Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə125/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   121   122   123   124   125   126   127   128   ...   131

 
254 
Bank  məcmu  kapitalınının  qiymətləndirmə  prosesi.  Bank  mütəmadi  olaraq  məcmu 
kapitalını,  onun  adekvatlığını,  məruz  qaldığı  riskləri  və  bu  risklərin  xüsusiyyətlərinin 
dəyişməsinin  kapitala  təsirini  qiymətləndirməlidir.  Qiymətləndirmə  prosesinə    ən  azı  aşağıdakı 
ə
sas elementlər daxil olmalıdır:  
1.  bütün  mühüm  risklərin  müəyyənləşdirilrməsi,  ölçülməsi  və  onların  bankın  məcmu 
kapitalının adekvatlığına təsirinin qiymətləndirməsi;   
2. bankın təyin edilmiş kapital adekvatlığı hədəflərinə nail olunmasının qiymətləndirilməsi;  
3.  məcmu  kapitalın  qiymətləndirilməsi  sistemində  istifadə  edilən  əsas  fərziyyələrin 
həssaslığının vəəsaslandırılmaların qiymətləndirməsi;  
4.  risklər  üzrə  hesabatlar  əsasında  bankın  gələcəkdə  məcmu  kapitala  olan  tələbatın  qiymət-
ləndirilməsi və lazım gəldikdə strateji planda (biznes planda) müvafiq düzəlişlərin edilməsi.  
Qiymətləndirmənin  nəticələri  bankın  rəhbərliyinə  təqdim  edilməlidir.  Bununla  əlaqədar 
bankda müvafiq hesabatlıq prosedurları müəyyən edilməlidir.  
Bank  məcmu  kapitalın  adekvatlığını  təmin  etmək  məqsədilə  kapitalın  və  risklərin  idarə 
edilməsi  prosesləri.  Bank  məcmu  kapitalın  adekvatlığını  təmin  etmək  məqsədilə  kapitalın  və 
risklərin idarə edilməsi proseslərini müntəzəm olaraq təhlil etməlidir. Təhlil aşağıdakı istiqamətlər 
üzrə aparılmalıdır:  
1.  fəaliyyətinin  xüsusiyyəti,  həcmi  və  mürəkkəbliyi  nəzərə  alınmaqla  məcmu  kapitalın 
qiymətləndirilməsi prosesinin yararlığı;  
2. məcmu kapitalın əsas risklər səviyyəsi ilə düzgün əlaqələndirilməsi;   
3. qiymətləndirmə zamanı istifadə edilən məlumatların dürüstlüyü və dolğunluğu;  
4.  qiymətləndirmə  zamanı  istifadə  olunan  fərziyyə,  model  və  ssenarilərin  əsaslandırılması 
və etibarlılığı.  
Risklərin  və  bankın  məcmu  kapitalının  qiymətləndirilməsi  və  idarə  edilməsi  proseslərinə 
ildə  bir  dəfədən  az  olmayaraq  daxili  audit  vasitəsilə  səmərəli  nəzarət  həyata  keçirilməli  və 
nəticələr barədə rəhbərliyə hesabat verilməlidir. Məcmu kapitalın strukturuna birinci (I) dərəcəli 
və ikinci (II) dərəcəli kapital daxildir.  
Kapitaldan  tutulmalar.  Kapitalın  adekvatlıq  əmsalları  hesablanmazdan  əvvəl  kapitaldan 
aşağıda göstərilənlər çıxılır (“tutulmalar” aparılır):  
1. I dərəcəli kapitaldan – bütün “qeyri-maddi” aktivlərin xalis dəyəri;  
2.  Məcmu  kapitaldan  –  bankın  investisiyalar  üçün  yaratdığı  “məqsədli”  ehtiyatlar 
çıxılmaqla  konsolidasiya  olunmamış  törəmə  cəmiyyətlərinə,  habelə  digər  hüquqi  şəxslərin 
kapitalına vəsait qoyuluşları. 
 
 
6.6. KAP TALIN ADEKVATLIQ ƏMSALI 
 
1988-ci  ilin  iyul  ayında  Bazeldə  (Isveçrədə)  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrin 
mərkəzi  bankları  şəxsi  kapitalın  kifayətliliyinin  ümumi  hesablama
 
qaydasını  (“Kuka  əmsalı”) 
müəyyən etmişlər. Bu əmsal bankın şəxsi kapitalı ilə riskin səviyyəsi üzrə ölçülən balans və qeyri-
balans aktivlər arasındakı minimum nisbəti müəyyən edir. 1994-cü ildə müxtəlif ölkələrin mərkəzi 
banklarında  Kuka  əmsalından  kommersiya  banklarının  şəxsi  kapitalının  kifayətliliyinə
 
dair 
tələblərin müəyyən olunması zamanı baza oriyentiri kimi istifadə olunmuşdur. Verilən normativin 
kəmiyyəti birinci dərəcəli kapitala münasib olaraq 4%-dən az olmamalıdır; kommersiya bankının 
ümumi şəxsi kapitalının aktivlərə nisbəti riskin dərəcəsi ölçülməklə 8%-dən aşağı olmamalıdır.  
  Mərkəzi  bankların şəxsi kapitalının kifayətlilik dərəcəsi ilə bağlı tələblərin hazırlanması 
zamanı verilən standartlardan Azərbaycanda da istifadə olunur. Hazırda, Azərbaycanda yeni bank 
açmaq üçün 10 milyon manat  tələb edilir.  
Bütün  banklar  məcmu  kapitalın  adekvatlıq  əmsalını  12  faizdən  və  I  dərəcəli  kapitalın 
adekvatlıq əmsalını 6 faizdən az olmayan səviyyədə saxlamağa borcludurlar. 
Kapitalın  adekvatlıq  əmsalları  hesablanmazdan  əvvəl  risk  dərəcəsi  üzrə  ölçülmüş 
aktivlərdən aktivlər üzrə zərərin ödənilməsi üçün “məqsədli” ehtiyatlar (“tutulmalar”) çıxılır.  


 
255 
Kapitalın adekvatlıq əmsallarına dair tələblər və onların hesablanması  
Bütün  banklar  məcmu  kapitalın  adekvatlıq  əmsalını  12  faizdən  və  I  dərəcəli  kapitalın 
adekvatlıq əmsalını 6 faizdən az olmayan səviyyədə saxlamağa borcludurlar.  
Məcmu kapitalın, risk dərəcəsi üzrə ölçülmüş aktivlərin və kapitalın adekvatlıq əmsallarının 
hesablanması aşağıdakı düsturlarla aparılır:  
Məcmu kapital = I dərəcəli kapital - I dərəcəli kapitaldan“tutulmalar” + II dərəcəli kapital - 
məcmu kapitaldan “tutulmalar”;  
Risk  dərəcəsi  üzrə  ölçülmüş  aktivlər  =  risk  dərəcəsi  üzrə  ölçülmüş  balans aktivləri  +  risk 
dərəcəsi  üzrə  ölçülmüş  balansdankənar  öhdəliklər  -  risk  dərəcəsi  üzrə  ölçülmüş  aktivlərdən 
“tutulmalar”;  
2010-cu ilin sonuna Azərbaycan  bank sisteminin məcmu kapitalının həcmi 1,9 mlrd. manat 
olmuşdur. I dərəcəli kapitalın məcmu kapitalda payı 80%, mənfəətin payı 8,9%  olmuşdur. 
Bank  sisteminin məcmu kapital  adekvatlığı  yüksək  səviyyədə  qalmış  (16,9%)  və  Mərkəzi 
Bankın müəyyən etdiyi minimal normanı (12%) xeyli üstələmişdir. 
Aktivlərin  və  kapitalın  artım  tempində  disbalansların  neytrallaşdırılması,  bank  sisteminin 
sabitliyini  təmin  etmək,  aktivlərin  köpüklərinin  yaranmasının  qarşısını  almaq,  bank  aktivlərinin 
sağlam  artımını  təmin  etmək  məqsədilə  Mərkəzi  Bank  tərəfindən  2010-cu  ilin  sonunda  yeni 
leverec
9
  əmsalı  tətbiq  olunmuşdur.  Banklar  leverec  əmsalını  8  faizdən  az  olmayan  səviyyədə 
saxlamağa borcludurlar. 
 
 
QANUNLAR, NORMATIV SƏNƏDLƏR VƏ TƏLIMATLAR 
 
 
1)  AR MB. 
Bankların likvidliyinin idarə olunması haqqında Qaydalar
 
2) 
Banklarda korporativ idarəetmə standartlarının tətbiqi qaydaları
  
3) 
Banklarda risklərin idarə olunması haqqında Qaydalar
 
 
Ə
DƏB YYAT 
 
1. Bağırov M. Bank işi. Bakı, 2003. 
2. Ibrahimov Z. Pul, kredit və banklar (suallara cavab). Bakı, 2009. 
3.  Банковское дело.  Учебник. M.: Проспект, 2008. 
4.  Банковское дело Управление и технологии под ред. Тавасиева Учебник 2005. 671с. 
5.  Банковское дело. под ред. Коробовой Г.Г. - Учебник 2006 -766с. 
6.  Банковское дело: современная сист. кредитования. под ред. Лаврушин М.- 2007. 
7.  Банковское дело . МФПА, 2005  
8. Банковское дело.  под ред. Лаврушина О.И.  М.- 2007. 
9. Банковское дело.  под ред. Коробовой Г.Г. М.- 2006. 
10. Банковские риски. Издательство: 
КноРус
, 2008 . 
11. Банковский менеджмент. Издательство: 
КноРус
, 2010 . 
12. Банковский маркетинг. Издательство: МФПА 2004. 
                                                 
9
 Leverec əmsalı – bankın I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə (qarantiyalar, 
zəmanətlər və kredit xətti üzrə öhdəliklərin icra olunmamış hissəsi) nisbəti kimi hesablanır. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə