Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə13/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
49
hövzəsi” hesab edilsin, istər beş ölkənin sərhədində yerləşən 
“qapalı dəniz” olsun, Azərbaycanın reallaşdırmaq istədiyi layi-
hələri və həyata keçirdiyi fəaliyyəti qətiyyən inkar etmir. Əgər 
BMT-nin ”Beynəlxalq dəniz hüquqları haqqındakı” Konven-
siyasına əsaslanılarsa, o zaman “ortaq dənizdə” hər sahil döv-
lətinin öz “iqtisadi zonasına” malik olmaq və bu zonada ayrıca, 
yaxud başqa dövlətlərlə birgə  sərbəst fəaliyət göstərmək 
hüququ mövcuddur.  
Azərbaycan həm də  bəyan edirdi ki, əlbəttə o bütün bu 
işləri reallaşdırarkən ilk növbədə öz milli maraqlarını  təmin 
etmək məqsədi daşıyır. Lakin Xəzərdə enerji layihələri reallaş-
dırarkən, Azərbaycan hər zaman region ölkələrinin ortaq milli 
maraqlarını  və beynəlxalq hüququ əsas tutmuşdur. Buna görə 
də Azərbaycanın fəaliyyəti heç bir Xəzərətrafı ölkənin iqtisadi-
siyasi maraqlarını pozmur, əksinə, bölgədə hamı üçün bərabər, 
rəqabətə əsaslanan əməkdaşlıq şəraiti yaradaraq, bu layihələrdə 
iştirak etmək və onlardan öz xalqının maraqları üçün istifadə 
etmək, iqtisadi dividentlər qazanmaq imkanı təmin etmişdir.  
Azərbaycan Rusiyanı istinad etdiyi və beynəlxalq hüquqi 
əsası olmayan heç bir “öhdəliyi” və “dövlətüstü hüququ” qəbul 
etmirdi və bundan sonra da etməyəcəyini birmənalı  şəkildə 
bəyan edirdi. O qeyd edirdi ki, “istər keçmiş SSRİ-İran saziş-
ləri, istər SSRİ-nin varisi olan Rusiyanın indiki hərəkətləri, 
bunlar hamısı keçmişdə qalmışdır və bütün bunlar Azərbayca-
nın müstəqil dövlət olaraq öz ərazisinin bir parçası hesab olu-
nan və 1995-ci ildən onun Konstitusiyasına salınmış, Xəzər 
dənizinin ona məxsus milli sektoru üzərindəki fəaliyyət azad-
lığını məhdudlaşdıra bilməz. Azərbaycanın beynəlxalq hüquqla 
qorunan milli ərazisi və onun üzərindəki suveren haqları heç 
bir beynəlxalq müqavilə  və dövlətlərarası sazişlərin, birgə  və 
 
ƏL İ  H ƏS ƏNOV  
 
50 
ayrıca fəaliyyətlərin predmetinə çevrilə bilməz.” Mütəxəssis-
lərin fikrinə görə, əslində Azərbaycanın bu mövqeyi, yanaşma-
sı və müvafiq tələbləri sonrakı illərdə Xəzərin statusu ilə bağlı 
imzalanmış Rusiya- Qazaxıstan birgə sazişinin  əsas qayəsini 
təşkil etmişdir.
68
 
Bundan başqa, Azərbaycan yuxarıda istinad olunan SSRİ-
İran sazişinə o dövrkü bəzi Rusiya rəsmi dairələrinin yanaşma-
sını da birmənalı  şəkildə pisləyərək, bəyan edirdi ki, “1921-
1940-cı illərdə bağlanmış SSRİ-İran müqaviləsi Xəzərin statu-
sunu bu gün bəzilərinin təqdim etdiyi və şərh etdiyi kimi heç 
də mürəkkəbləşdirmir, əksinə onu daha aydın vəziyyətə gətirir. 
Bu da ondan ibarətdir ki, SSRİ zamanında  İran Xəzərdəki öz 
14%-lik payını alır və beləliklə də, ona aid dəniz sərhədlərini 
təsdiqləyir. O ki qaldı SSRİ-nin tərkibindən çıxan digər 4 Xə-
zərətrafı ölkənin milli sektoru və  dəniz sərhədlərinə, bununla 
bağlı da hələ 1970-ci ildə SSRİ zamanında birgə müqavilə im-
zalanmış  və  Xəzərin bu məkanda qalan 86%-lik su hövzəsi 
orta xətt üzrə dörd hissəyə- sektorlara bölünmüşdür. (Bax: 
Xəritə 18) Deməli SSRİ-nin varisi olan Rusiya da bu ölkənin 
öhdəliyini və  qərarlarını  təmin etməyə borcludur. Məhz bu 
hüquqi vəziyyətdən çıxış edən Azərbaycan, öz milli haqqı kimi 
Xəzərin ona məxsus sektorunda istənilən fəaliyyətlə  məşğul 
ola bilər. Bu fəaliyyət nə beynəlxalq, nə də ki, hər hansı Xəzər-
ətrafı ölkənin hüququnu pozmur”. 
Ruslar, əlbəttə o dövrdə öz mövqelərinin əsassız olduğunu 
bilirdilər, lakin Azərbaycanın bu sahədə nümayiş etdirəcəyi 
ciddi,  əsaslandırılmış mövqeni və möhkəm milli iradəni, o 
cümlədən də beynəlxalq aləmin bu işdə ona verəcəyi dəstəyi 
                                                 
  
68
 Bax:Федоров Ю.Э. Правовой статус Каспийского моря. М., 1996, с.36.  


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
51
gözləmirdilər. Bəzi dairələr Azərbaycanın bu təzyiqlər qarşı-
sında sona qədər davam gətirə bilməyəcəyinə ümid bəsləyərək, 
ondan öz xeyirlərinə “yeni-yeni güzəştlər” qoparmaq haqqında 
düşünürdülər. Odur ki, 1997-ci ildə  həmin dairələr  İranın 
1992-ci ildə irəli sürdüyü və o zaman nədənsə diqqətdən kə-
narda qalan “Xəzərdə birgə razılaşdırılmış regional əməkdaş-
lıq” ideyasını yenidən ortaya atır və bütün Xəzərətrafı ölkələri 
buna qoşmağa cəhd göstərməyə başlayırlar. Əlbəttə, Azərbay-
can Xəzər hövzəsi ölkələrinin enerji sahəsində regional 
əməkdaşlığının əleyhinə deyildi və reallaşdırmaq istədiyi bütün 
layihələrdə onların hər birinin yüksək səviyyədə iştirakını arzu 
edirdi. Lakin o öz milli hüququnu və maraqlarını hansısa təz-
yiq yolu ilə kiməsə güzəştə getmək fikrindən də uzaq idi. Ona 
görə də Azərbaycan bəyan edirdi ki, biz regional əməkdaşlığın 
əleyhinə deyilik. Lakin, regional əməkdaşlıq heç bir ölkəyə öz 
milli sektorunda ayrıca və başqaları ilə birlikdə  sərbəst fəa-
liyyət göstərmək imkanını  məhdudlaşdırmamalıdır.  İstənilən 
ölkə ona məxsus sektorda, iqtisadi səmərəliliyindən asılı olaraq 
həm Xəzərətrafı ölkələrlə, həm də digər beynəlxalq qurumlarla 
sərbəst iş aparmaq, birgə fəaliyyət göstərmək hüququna malik 
olmalıdır.  
Azərbaycan öz geosiyasi və geoiqtisadi mövqeyini həm də 
onunla  əsaslandırırdı ki, SSRİ-nin dağılması  və onun yerində 
dörd yeni müstəqil ölkənin yaranması ilə Xəzərin hüquqi statusu 
hövzəətrafı beş ölkənin qarşılıqlı  və birgə  məsələsi olmaqla 
yanaşı, həm də BMT-nin 1982-ci ildə qəbul edilmiş və bütün üzv 
dövlətlər üçün məcburi hüquqi öhdəlik yaradan “Dəniz hüquqları 
Konvensiyasına”  əsaslanmalıdır və deməli həm də beynəlxalq 
məsələdir. Bəhs olunan Konvensiyada dənizlər və su hövzələri- 
açıq, yarımqapalı, qapalı olmaqla üç qrupa bölünür. Su hövzəsi-
 
ƏL İ  H ƏS ƏNOV  
 
52 
nin dəniz kimi qəbul olunmasının meyarı onun okeanla, yaxud 
başqa su hövzələri ilə birbaşa, boğazlar və çaylar vasitəsi ilə bir-
ləşməsi hesab olunur. Konvensiya sahildən 12 millik su hövzəsini 
dövlətin tam “suveren ərazisi”, 200 millik hövzəni onun “iqtisadi 
suveren zonası”, ölkələrarası milli sərhədlərini isə qarşı dövlətlə 
dənizin orta xətti üzrə  müəyyən edir. “İqtisadi suveren zona”da 
hər bir dövlət müstəqil şəkildə elmi tədqiqat işləri aparmaq, iqti-
sadi fəaliyyətlə məşğul olmaq, mövcud ərazinin təbii sərvətlərini 
mənimsəmək və Konvensiya ilə qadağan olunmayan digər işlər 
görmək hüququna malikdir.
69 
 
Azərbaycanın bəhs olunan dövrdə “Xəzərin statusunun 
əvvəlki illərdə formalaşmış praktikaya uyğun  şəkildə olduğu 
kimi” saxlanılması  tələbini və “bu məsələni süni şəkildə qa-
bardaraq yenidən baxılmasının yolverilməzliyi ilə bağlı” möv-
qeyini Rusiya və  İrandan başqa bütün Xəzərətrafı ölkələr və 
beynəlxalq mütəxəssislər də müdafiə edirdilər. Beynəlxalq mü-
şahidəçilərin və  dəniz hüquqları üzrə mütəxəssislərin fikrinə 
görə, Xəzərin hüquqi statusu ilə bağlı  həm SSRİ  və  İran ara-
sında imzalanmış tarixi müqavilələr və dövlətlərarası sazişlər, 
həm SSRİ daxilində  Xəzərin keçmiş müttəfiq respublikalar 
arasında bölünməsi və mövcud sərhədlərin, real sektorların ne-
çə illərdir bütün ətraf dövlətlər tərəfindən qəbul edilməsi, həm 
də bütün bu reallıqların 1982-ci il “Beynəlxalq Dəniz hüquq-
ları Konvensiyası”na uyğun gəlməsi Xəzər dənizinin statusuna 
yenidən baxılmasını tamamilə əsassız və mənasız edirdi. Onlar 
hesab edirdi ki, hazırda statusa yenidən baxılması üçün heç bir 
ciddi regional və beynəlxalq  əsas yoxdur. Olsa-olsa hazırkı 
vəziyyətdə  Xəzərətrafı ölkələr BMT Konvensiyasından çıxış 
                                                 
69
 Bax: Oрганизация    Обьединенных  Наций. Oсновные  факты. M., 2000, 
c.321. 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə