Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

 
63
Azərbaycan ziyalılarının ikinci nəsli M.F.Axundov, 
S.Ə.Şirvani, H.B.Zərdabi, N.B.Vəzirov, M.T.Sidqi, 
M.M.Nəvvab, S.M.Qənizadə, bundan sonra XIX və 
XX yüzilliyin qovşağında formalaşan Azərbaycan zi-
yalılarının üçüncü nəslinə  mənsub olan Əli Bəy Hü-
seynzadə,  Əlimərdan bəy Topçubaşov,  Əhməd bəy 
Ağa oğlu, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nə-
rimanov, Cəlil Məmmədquluzadə, M.Ə.Sabir, Üzeyir 
Hacıbəyli və yüzlərlə öz həyatının mənasını  Vətənə, 
xalqa xidmət etməkdə görən ziyalılardan, onların icti-
mai-siyasi fəaliyyətlərindən geniş bəhs olunur. 
Əsərdə müəllif qarşıya qoyduğu məsələnin tari-
xi-real təsvirini belə bir şəkildə izah etmişdir: Bəhs 
olunan dövrdə H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədulla-
yev və M.Muxtarov kimi neft milyonçularının mey-
dana gəlməsini tarixi zərurətin nəticəsi kimi geniş 
işıqlandırdıqdan sonra A.A.Bakıxanov, M.Ş.Vazeh, 
Q.B.Zakir, İ.B.Qutqaşınlı, M.F.Axundov və başqaları 
tərəfindən  əsası qoyulmuş xalqımızın milli şüurunun 
formalaşmasında onların rolu göstərilir.  
Bundan sonra Azərbaycan ictimai fikir tarixin-
də özünəməxsus yer tutmuş S.Ə.Şirvani, M.T.Sidqi, 
M.M.Nəvvab, F.B.Köçərli, S.M.Qənizadə, H.Mah-
mudbəyov, H.B.Zərdabi və digər mütəfəkkirlər haq-
qında çox qiymətli məlumatlar verilir. Daha sonra 
əsərdə dərslik və dərs vəsaitlərinin  


 
64
nəşri, milli - ana dilli məktəblərin açılması, müəllim 
kadrlarının yetişdirilməsi, xüsusi mövzularda əsərlər, 
qəzetlər və  dərsliklər çap etdirən insanlar haqqında 
xüsusi araşdırmalar aparılmışdır.  
 Xalqın maariflənməsində  və  bədii  əsərlərin 
yaradılmasında XIX yüzilliyin sonlarında Azərbay-
canda yaranmış  ədəbi məclislərdən «Məclisi-üns», 
«Məclisi fəramuşan», «Məcmeyu - şüəra», «Əncümə-
ni-şüəra», «Beytüs-Səfa» və başqalarında ədəbiyyatın 
xalqın həyatına bağlanması və ictimai motivlərlə zən-
ginləşməsi barədə ətraflı bəhs olunur.  
 Burada müəllif «Türk dünyasını oyadan» Is-
mayıl bəy Qaspiralının onun təsiri ilə Azərbaycanda 
türkçülüyün  əsas ideoloqları  və  təbliğatçıları  Ə.Hü-
seynzadənin, Əhməd bəy Ağaoğlunun, Ə.Tobçubaşo-
vun, M.Ə.Rəsulzadə, M.Şeyxzadə,  Ə.Müznib, Cey-
hun Hacıbəyli, M.B.Məmmədzadə,  Ə.Kamalbəy, 
C.İbrahimov və başqalarının türkçülük ideyasının mü-
dafiə və inkişaf etdirilməsini tarixin reallığında həqi-
qət işığında tədqiq edərək milli azadlıq ideyasının 
ümumi kontekstində, ümumi inkişafın fonunda icti-
mai fəaliyyətlərinin elmi nəzəri təhlilini verir.  
 X.Məmmədovun professor X.Köçərli ilə bir-
likdə yazdığı ikinci kitab isə belə adlanır: «Azərbay-
can Xalq Cümhuriyyətinin təhsil, elm  


 
65
və mədəniyyət sahəsində fəaliyyəti» (1918-1920-ci il-
lər). Bu kitab da nəşr olunduğu ilk günlərdən mütə-
xəssislərin və oxucuların ciddi marağına səbəb olmuş-
dur. Kitabda əsasən aşağıdakı  məsələlər daha ətraflı 
işıqlandırılmışdır: Rusiya imperiyasının Azərbaycan-
da təhsil və  mədəniyyət sahəsində  şovinist siyasəti
Azərbaycan Xalq Cümhuriyyətinin xalq təhsilinə qay-
ğı və diqqəti, milli hökumətin elm və mədəniyyəti in-
kişaf etdirmək sahəsində tədbirləri. 
 Azərbaycanın görkəmli tarixçi alimlərinin 
rəyləri və elmi redaktorluğu ilə çap olunmuş bu əsər-
də də qarşıya qoyulmuş vəzifə belə müəyyənləşdirilir: 
XX yüzilliyin əvvəllərində təhsil, elm və mədəniyyət 
sahəsində çar Rusiyasının ayrı seçkilik siyasətinin 
Azərbaycan xalqı üçün mənfi nəticələrini göstərmək, 
istiqlal hərəkatında milli ideologiyanın aparıcı rolunu 
işıqlandırmaq, təhsili inkişaf etdirmək sahəsində 
Cümhuriyyətin həyata keçirtdiyi tədbirləri açıqlamaq, 
Bakı Universitetinin təsis edilməsi, ədəbiyyatın, milli 
mətbuatın inkişaf etdirilməsi sahəsində görülmüş təd-
birləri tədqiqata cəlb etmək, sovet imperiyasının xal-
qımızın adət-ənənələrinə  və milli dəyərlərinə ögey 
münasibət bəsləməsinin nə kimi mənfi nəticələrə gəti-
rib çıxartmasını  tədqiq etmək, Cümhuriyyətin mədə-
niyyəti inkişaf etdirmək, milli ideologiya yaratmaq  


 
66
sahəsində  həyata keçirə bilmədiyi vəzifələrin müstə-
qillik əldə etdiyimiz çağdaş dövrdə uğurla həyata ke-
çirildiyini açıqlamaq və s.  
  Əsərin sonunda rus və ingilis dillərində onun 
qısa məzmununu  əhatə edən xülasə  də verilmişdir. 
Təhsil Nazirliyinin 5 iyun 1999-cu il tarixli qərarı ilə 
bu əsərin də ali məktəblərdə dərs vəsaiti kimi istifadə 
olunmasına icazə verilmişdi.  
 Apardığı tədqiqat işlərində professor X.Məm-
mədov dövri mətbuatın ictimai şüuru formalaşmasına 
təsirini aşağıdakı  qəzet və jurnallarda çap olunmuş 
məqalələr  əsasında aparmışdır: «Şərqi-rus», «Həyat, 
«Molla Nəsrəddin», «Füyuzat», «Yoldaş», «Tərəqqi», 
«Dəbistan», «Rəhbər», «Irşad» «Dəvət - qoç», «Bəh-
lul», «Zənbur», «Həqiqət», «Arı», «Məktəb», «Məlu-
mat», «Işıq», «Şəlalə» və s.  O, mətbuatın ziyalıların 
azadlıq ideyalarının formalaşmasına təsirini də ətraflı 
araşdıraraq belə bir nəticəyə gəlmişdir ki, Ə.Hüseyn-
zadə,  Ə.Ağaoğlu,  Ə.Topçubaşov, M.Rəsulzadə, 
C.Hacıbəyli, C.Məmmədquluzadə, N.Nərimanov, 
C.M.Qənizadə, F.B.Köçərli, E.Sultanov, R.Əfəndi-
yev, Ö.F.Nemanzadə, H.Cavid, M.Hadi, M.Ə.Sabir, 
A.Səhhət, A.Şaiq, S.S.Axundov, S.Hüseyn, A.Sur, 
Y.V.Çəmənzəminli və digər ziyalılar  əhali arasında 
milli azadlıq  


 
67
ideyalarının formalaşmasında  əllərindən gələni  əsir-
gəməmişdilər.  
 Azərbaycan tarixşünaslığında siyasi partiya-
lardan olan «Difai, «Rusiya müsəlmanlar ittifaqı», 
«Hümmət», «Musavat» və s. siyasi partiya, qrup və 
birləşmələrin aydınlarımızın milli istiqlal mücadiləsi 
uğrunda apardıqları mübarizədə onların siyasi fəaliy-
yətlərini, tarixi-siyasi və mədəni baxımdan olduğu ki-
mi tədqiq edərək  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu, M.Rə-
sulzadə,  Ə.Tobçubaşov və Ü.Hacıbəylinin həyat və 
fəaliyyətində milli-azadlıq mübarizəsini  əhatə edən 
tarixi -siyasi dövrün geniş mənzərəsini «Aydınlarımı-
zın istiqlal mücadiləsi» əsərində canlandırmış və onun 
inkişaf istiqamətlərini tarixi dialektik cəhətdən açıb 
göstərmişdi.  
  Cəsarətlə demək olar ki, «türkləşmək, islam-
laşmaq, avropalaşmaq»- şüarını irəli sürən Ə.Hüseyn-
zadənin, «hürriyyət, musavat və  ədalət-deyən  Ə.A-
ğaoğlunun, «millət davasının vəkili» olan Ə.Topçuba-
şovun, «bir kərə yüksələn bayraq bir daha enməz- de-
yən M.Rəsulzadənin, böyük bəstəkar və görkəmli icti-
mai xadim Ü.Hacıbəylinin Azərbaycan milli hərakatı-
nın inkişafında  əvəzsiz rol oynadıqları, onların icti-
mai-siyasi fəaliyyəti uzun müddət elmi tədqiqatdan 
kənar qalmış, bəzi məqamları Azərbaycan tarixşünas 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə