Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə2/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   2   3   4   5   6   7   8   9   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
5
 
 
GİRİŞ 
  
Dünyanın inkişaf etmiş iqtisadi və siyasi sistemləri ilə fəal 
tərəfdaşlıq kursu seçmiş Azərbaycan Respublikasının qazan-
dığı mühüm nailiyyətlərin  əsasında, ilk növbədə  təməli 1994-
cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Əsrin mü-
qaviləsi” ilə qoyulmuş  yeni neft strategiyası  dayanır. Özündə 
Azərbaycanın müstəqil dövlət maraqlarını, beynəlxalq və 
regional tərəfdaşlıq normalarını, regionun ümumi geoiqtisadi 
mənafelərini, qarşılıqlı-faydalı əməkdaşlıq və s. prinsipləri əks 
etdirən bu strategiya 2004-cü ildən bu yana Prezident İlham 
Əliyevin rəhbərliyi ilə müxtəlif inkişaf mərhələlərindən keç-
miş, təkmilləşdirilmiş və dönmədən həyata keçirilərək ölkənin 
davamlı inkişafını təmin etmişdir.  
Oxucuların diqqətinə  təqdim olunan bu kitabda ümumi 
formada Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regio-
nal geoiqtisadi münasibətlər sisteminin xarakterik xüsusiyyət-
ləri və Azərbaycan Respublikasının bu sistemdəki iştirakı 
məsələləri təhlil edilir.  
Azərbaycan Respublikası üçüncü minillikdə Avropa və 
dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində 
xüsusi rol oynamışdır. Onun yürütdüyü yeni neft siyasətinin 
nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi” adlanan trans-
milli neft kontraktları imzalanmış, bunun ardınca Bakı-Tbilisi-
Ceyhan, Bakı-Tbilisi-Ərzurum və s. transmilli neft-qaz kəmər-
ləri çəkilmiş, Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilmiş, Xəzər 
dənizinin zəngin təbii qaz ehtiyatlarının dünya bazarlarına ix-
 
ƏL İ  H ƏS ƏNOV  
 

racını  həyata keçirəcək  Şahdəniz 2 layihəsinə start verilmiş
TANAP və TAP kimi yeni kəmərlərin inşası gündəmə gəlmiş-
dir. Bütün bu nəhəng transmilli layihələr keçən müddətdə, həm 
Azərbaycanın məxsusi enerji təhlükəsizliyini təmin etmiş, həm 
mövcud sahədə onu Avropa ölkələrinin əsas tərəfdaşına çevir-
mişdir.  
Kitabda sistemli şəkildə Xəzər hövzəsi və Cənubi Qafqa-
zın müasir geoiqtisadi vəziyyəti təhlil olunur, regionda trans-
milli dünya güclərinin və yerli ölkələrin nümayiş etdirdiyi 
fərqli siyasətin xarakteristikası verilir, Azərbaycan Respubli-
kasının regiondakı maraqları və enerji strategiyası, beynəlxalq 
aləmlə münasibətlərinin geosiyasi nəticələri şərh edilir. Müəllif 
Azərbaycanın Xəzər dənizinin karbohidrogen ehtiyatlarının 
sərbəst istehsalı  və ixracı siyasətinin beynəlxalq və regional 
geoiqtisadi nəticələrini, Xəzərin hüquqi statusunun mahiyyəti 
və tarixini, bu məsələ  ətrafında Xəzərətrafı  və digər ölkələrin 
yanaşmaları və maraqlarını geniş tədqiq edir və müvafiq nəti-
cələrə gəlir. Kitabda, həm də ümumi formada Xəzərin neft-qaz 
ehtiyatlarının Avropanın enerji təhlükəsizliyindəki rolu, Azər-
baycanın enerji mənbələrinin dünyanın aparıcı  şirkətləri ilə 
birgə  işlənməsi və  sərbəst marşurutlarla dünya bazarlarına 
çıxarılmasının dünyada və bölgədə yaratdığı müasir geoiqtisadi 
vəziyyət və s. kimi aktual məsələlər tədqiq olunur. Müəllif 
Xəzər hövzəsi ölkələrinin, beynəlxalq və regional güclərin 
müasir enerji ixracı maraqlarını  və Azərbaycanın enerji ixra-
cının  şaxələndirilməsi siyasətinin bölgənin ümumi geoiqtisadi 
vəziyyətinə  təsirini  əlaqəli formada təhlil edir və müvafiq 
şərhlər verir.  
Monoqrafiyada XX əsrin sonundan başlayaraq Xəzər-Qara 
dəniz hövzəsi və Cənubi Qafqazın regional geoiqtisadi proses-


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
7
lərinin təhlili fonunda müasir dünya siyasətinin bəzi tendensi-
yaları və ölçüləri də nəzərdən keçirilir, yürüdülən beynəlxalq, 
regional və milli fəaliyyətlərin, cərəyan edən transmilli hadisə-
lərin səbəb və nəticələri təhlil edilir. Müəllif Xəzər hövzəsində 
XX  əsrin sonlarından başlayaraq  əsas geoiqtisadi hadisələrin 
və  təşəbbüslərin mərkəzində dayanan Azərbaycan dövlətinin 
həyata keçirdiyi yeni neft siyasətinin nəticələrini təhlil edir və 
bu siyasəti “uğurlu enerji və  təhlükəsizlik strategiyası” kimi 
qiymətləndirir. 
Azərbaycanın beynəlxalq aləmlə geosiqtisadi münasibət-
lərinin sistemli araşdırılmasını  hədəf seçən monoqrafiyada 
Xəzər-Qara dəniz hövzəsi regionunda transmilli maraq daşıyı-
cısı hesab olunan əsas güclər sırasında, ilk növbədə, Rusiya, 
ABŞ və Avropa İttifaqı ölkələrinin adları qeyd olunur, onların 
enerji təhlükəsizliyi problemlərini həll etmək üçün regionda 
həyata keçirdikləri geoiqtisadi siyasətin mahiyyəti açıqlanır və 
reallaşma mexanizmləri təhlil edilir. 
Kitabda Avropanın alternativ enerji təminatındakı etibarlı 
tərəfdaşı olaraq Azərbaycanın geoiqtisadi fəaliyyəti geniş araş-
dırılır, qitənin və regionun enerji, tranzit-keçid, beynəlxalq da-
şıma və  nəqliyyat-kommunikasiya təhlükəsizliyinin təmin 
olunmasında oynadığı rol xüsusi qiymətləndirilir, regionda 
Azərbaycanı və onun tərəfdaşlarını təhdid edən proseslər haq-
qında  əsaslı mülahizələr yürüdülür və müvafiq praktiki töv-
siyələr verilir. 
 Azərbaycanın perspektiv inkişafında mühüm rol oynaya 
biləcək qlobal və regional güc mərkəzləri ilə geoiqtisadi əlaqə-
ləri və münasibətlərinə, xüsusən Xəzərin enerji resurslarının 
birgə istismarı və dünya bazarlarına çıxarılması, neft və təhlü-
kəsizlik strategiyasının hazırlanması  və  həyata keçirilməsi, 
 
ƏL İ  H ƏS ƏNOV  
 

Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması 
və təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərinin şərhinə, 
bu sahədə yürüdülən strateji dövlət siyasəti və atılan praktiki 
addımların təhlilinə  həsr olunmuş “XƏZƏR HÖVZƏSİ  VƏ 
CƏNUBİ QAFQAZIN GEOİQTİSADİ XARAKTERİSTİ-
KASI: AZƏRBAYCANIN YENİ NEFT SİYASƏTİ” kitabı 
Xəzər-Qara dəniz hövzəsi ölkələri və  Cənubi Qafqazın geo-
iqtisadi məsələləri, o cümlədən Azərbaycanın yeni neft siyasəti 
ilə maraqlanan mütəxəssislərlə yanaşı, ictimai-siyasi xadimlər
millət vəkilləri, dövlət qulluqçuları, xarici siyasət, geoiqtisadi 
planlama sahəsində çalışan analitiklər və  ən geniş intellektual 
oxucu təbəqəsi – milli elita üçün xüsusi maraq kəsb edə bilər.  
 
 
 
 
 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə