Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə29/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   24   25   26   27   28   29   30   31   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 107 –––  

liminin məruzəsi onu razı salmamışdır. 1978-ci ildə 

“Dili yoxdur, o danışır” məqaləsində yazırdı: “Müəllim 

öz üzərində çalışmırsa, onun şagirdlərindən nə gözləyə 

bilərik? Həmin görüşdə  mən bu məsələyə çox ciddi 

şəkildə toxundum. Hiss etdim ki, “zəhmət çəkib” haq-

qımda yazılanları varağa köçürən müəllim çıxışımdan 

narazı qaldı. Olsun! Lakin mən buna əminəm ki, həmin 

müəllim  ədəbiyyatın bir elm, bir sənət olaraq nə 

mahiyyətini, nə məqsədini, nə də xüsusiyyətini bilir. O, 

bədii əsərlərdən həzz almır. Ona görə də bu müəllimin 

zövqü və hissi formalaşmaq üzrə olan balalarımıza 

ədəbiyyatı sevdirə biləcəyinə inanmaq çətindir”

1



Bəxtiyar Vahabzadə öyrənməyi çox üstün tuturdu. 

Hətta ağsaqqaldan, ağbirçəkdən, el-obanın hörmətli 

adamlarından öyrənməyi, müdrik məsləhətləri dinlə-

məyi özünə borc bilirdi. Bir sözlə, Bəxtiyar Vahabzadə 

insanların arasında olmaq, adət - ənənələrini gözü ilə 

görmək, qarşılıqlı inam və etiqad və s. məsələlərə böyük 

ehtiramla yanaşırdı. Onun fikrincə, qədir-qiymət, xətir-

hörmət bilinməyən yerdə nə xeyir olar, nə bərəkət. Belə 

yerdə  çəkilən zəhmətin bəhrəsi də olmaz. Bu mənada 

Ağdamın Novruzlu kəndinin sakini 90 ilə yaxın yaşamış 

Hüseyn kişinin həyat yolu, tutduğu mövqe onun 

tərəfindən qiymətləndirilirdi. Çünki Hüseyn kişi bu 

dünyaya nə üçün gəlməyimizin, nəyin naminə çalış-

mağımızın, nədən ötrü yaşamağımızın mənasını yaxşı 

bilirdi. Ona görə  də el arasında dərin hörmət qazan-

mışdı. Təsadüfi deyil ki, onun dəfni zamanı  mənalı 

                                                            

1

 Dili yoxdur, o danışır. – Bəxtiyar Vahabzadə. Sadəlikdə 



böyüklük. Bakı, Yazıçı, 1978, s.330 


BULUDXAN  XƏLİLOV 

 

––– 108 –––

  

söhbətlər və ibrətamiz şeirlər cavanlarımızı şərəflə yaşa-

mağa təlimatlandırmışdır. Ona görə də Bəxtiyar Vahab-

zadə 1976-cı ildə “Xətir-hörmət, qədir-qiymət” məqalə-

sini yazmışdı

1

. Bu məqalə vasitəsilə  Bəxtiyar Vahab-



zadə xalq pedaqogikasından öyrənməyi, xalqın hörmət 

və ehtiram bəslədiyi el ağsaqqallarından öyrənməyi 

vacib bilirdi.  

Yaxşıların tez-tez xatırlanmasını, yaxşı müəllim-

lərdən məqalə yazmağı bir təskinlik, rahatlıq kimi qəbul 

edən Bəxtiyar Vahabzadənin dostu Nurəddin Rzayevin 

“Yaşatmaq yanğısı” kitabına ön söz yazması bir xeyir-

xahlıq idi. Elə bir xeyirxahlıq ki, onun vasitəsilə insanın 

ömrü boyu çəkdiyi zəhmətin itmədiyi, insanı tanıtmaq 

və sevdirmək yolunda baş verən xeyirxahlıq. Mərhum 

professor Fuad Əfəndiyev haqqında Nurəddin Rzayevin 

yazdığı “Yaşatmaq yanğısı” kitabı bir ömrün səhifələ-

rini öyrənmək, oxumaq baxımından çox dəyərli idi. 

Nurəddin Rzayevin öz müəllimi Fuad Əfəndiyevdən 

kitab yazmasını  Bəxtiyar Vahabzadə  əbədi yaşamağa 

layiq olan insanlara hörmət və ehtiram kimi qəbul edir-

di. O, nəsillərə örnək ola biləcək işıqlı adamlardan bəhs 

edən belə kitabların yazılmasını bir neçə  cəhətdən 

lazımlı, vacib bilirdi. Birincisi ona görə ki, nəsillər 

özlərindən  əvvəlki nəsilləri tanımalı, onlardan öyrən-

məli, onların amal və  əqidələrini bilməlidirlər.  İkincisi 

isə belə kitablar nəsillər arasında körpü yaratmaq 

baxımından, nəsilləri bir-birinə bağlamaq baxımından, 

təbii ki, əhəmiyyətlidir. “Günlərin bir günü bu fikrə 

                                                            

1

  Xətir-hörmət, qədir-qiymət. – Bəxtiyar Vahabzadə. Sadəlikdə 



böyüklük. Bakı, Yazıçı, 1978, s.296-300 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 109 –––  

gəldik ki, Nurəddin öz müəllimi haqqında olan düşün-

cələrini və bugünkü gənclik üçün çox maraqlı olan 

xatirələrini saysız-hesabsız söhbətləriylə  səpələyincə 

onları yazıb bir kitab şəklində xalqa çatdırsa, faydalı iş 

görmüş olar

1

.  Əslində bunun özü də bir örnəkdir. O 



mənada örnəkdir ki, xidməti olan belə müəllimlərin hər 

biri barədə  tələbələri kitab yazsa, faydalı  iş görmüş 

olarlar. Elmin müxtəlif sahələrində olmuş görkəmli 

müəllimlərimiz var ki, onlar barədə kitablar yazılma-

mışdır. Bu da həmin müəllimlərin yaxşı əməllərinin gə-

ləcək nəsillərə çatdırılması işini əngəlləyir. Ona görə də 

bu qəbildən olan kitabların yazılması görkəmli müəllim-

lərimizin xalqa tanıdılmasında mühüm rol oynaya bilər. 

Eyni zamanda gəncliyin örnək və nümunə götürülmə-

sində də əhəmiyyəti əvəzsiz ola bilər. 

Yaxşılıq etmək, qayğıkeşlik göstərmək, xeyirxahlıq 

bunlar hər adama deyil, Allahın  ən çox sevdiyi bəndə-

lərinə verdiyi bir istedaddır. Bəxtiyar Vahabzadə belə 

keyfiyyətləri gördüyü adamları heç vaxt unutmamış, 

həmişə onların ünvanına xoş söz demiş, onlardan yaz-

mış, onların yaxşı  əməllərini cəmiyyətdə yaymışdır. 

Belələrindən biri də Əli Vəliyev idi. Bəxtiyar Vahabza-

də onu özünə  mənəvi ata hesab edirdi. Və onun xeyir-

xahlığından bəhs edən “Mənəvi ata” adlı  məqalə  də 

yazmışdı. Bəli, onun mənəvi ata hesab etdiyi Əli 

Vəliyevdə xeyirxah müəllim, əsl müəllim xisləti vardır. 

Bu xeyirxahlığı yüzlərlə insandan biri kimi Bəxtiyar 

Vahabzadə  də görmüşdü. 1951-ci ildə “S.Vurğunun 

                                                            

1

 Müəllim və tələbə. – Bəxtiyar Vahabzadə. Vətən ocağının istisi. 



Bakı, Gənclik, 1982, s.97 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə