Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə129/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   123   124   125   126   127   128   129   130   131

 
262 
ə
məliyyatların  tənzimlənməsi  Qaydaları"  ilə  müəyyən  olunmuş  əlavə  müddətin  verildiyi  hal 
istisna olmaqla, bank daşınmaz əmlakı yaratdığı müvafiq ehtiyatlar hesabına balansdan silir. 
 Ödəməmələrə  görə  bankın  mülkiyyətinə  keçmiş  tarixdən  bank  işində  istifadə  olunmayan 
daşınmaz əmlak aşağıdakı kimi təsnifləşdirilir və onun üçün müvafiq xüsusi ehtiyatlar yaradılır:  
daşınmaz  əmlakın  bazar  dəyəri  onun  balans  dəyərindən  çox  olduqda  o,  birinci  il  balans  dəyəri 
məbləğində  ən  azı  "qeyri-qənaətbəxş  aktivlər"  kimi  təsnifləşdirilir;    daşınmaz  əmlakın  bazar 
dəyəri  balans  dəyərindən  az  olduqda  o,  birinci  il    bazar  dəyəri  məbləğində  ən  azı  "qeyri-
qənaətbəxş aktivlər" kimi, fərq isə "ümidsiz aktivlər" kimi təsnifləşdirilir.  
  Bir  illik  müddət  başa  çatdıqdan  sonra  bankın  balansında  ödəməmələrə  görə  qalmış 
daşınmaz əmlak ən azı "təhlükəli aktivlər" kateqoriyasına aid edilir.  
 Üç  illik  müddət  başa  çatdıqdan  sonra  ödəməmələrə  görə  balansa  götürülmüş  daşınmaz 
ə
mlak (AMB-nin "Bankların əsas vəsaitlərlə (əmlakla) apardıqları əməliyyatların tənzimlənməsi 
Qaydaları" ilə müəyyən olunmuş əlavə müddətin verildiyi hal istisna olmaqla) "ümidsiz aktivlər" 
kateqoriyasına  keçirilərək  balansdan  silinir.  Balansdan  silinən  daşınmaz  əmlak  müvafiq 
balansdankənar hesabda uçota alınır.  
Ödəməmələrə  görə  balansa  götürülmüş  daşınar  əmlakın  təsnifləşdirilməsi  və  onun  üçün 
müvafiq  xüsusi  ehtiyatın  yaradılması  aşağıdakı  kimi  həyata  keçirilir:    daşınar  əmlak  bank 
tərəfindən fərdi qaydada təhlil edilib təsnifləşdirilir. 
Ödəməmələrə  görə  balansa  götürülmüş  bank  işində  istifadə  olunmayan  daşınar  əmlak 
üzərində mülkiyyət hüququ əldə edildiyi tarixdən onun 120 gün müddətinə realizə edilməsi üçün 
bütün  zəruri  tədbirlər  görülür.  Ödəməmələrə  görə bank  balansa  götürülmüş  daşınar əmlaka  dair 
mülkiyyət  hüququ  əldə  etdiyi  tarixdən  etibarən  onu  aşağıdakı  kimi  təsnifləşdirir  və  onun  üçün 
müvafiq xüsusi ehtiyatlar yaradır: daşınar əmlakın bazar dəyəri balans dəyərindən çox olduqda o, 
60 gün ərzində balans dəyəri məbləğində ən azı "qeyri-qənaətbəxş aktivlər" kimi təsnifləşdirilir; 
daşınar  əmlakın  bazar  dəyəri  balans  dəyərindən  az  olduqda  o,  60  gün  ərzində  bazar  dəyəri 
məbləğində ən azı "qeyri-qənaətbəxş aktivlər", fərq isə "ümidsiz aktivlər" kimi təsnifləşdirilir; 60 
günlük müddət başa çatdıqdan sonra bankın balansında ödəməmələrə görə qalmış daşınar əmlak 
ə
n  azı  "təhlükəli  aktivlər"  kateqoriyasına  aid  edilir.  120  günlük  müddət  başa  çatdıqdan  sonra 
ödəməmələrə  görə  balansa  götürülmüş  daşınar  əmlak  "ümidsiz  aktivlər”  kimi  təsnifləşdirilərək 
balansdan silinir. Balansdan silinən daşınar əmlak müvafiq balansdankənar hesabda uçota alınır. 
Ödəməmələrə görə götürülmüş əmlak (daşınmaz və daşınar) üzərində bank mülkiyyət hüququnu 
ə
ldə etdikdə əmlak onun bazar dəyəri ilə kreditin ümumi dəyərinin  müqayisəli aşağı məbləği ilə 
balansda uçota alınır. 
Balansdankənar öhdəliklərin təsnifləşdirilməsi və ehtiyata dair tələblər. 
crası  mümkün  ola  bilən  balansdankənar  öhdəliklər  gözlənilməyən  risklərlə  bağlı 
olduğundan  banklar  tərəfindən  təsnifləşdirilir.  Bu  öhdəliklərə  əsasən  kreditin  verilməsinə  dair 
öhdəliklər, kredit xətləri, qarantiyalar, akkreditivlər və banklar tərəfindən verilən digər potensial 
öhdəliklər aiddir.  Bu Qaydaların məqsədləri üçün balansdankənar öhdəliklərlə bağlı risklər kredit 
riskləri  kimi  tanınır  və  bu  növ  risklər  və  onun  xüsusiyyətləri  bank  rəhbərləri  tərəfindən  nəzərə 
alınır.  Bu  məqsədlə  gözlənilə  bilən  riskləri  müəyyən  etmək  üçün  bank  qarşısında  öhdəlik 
götürdüyü  müştəridən  borcu  ödəmək  qabiliyyətini  müəyyən  edə  bilən  maliyyə  hesabatlarının 
təqdim olunmasını tələb edir. Müvafiq əməliyyatları həyata keçirən banklar aşağıdakıları nəzərə 
almaqla  balansdankənar  öhdəlikləri  bu  Qaydaların  5-ci  bəndində  müəyyən  olunmuş  şərtlər 
ə
sasında  təsnifləşdirirlər: təsnifləşdirmə balansdankənar öhdəliyin yarandığı tarixdən aparılır və 
onlar  üzrə  xüsusi  ehtiyatlar  borclunun  gözlənilən  öhdəliklərinin  ödənilməsində  potensial  risk 
ehtimalı  olduqda  yaradılır;    qarantiya,  akkreditiv  və  banklar  tərəfindən  verilən  digər  potensial 
öhdəliklər balans aktivlərinə çevrildiyi andan ən azı “nəzarət altında olan aktivlər” kateqoriyasına 
aid edilir;  kredit xəttinin qalıq hissəsi ən azı, müqavilədə başqa şərtlər nəzərdə tutulmadığı halda, 
bank tərəfindən faktiki verilmiş hissənin təsnifləşdirmə kateqoriyasına aid edilir. 
Bank mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatların aktivlər üzrə adekvatlığını 
müəyyən etmək üçün onları ayda ən azı bir dəfə qiymətləndirir. Ehtiyatların yaradılmaması və ya 


 
263 
lazımi səviyyədə saxlanmaması faktları əmanətçilərin və digər kreditorların vəsaitlərini təhlükəyə 
məruz qoyur və qeyri-sağlam bank fəaliyyəti kimi qiymətləndirilir.  
Bankın  aktivlər  üzrə  mümkün  zərərlərin  ödənilməsi  üçün  yaratdığı  ehtiyatlar  ayrıca  bir 
aktiv  üçün  deyil,  aktivlər  qrupu  üçün  (kreditlər,  banklararası  tələblər,  qiymətli  kağızlar,  debitor 
borcları,  digər  aktivlər  və  s.)  nəzərdə  tutulur.  Yaradılmış  ehtiyatlardan  həmin  qrupa  daxil  olan 
bütün aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün istifadə edilir.   
Bu  Qaydaların  hər  hansı  müddəası  bank  rəhbərliyinə  və  ya  AMB-nin  inspektorlarına 
aktivlərin  keyfiyyəti  ilə  yanaşı,  iqtisadi  meylləri,  mümkün    zərərin  həcmi  və  xarakterini,  bank 
rəhbərliyinin  idarəetmə  qabiliyyətini  və  s.  amilləri  nəzərə  almaqla  ehtiyatların  daha  yüksək 
səviyyədə  saxlamasına  və  ya  onu  tələb  etməyə  mane  olmur.  Bu  zaman    Qaydaların  5.2-ci  
bəndinin  tələblərinə əməl olunur. 
Mümkün  zərərlərin  ödənilməsi  üçün  ehtiyatlar  bankın  xərclər  hesabının  debetləşdirilməsi 
yolu  ilə  yaradılır.  Bu  xərclər  öz  mahiyyətinə  görə  digər  xərclərdən  (məsələn,    əmək  haqqı, 
amortizasiya və s.) fərqlənmir və bankın bölüşdürülməmiş mənfəətinin və ya cari gəlirinin olub-
olmamasından  asılı  deyildir.  Aktivlərin  qiymətləndirilməsinin  nəticəsinə  əsasən  ehtiyat  kifayət 
qədər olmadığı halda o, çatışmayan məbləğ qədər xərclər hesabının debetləşdirilməsi ilə artırılır. 
Banklar tərəfindən aktivlərin hər bir qrupu, kateqoriyası və ya sinfi üzrə "Ehtimal olunan zərərlər 
üzrə ehtiyatların yaradılmasına ayırma" adlı subhesabların açılması istisna olunmur. 
Aktivlərin  aylıq  qiymətləndirilməsi  zamanı  onların  keyfiyyətinin  yaxşılaşması  müəyyən 
edildikdə artıq yaradılmış ehtiyatlar müvafiq xərclər hesabının kreditləşdirilməsi yolu ilə azaldılır 
və ya xərc hesabında qalıq olmadığı halda gəlirlərə aid edilir. 
Ə
vvəllər  balansdan  "ümidsiz  aktivlər"  kimi  silinmiş  (əsas  borc  məbləğində)  və  sonra 
onların  ödənilməsi  üçün  banka  daxil  olan  vəsait  müvafiq  xərclər  hesabının  azaldılmasına  və  ya 
xərc hesabında qalıq olmadığı halda gəlirlərə aid edilir. 
Konkret aktiv üçün yaradılan məqsədli ehtiyatın məbləği həmin aktivin dəyərindən çıxılır. 
Konkret aktiv üçün yaradılan adi ehtiyatın məbləği isə hesabatlarda ayrıca maddə kimi "Kapital" 
hesablarında əks etdirilir.   
Ehtiyatlar hesabında debet qalığının  yaranmasına  yol verilmir. Ehtiyatlar hesabına silinəcək 
aktivlər  ehtiyat  hesabının  qalığından  çox  olduqda  tələb  olunan  məbləğ  əməliyyat  günü  ərzində 
xərclər hesabına yaradılır. Ehtiyatların "Bölüşdürülməmiş mənfəət", yaxud kapitala aid olan digər 
maddələr hesabına yaradılmasına yol verilmir. Bir qrupa daxil olan   “məqsədli ehtiyatlar”ın və “adi 
ehtiyatlar”ın öz aralarında bir-birinə köçürülməsinə icazə verilir. 
 
 
Kreditlərin təsnifləşdirilməsi üzrə tələb olunan  sənədlə
Banklar  aktivlərin  təsnifləşdirməsini  və  onlar  üzrə  mümkün  zərərlərin  ödənilməsi  üçün 
adekvat ehtiyatların yaradılmasını Muşahidə Şurasının təsdiq etdiyi daxili qayda və prosedurlarına 
uyğun həyata keçirir.  
Kreditlərin təsnifləşdirilməsi üçün aşağıdakı sənədlərin bir neçəsi və ya hamısı tələb olunur: 
1. kreditin alınması üçün ərizə; 
2. borçalanın  maliyyə  hesabatı  (balans  hesabatı,  mənfəət  və  zərərlər  haqqında  hesabat  və 
pul vəsaitinin hərəkəti barədə hesabat); 
3. biznes-plan; 
4. ipotekaya və ya digər girova dair hüquqi sənədlər; 
5. kredit müqaviləsi və kreditin verilməsi haqqında başqa məlumatlar; 
6. kredit vəsaitlərinin istifadəsi və geri qaytarılması üzrə monitorinq və s. 
AMB  və  bank  tərəfindən  aparılan  təsnifləşdirmənin  nəticələri  fərqli  olduqda    bu  məsələ 
AMB və həmin bank arasında müzakirəyə çıxarılır. AMB zəruri saydığı hallarda hesabatlar və ya 
aşkar olunmuş faktlar əsasında hər hansı bir aktivin təsnifləşdirilməsi ilə bağlı mümkün zərərlər 
üzrə ehtiyatların dəyişdirilməsini və ya artırılmasını banklardan tələb etmək hüququna malikdir. 
Həmin dəyişikliklərə aşağıdakılar əsas olur: 
1. kreditlərin  verilməsi  üzrə  bankın  daxili  qayda  və  prosedurlarında  kredit        risklərinin 
idarəedilməsinə dair adekvat qaydaların olmaması; 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə