Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   16   17   18   19   20   21   22   23   24

onun  müttəfiqləri  müharibə  təqsirkarları  elan  edildilər.  Onlar  vurulan  ziyana  görə 

təzminat ödəməli idilər. 

Paris sülh müqaviləsinin şərtlərinə görə: 

Almaniyanın Elzas və Lotaringiya vilayətləri, Saar kömür hövzəsi Fransanın mülkiyyəti 

elan  olundu.  Fransa  həmçinin  Almaniyanın  Toqo  və  Kamerun  müstəmləkələrinin  bir 

hissəsini, Suriya və Livanı aldı. 

Saar  kömür  mədənləri  15  il  müddətinə  Millətlər  Cəmiyyətinin  nəzarətinə  verildi.  Bu 

müddət bitdikdən sonra onun taleyi yerli əhalinin sorğusu ilə həll olunmalı idi. 

İngitərə  Toqonun  digər  hissəsini  və  Tanqanikanı,  Şərqi  Akrikadakı  alman 

mülklərini, Fələstini, İraqı aldı. 

İtaliya Triyesti aldı, Avstriya ilə sərhəd zolağına yiyələndi. 

Belçika  Eyren  dairəsini  və  Malmedi  aldı,  həmçinin  Ruanda  və  Urundini, 

Almaniyanın Cənub-Qərbi Afrikadakı müstəmləkələrini ələ keçirdi. 

Danimarka Şlezviqin şimal hissəsinə sahib oldu. 

Yaponiya Sakit okeandakı Marşal, Marian və Karolin adalarına sahib oldu. 

Polşa Poznan, Pomeraniya, Qərbi və Şərqi  Prussiya və Sileziyanın  yuxarı hissəsinə 

yiyələndi. Almaniya Poşanın müstəqilliyini tanıyaraq Dansiqdən əl çəkdi. Bu liman 

Millətlər Cəmiyyətinin himayısi altında azad şəhər elan olundu. 

 

43.  Vaşinqton konfransı (1921) 



  İri dövlətlər quruda beynəlxalq münasibətləri tənzimləsələr də, sularda nüfuz dairələri 

uğrunda  mübarizə  gedirdi.  ABŞ  bu  sahədə  xüsusi  fəaliyyət  göstərirdi.  Bu  da  səbəbsiz 

deyildi.  Çünki  ABŞ  dünya  müharibəsindən  qüdrətli  bir  dövlət  kimi  çıxmışdı. 

Avropanın  bir  sıra  dövlətləri  ABŞ-a  11.6  mlrd.  dollar  borclu  idilər.  ABŞ-İngiltərə 

ziddiyyətləri  Çində  və  Latın  Amerikasında  kəskinləşirdi.  Lakin  ABŞ  qarşıdurmadan 

qaçaraq  İngiltərə  ilə  əməkdaşlığa  üstünlük  verirdi.  Yaponiyanın  Uzaq  Şərqdə, 

Fransanın  Avropada  hegemonluğa  can  atması  ingilis-amerikan  diplomatiyasını 

yaxınlaşdırırdı. 

1921-ci  il  noyabrın  12-də  Vaşinqtonda  bu  məsələləri  həll  etmək  üçün  konfrans 

açıldı. Konfransda 14 dövlət iştirak edirdi.  Konfransda müzakirə edilən Çində siyasət, 

silahların məhdudlaşdırılması, sularda nüfuz dairələri məsələsi və digər məsələlər üzrə 

28  saziş,  bəyanat,  qətnamə  qəbul  olundu.  Konfransda  “dördlər”,  “beşlər”  və 

“doqquzlar” müqavilələri imzalandı. 

1921-ci  il  dekabrın  13-də  ABŞ,  Fransa,  İngiltərə  və  Yaponiya  “4  dövlət” 

müqaviləsini  imzaladılar.  Tərəflər  Sakit  okeanda  bir-birilərinin  hüquqlarına  və 

mülklərinə hörmət edəcəklərini bildirdilər. 

1922-ci  il  fevralın  6-da  ABŞ,  İngiltərə,  Yaponiya,  Fransa  və  İtaliya  dəniz 

silahlarının  məhdudlaşdırılması  haqqında  müqavilə  imzaladılar.  Bu  müqavilə  “5 

dövlət” müqaviləsi adlandırıldı. Müqaviləyə görə, hərbi donanmanın ölçüsünün nisbəti 

yuxarıdakı ölkələr üçün müvafiq olaraq 5 : 5 : 3 : 1.75 : 1.75 kimi müəyyənləşdirildi. Bu 

saziş Sakit okeanda dəniz qüvvələrinin yenidən bölüşdürülməsi məsələsini həll etdi. 

Vaşinqton konfransı Çin məsələsinə xüsusi diqqət yetirirdi. Məlum olduğu kimi, 

Çin  Versal  müqaviləsini  imzalamamışdı.  Çin  hökuməti  ərazisində  olan  alman 

mülklərinin  özünə  deyil,  Yaponiyaya  verilməsindən  narazılıq  edirdi.  Konfransda  Çin 




nümayəndə heyəti həmin ərazilərin qaytarılmasını tələb etdi. ABŞ Çini müdafiə etməli 

oldu. Nəticədə Yaponiya Sindaodan və Şandun əyalətlərini Çinə qaytardı. 

1922-ci  il  fevralın  6-da  Vaşinqton  konfransının  iştirakçıları  Çində  siyasət 

haqqında  müqavilə  imzaladılar.  Bu  müqavilə  “9  dövlət”  müqaviləsi  adını  aldı. 

Müqaviləyə  görə,  dövlətlər  Çinin  suverenliyinə  hörmət  etmək,  açıq  qapılar  və  bütün 

dövlətlərin ticarəti və sənayesi üçün bərabər imkanlar prinsipinə hörmət etmək barədə 

öhdəlik götürdülər. 

Beləliklə, Vaşinqton konfransı sularda beynəlxalq məsələləri həll etməklə Versal 

sülh  müqaviləsini  tamamladı.  Vaşinqton  konfransı  beynəlxalq  məsələlərdə  ABŞ-ın 

rolunun sürətlə artmağa başladığını göstərdi. 

                                 

mülkiyyətin  qaytarılması  tələbi  və  Rusiyanın  iddiaları  konfransın  işini  pozdu. 

Razılıq qəbul olunmadı. 

 

44. Lozanna konfransı və boğazlar məsələsi 



   Milli azadlıq mübarizəsinin gedişində qələbə qazanan türklər Qara dəniz boğazlarına 

dair konfrans çağırılmasını tələb etdilər. 1922-ci il noyabrın 20-dən 1923-cü il iyulun 24-

dək  İsveçrənin  Lozanna  şəhərində  konfrans  keçirildi.  Konfransda  İngiltərəni  Lord 

Kerzon


,  Fransanı  Puankare,  İtaliyanı  Mussolini  təmsil  edirdi.  Bundan  başqa  konfransda 

Yaponiya,  Türkiyə,  Yunanıstan,  Yuqoslaviya,  Bolqarıstan,  Rumıniya  və  müşahidəçi 

rolunda ABŞ iştirak edirdi. 

Konfransda  müzakirə  olunan  əsas  məsələlərdən  biri  Türkiyə  məsələsi  idi.  Bu 

dövrdə mühüm hadisələr Türkiyə ətrafında cərəyan edirdi. İsmət İnönü başda olmaqla 

türk nümayəndə heyəti 1913-cü il Türkiyə sərhədlərinin bərpa edilməsini tələb edirdi. 

Konfransda Mosul məsələsi də geniş müzakirə obyektinə çevrildi. Əbdülhəmidin 

varisləri  öz  mülkləri  olan  Mosulu  ABŞ-a  konsessiyaya  vermişdilər.  İngiltərə  isə  bu 

əraziyə öz iddialarını irəli sürürdü. O, Mosula ya özü sahib olmaq, ya da onu Millətlər 

Cəmiyyətinin  müzakirəsinə  verməyə  çalışırdı.  ABŞ  isə  Mosulu  “açıq  qapılar”  prinsipi 

ilə həll etməyi təklif etdi. 

Konfransda  müzakirə  olunan  əsas  məsələ  boğazlar  məsələsi  idi.  Türkiyə  bütün 

ərazilərində  işğal  rejiminin  ləğv  olunmasını  tələb  edirdi.  1923-cü  ildə  Lord  Kerzon 

İngiltərə,  Fransa  və  İtaliya  adından  boğazlar  məsələsinə  dair  saziş  layihəsini  türk 

nümayəndə heyətinə təqdim etdi. Türklər də öz növbəsində şərtlər irəli sürdülər: 

Türkiyənin suverenliyi təmin olunsun; 

Sevr müqaviləsi və işğal rejimi ləğv edilsin; 

Türkiyənin əsas əraziləri özünə qaytarılsın. 

Türkiyə ona verilən şərtləri qəbul etmədiyindən konfransı işi pozuldu. 

Konfransdan sonra İtaliya və Fransa Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq xətti 

götürdülər.  1923-cü  il  aprelin  9-da  Lozanna  konfransı  yenidən  işə  başladı.  Yunanlar 

türklərdən, türklər isə müttəfiq dövlətlərdən təzminat tələb etməyə başladılar. İngiltərə 

belə  kəskin  vəziyyəti  görüb  kompromis  təklif  etdi:  Türkiyə  təzminatdan  imtina  edir, 

əvəzində Qarağac ərazisini alırdı. Türklər güzəştə getdiklərini bildirdilər. 

Müzakirələrdən  sonra  1923-cü  ilin  iyulun  24-də  Lozanna  protokolu  imzalandı. 

Protokola görə: 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə