72
3.2. Qloballaşma şəraitində qeyri-neft sektorunun ixrac potensialından
istifadə
nin yüksə
ldilmə
si yolları
Dünya maliyyə böhranı və iqtisadi tənəzzül proseslərinin milli iqtisadiyyatlar
üçün mənfi fəsadları son illər dünya iqtisad elmində fəal tədqiq olunan sahələrdəndir.
Xüsusilə, qloballaşma proseslərinin dərinləşməsi, genişlənməsi milli iqtisadiyyatların
rəqabət qabiliyyətinin artırılmasını, iqtisadiyyatın şaxələndirilməsini, əsasən ixrac
potensialından səmərəli istifadəni şərtləndirir. Professor R. Xasbulatov qlobal iqtisadi
strategiyanın formalaşdırılmasına aşağıdakı elementlərin daxil edilməsini vacib
saymışdır:
−
Iqtisadi inkişaf və artımı etibarlı edə biləcək iqtisadi siyasətin işlənib
hazırlanması;
−
Sabit mal mübadiləsi və dünya bazarlarına çıxışın daha açıqlığının təmin
edilməsi üzrə tədbirlərin görülməsi;
−
Avrasiya
ölkələrinin
iqtisadiyyatının
diversifikasiyalaşdırılmasının
stimullaşdırılması və s.
Son illərdə qloballaşma dünya ticarətinə, milli iqtisadiyyatların ixrac
potensialına güclü mənfi təsir göstərə bilmişdir. Bir çox xammal ixracı əsaslı
ölkələrin ixrac potensialının dünya qlobal elementləri qarşısında zəifliyi özünü
göstərmişdir. Professor Y. Osipov qloballaşmanın hər şeyin ümumiləşdiyi və onun
içərisində əridiyi bir məkan hesab edir. Iqtisadi inqilablar qədim iqtisadi
sivilizasiyadan başladığı kimi, müasir dövrün inqilabi xüsusiyyətlərini nəzərə alsaq,
qlobal iqtisadiyyat ilə qurtara bilməz. Başqa sözlə, qlobal iqtisadiyyat maliyyə
prosesləri elementlərini mobil bir səviyyəyə çatdırmışdır. Təsərrüfat prosesləri isə bu
iqtisadi ierarxiyanın əsas təminatçısı kimi çıxış edir. Qloballaşmanın hərəkəti elə bir
səviyyədədir ki, onun qarşısını almaq olduqca çətin görünür. Biz müasir dövrdə
qlobal iqtisadiyyatın faktiki hər bir sahəyə təsirini nəzərə almasaq, bu bir
bağışlanılmaz səhv olardı. Məsələn, elə götürək sonuncu dünya qlobal maliyyə
böhranının nəticələrinin neft ixrac edən ölkələrin iqtisadiyyatının inkişafında
yaratdığı problemlər və bunlara nəzər salaq. Belə ki, bu kimi ölkələrin gəlirləri əsasən
neftdən, neft gəlirləri isə dünya bazarında baş verən qlobal transformasiyalardan
73
birbaşa asılı vəziyyətdədir. Ölkəyə daxil olan valyuta resurslarının azalması isə, ilk
növbədə qeyri-neft sektoru sahələrinin inkişaf tempinə və onun ixrac potensialına
mənfi təsir göstərir:
− Xarici və daxili investisiyaların cəlbində problemlər üzə çıxır;
− Qeyri-neft
sektorunun prioritet sahələrinin inkişafı üzrə layihələrin
maliyyələşdirilməsi çətinləşir;
− Qeyri-neft sektorunun ixrac təyinatlı mallarının dünya bazarlarına çıxışı
məhdudlaşır;
− Ixrac potensialının stimullaşdırılması üzrə ənənəvi dövlət mexanizmlərinin
təkmilləşdirilməsi zərurəti ortaya çıxır;
− Ixracın
stimullaşdırılması üzrə əlavə dövlət dəstəyi mexanizmlərin
formalaşdırılması,
qanunvericilin
təkmilləşdirilməsi,
ixracın
strukturunun
genişləndirilməsi prioritetlərinin yeni şərtlər daxilində müəyyənləşdirilməsi zərurəti
yaranır və s.
Tədqiqatçılar E. Süleymanov və A. Zeynalov qeyd edirlər ki, Azərbaycanın
dünya iqtisadi sisteminə sürətli inteqrasiyası və bir çox inkişaf etmiş və ya inkişaf
etməkdə olan ölkələrlə sıx iqtisadi əlaqələri, dünya maliyyə böhranının ölkə
iqtisadiyyatına müəyyən mənada təsirinə gətirib çıxarmışdır. Neft istehsalçısı olan
ölkələr kimi Azərbaycan dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə çox
əhəmiyyətli zərərə məruz qalmışdır. Neftin ucuzlaşması dövlət büdcəsinin 75 %-nin
neft sektoru hesabına formalaşdığı, ixracatının 97 %-dən çoxunu neft və neft
məhsullarının hesabına təşkil edilməsi ölkə iqtisadiyyatının inkişafı üçün bir çox
problemləri də öz yanında gətirməkdədir. Müəlliflər neft gəlirlərindən asılılığın
azaldılması və qloballaşmanın təsirinə immuniteti artırmaq üçün qeyri-neft
sektorunun inkişafını təmin etməklə, iqtisadiyyatın istehsal sahələrinin yüksək artım
templərinə hazırlanmasını və qeyri-neft sektoru üzrə ixracın stimullaşdırılmasını
vacib hesab etmişlər .
Biz Azərbaycanda qeyri-neft sektorun ixrac potensialının təhlili və
tənzimlənməsini araşdırarkən ölkə iqtisadiyyatının qlobal təsirlərdən etibarlı
74
qorunmasının təşkili üçün ilk növbədə ixrac yönümlü istehsal sahələrinin
genişləndirilməsini, ixracın stimullaşdırılmasına sistemli yanaşmanın təmin
olunmasını, bu sahədə sahibkarlıq subyektlərinin fəallığının artırılmasını, ayrı-ayrı
qeyri-neft sektoru sahələrinin investisiya cəlbediciliyinin yüksəldilməsini vacib
meyarlar kimi qeyd etmişdik. Təsadüfi deyildir ki, 1920-1930-cu illərdə dünya
iqtisadi böhranı proseslərində və 1930-cu ildəki "Böyük Depressiya"nın fəsadlarından
qurtulmaq üçün ABŞ Prezidenti F. Ruzvelt Liberal islahatlar, "Yeni xətt" siyasəti irəli
sürmüşdür. Bu siyasət ABŞ Konqresinin qəbul etdiyi, bütün sahələri əhatə edən 70
qanunda öz əksini tapmışdır. F.Ruzveltin siyasətinin ana xəttini cəmiyyətdə, iqtisadi
fəaliyyətin və sosial proseslərin bütün sahələrində dövlətin tənzimedici rolunu
artırmaq təşkil edirdi. Bu tədbirlər nəticəsində artıq 1930-cu illərin ortalarından
başlayaraq, ABŞ-da iqtisadi sabitlik bərpa olundu, sahibkarlığın inkişafı yeni
mərhələyə qədəm qoydu və ölkənin ixrac potensialı güclənməyə başladı.
Iqtisadiyyatın qloballaşması -dünya inkişafının qanunauyğunluqlarından
biridir. Iqtisadiyyatın artan qloballaşması kapitalın yerdəyişmə miqyasının və
tempinin kəskin artımında ifadə edilir. Bu halda kapitalın səmərəli hərəkəti tsiklinin
əsasında milli iqtisadiyyatın diversifikasiyalaşdırılması və ölkəyə gətirilən valyuta
resurslarının ehtiyatının sabit saxlanılması, həm də artırılması üçün ixrac
potensialının diversifikasiyalaşdırılması vacib şərtlər kimi çıxış edir. Iqtisadçı alim V.
Qasımlı qeyd edir ki, Azərbaycanın ixrac strategiyasında məqsəd davamlı iqtisadi
təhlükəsizliyin və xarici siyasətin maddi bazasının möhkəmləndirilməsindən
ibarətdir. Ixrac strategiyasının qurulması zamanı karbohidrogen və qeyri-
karbohidrogen ixracının optimal tarazlaşdırılması vacib şərtdir. Qeyri-neft ixracı
sahəsində kənd təsərrüfatı və ərzaq istehsalı indiki məqamda əsas yer tutur. Eyni
zamanda, neft-kimya məhsullarının, habelə elektrik enerjisinin ixracı sahəsində kənd
təsərrüfatı və ərzaq istehsalı indiki məqamda əsas yer tutur. Eyni zamanda, neft-
kimya mahsullarının, habelə elektrik enerjisinin ixracı potensialı vardır. Azərbaycan
coğrafi mövqeyinin üstünlüyündən istifadə etməklə, həm Böyük pək yolu, həm də
Şimal-Cənub dəhlizi üzrə təkcə karbohidrogen deyil, digər malların da daşınması
üçün yaxşı imkanlara malikdir. Nəhayət, Azərbaycanın xidmət sferası (turizm,