Microsoft Word Bank Feal esas docx



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə128/131
tarix31.08.2018
ölçüsü2,82 Mb.
#65784
1   ...   123   124   125   126   127   128   129   130   131

 
260 
9.    borclunun  əməliyyatlarında  əlverişsiz  meyllər  meydana  çıxdıqda  (məsələn,  borclunun 
satdığı  məhsula  tələbat  aşağı  düşdükdə,  məhsulun  istehsalına  sərf  olunan  xammalın  qiyməti 
artdıqda və s.).   
  Banklar  "nəzarət  altında  olan  aktivlər"  kateqoriyasına  aid  edilmiş  kreditlər  üçün  onun 
“qeyd olunmuş dəyər”inin 10 faizi həcmində adi ehtiyatlar yaradırlar. 
III.  Qeyri-qənaətbəxş  aktivlər.  Qeyri-qənaətbəxş  aktivlər    borcun  tam  ödənilməsini 
təhlükə  qarşısında  qoya  bilən  konkret  problemlər  xasdır.  Müəyyən  hallarda  “qeyri-qənaətbəxş” 
aktivlərə borclu barədə bankın maliyyə informasiyası olmadığından (məsələn, bankdan  ilk dəfə  
kredit  götürən  müştəri  barədə  və  s.),  yaxud  təminatlar  barədə  adekvat  sənədlərin  olmaması 
səbəbindən  normal  risk  dərəcəsini  keçən aktivlər  də  aid  edilir.  Belə  halların  yaranması təminatı 
borcun ödənilməsinə yönəltməyə mane olur. Bu kateqoriyaya aşağıdakı şərtlərin bir neçəsinə ca-
vab verən aktivlər aiddir: 
1. əsas  məbləği  və  ya  faiz  borclarının  qaytarılma  müddəti  kredit  müqaviləsində  müəyyən 
olunmuş tarixdən 61 gündən 120 günədək gecikdirilmiş təminatsız kreditlər;  
2. əsas  məbləği  və  ya  faiz  borclarının  qaytarılma  müddəti  kredit  müqaviləsində  müəyyən 
olunmuş tarixdən 91 gündən 180 günədək gecikdirilmiş tam təminatlı kreditlər;  
3.  qeyri-işlək kreditlər; 
4. qaytarılma  müddəti  iki  dəfə  uzadılmış  (kredit  müqaviləsi  təkrarən  iki  dəfə  rəsmləş-
dirilmiş)  tam  təminatlı    və  yığılma  prosesində  olan  kreditlər.  Lakin  ikinci  dəfə  "nəzarət  altında 
olan aktivlər”də olduğu kimi faizlər kapitallaşdırılmamalı və tam ödənilməli, borclunun maliyyə 
vəziyyətinin sağlam olması isə maliyyə hesabatları əsasında sübut olunmalıdır; 
5. borclunun  fəaliyyəti  zamanı  ona  daxil  olan  pul  axınları  borca  xidmət  şərtləri  ilə  qeyri-
adekvat olduqda;  
6. borclu  zərərlə və ya kiçik mənfəətlə işlədikdə; 
7.  təminatın  vəziyyəti  pisləşdikdə,  yaxud  təminat  itirildikdə  (natura  formasında  və  ya  
hüquqi baxımdan); 
8. borcun  əsas  ödəniş  mənbələri  borcu  ödəmək  üçün  kifayət  etmədikdə  və  bank  əlavə 
ödəniş mənbələri (məsələn, təminat, əmlakın satışı, borclu sahibkar tərəfindən yeni kapitalın cəlb 
olunması və s.) axtarıb tapmaq məcburiyyəti qarşısında qaldıqda.  
Banklar  "qeyri-qənaətbəxş  aktivlər"  kateqoriyasına  aid  edilmiş  kreditlər  üçün  onun  “qeyd 
olunmuş dəyər”inin 30 faizi həcmində məqsədli ehtiyatlar yaradırlar.   
IV.  Təhlükəli  aktivlər.  "Qeyri-qənaətbəxş"  aktivlərə  xas  olan  xüsusiyyətlərlə  yanaşı, 
Təhlükəli  aktivlərin  yaxşı  təminatı  olmur  (yəni  texniki,  hüquqi  və  ya  iqtisadi  səbəbdən  girovun 
reallaşdırılması  çətinləşir).  Bu  çatışmazlıqlar  səbəbindən  mövcud  faktlar  və  şərtlər  əsasında 
borcların  tam  geri  qaytarılması  böyük  şübhə  doğurur  və  onun  ödəniş  ehtimalı  çox  azdır.  Lakin 
zərər  ehtimalı  yüksək  olsa  da,  aktivi  möhkəmləndirə  biləcək  “mühüm  və  kifayət  qədər  konkret 
amillər” mü-zakirədə olduğuna görə onun "ümidsiz aktivlər” kimi təsnifləşdirilməsi təxirə salınır. 
Müzakirədə  olan  “mühüm  və  kifayət  qədər  konkret  amillərə”  müəssisənin  nəzərdə  tutulan 
birləşməsi,  satılması,  yaxud  ləğv  edilməsi,  gözlənilən  əlavə  kapital  axını,  əlavə  təminatın  əldə 
edilməsi  və  yenidən  maliyyələşdirmə  planları  aiddir.  Bu  kateqoriyaya  aşağıdakı  şərtlərin  bir 
neçəsinə  bu  Qaydaların  5.10.5-ci  bəndində  nəzərdə  tutulan  hal  istisna  olmaqla  cavab  verən 
aktivlər aiddir: 
1. "qeyri-qənaətbəxş aktivlər" kateqoriyasında göstərilmiş şərtlərə malik olan aktivlər; 
2. əsas  məbləği  və  ya  faiz  borclarının  qaytarılma  müddəti  kredit  müqaviləsində  müəyyən 
olunmuş tarixdən 121 gündən 180 günədək gecikdirilmiş təminatsız  qeyri-işlək kreditlər;  
3. əsas  məbləği  və  ya  faiz  borclarının  qaytarılma  müddəti  kredit  müqaviləsində  müəyyən 
olunmuş tarixdən 181 gündən 360 günədək gecikdirilmiş tam təminatlı qeyri-işlək  kreditlər;  
4.  qaytarılma  müddəti  üç  dəfə  uzadılmış  (kredit  müqaviləsi  təkrarən  üç  dəfə  
rəsmləşdirilmiş) tam təminatlı kreditlər;  
5. restrukturizasiya  olunmuş  kreditlər  (bu  şərt  aktivin  bu  kateqoriyaya  aid  edilməsinə 
kifayətdir).  


 
261 
 Banklar "təhlükəli aktivlər" kateqoriyasına aid edilmiş kreditlər üçün onun  “qeyd olunmuş 
dəyər”inin ödənilməmiş məbləğinin 60 faizi həcmində məqsədli ehtiyat fondları yaradırlar.   
V.  Ümidsiz  aktivlər.    Ümidsiz  aktivlərin  keyfiyyəti  çox  aşağı  olduğundan  onların 
qaytarılması  ümidsiz  hesab  edilir  və  dəyəri  faktiki  olaraq  itirildiyi  üçün  bank  aktivləri  kimi 
onların uçotunun davam etdirilməsi özünü doğrultmur. Bu aktivlərin qismən ödənişi mümkün olsa 
da  belə  aktivlərin  ödənilməsi  cəhdləri  uzun  müddət  tələb  etdiyindən  onların  silinməsini  təxirə 
salmağın    mənası  yoxdur.  Bununla  belə,  əgər  bu  aktivlər  balansda  saxlanılırsa,  müvafiq  qərar 
qəbul  olunanadək      onları  tam  bağlamaq  üçün  ehtiyatlar  yaradılır.  Belə  kateqoriyaya  aşağıdakı 
şə
rtlərin birinə və ya bir neçəsinə cavab verən aktivlər aiddir: 
1.  əsas  məbləği  və  ya  faiz  borclarının  qaytarılma  müddəti  kredit  müqaviləsində  müəyyən 
olunmuş tarixdən 180 gündən çox gecikdirilmiş təminatsız kreditlər; 
2. təminatından  asılı  olmayaraq  əsas  məbləği  və  ya  faiz  borclarının  qaytarılma  müddəti 
kredit müqaviləsində müəyyən olunmuş tarixdən 360 gündən çox gecikdirilmiş  kreditlər; 
3. borclu borcunu ödəməyə qadir olmadıqda və borcun ödənilməsi üçün əlavə mənbələrin 
olmadığı müəyyən edildikdə; 
4. qaytarılma  müddəti  üç  dəfədən  çox    uzadılmış  (kredit  müqaviləsi  təkrarən  üç  dəfədən 
çox rəsmləşdirilmiş) kreditlər;  
5. girovsuz (təminatsız) və ya bazarın olmaması səbəbindən girovu satıla bilməyən kreditlər 
(bu şərtlər bu növ təsnifləşdirmə üçün yeganə əsas olmamalıdır); 
6. borclu  banka  olan  krediti  ödəməkdən  boyun  qaçırdıqda  (bu  şərt  bu  növ  təsnifləşdirmə 
üçün yeganə əsas olmamalıdır); 
7. borclu müflis elan edildikdə; 
8. müxbir bankın lisensiyası məcburi ləğv edildikdə; 
9.  borclu hər hansı bir səbəbdən artıq bizneslə məşğul olmadıqda və ya fəaliyyət göstərmədikdə 
(sahibkar hüquqi və fiziki şəxslərə kommersiya məqsədləri üçün  verilmiş kreditlər üzrə); 
10. borclunu  tapmaq  mümkün  olmadıqda  (qanunvericilikdə  müəyyən  olunmuş  qaydada 
həmin  şəxs  haqqında  əməliyyat  axtarış  tədbirlərinə  başlanması  üçün  səlahiyyətli  dövlət 
orqanlarına müraciət olunduqda). 
Banklar "ümidsiz  aktivlər"  kateqoriyasına  aid edilmiş  kreditlər  üçün  onun  “qeyd  olunmuş 
dəyər”inin 100 faizi həcmində məqsədli ehtiyatlar yaradırlar.   
Təsnifləşdirmə prosesində təminatın rolu 
Banklar  təminata  kreditlərin  ödənilməsinin  əsas  mənbəyi  kimi  baxmamalıdır.  Təminatın 
likvidliyinin və onun bazar dəyərinin aktivlərin təsnifləşdırılməsındə əhəmiyyətini nəzərə alaraq 
banklar onun  qiymətləndirilməsi üzrə daxili qaydalar hazırlayıb tətbiq edirlər. Bütün təminatlar 
aşağıdakı kimi likvid və qeyri-likvid qruplara bölünürlər: 
Likvid  təminata  aşağıdakılar  aiddir:    Azərbaycan  Respublikasının  höküməti  adından 
Maliyyə  Nazirliyi,  yaxud  qanunvericiliyə  əsasən  belə  səlahiyyətlərə  malik  olan  digər  hökümət 
orqanları, habelə AMB tərəfindən buraxılan qiymətli kağızlar və qeyd edilən orqanlar tərəfindən 
verilmiş şərtsiz qarantiyalar (zəmanətlər); bankın depozit hesabında olan və girov kimi saxlanılan 
milli və sərbəst dönərli valyutalardakı pul vəsaitləri;  Ə T-ə daxil olan ölkələrin dövlət qiymətli 
kağızları;  banka  girov  haqqında  müqaviləyə  əsasən  verilən  standartlaşdırılmış  qiymətli  metallar 
(külçələr). 
Qeyri-likvid təminata aşağıdakılar aiddir:  qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş 
qaydada  təminat  kimi  rəsmiləşdirilmiş  girovlar;  qüvvədə  olan  qanunvericiliklə  müəyyən  edilmiş 
qaydada rəsmiləşdiilmiş təminatın digər növləri. 
Bank işində istifadə olunmayan aktivlərin (əmlakın) təsnifləşdirilməsi 
Ödəməmələrə görə bankın balansına götürülmüş bank işində istifadə olunmayan daşınmaz 
ə
mlak  aşağıdakı  şərtlərdən  asılı  olaraq  təsnifləşdirilir  və  onlar  üçün  ehtiyatlar  yaradılır: 
ödəməmələrə görə bankın balansına götürülən daşınmaz əmlak dəyərindən asılı olmayaraq qeyri-
sağlam aktivlərdir və onlar təhlil olunur;  ödəməmələrə görə bank balansına götürülmüş daşınmaz 
ə
mlakı,  habelə  əvvəllər  istifadə  etdiyi  əsas  vəsaitləri  istifadə  olunmadığı  andan  3  ildən  artıq 
balansda  saxlaya  bilməz.  Əks  halda,  AMB-nin  "Bankların  əsas  vəsaitlərlə  (əmlakla)  apardıqları 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə