Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə124/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   120   121   122   123   124   125   126   127   ...   131

 
252 
Bankın  likvidlik  mövqeyinin  effektiv  proqnozlaşdırılması  üçün  bank  ayda  bir  dəfədən  az 
olmayaraq likvidlik vəziyyətinin stress-testini həyata keçirməlidir. 
Stress-testin  ssenarisinin  hazırlanmasında  banka  və  onun  fəaliyyətinin  xüsusiyyətlərinə 
(bank  əməliyyatlarının  və  məhsullarının  növünə,  cəlb  edilmiş  vəsaitlərin  mənbələrinə)  aid  olan, 
bazarda  cari  və  proqnozlaşdırılan  vəziyyətlə  bağlı  fərziyyələr,  habelə  reytinq  agentlikləri 
tərəfindən verilmiş reytinqlərin təsiri kimi meyarlar əsas götürülməlidir. 
Stress-testin keçirilməsi zamanı müqavilə ilə müəyyən edilən müddətli aktiv və öhdəliklərin 
məbləğlərinin hər zaman onların likvid dəyərini real əks etdirmədiyi nəzərə alınır. 
Öhdəliklər üzrə stress-test fərziyyələri aşağıdakılardan ibarət ola bilər: 
1. müddətli öhdəliklərin sahibləri tərəfindən vəsaitlərin vaxtından əvvəl geri götürülməsi; 
2. cari və müxbir hesablarda vəsaitlərin azalması; 
3. müştərilərin depozitlərinin valyutasının dəyişdirilməsi; 
4. iri depozitlərin geri çağırılması; 
5. banklar  və  digər  maliyyə  qurumlarından  alınmış  vəsaitlərin  vaxtından  əvvəl  geri 
çağırılması;  
6. kredit xətləri üzrə müqavilə şərtlərinin pozulması (vaxtından əvvəl bağlanması, nəzərdə 
tutulmuş vəsaitlərin tam həcmdə və ya vaxtında ayrılmaması. 
Bank  tərəfindən  likvidlik  vəziyyətinin  dəyişməsinin  inkişafının  “ən  pis”,  “ən  yaxşı”  və 
“ehtimal olunan” ssenariləri tərtib olunmalı və yuxarıda qeyd olunan fərziyyələr daxil olmaqla hər 
bir ssenari üçün ayrıca meyarlar müəyyən edilməlidir. 
Bundan  əlavə  bank  rəhbərliyinin,  habelə  müvafiq  səlahiyyətli  əməkdaşlarının  məlumat-
landırılması məqsədilə hesabatlıq sistemi aşağıdakı məlumatları özündə cəmləşdirməlidir: 
1. öhdəliklərin  cəmləşməsi  barədə  məlumat:  ən  iri  vəsait  təminatçıları  öhdəliklərin  sahibləri, 
onların  fəaliyyət  sahələri  və  coğrafi  ərazi  üzrə  toplanması,  resursların  növü  (cari  hesab,  müddətli 
depozit, banklararası kredit), vəsaitin məbləği, faiz dərəcəsi və digər məlumatlar; 
2. ən qısa müddət ərzində satıla bilən aktivlərin siyahısı; 
3. hazırda  təminat  qismində  yerləşdirilmiş  və  əlavə  vəsaitlər  tələb  olunarsa  təminat 
qismində yerləşdirilə və ya gələcəkdə yenidən maliyyələşdirilə bilən aktivlərin siyahısı; 
4. kreditlərin  və  digər  öhdəliklərin  geri  qaytarılması,  gələcəkdə  əldə  ediləcək  əsas 
vəsaitlərin  və  uzunmüddətli  investisiyaların  maliyyələşdirilməsi  üzrə  plan  (bankdaxili)  və 
proqnozlar (bankdankənar təsir nəzərə alınmaqla); 
5. aktivlərin  gəlirliyi  və  bank  əməliyyatlarının  aparılması  üçün müxtəlif  resursların  dəyəri 
(maliyyələşmə mənbələri üçün mövcud olan və proqnozlaşdırılan qiymətlər); 
6. bazarda  mövcud  vəziyyətin,  habelə  öhdəliklərinin  diversifikasiyası  məqsədilə  bankın 
bazara  çıxış  imkanlarının  və  qısa  müddət  ərzində  aktivlərin  satılmasını  təmin  edə  bilmək 
bacarığının qiymətləndilməsi üzrə mütəmadi məlumat. 
 
 
6.5. BANK MƏCMU KAP TALI 
 
BANK 
KAP TALININ 
VƏ 
ONUN 
ADEKVATLIĞININ 
HESABLANMASI 
QAYDALARI -  Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları və xarici 
bankların  yerli  filialları  (irəlidə  -  banklar)  üçün  kapitalın  tərkib  hissələrini  (komponentlərini), 
habelə bank nəzarəti üzrə Bazel Komitəsinin müəyyən etdiyi prinsiplərə müvafiq surətdə kapitalın 
adekvatlıq  əmsallarını  və  onların  hesablanması  qaydalarını  müəyyən  edir.  QAYDALARDA 
“Məcmu  kapitalın  əsas  məqsədi  bank  ləğv  edildiyi  zaman  vəsaitini  bölüşdürməklə  depozitlər 
(əmanətlər) və ya digər kreditor borclar üzrə itkilərin ödənilməsi ilə onun öhdəliklərinin icrasını 
təmin  etməkdir”  deyə  qeyd  edilir.  Bu  vəsait  bankın  ödəmə  qabiliyyətliyinin  itirilməsinə  gətirib 
çıxara  bilən  mümkün  zərərləri  azaldır  və  bank  sisteminəəmanətçilərin  və  potensial  investorların 
inamını artırır. Məcmu kapitalın formalaşması və artırılmasına yönəldilən vəsaitlər (investisiyalar) 
pul şəklində Azərbaycan Respublikasının milli valyutasında ödənilir.  Bankın fəaliyyəti dövründə 
onun  məcmu kapitalının minimum miqdarı  Mərkəzi  Bankın tələbindən, adekvatlıq  əmsalları  isə 


 
253 
bu Qaydalarda müəyyən edilmiş səviyyədən aşağı olarsa, zərərin baş verdiyi hallar istisna olmaqla 
bank kapitalının komponentləri azaldıla bilməz (o cümlədən dividendlərin nağd şəkildə verilməsi 
hesabına).  
 AMB  kredit  riskləri  ilə  yanaşı  bank  fəaliyyətinə  aid  olan  digər  riskləri  (əməliyyat  və 
valyuta riskini, daxili nəzarətin, yaxud ekspertizanın kifayət qədər olmaması riskini, ölkə riskini, 
aktivlərin eyni bir iqtisadi sahədə, yaxud coğrafi zonada cəmləşməsi riskini və s.), habelə bankın 
maliyyə  vəziyyətini  nəzərə  alaraq  onun  minimum  məcmu  kapitalına  və  adekvatlıq  əmsallarının 
səviyyəsinə qarşı tələbləri öhdəliklərininin təmin edilməsi məqsədi ilə fərdi qaydada artıra bilər.  
Heç bir şəxs bankın nizamnamə kapitalında mühüm iştirak payını, o cümlədən nizamnamə 
kapitalındakı  mövcud  payını  mühüm  iştirak  payına  çatdıran  əlavə  payı,  habelə  mühüm  iştirak 
payını  artıraraq  səsvermə  hüququ  olan  səhmlərin  və  ya  nizamnamə  kapitalının  20  faizinə,  33 
faizinə,  50  faizinə  çatmasına  və  ya  bu  miqdarı  keçməsinə,  yaxud  bankı  həmin  şəxsin  törəmə 
strukturuna  çevrilməsinə  gətirib  çıxaran  iştirak  payını  AMB-nin  qabaqcadan  icazəsini  almadan 
ə
ldə edə bilməz.  
Hər  bir  bank  məruz  qaldığı  kredit,  bazar  (o  cümlədən,  bazar  riskinin  tərkibinə  daxil  olan 
faiz və məzənnə riskləri), əməliyyat və likvidlik risklərinin xüsusiy-yətinə uyğun məcmu kapitalın 
adekvatlığının  qiymətləndirilməsi  prosedurlarına  və  kapitalın  adekvat  səviyyədə  saxlanılması 
strategiyasına malik olmalıdır. 
Məcmu kapitalın idarə edilməsi ilə bağlı strategiya və bankdaxili prosedurlar bankın  darə 
Heyəti  tərəfindən  hazırlanmalı,  MüşahidəŞurası  tərəfindən  təsdiq  edilməli  və  bankın  müvafiq 
ə
məkdaşlarına çatdırılmalıdır. 
I  dərəcəli  kapital  bankın  əsas  kapitalı  hesab  olunur  və  onun  məbləği  (aparılan 
“tutulmalardan”  sonra)  bankın  hesablanmış  məcmu  kapitalında  50  faizdən  az  olmamalıdır.      I 
dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir:  
1.  Dövriyyəyə  buraxılıb  tam  ödənilmiş  adi  səhmlər  (bankın  geri  aldığı  adi  səhmlər 
çıxılmaqla);  
2. Dövriyyəyə buraxılıb tam ödənilmiş qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər;  
3. Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait (kapital artıqlığı);  
4. Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti;  
5.  Bankın  konsolidasiya  olunmuş  törəmə  cəmiyyətlərində  azlıq  təşkil  edən  səhmdarların 
(payçıların) kapitalı; 
6. Xüsusi subordinasiya borc öhdəlikləri.  
Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəətinə aşağıdakılar daxil edilir:  
1. cari ilin zərəri çıxılmaqla bütün əvvəlki illərin yığılıb bölüşdürülməmiş mənfəəti;  
2.  kapital  ehtiyatları,  yəni  əvvəlki  illərin  bölüşdürülməmiş  mənfəəti  hesabına  yaradılmış 
fondlar.  
II  dərəcəli  Kapital.  II  dərəcəli  kapital  əlavə  kapitaldır.  Bankın  hesablanmış  məcmu 
kapitalında  II  dərəcəli  kapitalın  məbləği  I  dərəcəli  kapitalın  məbləğindən  (aparılan 
“tutulmalardan” sonra) çox olmamalıdır. Bundan artıq olan hissə məcmu kapitalın hesablanması 
zamanı nəzərə alınmır.  
II dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir:  
  1. cari ilin bu tarixə olan mənfəəti;  
2.  ümumi ehtiyatlar  (balans  aktivlərinin  və  balansdankənar  öhdəliklərin  risk dərəcəsi  üzrə 
ölçülmüş  məbləğinin  (aparılan  «tutulmalar»dan  sonra)  1,25  faizinədək,  lakin  “adi”  ehtiyatların 
məbləğindən çox olmayan hissəsi);  
3.  kapitalın digər komponentləri:  
3.1. kumulyativ müddətsiz imtiyazlı səhmlər;  
3.2. ən azı 5 il müddətinə buraxılmış subordinasiya borc öhdəlikləri (ödənişinə qalan son 5 
ildə  II  dərəcəli  kapitala  daxil  edilmək  üçün  onların  məbləği  hər  il  20  faiz  azaldılır).  II  dərəcəli 
kapitalın  hesablanmasında  nəzərə  alınan  subordinasiya  borc  öhdəliklərinin  məbləği  I  dərəcəli 
kapitalın (aparılan “tutulmalar”dan sonra) 50%-dən çox olmamalıdır.  


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə