XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
57
baycanla birgə fəaliyyətdən çəkindirmək
məqsədi güddüyünü
qeyd edirdilər.
Rusiyanın statusla bağlı fəaliyyətinin
İkinci mərhələsi
1995-97-ci illəri əhatə edir və mütəxəssislər tərəfindən “praq-
matik yanaşma” dövrü kimi xarakterizə edilir. Bu mərhələdə
Rusiya, Xəzərin statusu ilə bağıl diplomatik hücum və hərbi
güc tətbiq etmə çağırışlarından imtina edir, siyasi və iqtisadi
yollarla hadisələrin gedişinə təsir göstərməyə çalışır. İkinci
mərhələni həm də şərti olaraq, rus politoloqları «ilkin kom-
promis» dövrü adlandırırlar.
Bu mərhələdə sahilyanı ölkələrlə ziddiyyətlərin getdikcə
artdığını anlayan Moskva 1996-cı ildə öz barışmaz mövqe-
yindən tədricən çəkilərək yeni “barışdırıcı” ideyalarla çıxış et-
məyə başlayır. Həmin ildə Rusiya
hökuməti bu ölkənin Xarici
İşlər Nazirliyindəki bəzi dairələrdən fərqli olaraq sektor məsə-
ləsində Azərbaycanın haqlı olduğunu etiraf edərək, o zamankı
Baş nazir V. Çernomırdinin dili ilə Xəzərdə həyata keçirilən
enerji layihələrinin qanuni olduğunu bəyan edir.
71
Rusiya Federasiyasının Xəzərin statusu il bağlı bir neçə
yeni ideya və təklifləri də məhz həmin mərhələdə irəli sürülür.
Həmin təkliflərdən birində Rusiya
hər bir sahilyanı ölkənin
dənizin ona aid 45 millik sahilyanı zonasına nəzarət etmək
hüququ ilə yanaşı, həm də bu zonaya daxil olmayan, lakin ar-
tıq neft çıxarılan yataqlar üzərindəki hüququnu təsdiq etməyə,
həmin ölkələrin, yaxud şirkətlərin hüququnu da tanımağa hazır
olduğunu bəyan edir.
Bundan başqa, rəsmi Moskva Tehranın 1992-ci ildə irəli
sürdüyü “Xəzərdə regional əməkdaşlığa dair” birgə sazişin
71
Bax: qaz. «Сегодня», 13 ноября, 1996.
ƏL İ H ƏS ƏNOV
58
bağlanması və bu məqsədlə xüsusi bir təşkilatın yaradılması
təşəbbüsünü də dəstəkləməyə başlayır.
Lakin bütün bunlara baxmayaraq, Xəzərin statusu ilə bağlı
Rusiya uzun müddət öz korporotiv maraqlarını əsas tutaraq,
Azərbaycanı beynəlxalq hüquqa söykənən mövqedən çəkindir-
məyə, onu yeni-yeni kompromislərə məcbur etməyə cəhd
etmişdir. Məsələn, 1997-ci ildə bu ölkənin bəzi dairələri bir
daha Xəzərin sektor
bölgüsünü gündəmə gətirərək, məsələ ilə
bağlı xüsusi hesablanmış yeni bir “kompromis” təkliflə çıxış
edirlər. Bu layihə müəllifləri Xəzəri beş ölkənin daxili gölü
hesab edərək, onun yalnız 12 millik sahil ərazisinin dibinin və
su səthinin milli sektorlara bölünməsini, bundan sonra gələn 25
millik dəniz dibi və su səthinin “iqtisadi zona” kimi tanımasını,
dənizin qalan bütün su hövzəsiin və həmin radiusda da dibinin
yalnız “ümumi istifadə” edilməsini irəli sürürlər. Mütəxəssis-
lərin fikrinə görə, layihə müəllifləri bu təklifi hazırlayarkən
Xəzərin karbohidrogen yataqlarının xəritəsi ilə bağlı xüsusi
təhqiqat aparmışlar. Çünki,
layihədə göstərildiyi kimi, əgər hər
bir hövzə ölkəsi yalnız 12 millik sektorlara tam sahib olurdusa
və qalan 25 millik sektorda “iqtisadi zona” da olduğu kimi fəa-
liyət göstərmək hüququ qazanırdısa, o zaman Xəzərin əsas
enerji resursları (o cümlədən Azərbaycanın konsorsium çərçi-
vəsində fəaliyyət göstərdiyi bugünkü əsas neft və qaz yataqları.
-Ə.H.) “ümumi istifadədə” qalırdı. Bu layihə Xəzərin karbo-
hidrogen yataqlarını təxminən, aşağıdakı kimi bölür və plan-
laşdırırdı: Azərbaycanın 12 millik sektorunda təxminən 0,5
mlrd. ton neft, 0,5 trlrd.
kub metr qaz, Rusiyanın eyni məsafəli
sektorunda müvafiq olaraq 0,2/0.3, Qazaxıstanınkında 0.6/04,
Türkmənistanınkında 1/0.2 enerji resursu mövcud idi. Sonrakı
25 milik “iqtisadi zonada” Azərbaycanın müvafiq olaraq
XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
59
1.5/1.5, Rusiyanın 1/0.5, Qazaxıstanın 2/1, Türkmənistanın isə
0.5/0.5 mildarında enerji resursu proqnozlaşdırılırdı. Bəhs
olunan bölgü ilə Azərğbaycanın indiki milli sektorundakı
təxminən 2.5 mlrd. ton neft və 1.5/2 trln. kub metr qaz, Rusiya-
nın müvafiq olaraq 1/1, Qazaxıstanın 3/1.5, Türkmənistanın
0.5/1 miqdarında yanacaq resursu “birgə zonada” qalırdı.
Bu bölgüdən göründüyü kimi ruslar Azərbaycanın zəngin
neft və qaz yataqları olan sektorundakı əraziləri ümumi istifa-
dədə saxlamaqla, onları gələcəkdə öz əlinə keçirmək və Azər-
baycanı bu resurslardan məhrum etmək istəyirdi.
Lakin Azər-
baycan Prezidenti Heydər Əliyevin o zaman nümayiş etdirdiyi
polad iradə, beynəlxal hüququn və beynəlxalq aləmin Azər-
baycanın tərəfində olması onların bu planlarını alt-üst etdi.
Əslində, Rusiyanın təklif etdiyi bu layihədə Azərbaycan istisna
olmaqla, bütün Xəzər hövzəsi ölkələrin milli sektorlarındakı
ehtiyatlar onların öz ərazisində qalırdı. Yalnız Azərbaycan öz
zəngin Günəşli, Çıraq, Azəri və b. yataqlarından məhrum
edilirdi.
Sonrakı illərdə bu layihənin də keçmədiyini anlayan ruslar
və iranlılar Xəzərin statusu ilə bağlı yeni-yeni müxtəlif ma-
nevrlər
həyata keçirsə də, ciddi bir şeyə nail ola bilmədilər və
sonda Azərbaycanın ədalətli və haqlı mövqeləri ilə barışmağa
məcbur oldular.
1997-ci ilin dekabrında Rusiya, nəhayət ki, Azərbaycanın
nümunəsinə uyğun olaraq, Xəzərin ona məxsus milli sektorun-
dakı neft-qaz yataqlarının öyrənilməsi və birgə işlənilməsi
haqqında beynəlxalq tender elan etdi. Bu faktı həmin dövrdə
tədqiqatçılar rəsmi Moskvanın “Xəzərin statusu müəyyən ola-
nadək, hər hansı birtərəfli addımların yolverilməzliyi” haqda
ƏL İ H ƏS ƏNOV
60
Rusiya-İran «cütlüyü»nün dəfələrlə səsləndirdiyi əsassız
ideyalardan imtina etməsi kimi qiymətləndirdilər.
Rusiyanın status fəaliyyətindəki
üçüncü mərhələ, 1998-ci
ildən başlanır və mütəxəssislər tərəfindən “konstruktiv yanaş-
ma” dövrü kimi dəyərləndirilir.
Bu dövrdə faktiki olaraq Ru-
siya Azərbaycanın Xəzərdə reallaşdırdığı bütün layihələri
rəsmi şəkildə tanıyır və həmin layihələrdən özünə pay almaq
üçün rəqabət şəraitində fəaliyyət göstərməyə cəhd göstərir.
72
1998-ci ilin yanvarında Rusiya ilə Qazaxıstan prezident-
lərinin Xəzərin statusu ilə bağlı qəbul etdiyi “Birgə Bəyanat”
iki ölkənin orta xətt üzrə Xəzərin dibinin sektorlara bölünmə-
sinə dair razılığa gəldiyini göstərirdi. Həmin ilin iyulunda isə
Moskvada Rusiya ilə Qazaxıstan arasında «Xəzərin Şimal
hissəsinin dibinin bölünməsinə dair» Birgə Saziş imzalandı.
Bundan bir qədər sonra Rusiya Azərbaycanla da Xəzərin dibi-
nin orta xətt üzrə milli sektorlara bölünməsi haqqında danı-
şıqlara başlayır və müvafiq sazişlərin hazırlanması tapşırığını
verir ki, bu da faktiki olaraq “Xəzərin hüquq statusu” məsə-
ləsini bölgə ölkələrinin və beynəlxalq aləmin geosiyasi gündə-
mindən çıxarır.
Rusiyanın mövqeyindəki status
məsələsindəki konstruktiv
dəyişikliklər, müvafiq olaraq dərhal Rusiya Azərbacan münasi-
bətlərinə öz müsbət təsirini göstərməyə başlayır ki, bu da bütün
hövzəyə konstruktiv bir ovqat gətirir. Rusiya prezidenti
V.Putinin 8-9 yanvar 2001-ci ildə Azərbaycana rəsmi dövlət
səfəri çərçivəsində Azərbaycan prezidenti Heydər Əliyevlə
imzaladığı “Xəzər dənizində birgə fəaliyyət” haqqında Bəya-
natda Azərbaycanın başlanğıcdan təklif etdiyi “Xəzərin orta
72
Bax:
Конопляник А.А. Каспийская нефть на Евразийском перекрестке.
М., 1998, с.140.