Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

63 

 

fəallaşdırılması,  həvəsləndirilməsi  mexanizmlərinin  təkmilləşdirilməsi  vacib 



əhəmiyyət  kəsb  edir.  Müstəqil  ekspertlər  belə  hesab  edirlər  ki,  hazırda  neft 

sektorundan  əlavə  ölkənin  ixrac  potensialı  əsasən  kənd  təsərrüfatında  bəzi 

mövqelərdə  məhdudlaşır.  Təəssüf  ki,  son  20  il  ərzində  ölkə  ixracatçı  kimi  bütün 

mövqelər üzrə geriləyib. Avropa Yenidənqurma və  nkişaf Bankının Azərbaycan üzrə 

“Transition  Report  2011”  adlı  hesabatına  əsasən  ölkənin  əsas  məqsədlərindən  biri 

kimi  iqtisadiyyatın  şaxələndirilməsi  göstərilmişdir.  Bankın  proqnozlarında  bildirilir 

ki,  ÜTT-ə  üzvlük  prosesinin  başa  çatması  və  transsərhəd  prosedurların 

sadələşdirilməsi bu məqsədə çatmaqda kömək edə bilər . Düzdür, Azərbaycan hələlik 

ÜTT-ə  daxil  olmaqda  tələsmir,  bu  proseslərdə  ehtiyatlılıq  nümayiş  etdirir.  Bununla 

belə,  geci-tezi  dinamik,  tarazlaşdırılmış,  səmərəli  iqtisadi  sistem  qurmaq,  dünya 

ticarət sistemində və əmtəə bazarlarında bərabərhüquqlu tərəfdaş kimi iştirak etmək 

üçün ÜTT-ə daxil olmalıdır, bu zəruri tələbatdan irəli gələn bir prosesdir. Tədqiqatçı 

Ə.  Əliyev  qeyd  edir  ki,  ÜTT  üzvlülüyünə  qəbul  olunmaq  Azərbaycanın  iqtisadi 

mühiti üçün də təsirsiz ötüşməyəcəkdir. Ona görə də bu proses qabaqlayıcı tədbirlərin 

həyata  keçirilməsi  ilə  müşahidə  olunmalıdır.  Bu  tədbirlər  sırasında  milli  bazarda 

Azərbaycan  mallarının  və  xidmət  sahələrinin  çeşidinin  artırılması  və 

rəqabətqabiliyyətinin  təmin  olunması,  beynəlxalq  ticarət  qaydalarının  qəbul 

olunmasında və icrasında milli maraqlar baxımından iştirak imkanının əldə edilməsi, 

Azərbaycanın dünyada beynəlxalq ticarətin bərabər hüquqlu subyekti kimi daha yaxşı 

tanınması, xarici ticarətin tənzimlənmələrinin səmərəli modelləşdirilməsi, ixracda və 

idxalda dövlət tədarüklərinin ləğvi, xarici iqtisadi münasibətlərə çoxtərəfli yanaşma, 

nəhayət  ixracın  genişləndirilməsi,  yəni  onun  coğrafi  və  əmtəə  strukturunun 

diversifikasiyası və dərinləşdirilməsi tədbirləri yer almışdır. 

 

Ölkə  iqtisadiyyatının  sabitliyi  və  xammal  resurslarının  ixracından  asılılığı 



barədə  narahatçılıq  Azərbaycan  Respublikasının  milli  təhlükəsizlik  konsepsiyasında 

da  yer  almışdır.  Konsepsiyanın  3.8-ci  bəndində  ( qtisadi  qeyri  sabitlik)  bildirilir  ki, 

müstəqilliyin ilk illərində iqtisadi sistemə inteqrasiya ilə bağlı çətinliklər nəticəsində 

Azərbaycan  Respublikası  ötən  əsrin  90  cı  illərinin  birinci  yarısında  ciddi  iqtisadi 

böhran  keçirmişdir.  Buna  baxmayaraq,  Azərbaycan  Respublikası  bazar 



64 

 

iqtisadiyyatına  keçməkdə  israrlı  olmuş,  qapılarını  xaricə  sərmayələrə  açmış  və 



xüsusilə  energetika  sektorunda  böyük  uğurlar  əldə  etmişdir.  Bununla  belə,  sürətlə 

artan  neft  və  qaz  gəlirlərindən  həddən  artıq  asılılıq  makroiqtisadi  tarazlığı  poza  və 

beləliklə,  ölkəni  potensial  qlobal  və  regional  iqtisadi  böhranların  təsirinə  qarşı 

müdafiəsiz  vəziyyətə  sala  bilər.  Bu  amillər  nəzərə  alınmaqla,  müstəqilliyin  ilk 

dövrlərindən başlayaraq, neft-qaz sənayesi ilə bərabər, digər iqtisadiyyat sektorlarının 

inkişafına  diqqət  artırıldı.  Ilk  növbədə  qeyri  neft  sektorunun  ixrac  potensialının 

tənzimlənməsi, 

qanunvericilik 

bazasının 

gücləndirilməsi, 

xarici 

ticarətin 



liberallaşdırılması və onun daha da dərinləşdirilməsi, ixrac nəzarətinin tənzimlənməsi 

və sairlər üzrə dövlət iqtisadi siyasəti gücləndirməklə yanaşı, bir sıra qanunlar qəbul 

olunmuş,  Prezident  Fərmanları  verilmişdir.  Xarici  ticarətin  sərbəstləşdirilməsi 

haqqında Prezident Fərmanında qeyd olunmuşdur ki, məhsul ixracını stimullaşdırmaq 

üçün  manatı  digər  valyutalara  dəyişdirərkən  respublikadan  kənara  məhsul  satan 

istehsalçı  müəssisələrə  üstünlük  verilsin  .  1990-cı  illərin  ortalarından  başlayaraq, 

tədricən ölkə iqtisadiyyatının sabitləşməsi proseslərinə başlanıldığı bir dövrdə, ixrac 

əməliyyatlarının  (həmçinin  idxal)  tənzimlənməsi  təsdiq  olunmuşdur.  Bu  sənədə 

əsasən,  ixrac  əməliyyatları,  ölkədə  istehsal,  emal,  təkrar  olunan  malların  ixracı, 

kreditlə  ixrac  əməliyyatları,  konsiqnasiya  yolu  ilə  ixrac  əməliyyatları  və  müvəqqəti 

ixrac  əməliyyatlarının  prosedur  qaydaları  müəyyənləşdirilmişdir  .  Son  10  il  ərzində 

də  ixracın  tənzimlənməsi,  ixrac  əməliyyatlarının  qaydalarının  təkmilləşdirilməsi, 

ixrac  nəzarətinin  səmərəliliyinin  artırılması  üzrə  Qanun  və  Prezident  Fərmanları 

verilmişdir." xrac  nəzarəti  haqqında"  Qanunun  tətbiiqi  ixrac  əməliyyatlarının 

sadələşdirilməsi, ixracın səmərəliliyinin artırılması proseslərini gücləndirmişdirÖlkə 

Prezidentinin  Fərmanı  ilə  AR-da  idxal  ixrac  əməliyyatlarının  tənzimlənməsi 

qaydalarının  təkmilləşdirilməsi  sahəsində  əlavə  tədbirlərin  müəyyənləşdirilməsi 

təmin  olunmuşdur.  Ixrac  əməliyyatlarının  sadələşdirilməsi,  ixracın  effektivliyinin 

artırılması,  ixracın  stimullaşdırılması,  xarici  ticarət  fəaliyyəti  iştirakçılarının  ixrac 

əməliyyatlarını  genişləndirməyə  həvəsləndirilməsi,  bu  sahədə  yerli  və  xarici 

investorların  fəallığının  artırılması  məqsədilə,  "AR-da  xarici  ticarətin  daha  da 

liberallaşdırılması  haqqında  AR  Prezidentinin  1997-ci  il  24  iyun  tarixli  609  №-li 




65 

 

Fərmanı 



ilə 

təsdiq 


olunmuş" 

Azərbaycan 

Respublikasında 

idxal-ixrac 

əməliyyatlarının  tənzimlənməsi  Qaydaları"na  bir  sıra  dəyişiklilkər  və  əlavələr 

edilmişdir. 

  Biz əvvəllərdə qeyd etmişdik ki, ölkənin iqtisadi siyasətində son illərdə qeyri-

neft  məhsullarının  ixracının  stimullaşdırılmasına  dövlət  dəstəyi  gücləndirilmiş, 

sistemli yanaşma prioritet kimi qəbul olunmuş və bir sıra tənzimləyici, stimullaşdırıcı 

tədbirlər  müəyyənləşdirilmiş,  icra  edilmiş  və  ya  icra  olunmaqdadır.  AR  Nazirlər 

Kabinetinin 2011-ci il 08 fevral tarixli Sərancamı ilə təsdiq olunmuş "2011-2013-cü 

illər  üçün  qeyri-neft  məhsullarının  ixracının  stimullaşdırılmasına  dair  tədbirlər 

Planı"nda əsasən aşağıdakıların həyata keçirilməsi yer almışdır: 

− 

Xarici  ticarət  fəaliyyəti  sahəsində  daha  əlverişli  şəraitin  yaradılması,  bu  sahədə 



dövlət  tənzimlənməsinin  təkmilləşdirilməsi  və  yeni  Qanun  layihəsinin 

hazırlanması; 

− 

Gömrük  qanunvericiliyinin  təkmilləşdirilməsi  və  ixrac  prosedurlarının 



sadələşdirilməsi,  müvafiq  normativ  hüquqi  aktlara  əlavə  və  dəyişikliklərin 

hazırlanması; 

− 

"Azərbaycanda  xracın  və  nvestisiyaların  Təşviqi  Fondu"nun  (AZPROMO) 



fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi; 

− 

Ixrac  məqsədilə  məhsulların  istehsalının  kreditləşdirilməsi  üzrə  mexanizmlərin 



hazırlanması; 

− 

Məhsul və xidmətlərin ixracının sığortalanması mexanizminin təkmilləşdirilməsi; 



− 

Ölkədən ixrac olunan xammal və yarımfabrikatların hazır məhsuladək istehsalının 

və ixracının stimullaşdırılması; 

− 

Sənaye  zonalarının  (sənaye  klasterlərinin)  və  azad  zonaların  (sərhədyanı  ticarət 



zonaları, azad liman zonaları və s.) yaradılması; 

− 

Potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması; 



− 

Qeyri-neft  məhsullarını  ixrac  edən  sahibkarlıq  subyektləri  və  onların  istehsal 

etdiyi  məhsullar,  digər  mühüm  ixrac  elementlərini  özündə  birləşdirən 

məlumatlandırma  sisteminin  formalaşdırılması  və  s  .  Bu  sənədə  daxil  olmuş  bir 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə