Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə127/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   123   124   125   126   127   128   129   130   131

 
258 
formaya  malik  olmamasına  baxmayaraq,  aktiv  hesab  olunur,  çünki  bank  tərəfindən  onlardan 
gələcəkdə  iqtisadi  səmərə  əldə  etmək  gözlənilir  və  nəzarət  olunur.  Həmçinin  mülkiyyət 
hüququnun olması da aktivin mövcudluğu üçün birinci dərəcəli hesab edilmir. Belə ki, əgər bank 
ə
ldə  olunması  gözlənilən  mənfəətə  nəzarət  edirsə,  icarə  olunan  əmlak  da  aktiv  kimi  tanınır.  
Bankın aktivləri əvvəlki dövrlərin əməliyyatları və digər hadisələr nəticəsində yaranır. Yaranmış 
xərclər və yaradılmış aktivlər arasında sıx əlaqə mövcuddur, lakin bunlar uyğun olmaya da bilər. 
Belə ki, bank xərc həyata keçirdikdə, nəzərdə tutulur ki, bu xərc gələcəkdə mənfəət əldə etmək 
məqsədi  güdür,  lakin  bu  o  demək  deyil  ki,  aktiv  kimi  tanınan  obyekt  yaranmışdır.  Həmçinin 
müvafiq xərclərin istisna olması, maddənin aktiv kimi tanınmasına mane olmur və mühasibat ba-
lansında tanına bilər.  
Hər  bir  bank  mühasibat  balansında  aparılan  aktiv  əməliyyatların  xarakterinə  əsaslanaraq, 
qısamüddətli və uzunmüddətli aktivlər ayrı-ayrılıqda təsnifləşdirilir. 
Aktivlər aşağıdakı hallarda qısamüddətli aktiv kimi təsnifləşdirilr:  
1. aktiv  satılmaq  üçün  saxlanıldıqda  və  ya  bankın  əməliyyat  prosesinin  normal  şəraitində 
istifadə edilmək üçün nəzərdə tutulduqda; 
2. aktiv  əsas  etibarı  ilə  kommersiya  məqsədləri  üçün  və  ya  qısa  vaxt  müddətində 
saxlanıldıqda  və    hesabat  tarixindən  etibarən  on  iki  ay  ərzində  realizə  edilməsi  nəzərdə 
tutulduqda; 
3. aktiv istifadəsi üzrə heç bir məhdudiyyət olmayan pul vəsaitləri və ya onların ekvivalenti 
hesab edildikdə.  
Bütün digər aktivlər uzunmüddətli aktivlər kimi təsnifləşdirilməlidir.    
Bank aktiv və öhdəlikləri likvidlik səviyyəsini əks etdirən ardıcıllıqla və  onların xarakteri 
üzrə qruplaşdıraraq mühasibat balansında əks etdilir.  
Mühasibat balansına aşağıdakı aktiv maddələr daxil edilir: 
• nağd pul və digər ödəniş vasitələri; 
• qızıl və digər qiymətli metallar; 
• Mərkəzi Bankdakı hesablar; 
• maliyyə sektoruna verilmiş kreditlər və avanslar; 
• müştərilərə verilmiş kreditlər və avanslar; 
• qiymətli investisiya kağızları; 
• qeyri-maddi aktivlər; 
• əsas vəsaitlər; 
• digər aktivlər. 
Aktivlər – bankın bütün kreditləri, investisiyaları, pul vəsaitləri və əmlakıdır (bank işində 
istifadə olunmayan əmlak da daxil olmaqla). Aktivlər  standart və qeyri-standart aktivlər qrupuna 
bölünürlər.  Standart  aktivlər  qrupuna  "qənaətbəxş  aktivlər"  və  "nəzarət  altında  olan  aktivlər", 
qeyri-standart  aktivlər  qrupuna  "qeyri-qənaətbəxş  aktivlər",  "təhlükəli  aktivlər"  və  "ümidsiz 
aktivlər" aiddir. 
Beləliklə,  aktiv  əməliyyatların  nəticələri  bankın  balansmın  aktiv  hissəsində  əks 
etdirilir,  bu  göstəricilər  əsasında  bankm  resurslarının  yerləşdirilməsi  xarakteri,  onlardan 
istifadənin səmərəliliyi yoxlanılır və təhlil edilir. 
Aktivlərin  keyfiyyətinin  qiymətləndirilməsinin  əsas  məqsədi  bankın  aktivlərinin 
keyfiyyətinin  nəticələrinin  sənədləşdirilməsidir.  Qiymətləndirmə  zamanı  bütün  riskli  aktivlər,  o 
cümlədən  bütün  kreditlər  təhlil  olunur  və  onlara  Aktivlərin  təsnifləşdirilməsi  və  mümkün 
zərərlərin ödənilməsi üçün ehtiyatlarin yaradilmasi qaydalarına uyğun olaraq müvafiq reytinqlər 
verilir  (müvafiq  təsnifləşdirmə  kateqoriyalarına  aid  edilir).  Bank  müntəzəm  keçirilən 
qiymətləndirmənin  köməyi  ilə  problemli  aktivlər  üzrə  risklərin  azaldılması  üçün  vaxtında  lazımi 
tədbirlər görməli və kredit portfeli üzrə mümkün zərərləri minimuma endirməyə qadir olmalıdır.  
1 yanvar 2011-ci il tarixinə Azərbaycanda bank sisteminin aktivləri 13,3 mlrd. Manat təşkil 
edir.  
 
 


 
259 
7.2. AKT VLƏRIN TƏSN FLƏŞD R LMƏS
10
 
 
Təsnifləşdirmə borclunun maliyyə vəziyyətinin təhlili, onun öz borcunu ödəmək qabiliyyəti 
və istəyi əsasında aparılır. Buna görə də borclunun öz borcunu ödəmək qabiliyyəti və istəyi çox 
mühüm amil hesab edilməklə təsnifləşdirmə zamanı nəzərə alınır.  
I.  Qənaətbəxş  aktivlər.  Qənaətbəxş  aktivlər    yüksək  keyfiyyətli  aktivlərdir.  Bu 
kateqoriyaya  aşağıdakı  şərtlərin  bir  neçəsinə  qaydaların  5.4.1-ci  bəndində  nəzərdə  tutulan  hal 
istisna olmaqla cavab verən aktivlər aiddir: 
1.  əsas  məbləği  və  faizləri  nağd  vəsaitlə  və  ya  onun  əvəzedicilərinın  girovu  ilə  (məsələn, 
bankda milli və sərbəst dönərli xarici valyutada yerləşdirilmiş depozitlərlə, xəzinə vekselləri ilə) 
tam təmin olunmuş kreditlər (bu şərt aktivin bu kateqoriyaya aid edilməsinə kifayətdir); 
2.  əsas  məbləği  və  ya  faiz  borclarının  qaytarılma  müddəti  kredit  müqaviləsinə  uyğun 
ödənilən (geçikdirilmiş borcu olmayan) işlək kreditlər; 
3.  əsas  məbləği  və  ya  faiz  borclarının  qaytarılma  müddəti  kredit  müqaviləsində  müəyyən 
olunmuş  tarixdən  30  günədək  gecikdirilmiş  (vaxtı  keçməmiş)  10  min  manatadək  təminatsız  və 
məbləğindən asılı olmayaraq tam təminatlı işlək  kreditlər; 
4.  sabit, likvid, yaxşı kapitallaşdırılmış,  gəlirli və işgüzar borcalanlara verilmiş  işlək kreditlər; 
5.    bank  qarşısında  öz  borc  öhdəliklərini  uzun  müddət  müntəzəm  yerinə  yetirən  etibarlı 
müştərilərə verilmiş işlək kreditlər. 
"Qənaətbəxş  aktivlər"  kateqoriyasına  aid  edilmiş  kreditlərin  qaytarılması  ilə  bağlı  heç  bir 
problem  olmasa  da,  banklar  bu  növ  kreditlər  üçün  onun  “qeyd  olunmuş  dəyər”inin  2  faizi 
həcmində adi ehtiyatlar yaradırlar.  
II. Nəzarət altında olan aktivlər. Nəzarət altında olan aktivlərin potensial çatışmazlıqları 
vardır  və  onların  aradan  qaldırılmaması  və  ya  qaydaya  salınmaması  aktivlərin  keyfiyyətinin 
pisləşməsinə səbəb ola bilər. Bu kateqoriyaya aşağıdakı şərtlərin bir neçəsinə cavab verən aktivlər 
aiddir: 
1.  əsas  məbləği  və  ya  faiz  borclarının  qaytarılma  müddəti  kredit  müqaviləsində  müəyyən 
olunmuş tarixdən 60 günədək (vaxtı 30 günə kimi keçmiş) geçikdirilmiş 10 min manatdan yuxarı 
təminatsız işlək kreditlər; 
2.  əsas  məbləği  və  ya  faiz  borclarının  qaytarılma  müddəti  kredit  müqaviləsində  müəyyən 
olunmuş  tarixdən  31  gündən  60  günədək  (vaxtı  30  günə  kimi  keçmiş)  gecikdirilmiş  10  min 
manatadək təminatsız işlək kreditlər; 
3.  əsas  məbləği  və  ya  faiz  borclarının  qaytarılma  müddəti  kredit  müqaviləsində  müəyyən 
olunmuş tarixdən 31 gündən 90 günədək (vaxtı 60 günə kimi keçmiş) gecikdirilmiş tam təminatlı  
işlək kreditlər; 
4. qaytarılma müddəti bir dəfə uzadılmış tam təminatlı və yığılma prosesində olan kreditlər. 
Lakin    bu  zaman  faiz  borcları  kapitallaşdırılmamalı,  onlar  tam  ödənilməli  və  kreditin  vaxtının 
uzadılması  borclunun  maliyyə  vəziyyətinin  pisləşməsi  ilə  əlaqədar  olmamalıdır.  Bunun  üçün 
bankda borclunun maliyyə vəziyyətinin sağlam olmasını sübut edən maliyyə hesabatları olmalıdır; 
5. borcalan maliyyə hesabatlarını (balans hesabatı, mənfəət və zərərlər haqqında hesabat və 
pul  vəsaitinin  hərəkəti  barədə  hesabat),  yaxud  krediti  vaxtında  ödəmək  qabiliyyətini  sübut  edən 
digər əməliyyat sənədlərini və ya biznes-planını təqdim etmədikdə; 
6. bankın təcrübəsinin kifayət qədər olmamasına və ya kredit və girov müqaviləsinin qeyri-
adekvatlığına görə bankın lazımi qaydada nəzarət edə bilməyəcəyi kreditlər; 
7.   təminatın vəziyyətinin pisləşməsinin əlamətləri müşahidə olunduqda; 
8.  iqtisadi  şəraitin  dəyişkənliyinin  borcluya  təsir  ehtimalı,  yaxud  artıq  təsir  göstərməyə 
başlaması müşahidə olunduqda; 
                                                 
10
  Aktivlərin  təsnifləşdirilməsi  və  mümkün  zərərlərin  ödənilməsi  üçün  ehtiyatlarin  yaradilmasi  qaydaları  - 
aktivlərin  təsnifləşdirilməsi  və  aktivlər  üzrə  mümkün  zərərlərin  ödənilməsi  üçün  xüsusi  ehtiyat  fondlarının 
(irəlidə - “ehtiyatlar”) yaradılması qaydalarını müəyyən edir.   
 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə