Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə30/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   24   25   26   27   28   29   30   31   32

BULUDXAN  XƏLİLOV 

 

––– 110 –––

  

lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə 

edəndə müdafiənin saxlanılmasını iddia edənlər də 

olmuşdur. Guya əsərdə “çox böyük metodoloji səhvlər” 

var. Lakin bu münasibət S.Vurğuna olan qərəzli müna-

sibət imiş. Bu vəziyyəti bilən Ə.Vəliyev gözlənilmədən 

müdafiəyə gəlir. Söz alıb kürsüdən çıxış edir. Ertəsi gün 

Bəxtiyar Vahabzadə Əli Vəliyevgilə gəlir və ona təşək-

kürünü bildirir. Əli Vəliyev “bəsdir” deyib onun sözünü 

ağzında qoyur. “ – Onu bil ki, - dedi, - mən nə səni, nə 

də S.Vurğunu deyil, haqqı müdafiə elədim. Haqqın mü-

dafiəsi üçünsə, adama təşəkkür eləməzlər. Çünki hamı 

belə olmalı, hamı haqqın keşiyində dayanmalıdır”

1



Bəxtiyar Vahabzadənin pedaqoji görüşlərinin zirvəsi 

1970-ci ildə yazdığı “Qiymət” poemasıdır. Bu poemada 

Bəxtiyar Vahabzadənin müəllimlik fəaliyyəti, eləcə  də 

şair kimi duyğuları dil açıb danışır. Bəxtiyar Vahab-

zadənin müəllim kimi fəaliyyətini,  şair kimi poetik 

hisslərini təhlil etməkdənsə, poemanı olduğu  şəkildə 

təqdim etməyi məqsədəuyğun sayırıq. Ona görə ki, bu 

poemanı dönə-dönə oxumaqla hər bir gənc, hər bir 

müəllim, hər bir insan fəal vətəndaşlıq hisslərini artıra 

bilər. Bu poema hər bir şagirdin, tələbənin təlim, tərbiyə 

və təhsilinə müsbət təsir göstərər. 

                                                            

1

  Mənəvi ata. – Bəxtiyar Vahabzadə. Gəlin açıq danışaq... Bakı, 



Azərbaycan Dövlət Nəşriyyatı, 1988, s.144 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 111 –––  

QİYMƏT



 



 

Tələbələrimə 



Bir gün müəlliməm, 

Bir gün şairəm. 

Daim bir məcazda ola bilmirəm! 

Mənim də qismətim beləymiş demə, 

Naşükür deyiləm öz qismətimə.  

 

Yarıya bölünür günüm saatım, 

Vaxt mənim sərvətim, sonsuz varımdır. 

Müəllimlik – mənim günüm, həyatım, 

Şairlik - ən uca duyğularımdır. 

 



İmtahan... 

İmtahan götürürəm mən. 

Gəlir tələbələr, gəlir birbəbir. 

Hər gələn cavanın tərpənişindən 

Ağlı, düşüncəsi mənə bəllidir.  

Kimi cəsarətlə çəkir bileti

Kimi qorxa-qorxa yanaşır mizə. 

Kimi biliyindən umur qiyməti, 

Kimi də güvənir mürvətimizə. 

Kimi nişan alır əvvəldən sonu 

Dediyi mətləbi hiss edir, duyur. 

Kimi əzbərləyib oxuduğunu, 

Danışmır, 

Elə bil kitab oxuyur. 

                                                            



 Bəxtiyar Vahabzadə. Seçilmiş əsərləri. İki cilddə, ikinci cild, 



Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1975, s.192-207 


BULUDXAN  XƏLİLOV 

 

––– 112 –––

  

Sözündən özünün xəbəri yoxdur 

Cümlələr ütülü, 

Sözlər soyuqdur. 

 

Bir il bu sinifdə  

   bildiklərimi, 

Alışa-alışa danışmışam mən, 

Onların önündə 

 bir çıraq kimi 

Sözümdən od alıb alışmışam mən. 

Məqsədim bir olub:  

Bu təzə nəsil:  

Dünənə güvənsin, bu günü sevsin, 

“Özgəni” danmasın, 

   ancaq, 

müttəsil 

   Özünə tapınsın, 

   Öünü 

sevsin. 

Mənim də kəsirim az deyil, şəksiz, 

Dünyanı asmışam əsəblərimdən. 

Bircə sözümü də ancaq ürəksiz, 

Boğazdan yuxarı deməmişəm mən. 

 

Hər cümləm – dünyada ayaq izlərim, 

Köklənib könlümün öz ahənginə. 

Könül qaynağında bişən sözlərim  

Bürünüb hissimin qızıl rənginə, 

Ən böyük fikrimi, sözümü bəzən, 

Danışa-danışa yaratmışam mən. 

 

Yalnışı zamanın özü düzəldir, 

Fikri də istərəm mən əlvan-əlvan. 

Özünün yalnışı, min pay gözəldir, 

Özgənin düzünü təkrarlamaqdan. 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 113 –––  

Könlüm qanadlandı. 

Fikrim ucaldı, 

Gəncliyin önündə alışanda mən. 

Dedim: “Nə” sualı arxada qaldı, 

“Neçin”dən yapışın, 

İndi “Neçin”dən! 

 

*** 

Mən ki, deməmişəm, Loğman Sabirin 

Harda, 

Hansı ildə  

   Doğulduğunu. 

Demişəm, dilidir o, dərdimizin, 

Vətən, nədən ötrü doğubdur onu... 

İstərəm,  

 

Hər cavan, 

   yandığım kimi, 

Alışsın! 

Məni də yandırsın yenə!  

Mənim yana-yana dediklərimi, 

Həmən yanğıyla da qaytarsın mənə. 

 

Gəlir, bir çəlimsiz, ucaboy oğlan. 

Danışır, 

İnam var, inam səsində. 

Məsləki görünür baxışlarından, 

Ürəyi səslənir hər kəlməsində. 

Üzü də tüklüdür... 

   Baxıram ona. 

Gecəni yatmayıb, şişib gözləri. 

Mənim gəncliyimi andırır mənə 

Əsəbi görkəmi, yanıq sözləri... 

-

 



Siz belə dediniz, filankəs belə, 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə