Microsoft Word azerb. Geoiqtisadi 11. 04. 2016. M son doc



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə12/64
tarix29.01.2018
ölçüsü4,55 Kb.
#22852
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
45
ölkə  sərbəst balıqçılıqla, qalan ərazilərdə isə qarşılıqlı razı-
laşma  əsasında gəmiçilik və s. iqtisadi fəaliyyətlə  məşğul ol-
maq olardı.
67 
İki ölkə arasında 1954, 1956 və 1957-ci illərdə həyata ke-
çirilmiş  sərhəd demarkasiyası zamanı da yuxarıda göstərilən 
bölgü əsas götürülmüş və İranın Xəzər sərhədlərinin başlanğıcı 
Azərbaycanın Astara - Türkmənistanın Həsənqulu yaşayış 
məntəqələrindən- dənizin orta xəttinə  qədər- düz xətt üzrə 
müəyyən edilmişdir. O dövrün bütün siyasi xəritələrində bu 
bölgü prinsipal olaraq sərhəd hüdudu olaraq göstərilmişdir. 
SSRİ isə öz daxili qaydalarına müvafiq olaraq ( eyni orta xətt 
prinsipi üzrə) Xəzər dənizinin ona aid olan 86%-lik ərazisini 
milli təsərrüfat işləri aparmaq və s. məqsədlərlə 1970-ci ildə 
dörd Xəzərətrafı respublika arasında - Rusiya (19%), Qazaxıs-
tan (29%), Azərbaycan (21%) və Türkmənistan (16%) olmaqla 
milli sektorlara bölmüş, hər bir müttəfiq respublikanın dəniz 
ərazilərini (sektorlarını) müəyyən etmişdir. (Bax: xəritə 18) 
1992-ci ildə SSRİ dağılır və  Xəzər  ətrafında SSRİ-nin 
tərkibindən çıxmış 4 yeni müstəqil dövlət meydana gəlir. (Bax: 
xəritə) Xəzər hövzəsi öz geosiyasi və geoiqtisadi xarakteristi-
kasına görə nəinki təkcə bölgə ölkələri üçün həyati əhəmiyyətli 
məkana, eyni zamanda, mühüm planetar bir faktora çevrilir. 
Xəzər dənizinin yeni geosiyasi statusu onun karbohidrogen ya-
taqlarının mənsubiyyətini, su hövzəsində iş aparmaq hüququnu 
və üstün mövqe haqqını, dənizin Xəzərətrafı ölkələr arasında 
bölüşdürülməsini və bu bölüşdürmənin metodikasını və s. kimi 
çoxsaylı dövlətlərarası geosiyasi məsələlərin həllini də gündə-
mə gətirdi. Əlbəttə, Xəzərin zəngin mineral və bioresurslarının 
                                                 
67
 Bax: Барсегов Ю.Г. Каспий: вопросы международного права // Европа 
и Россия: проблемы южного направления. M., 1999. c.324 
 
ƏL İ  H ƏS ƏNOV  
 
46 
effektiv istifadəsi, unikal təbii balansının saxlanması, dənizin 
bölgə ölkələrinə sülh və  təhlükəsiz həyat, burada yaşayan in-
sanlara rifah gətirməsini planlaşdırmaq və  həyata keçirmək 
həm bölgə ölkələrinin, həm də regionda marağı olan kənar 
güclərin maraq dairələrinin müxtəlifliyi ucbatından o qədər də 
asan məsələ deyildi. Odur ki, həm keçmişdə dənizdə hökmran 
mövqedə olan Rusiya və daim bunu arzu edən İran, həm böl-
gənin digər böyük və kiçik ölkələri, həm də beynəlxalq güclər 
qısa müddətdə  Xəzər hövzəsində özlərinin geosiyasi strategi-
yasını formalaşdırmağa başlayırlar. 
Bundan başqa, Xəzər hövzəsinin gələcək dünya siyasətin-
dəki geosiyasi yeri və mövqeyi, dənizin təbii enerji qaynaqla-
rının, bioresurslarının istifadəsi, hövzədə dövlətlərarası müna-
sibətlərin qurulması  və idarə olunması  və bu kimi digər mü-
hüm geostrateji məsələlərdə bölgə ölkələrinin fərqli təklif və 
mülahizələri ortaya çıxmağa başlayır.  Əsas fikir ayrılığı  İran, 
Rusiya və Azərbaycan arasında müşahidə olunduğuna görə, 
ilkin fərqli təkliflər və bir-birini təkzib edən mövqelər də  də 
məhz bu üç ölkə rəsmilərindən gəlirdi. Məsələn, həmin 1992-ci 
ildə  İran Tehranda keçirilən Xəzərətrafı ölkələrin birgə kon-
fransında belə bir təşəbbüslə  çıxış edir ki, Xəzərətrafı ölkələr 
aralarında birgə əməkdaşlıq haqqında yeni müqavilə hazırlan-
sın və hövzədəki hər hansı iqtisadi fəaliyyətlə bağlı bütün ətraf 
ölkələr ümumi razılığa gəlsinlər. Bu təklif o dövrdə Xəzərdə ən 
aparıcı ölkə hesab olunan Rusiya tərəfindən dəstəklənmədiyinə 
görə, digər dövlətlər də ona ciddi maraq göstərmədilər. Əslin-
də, Azərbaycan istisna olmaqla həmin dövrdə Xəzərdə heç bir 
ölkə  hər hansı bir ciddi layihə reallaşdırmaq gücündə  və im-
kanında deyildi və belə bir fəaliyyətlə də məşğul olmurdu. 


 XƏZƏR – QARA DƏNİZ HÖVZƏSİ VƏ CƏNUBİ QAFQAZIN 
GEOİQTİSADİYYATI: AZƏRBAYCANIN ENERJİ SİYASƏTİ
 
 
47
 Xəzər hövzəsində transmilli enerji layihələri ilə bağlı ilk 
təklif Azərbaycandan gəlmişdir. 1992-1993-cü illərdə Azər-
baycanın Xəzər dənizində xarici transmilli şirkətlərlə birgə 
enerji layihələri həyata keçirmək istəyini bəyan edir və dərhal 
da bəzi bölgə ölkələrinin etirazı ilə qarşılanır. Azərbaycanın 
Xəzərlə bağlı  gələcək geoiqtisadi niyyətləri açıqlanar-açıq-
lanmaz Rusiya və  İran buna etiraz etməyə  və öz etirazlarını 
müxtəlif amillərlə əsaslandırmağa cəhd göstərdilər. Onlar özlə-
rinin milli geoiqtisadi və geosiyasi “maraqlarının” pozulması 
bəhanəsi ilə və Azərbaycanı “bu işdən çəkindirmək” məqsədilə 
Xəzərdən istifadə qaydalarına dair müxtəlif  əsassız və ziyanlı 
təkliflər irəli sürməyə başlayırlar. Həmin ziyanlı və perspektiv-
siz təkliflərdən biri və ən mühümü məhz “Xəzərin hüquqi sta-
tusu”, daha doğrusu bu statusa yenidən baxılması məsələsi idi.  
Əslində bu məsələnın “mühümlüyünü” şərtləndirən  əsas 
amil, bütün qüvvəsi ilə Azərbaycanın öz xarici tərəfdaşları ilə 
dənizdə reallaşdırdığı  və  həyata keçirmək istədiyi nəhəng 
enerji layihələrinə mane olmaq, xüsusən də bu işə qoşulmaq 
istəyən ABŞ və Qərb ölkələrinin Xəzər hövzəsinə daxil olma-
sının qarşısını almaq istəyən Rusiya və İranın bəzi dairələrinin 
bu problemi süni şəkildə  şişirtmələri və  təkidlə gündəmə  gə-
tirmələri idi. Xəzərin statusu və onun ətrafında cərəyan edən 
adi və gündəlik məsələlər həmin dairələr tərəfindən  əsassız 
olaraq  bölgənin gələcək geosiyasi taleyi və region ölkələrinin 
fərqli inkişaf meyilləri, fərqli inteqrasiya istiqamətləri ilə əla-
qələndirilərək, beynəlxalq statuslu milli maraq mübarizələri 
hədəfinə çevrilmiş və regional münasibətləri gərginləşdirmişdir
 
ƏL İ  H ƏS ƏNOV  
 
48 
 Xəzərin hüquqi statusuna dair hövzə ölkələrinin müasir 
geosiyasi yanaşmaları və beynəlxalq hüququn tələbləri  
  
Xəzərin statusunun ciddi şəkildə ortaya atılması  və onun 
ətrafında regional və beynəlxalq münaqişə yaratmaq cəhdini 
ilk dəfə 1993-cü ildə Rusiyanın bəzi diplomatik dairələri gös-
tərmişlər. Həmin vaxt Rusiya Xarici İşlər Nazirliyi belə bir 
bəyanat verir ki, Rusiya SSRİ-nin yeganə varisi olduğu üçün, 
İranla bağlanmış 1921 və 1940-cı illər müqaviləsinə uyğun 
olaraq “Xəzər dənizində  həyata keçirilən hər hansı  fəaliyyətə 
görə mütləq şəkildə onun və İranın razılığı alınmalıdır”. Varis-
lik məsələsində ruslar 21 dekabr 1991-ci ildə “MDB-nin yaran-
ması” və “SSRİ-nin öhdəliklərinin yerinə yetirilməsi haqqın-
da” MDB dövlət başçılarının imzaladığı sazişə istinad edir-
dilər. Bu sənəddə o vaxt Rusiya belə bir maddə yerləşdirmişdi 
ki, Rusiya SSRİ-nin yeganə varisdir və onun bütün beynəlxalq 
öhdəliklərinin yerinə yetirilməsini öz üzərinə götürür.  
Azərbaycanın mövqeyi: Rusiyanın bu dövrdəki Xəzərin 
statusu ilə bağlı bütün qeyri-konstruktiv cəhdlərinə ardıcıl və 
davamlı  şəkildə sinə  gərən yeganə ölkə Azərbaycan Respub-
likası olmuşdur. Bu məsələ  ətrafında, ümumiyyətlə,  əsas 
mövqe toqquşması da bu iki ölkə arasında yaşanmışdır. 
 Azərbaycan Rusiyanın bəzi bəlli dairələrini qeyri-kons-
truktiv və imperiya düşüncəli hərəkətlərinə öz konstruktiv tək-
lifləri və beynəlxalq hüquqa söykənən mövqeyi ilə cavab 
verməyə, Xəzər dənizində  həyata keçirdiyi fəaliyyətin istər 
beynəlxalq hüquqa, istərsə  də  Xəzər hövzəsi ölkələrinin söy-
kəndiyi dövlətlərarası hüquqa və praktikaya tam uyğunluğunu 
sübuta yetirməyə çalışırdı. O, israrla sübut edirdi ki, bəzi id-
diaların əksinə olaraq bütün hallalarda - istər Xəzər “qapalı su 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə