsasən ümumtəhsil məktəblərinin XI 
sinifləri üçün yeni «Azərbaycan tarixi» dərsliyinin ya-
zılması məsələsi gündəmə gələndə bu işə cəlb edilən 
seçilmiş tarixçi alimlərdən biri də məhz Xəqani müəl-
lim olmuşdur.  
Azərbaycanın  ərazi bütövlüyünün və Dağlıq 
Qarabağın erməni işğalından azad olacağı günü gör-
mək arzusu Xəqani müəllimin əbədi arzularından biri 
olaraq bu gün də tam qüvvədə qalmaqdadır. O, rəh-
bərlik etdiyi filialın pedaqoji kollektivi ilə tez-tez cəb-
hə bölgələrində olur, zabit və əsgərlərlə görüşlər keçi-
rir. Onlara mənəvi dayaq olur, gənclərdə düşmənə 
nifrət hissi tərbiyəsi aşılayır ki, bu da günümüzün ən 
vacib məsələlərindən biridir.  


 
85
 
Azərbaycanın görkəmli tarixçi alimləri tərəfin-
dən yüksək qiymətləndirilən «Erməni iddiaları  və 
Azərbaycanlıların soyqırımı»  əsəri onun müəllifinin 
bu sahədə uzun illər apardığı  səmərəli elmi tədqiqat 
işinin nəticəsi də hesab etmək olar. Çünki XIX- XX 
yüzilliklərdə tarixin səhifələrinə çıxarılmış «şərq mə-
sələsi», «erməni vilayəti», «erməni məsələsi», sonda 
isə «Qarabağ problemi» adı ilə daxil olmuş türk və 
Azərbaycan xalqlarına qarşı   yönəldilmiş erməni qa-
niçənləri tərəfindən törədilmiş cinayət hadisələri, soy-
qırımları, terror və zorakılıqlar, qətl və deportasiyalar
tarixi sübuta heç bir ehtiyacı olmayan təkzibolunmaz 
faktlar və  sənədlər  əsasında araşdırılaraq zəmanəmiz 
və gələcək tariximiz üçün çox vacib olan elmi nəticə-
lər və tezislər, sanballı məlumat-informasiya mənbəyi 
yaradılmışdır. Əsərdə tarixi həqiqətlərin araşdırılması 
10 bölmədə belə bir ardıcıllıqla verilmişdir:  
  - tarixi həqiqətlər faktlar və  rəqəmlərin dili 
ilə, erməni millətçilərinin Azərbaycan xalqına qarşı 
əsassız iddiaları, erməni məsələsi necə yarandı, XX 
yüzilliyin  əvvəllərində erməni faşistlərinin Azərbay-
cana qarşı  təcavüzü, uydurma erməni soyqırımı» və 
həqiqi tarixi reallıqlar, ermənilərin azərbaycanlılara 
qarşı 1918-ci ilin mart ayında törətdikləri soyqırım 
hadisələri, Azərbaycanın Naxçıvan, Qarabağ, Zəngə-
zur bölgəsində erməni millətçilərinin 1918-1920-ci il 


 
86
 
lərdə törətdikləri terror və cinayətlər, 1948-1953-cü 
illərdə azərbaycanlıların dədə-baba yurdu olan indiki 
Ermənistan ərazisindən deportasiyası onun dəhşətli və 
acı  nəticələri xüsusi ardıcıllıqla araşdırılaraq tarixi 
analitik və müqayisəli təhlil edilir və sözün əsl məna-
sında «böyük ermənistan» yaratmaq iddiasının boş bir 
xülya olduğunu oxuculara tarixi faktlar və arxiv sə-
nədləri ilə çatdırır. Monoqrafiyada ilk dəfə olaraq 
müəlliflər belə bir tarixi hadisəni təsdiq edərək bildi-
rirlər ki, məlum «Qanlı yanvar faciəsi» də (1990-cı 
il), sonrakı «Xocalı faciəsi də (1992-ci il) ermənilərin 
rus imperiyasının xeyir-duası və köməkliyi ilə üçyüz 
ilə yaxın bir dövrdə azərbaycanlılara qarşı yönəldil-
miş kütləvi qırğın ssenarilərinin növbəti mərhələsi ol-
muşdur. Monoqrafiyada verilmiş tarixi təhlillərdən 
aydın olur ki, müasir dünya siyasətinin şahmat fiqur-
larından biri olan və bütün beynəlxalq qanun və kon-
vensiyalara zidd olaraq Azərbaycanda süni yolla, 
məqsədli şəkildə yaradılmış Ermənistan - Azərbaycan 
və Dağlıq Qarabağ məsələsi təkcə ermənilərin işi yox, 
həm də cənubi Qafqazda özünə dayaq nöqtəsi axtaran 
bir çox dünya dövlətlərinin birgə  işinin nəticəsidir. 
Doğrudur, BMT də AŞPA da, ATƏT də, Avropa bir-
liyi də bu məsələlərə öz münasibətini dəfələrlə bildir-
mişdir, lakin hələ də münaqişənin həlli istiqamətində  


 
87
real nəticələr yoxdur və dünya ictimaiyyəti də bu mə-
sələyə göz yumur.  
Monoqrafiya hazırlanarkən ümummilli lideri-
miz Heydər  Əliyevin tariximizin yazılması, öyrənil-
məsi və  təbliği  üçün söyləmiş olduğu aşağıdakı bu 
fikri  əsas götürülmüşdü: «Tariximiz bizim üçün dərs 
olmalıdır və biz Azərbaycan tarixinin bütün səhifələ-
rinə işıq salmaq, tariximizi bugünkü və gələcək nəsil-
lərə daha da geniş anlatmaq, xalqımızın tarixini doğ-
ru, düzgün və obyektiv həqiqətlərə uyğun dünyaya 
çatdırmaq üçün çox iş görməliyik».  
Respublika Təhsil Nazirliyi tərəfindən bu əsə-
rin dərs vəsaiti kimi istifadəsinin tövsiyə olunması bir 
daha onun elmi metodiki cəhətdən çox sanballı bir 
əsər olduğuna dəlalət edir. Əsərdə verilmiş hadisələ-
rin tarixi şəbəkəsinin genişliyi bir də onunla əhəmiy-
yətlidir ki, müəllif Qarabağın beşminillik tarixi bir 
dövrünü araşdırarkən antik və müasir dünya alimləri-
nin qərərsiz və obyektiv fikirlərindən bəhrələnərək 
keçmiş sovet alimlərinin, erməni  əsilli yalançı  tədqi-
qatçıların əsərlərindəki qərəzli fikirləri təkzib edə-edə 
onlara çox tutarlı cavablar verilmişdir. Qeyd etmək 
yerinə düşər ki, bu əsərdə ilk dəfə olaraq ermənilərin 
azərbaycanlılara və türklərə qarşı üçyüzillik əsassız 
iddialarının ideoloqu olan erməni kilsələrinin və din-
darlarının fəaliyyətindən də ətraflı bəhs olunmuşdur.  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə