Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

54 

 

sahədə  ixrac  potensialı  kifayət  qədər  böyükdür.  Əsas  qida  məhsulları  üzrə  biz  bir 



ildən, maksimum iki ildən sonra özümüzü tam təmin edəcəyik. Bundan sonra isə artıq 

xarici  bazarlara  çıxış  prosesi  başlanacaqdır.  Məlum  olduğu  kimi,  iqtisadi 

təhlükəsizliyin  ən  mühüm  istiqamtələrindən  biri  də  ölkənin  ərzaq  təhlükəsizliyinin 

təmin edilməsi və bu sahədə təkmilləşdirilmiş dövlət siyasətinin formalaşdırılmasıdır. 

Təsadüfi  deyildir  ki,  dünyanın  iqtisadi  cəhətdən  yüksək  inkişaf  etmiş  və  əhalinin 

yaşayış səviyyəsinə görə digər dünya ölkələrini xeyli geridə qoyan dövlətlər özlərinin 

iqtisadi  siyasətlərində  mühüm  istiqamət  kimi  ərzaq  təhlükəsizliyinə  və  kənd 

təsərrüfatı  sahələrinin  inkişafına  strateji  məqsədlər  kimi  baxırlar.  Bu  ölkələrdə  ən 

inkişaf  etmiş  bazar  iqtisadiyyatı  münasibətləri  olmasına  baxmayaraq,  kənd 

təsərrüfatının bu və ya digər sahələri üzrə dünyanın aparıcı dövlətlərindən olan ABŞ-

da,  Qərbi  Avropa  ölkələrində  dotasiyalardan  və  subsidiyalardan  müasir  dövrdə  də 

geniş  istifadə  edilməkdədir.  Bu  dövlətlər  özlərinin  proteksionist  siyasətləri  ilə  milli 

kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqlarını qorumaqla, onların daxili və 

beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin güclü olmasına əlavə stimullar verirlər . 

Kənd  təsərrüfatı  üzrə  mütəxəssis  və  tədqiqatçı  G.Əhmədov  bildirmişdir  ki,  kənd 

təsərrüfatında  bazar  təsərrüfatçılıq  sisteminin  hakim  mövqe  tutması  aqrar  əmtəə 

istehsalçılarının  iqtisadi  müstəqilliyinin  təmin  edilməsi,  azad  rəqabət  mühitinin 

formalaşması ilə səciyyələnmişdir... Bununla belə, Azərbaycan Respublikasında aqrar 

sahə  çərşivəsində  yüksək  texnologiyalara  əsaslanan  elmtutumlu  istehsalın  inkişaf 

etdirilməsi  istiqamətləri  reallaşdırılmalıdır.  Yalnız  belə  olan  təqdirdə  ölkəmiz  elmi-

texniki tərəqqinin liderlər sırasına qoşulmaq perspektivlərini reallaşdıra bilər. Ölkədə 

səmərəli və rəqabətqabiliyyətli kənd təsərrüaftı istehsalının artırılması yerli dayanıqlı 

aqrar-ərzaq bazarının  yaranmasını  şərtləndirə bilər.  Inkişaf  etmiş ölkələrin  təcrübəsi 

göstərir  ki,  kənd  təsərrüfatının  iqtisadi  potensialının  möhkəmləndirilməsi  ölkə 

əhalisinin ərzaqla təminatında əhəmiyyətli rol oynayır... Bütün bu amillərlə bərabər, 

bazar  iqtisadiyyatı  şəraitində  qeyri-neft  sektorunun  ümumi  tərkib  hissəsi  kimi  kənd 

təsərrüfatında sosial-iqtisadi inkişafın təmin edilməsi əhalinin gəlirlərinin artırılması 

baxımından  da  mühüm  əhəmiyyətə  malikdir  .  Düzdür,  müstəqillik  dövründə  kənd 

təsərrüfatının  inkişaf  perspektivlərini  istiqamətləndirmək  üçün  xeyli  vaxt, 



55 

 

qanunvericilik  bazasının  təkmilləşdirilməsi,  torpaq  islahatlarının  başa  çatdırılması, 



sahənin  strukturunun  müasir  dövrün  tələblərinə  uyğun  təkmilləşdirilməsi,  maddi-

texniki  bazanın  formalaşdırılması,  infrastrukrur  obyektləri  şəbəkəsinin  yaradılması, 

kənd  rayonlarında  iqtisadi  fəallığın  təmin  edilməsi,  investisiya  mühitinin 

yaxşılaşdırılması,  aqrar  mədəniyyətin  gücləndirilməsi,  bu  sahəyə  müasir 

texnologiyaların  və  xarici  investorların  cəlb  edilməsi,  sektorun  ixrac  potensialının 

diversifikasiyası və s. tədbirlərin həyata keçirilməsi lazım gəlmişdir. Bütün bunlarla 

belə,  kənd  təsərrüfatı  hələ  də  özünün  real  inkişaf  imkanlarına  uyğun  prioritet 

istiqamətlərini  kifayət  qədər  modelləşdirə  bilməyib.  Dövlətin  subsidiya  və  dotasiya 

kimi  maliyyə  dəstəklərindən,  lizinq  formasında  nəqliyyat  vasitələri,  texnika,  kənd 

təsərrüfatı  gübrələri,  ziyanvericilərə  qarşı  herbisidlər,  damazlıq  heyvanlar,  toxumla 

təminat  və  s.  mexanizmlərdən  istifadə  olunmasına  baxmayaraq,  aqrar  sektorda 

sənayeləşmə  prosesi,  iri  fermer  təsərrüfatlarının  yaradılması,  ixrac  təyinatlı 

məhsullarının  çeşidinin  artırılması  prosesləri  mövcud  potensialla  uyğun  deyildir. 

Baxmayaraq  ki,  son  10  ildə  kənd  təsərrüfatında  iqtisadi  inkişaf  prosesləri  artım 

tendensiyası  mərhələsinə  qədəm  qoymuşdur,  amma  bu  artım  cəmisi  1,5  dəfə  təşkil 

etmişdir. Başqa sözlə, hələ də öz potensialını reallaşdıra bilməyən sənaye sektoru ilə 

müqayisədə kənd təsərrüfatı artım tempinə görə xeyli tədbirlər görməlidir. Çünki, bu 

sektorun ənənəvi güclü potensiala malik sahələri vardır. Təsadüfi deyildir ki, bir çox 

kənd  təsərrüfatı  məhsulları  üzrə,  xüsusilə,  meyvə  və  tərəvəzlər,  üzümçülük, 

pambıqçılıq,  bostan  bitkiləri  sahələrində  Azərbaycan  keçmiş  SSR   respublikaları 

içərisində ön cərgəyə çıxa bilmişdir. 

“Azərbaycan  Respublikasının  ərzaq  təhlükəsizliyi  proqramı”  uğurla  2010-cü 

ildə başa  çatdırılmışdır.  Proqramın  əhatə  etdiyi  2001-2010-cu illər ərzində, xüsusilə 

də,  son  5  il  ərzində  əhalinin  ərzaq  məhsulları  ilə  yerlı  istehsal  hesabına  təminatı 

yaxşılaşmışdır.  Belə  ki,  2001-ci  ilə  nisbətən  2010-cu  ildə  kartof  istehsalı  57  %, 

tərəvəz və bostan istehsalı 33 %, meyvə istehsalı 47 %, şəkər çuğunduru istehsalı 6,2 

dəfə, ət istehsalı diri çəkidə 2,1 dəfə, süd istehsalı 1,4 dəfə, yumurta istehsalı isə 2,1 

dəfə  artmışdır.  Təkcə  2007-2010-cu  illər  ərzində  kənd  təsərrüfatı  məhsullarının 

istehsalçılarına  və  çoxillik  əkmələrin  becərilməsinə  sərf  olunan  yanacağa,  habelə 



56 

 

buğda  və  çəltik  səpininə  görə  dövlət  büdcəsinin  vəsaiti  hesabına  284,1  mln.  manat 



subsidiya  verilmişdir.  2010-cu  ildə  respublikada  2  mln.  ton  taxıl,  953,7  min  ton 

kartof,  1614,6  min  ton  tərəvəz-bostan,  718,2  min  ton  meyvə,  256,5  min  ton  şəkər 

çuğunduru, 129,5 min ton üzüm, 545 ton çay yarpağı, 333,3 min ton diri çəkidə ət, 1 

530  min  ton  süd,  1178,6  mln.  ədəd  yumurta  istehsal  olunmuşdur.  2012-ci  ilin 

yekunları üzrə təhlillər göstərir ki, görülmüş tədbirlər öz nəticəsini vermişdir. Belə ki, 

2012-ci  ildə  1647.1  min  hektar  sahədə  əkin  aparılmışdır.  1031.4  min  hektar  sahədə 

payızlıq  və  yazlıq  dənli  və  dənli  paxlalı  bitkilər  əkilmiş,  nəticədə  2802.2  min  ton 

məhsul  istehsal  olunmuşdur.  2012-ci  ildə  2011-ci  il  ilə  müqayisədə  343.8  min  ton 

taxıl , o cümlədən 206.4 min ton buğda, 1.4 min ton tərəvəz məhsulları, 30.0 min ton 

kartof, 44.2 min ton meyvə məhsulları, 13.9 min ton üzüm, 691 ton tütün yarpağı və 

33.8  ton  yaşıl  çay  yarpağı  artıq  istehsal  olunmuşdur

  . 


2012-ci  il  ərzində  kənd 

təsərrüfatının ümumi  məhsulunun faktiki qiymətlərlə dəyəri 4,8  mlrd.  manata  yaxın 

olmuş və 2011-ci ilə nisbətən artım 6,6 % təşkil etmişdir. Bitkiçilik məhsulları üzrə 

artım – 5,8 %, heyvandarlıq məhsulları üzrə isə 7,6 % olmuşdur. Kənd təsərrüfatının 

əsas  sahəsi  olan  heyvandarlıq  sahəsində  mal-qaranın  baş  sayı  və  heyvandarlıq 

məhsulları  istehsalı  dinamik  olaraq  artır.  Son  illər  sürünün  cins  tərkibinin 

yaxşılaşdırılması  istiqamətində  görülmüş  işlər  mal-qaranın  və  heyvandarlıq 

məhsullarının artmasına öz müsbət təsirini göstərmişdir . 

2013-cü  ildə  də  kənd  təsərrüfatının  artımı  davam  etmişdir.  Belə  ki,  kənd 

təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5244.6 mln. manat təşkil 

etmiş  və  keçən  ilin  eyni  dövrünə  nisbətən  4.9  %,  o  cümlədən  bitkiçilik  məhsulları 

üzrə 4.2 %, heyvandarlıq məhsulları üzrə 5.5 % artmışdır. Əsas kapitala yönəldilmiş 

ümumi vəsaitin 573.4 mln. manatı və ya 3.2 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və 

balıqçılığa sərf edilmişdir. 1073.7 min hektar payızlıq və yazlıq dənli və dənli paxlalı 

bitkilərin sahəsi biçilmiş və 2961.9 min ton məhsul götürülmüşdür.  l ərzində 992.7 

min  ton  kartof,  1232.8  min  ton  tərəvəz  bitkiləri,  429.7  min  ton  ərzaq  üçün  bostan 

məhsulları,  852.9  min  ton  meyvə  və  giləmeyvə,  154.1  min  ton  üzüm,  3.5  min  ton 

tütün,  181.4  min  ton  şəkər  çuğunduru  və  0.567  ton  yaşıl  çay  yarpağı  toplanmışdır. 

Keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 2.5 %, tərəvəz istehsalı 1.4 %, 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə