84
çoxlarının hazırda icra prosesində olması isə bu qənaətə gəlməyə imkan verir ki,
yaxın perspektivdə Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialından
istifadənin daha səmərəli, məhsuldar və effektivli yollarının formalaşdırılması
tədbirləri intensivləşəcəkdir. Belə şəraitdə, qeyri-neft sektorunda ixrac potensialının
tənzimlənməsinin təkmilləşdirməsi istiqamətlərinin daha ciddi araşdırılması və
arqumentləşdirilməsi lazım gəlir.
85
Nəticə və təkliflər
Dissertasiya işinin strukturuna müvafiq olaraq aparılan araşdırmalar və təhlillər,
bu iş üzrə nəticələri ümumiləşdirməyə və bir sıra təkliflər irəli sürməyə imkan verir.
Qeyd etmək olar ki, işin strukturundakı ardıcıllıq qorunmaqla, qeyri-neft
sektorunun ixrac potensialının tənzimlənməsinin nəzəri-metodoloji əsaslarının
öyrənilməsi, bunula bağlı spesifik xüsusiyyətlərin mahiyyətinin açıqlanması vəzifəsi
əsasən yerinə yetirilmişdir. Milli iqtisadiyyatların inkişafında qeyri-neft sektorunun
çoxşaxəli funksiyalarının başlıca prinsiplərinin qiymətləndirilməsi və açıqlanmasına
müvəffəq olunmuşdur. Azərbaycanda qeyri-neft sektorunun ixrac potensialından
istifadənin mövcud vəziyyətini əks etdirən göstəricilərin sistemli təhlili və
qiymətləndirilməsi aparılmışdır. Bu sahədəki problemlərin səbəbləri tədqiqat
materiallarının imkan verdiyi səviyyəyə kimi açıqlanmışdır. Ölkə iqtisadiyyatının
inkişaf tendensiyalarının və diversifikasiyalaşdırılması problemlərinin mahiyyəti
verilmişdir. Müasir reallıqlar nəzərə alınmaqla, ölkənin qeyri-neft sektorunun ixrac
potensialının qiymətləndirilməsi aparılmışdır. Bunlarla bərabər, Azərbaycanda qeyri-
neft sektorunun ixrac potensialından istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi
istiqamətləri müəyyənləşdirilmişdir və s. Tədqiqatın yekunları bu nəticəyə gəlməyə
imkan verir ki, qeyri-neft sektorunun ixrac potensialının tənzimlənməsinin nəzəri
əsaslarının klassik və müasir baxışlarında prinsipial yanaşma kimi, iqtisadiyyatın
tənzimlənməsi, iqtisadi proseslərə müdaxilələrin edilməsi və təkmilləşdirilməsi,
dövlət mexanizmlərinin işlənib hazırlanması tədbirləri müasir dövrdə də aktuallığını
saxlamışdır. Klassik və nisbətən müasir iqtisadçı-nəzəriyyəçilərin elmi əsərlərinə və
tədqiqat materiallarına istinadən bunları qeyd etmək olar:
1.
A. Smitin "Mütləq üstünlüklər nəzəriyyəsindən", E. Butlerin "Adam Smit
iqtisadiyyatın əlifbası"elmi əsərindən çıxış etsək, hər bir ölkənin beynəlxalq əmək
bölgüsü sistemində mövqeyinin gücləndirilməsi üçün özünün mənsub olduğu
beynəlxalq müqayisəli üstünlük elementlərindən səmərəli istifadəni təmin
etməlidirlər. Bu proseslərdə dövlətin müdaxiləsi mütləq vacib şərt kimi çıxış edir.
Bununla belə, dövlət müdaxilələri və tənzimlənmələri minimum nöqsansız olmalıdır,
86
reallıqları əks etdirməli və dünya iqtisadi proseslərinə adekvatlığını özündə
birləşdirməlidir.
2.
D. Rikardonun "Müqayisəli üstünlüklər", E. Hekşer və B. Olinin " stehsal
amillərinin nisbəti nəzəriyyəsi"ndən irəli gələn müddəalara əsaslansaq, qeyd edə
bilərik ki, ölkə hər hansı bir üstün istehsal komponentinə sahib deyildirsə, bu ölkənin
beynəlxalq əmək bölgüsü sistemində, o cümlədən ixracda ixtisaslaşması mümkün
deyildir.
3.
V. Leontyevin "Leontyev effekti" nəzəriyyəsinə istinadən bildirmək olar ki,
hazır məhsulların ixrac edilməsi bazar iqtisadiyyatı münasibətlərinin inkişafının
dərinləşdiyi ölkələr üçün mütləq və prinsipial zəruri şərtlərdən biri kimi çıxış edir.
Tədqiqat materialları ilə bu nəzəriyyənin başlıca mahiyyətinin prinsiplərinə
əsaslansaq, bildirmək olar ki, müasir dövrdə bazar münasibətlərinin, qlobal təsir
elementlərinin dünyanın əksər ölkələrində dərinləşdiyi bir şəraitdə, bu meyarlar üzrə
güclü inkişaf etmiş ölkələrdə hazır məhsulların ixracı strateji hədəf hesab olunur.
Azərbaycan da inkişaf etmiş ölkə statusu almaq yolunda tarixi iqtisadi inkişaf
prosesləri dövrünü yaşayır. Bu amildən çıxış etsək, hazır məhsulları, tədqiqat işinin
mahiyyəti üzrə desək, qeyri-neft məhsulları ixracının genişləndirilməsi Azərbaycan
üçün həm nəzəri, həm də praktiki baxımdan strateji hədəf kimi qəbul olunmalıdır.
4.
P. Samuelson və V. Nordhausun " qtisadiyyat" elmi əsərinin müddəalarını
nəzərə alsaq, tədqiqat işinin materiallarına da istinad etsək, milli iqtisadiyyatın
rəqabət qabiliyyətinin artırılması hər bir ölkənin strateji vəzifəsi kimi qəbul
edilməlidir. Bu proseslərdə milli iqtisadiyyatın müxtəlif sektorlarının potensialları,
ixrac imkanları real qiymətləndirilərək, adekvat milli iqtisadi inkişaf prioritetləri
istiqamətləri müəyyənləşdirilməli və təkmilləşdirmə mexanizmləri hazırlanmalıdır.
5.
Nobel mükafatı laureatı C. Stiqlitzin proteksionist tədbirlərin dövlət
tənzimlənməsi və neft ixrac edən ölkələrin iqtisadi inkişaf strategiyaları üzrə
tədqiqatlarından və bu işdə yer alan materiallardan yanaşsaq, dövlətin proteksionist
tədbirlərinin ölkədəki siyasi və iqtisadi sabitliyi qorumaq prinsiplərinə adekvatlığının
müəyyənləşdirilməsinin mühüm olduğu bildirilmişdir. Daha sonra qısa dövr ərzində
ölkəyə daxil olan neft gəlirlərindən səmərəli istifadənin vacibliyi, qeyri-neft