Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə27/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   24   25   26   27   28   29   30   31   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 101 –––  

təxəyyülünün oyanmasında və genişlənməsində çox 

böyük əhəmiyyətə malikdir”

1



Deyərdim ki, insanları ucaldan, yüksəldən, məşğul 

olduqları sahələrin zirvəsinə qaldıran sevgidir. O sevgi 

uşaqlıqdan hisslərlə, duyğularla uşağa ötürülür. Təbii ki, 

vətənə, ataya, anaya, hər bir kəsə olan sevgi uşaqlıqdan 

ürəyə yol tapır. Ona görə  də sevgi hisslərini, eləcə  də 

düşmənə nifrət hissini uşaqlarımıza kiçik nağıllar, 

hekayələr, şeir parçaları söyləməklə başa salmalıyıq. 

Biz gənc nəslin vətəndaş kimi yetişməsini vacib 

sayırıq. Ancaq nəzərə almalıyıq ki, yaxşı  vətəndaş  həm 

də yaxşı insandır, el-obanın, Vətənin övladıdır. Onda bu 

duyğunu məhrum etmək robort yetişdirmək deməkdir. 

Robortlarda isə isti nəfəs, ruh, duyğular olmur. Məhz bu 

cəhətdən də Bəxtiyar Vahabzadə ən böyük dahilərin his-

sdən, duyğudan, vətənə sevgidən ilham aldığını söyləyir. 

O yazır: “Cahanşümul alimləri yadımıza salaq. Qaliley, 

Cordano Bruno, Nyuton, Nəsrəddin Tusi,  Mendeleyev,  

Lomonosov, Eynştyen, Nils Bor. Dəqiq elmlər üzrə 

mütəxəssis olan bu alimlər necə? Bəli, onları da elmin 

yüksək zirvələrinə çatdıran  ən böyük duyğu, yenə  də 

vətən sevgisi olmuşdur. Onlar da vətən naminə yaratmış, 

kəşflər etmişlər. lui Paster demişdir: “Elmin vətəni 

yoxdur, amma alimin vətəni var”. Gözəl sözdür! Alim 

demək istəyir ki, kimya hər yerdə kimyadır. Düsturlar 

eyni, məqsəd eyni! Lakin hər ölkənin kimya alimi öz 

vətəninə xidmət etmək məqsədi ilə yaşayır, yaradır”

2



                                                            

1

 Ana laylası, uşaq dünyası. – Bəxtiyar Vahabzadə. Sənətkar və 



zaman. Bakı, Gənclik, 1976, s.210 

2

 Vətən sevgisi. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, 



Gənclik, 1976, s.214 


BULUDXAN  XƏLİLOV 

 

––– 102 –––

  

 

 

TƏLİM, TƏRBİYƏ VƏ 

TƏHSİLDƏ QƏDİRBİLƏNLİK 

 

Bəxtiyar Vahabzadə harda olmasından asılı olmaya-

raq qeyri-adi, xoşagələn nəyi görmüşsə, onu da təbliğ 

etməyi, yaymağı özünə borc bilmişdir. O, öyrəndik-

lərini, gördüklərini, bildiklərini paylaşmağı özünə bir 

borc bilmişdir. Yazı-pozularının, məqalələrinin hər 

birində bunu görməmək mümkün deyildir. Bu mənada 

Portuqaliyaya səfərinin təəssüratları ilə bağlı yazdığı 

onun “Döyüşən Portuqaliya” məqaləsində oxuyuruq: 

“Noyabrın 11-də  qədim Kasambro şəhərinə getdik. Bu 

şəhər XIII əsrdə yaradılmış universiteti və Kral Don 

Deniş tərəfindən 1723-cü ildə yaradılmış nəhəng kitab-

xanası ilə  fəxr edir. Universitetin hər fakültəsi ayrıca 

binada yerləşir. Hər fakültə binasının qapı tağı üstündə 

həmin fakültənin emblemi həkk edilmişdir. Məsələn, 

hüquq fakültəsi yerləşən binanın tağına tərəzi emblemi 

(günahı və savabı ölçmə aləti kimi) vurulmuşdur. 

Elmi  şura iclasları gedən salonun divarlarında XIII 

əsrdən bu günə  qədər universitetin bütün rektorlarının 

şəkli asılmışdır”

1

.  Əlbəttə, universitetlərin müasirliyi 



vacib məsələdir. Hər bir fakültənin emblemlərinin 

olması  həmin fakültənin özünəməxsusluğundan xəbər 

verir. Eləcə  də  hər bir fakültənin kitabxanasının, oxu 

                                                            

1

 Döyüşən Portuqaliya. – Bəxtiyar Vahabzadə. Sadəlikdə böyüklük. 



Bakı, Yazıçı, 1978, s.248 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 103 –––  

zalının, muzeyinin, arxivinin olması müasirlikdən və 

universitetin geniş imkanından xəbər verir. 

Bəxtiyar Vahabzadə Kral Don Denişin yaratdığı 

kitabxanadan bəhs edərək qeyd edir ki, kitabxanada X 

əsrdən bəri dünyanın müxtəlif dillərində yazılmış 

milyon yarım kitab var. “Kitabxana elm sahələrinə görə 

müxtəlif  şöbələrə ayrılmışdır. Hər  şöbənin öz salonu, 

hər elm sahəsinin öz emblemi var. Məsələn, həndəsə və 

riyaziyyata aid salonun binasında pərgar və xətkeş şəkli 

həmin elm sahəsinin emblemi hesab olunur”

1

. Yaxşı bir 



nümunə kimi qeyd olunanlardan faydalanmaq olar və 

bunları universitetlərin simasına çevirmək mümkündür. 

Əsas odur ki, Bəxtiyar Vahabzadə ona yeni görünən-

lərin hər birindən bəhs edir, yazır və geniş auditoriyanın 

marağına çevirirdi. 

Bəxtiyar Vahabzadə vətənə, xalqa bağlı olan hər bir 

şeyə dəyər verir, ona öz şair, müəllim, vətəndaş mövqe-

yini bildirirdi. Onun fikrincə, dahilər dahilik səviyyəsinə 

xalqa, vətənə bağlılıq hissindən yüksəlirlər. Onlar öz 

duyğularını, istəklərini vətənin arzu və istəyi ilə 

yoğururlar. 

Bəxtiyar Vahabzadə müəllimlərin XI qurultayındakı 

çıxışını  “Əziz və hörmətli müəllimlər!” adı ilə 1978-ci 

ildə çap etdirdi. Və “Müəllim bizim ilk dostumuz, mə-

nəvi atamız, anamızdır” dedi. O, müəllim kimdir? sua-

lına cavab verdi. Müəllimi planetimizin hörmət etdiyi, 

fəxri sayılan  şəxsiyyəti kimi qiymətləndirdi. Müəllim 

haqqında dəqiq və konkret fikirlər söylədi: “Bizi hələ 

                                                            

1

 Döyüşən Portuqaliya. – Bəxtiyar Vahabzadə. Sadəlikdə böyüklük. 



Bakı, Yazıçı, 1978, s.249 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə