Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   22   23   24   25   26   27   28   29   30

78 

 

qeyd olunan sənaye və kənd təsərrüfatı sahələrinin hər birinin ixrac potensialına biz 



əvvəllərdə  toxunmuşduq  və  bu  sahələrin  inkişafının  intensivləşdirilməsi, 

ixracyönümlü  tənzimləmə  mexanizmlərinin  təkmilləşdirilməsi,  rəqabət  qabiliyyətli 

məhsulların  istehsalını  təşkil  edən  ixrac  təyinatlı  müəssisələrin  sırasının 

genişləndirilməsi də qeyri-neft ixracının potensialından istifadənin yüksəldilməsində 

effektivli  yollardan  hesab  edilə  bilər.  Avropa  Yenidənqurma  və  nkişaf  Bankının 

ekspertləri 

isə 

hesab 


edirlər 

ki, 


Azərbaycan 

iqtisadiyyatın 

diversifikasiyalaşdırılmasında ciddi israrlıdır. Qeyri-neft sektorunun illik 10 % artım 

tempinin  saxlanması  üçün  ciddi  və  ardıcıl  islahatların  aparılması  lazım  gələcəkdir  . 

“Azərbaycan-2020: gələcəyə baxış” inkişaf Konsepsiyasında 2020-ci ildə adambaşına 

düşən  qeyri-neft  ixracının  həcminin  min  dollara  çatdırılması  hədəf  kimi 

götürülmüşdür  .  Bu  baxımından  yaxın  perspektivdə  qeyri-neft  sektorunun  ixrac 

potensialının  yüksəldilməsi  yollarının  modelləşdirilməsinin  intensivləşdirilməsi 

qənaətindəyik.  Bizə  görə,  bu  məqsədlərə  çatmaq  üçün  Azərbaycanla  oxşar  iqtisadi 

sistemlərə  və  inkişaf  tendensiyalara  malik  ölkələrin inkişaf xüsusiyyətləri də nəzərə 

alınmalıdır.  Məsələn,  Azərbaycanın  strateji  ölkə  partnyolralından  biri  olan 

Qazaxıstanda  ixrac  potensialından  istifadənin  yüksəldilməsinin  səmərəli  yollarından 

biri kimi – maliyyə və sığorta mexanizmlərinin təkmilləşdirilməsində dövlətin güclü 

dəstəyindən  istifadə  olunur.  Xarici  ticarət  fəaliyyətinin  təşkilinə,  ixrac 

əməliyyatlarının  aparılmasına  ortamüddətli  və  uzunmüddətli  ssudaların  verilməsi 

Qazaxıstan  nkişaf  Bankı,  xarici  ölkələrə  malların  və  investisisyaların  ixracı  üzrə 

sığortanı  “QazixracQarant”  ixrac-kredit  sığorta  korporasiyası  tərəfindən  həyata 

keçirilir. Bu korporasiyanın səhmləri isə Qazaxıstan hökumətinə məxsusdur. Ixracın 

təşkilində  bu  kimi  güclü  dövlət  dəstəyinin  olması  ilk  növbədə  ixrac  təyinatlı 

müəssisələrin  fəaliyyətinin  effektivliyini  artmışdır.  Qazaxıstanda  2010-2014-cü 

illərdə  ölkənin  sənaye-innovasiya  inkişafı  üzrə  Dövlət  Proqramı  icra  olunur.  Bu 

Proqramda  milli  kompaniyaların  xarici-iqtisadi  əlaqələri  və  ixrac  əməliyyatları  ilə 

bağlı  fəaliyyətlərinin  kommersiya  və  siyasi  risklərinin  sığortalanması,  digər 

stimullaşdırıcı  tədbirlərin  görülməsi  reallaşdırılmaqdadır.  Ixrac  reytinqinə  görə 

Qazaxıstan  2012-ci  ildə  dünya  ölkələri  sırasında  70-ci  olmuşdur  və  ixracın  ümumi 



79 

 

həcmi  97  mlrd.  dollar  təşkil  etmişdir.  Müqayisə  üçün  qeyd  edək  ki,  2012-ci  ilin 



yekunu üzrə adambaşına ixracın həcminə görə Qazaxıstan (5963 dollar) Polşa ilə bir 

səviyyədə yerləşmiş (5985,2 dollar) və Rusiyanı üstələmişdir (4173,7 dollar) 

Digər  ölkələrdən  də  misal  gətirmk  olardı,  amma  buna  ehtiyac  duymadığımız 

üçün bir  sıra  məqamları  bildirmək  istərdik.  Azərbaycan  son 10  ildə  özünün iqtisadi 

inkişaf 

modelini, 

xarici 

ticarət  siyasətini, 



ixrac  konsepsiyasını 

daim 


təkmilləşdirməkdədir və bu proseslərdə, şübhəsiz, dünya təcrübəsinin öyrənilməsinə 

də  yer  ayrılıb.  Azərbaycanda  heç  də  zəif  olmayan  bank  sektoru  və  sığorta  institutu 

fəaliyyət göstərir. Ölkənin kommersiya banklarının 01.01.2014-cü il tarixə aktivlərin 

cəmi  20,4  mlrd.  manat  səviyyəsindədir.  Məlumdur  ki,  iqtisadiyyata  kredit 

qoyuluşunun  səviyyəsi,  onun  qeyri-neft  sektorunun  müxtəlif  sahələri  üzrə 

diversifikasiyalaşdırılması,  real  iqtisadi  sahələrdə,  ixrac  təyinatlı  müəssisələrin 

yaradılması problemləri son vaxtlar ciddi diskussiya predmetinə çevrilmişdir. Belə ki, 

ölkənin  kommersiya  bankları  tez  və  daha  çox  gəlir  əldə  etmək  məqsədilə  kredit 

resurslarının  əksəriyyətini  istehlak  mallarının  alınması  üzrə  kreditlərə  -yəni  istehlak 

kreditlərinə  yönəldiblər.  2013-cü  ilin  sonuna  ölkənin  kommersiya  banklarının 

iqtisadiyyata  yönəldikləri  kreditin  həcmi  14,8  mlrd.  manat  təşkil  etmişdir.  

Azərbaycanda  kommersiya  banklarının  kredit  portfelinin  iqtisadiyyat  sahələri 

strukturunda ev təsərrüfatları 41,05 %, ticarət və xidmət sektoru 14,30 %, sənaye və 

istehsal  sektoru  –  11,50  %,  kənd  təsərrüfatı  və  emal  sektoru  –  4,69  %,  energetika, 

kimya və təbii ehtiyatlar sektoru – 1,82 % və sairlər yer almışdır . Göründüyü kimi, 

qeyri-neft ixracının yüksəldilməsi yolları kimi prioritet hesab olunan sənaye və kənd 

təsərrüfatı sektorlarıba ayrılan kredit resurslarının xüsusi çəkisi üst-üstə 16 %-dən bir 

az  çoxdur.  Yaxın  perspektivdə  ölkə  banklarının  kredit  resurslarının  əhəmiyyətli 

hissəsinin  ixracyönümlü  mal  və  məhsulların  istehsal  sahələrinin  yaradılması 

istiqamətinə  yönəldilməsinin  hüquqi  və  praktiki  mexanizmlərinin  təkmilləşdirilməsi 

gözlənilir.  Bu  istiqamətdə  görüləcək  tədbirlərin  səmərəliliyi  yüksək  olarsa,  ölkənin 

qeyri-neft  ixracının  potensialının  yüksəldilməsində  yeni  bir  güclü  potensiala  malik 

qarşılıqlı  fəaliyyət  və  əməkdaşlıq  modelinin  –  “kommersiya  banklarının  kredit 

resursları -> ixrac yönümlü istehsal sahələri -> rəqabətqabiliyyətli ixrac məhsulları -> 




80 

 

valyuta  resurslarının  ölkəyə  gətirilməsi  mənbələrinin  şaxələndirilməsi  ->  valyuta 



ehtiyatlarının  artması”  kimi  effektivli  və  məhsuldar  fəaliyyət  sxeminin 

reallaşdırılmasında  əhəmiyyətli  nəticələrin  əldə  ediləcəyinə  inam  artmaqdadır.  Bizə 

görə,  bu  çoxgedişli  bank  kapitalı-istehsal-ixrac  potensialının  artması  sxemi  ölkənin 

ilk  növbədə  qeyri-neft  ixracının  diversifikasiyalaşdırılması,  coğrafiyasının 

genişləndirilməsi,  bu  istiqamətdə  perspektivli  fəaliyyət  sahələrinin  inkişafının 

davamlılığının  təmin  edilməsində  əhəmiyyətli  amil  kimi  çıxış  etmək  iqtidarındadır. 

Ölkə  Prezidenti  lham  Əliyev  2014-cü  il  fevralın  5-də  regionların  sosial-iqtisadi 

inkişafı  dövlət  proqramlarının  icrasına  həsr  olunmuş  konfransda  qeyd  etmişdir: 

“Hesab  edirəm  vaxt  gəlib  çatıb  ki,  banklar  iqtisadiyyatın  real  sektoruna  daha  çox 

maliyyə resursları ayırsınlar. Hazırda belə deyildir. Ancaq bankların funksiyalarından 

biri  də  ondan  ibarətdir  ki,  ölkə  iqtisadiyyatına  daha  da  böyük  təkan  versinlər. 

Xüsusilə  dövlət  də  bank  sektorunun  inkişafına  böyük  dəstək  verir.  Ona  görə  də 

banklar da öz sosial məsuliyyətlərini dərk etməlidirlər və iqtisadiyyatın real sektoruna 

daha çox vəsait ayırmalıdırlar” . Müasir dövrdə Azərbaycanda dövlətin özəl sektora, 

qeyri-neft sektoruna,  həmçinin  bank sektoruna  sistemli dövlət  dəstəyi  mexanizmləri 

ilə  yanaşması,  nisbətən  dayanıqlı  iqtisadi  siyasət  formalaşdırlması  bu  qənaətə 

gəlməyə  imkan  verir  ki,  növbəti  illərdə  ölkənin  kommersiya  banklarının  kreditləri 

hesabına müxtəlif real iqtisadi sektorların inkişafının sürətləndirilməsi, onların ixrac 

potensiallarının  artırılması  yollarının  şaxələndirilməsi  intensivləşəcəkdir.  Təssüf  ki, 

hələlik, bu istiqamətdəki effektivli imkanlar dərindən öyrənilməmişdir və sahibkarlıq, 

biznes  subyektlərinin  maarifləndirilməsi  prosesləri,  bu  fəaliyyət  sxeminin,  o 

cümlədən, bank sektorunun fəaliyyəti üçün əhəmiyyətliliyi geniş təbliğ edilməmişdir. 

Tədqiqatçı  F.Müstafayevin  gəldiyi  nəticələrə  görə,  nəqliyyat  və  rabitə  sektoruna 

yatırılan  hər  bir  manat  kredit  4,7  manatlıq  əlavə  ÜDM  yaradır.  Tikinti  sektoruna 

yatırılan  hər  bir  manat  kredit  əlavə  4,46  manatlıq  ÜDM  əmələ  gətirir.  Kənd 

təsərrüfatına yönəldilən 1 manat kreditin artım “multiplikasiya əmsalı” təqribən 4-dür 

və  s.  Bir  sözlə,  qeyri-neft  sektorunun  kreditləşdirmə  və  maliyyələşdirmə 

mənbələrinin  şaxələndirilməsi,  bu  sahənin  ixrac  potensialının  yüksəldilməsi 

yollarından əhəmiyyətlisi kimi xarakterizə olunur.  



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə