Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   16   17   18   19   20   21   22   23   24

XX  əsrin  əvvəllərində  ABŞ-ın  nüfuzu  Karib  dənizi  hövzəsi  ölkələrində 

genişləndi.  ABŞ  hökuməti  bu  ölkələrin  iqtisadi,  siyasi  və  hərbi  inkişafı  üçün  onlara 

kreditlər ayırdı. ABŞ-ın bu siyasəti “dollar diplomatiyası” adını aldı. 

XX  ərin  əvvəllərində  maliyyə  və  diplomatik  yardımlar  hesabına  Yaponiyanın 

Uzaq  Şərqdə  fəallığı  artdı.  1904-cü  ildə  Yaponiya  Rusiya  ilə  müharibəyə  başladı. 

Müharibədə  rus  hərbi-dəniz  donanması  darmadağın  edildi  və  Rusiya  acınacaqlı 

məğlubiyyətə 

uğradı. 


Rusiyanın 

məğlubiyyətinin 

əsas 

səbəbləri 



çarizmin 

çürüklüyündə, iqtisadi, siyasi, hərbi, diplomatik və mənəvi cəhətdən müharibəyə hazır 

olmamasında  idi.  Rusiya  1905-ci  ildə  ABŞ-ın  Portsmut  şəhərində  Yaponiya  ilə  sülh 

müqaviləsi  imzalamağa  məcbur  oldu.  Müqavilənin  şərtlərinə  görə,  Rusiya  Lyaodun 

yarımadasını,  Port-Arturu,  Cənubi  Mancuriya  dəmiryolunu,  onunla  birlikdə  bütün 

Cənubi  Mancuriyanı,  Saxalin  adasının  cənub  hissəsini  Yaponiyaya  verdi  və  Koreyada 

Yaponiyanın üstün nüfuzunu qəbul etdi. Beləliklə, Uzaq Şərqdə Rusiyanın nüfuzu xeyli 

aşağı düşdü. 

XX  əsrin  əvvəllərində  beynəlxalq  münasibətlərdə  mühüm  yer  tutan 

məsələlərdən biri də Mərakeş böhranıdır. Afrikanın bölüşdürülməsi nəticəsində Fransa 

Mərakeşin  qərb  hissələrinə  sahib  oldu.  Fransa-İtaliya  danışıqları  nəticəsində 

Cəbəllütariq  boğazı  İspaniyaya,  Mərakeşin  qalan  hissəsi  isə  Fransaya  verilməli  idi. 

Almaniya Mərakeşin  müstəqilliyini qorumaq adı  ilə 1905-ci  il martın 31-də Mərakeşin 

Tancer limanına gəmilərini göndərdi, II Vilhelm Mərakeşin müstəqil olduğunu bildirdi. 

Mərakeş  məsələsinə  dair  beynəlxalq  konfrans  1906-cı  ilin  əvvəllərində  İspaniyanın 

Alxesiras  (Əl-xəsiras)  şəhərində  keçirildi.  Konfransda  Almaniyanın  iddiaları  rədd 

olundu.  Mərakeşin  polis  orqanlarının  yaradılması  Fransa  və  İspaniyaya  tapşırıldı. 

Mərakeş  boğazlarına  nəzarət  Fransa,  İngiltərə,  Almaniya  və  İspaniyanın  təsiri  altına 

düşdü. Lakin Almaniya bu nəticələrdən razı qalmadı. 

 

41. I Dünya müharibəsinin siyasi nəticələri



 

1918-ci il noyabrın 11-də Kompeyn barışığının imzalanması ilə 34 ölkənin iştirak 

etdiyi Birinci Dünya Müharibəsi başa çatdı. Bu müharibədə 10 mln. nəfər öldürüldü, 

20 mln. nəfər yaralandı. Müharibə külli miqdarda xərclərə səbəb oldu. 

Müharibə  nəticəsində  dünyanın  siyasi  xəritəsində  ciddi  dəyişikliklər  baş  verdi. 

Avstriya-Macarıstan, Osmanlı, Rusiya imperiyaları dağıdıldı və yeni müstəqil dövlətlər 

meydana gəldi. 

Müharibə  bütün  dövlətlərin  iqtisadiyyatına  dərin  təsir  göstərdi,  onların  iqtisadi 

və  siyasi  cəhətdən  qeyri-bərabər  inkişafını  sürətləndirdi.  Müharibə  bir  sıra  ölkələrin 

iqtisadiyyatını  dağıdaraq  10  illərlə  geri  saldı,  digər  ölkələrin  isə  yüksək  inkişafına  və 

varlanmasına şərait yaratdı. 

Sənayecə inkişaf etmiş bütün dövlətlər fəal hərbi əməliyyatlarda iştirak edirdilər. 

Əmək  qabiliyyətli  əhali  iqtisadiyyatın  müxtəlif  sahələrində  çalışırdı.  Avropa  və  Yaxın 

Şərq  ölkələrinin  əksəriyyətinin  xalqlarının  əməyi  məhv  edildi.  Müharibə  bütün 

döyüşən dövlətlərin iqtisadiyyatına böyük maddi ziyan vurdu. Müharibə nəticəsində 2 

dövlət – ABŞ və Yaponiya varlandı. 1914-cü ilə qədər dünya bankirləri hesab olunan və 

maliyyə  zəncirini  öz  əllərində  saxlayan  İngiltərə,  Fransa  və  Almaniya  müharibə 

illərində xarici kapitallarının xeyli hissəsini itirdilər. 




Müharibə  başlanana  qədər  Avropa  dövlətlərinə  borclu  olan  ABŞ  müharibənin 

gedişində  İngiltərə,  Fransa,  İtaliya  və  digər  Avropa  dövlətlərinə  külli  miqdarda  borc 

verərək dünyanın maliyyə mərkəzinə çevrildi. 

Dünya 


müharibəsi 

müstəmləkə 

və 

yarımmüstəmləkə 



dövlətlərinin 

iqtisadiyyatında  mühüm  dəyişikliklər  etdi.  Müharibə  ehtiyaclarının  ödənilməsinə 

xidmət  edən  Avropa  dövlətlərinin  müstəmləkələrə  və  yarımmüstəmləkələrə  sənaye 

malları ixrac etməsi xeyli azaldı. Bunun əvəzində metropoliyalar öz hərbi qüdrətlərinin 

artırılması  üçün  müstəmləkə  və  yarımmüstəmləkələrdə  emal  və  yüngül  sənaye 

sahələrinin qurulmasına şərait yaratdılar. Fabrik və zavodların tikilməsi müstəmləkə və 

yarımmüstəmləkələrdə  kapitalizmin  inkişafına  təkan  verdi.  Bu  ərazilərdə  millətin 

formalaşması prosesi bir sıra yerlərdə milli-azadlıq hərəkatı başlandı. 

 

 

42. Paris sülh konfransı (1919) və onun qərarları 



 

Antanta  dövlətləri  qələbə  çaldıqdan  sonra  müharibədən  sonrakı  dünyanın 

taleyini müəyyənləşdirmək məqsədilə sülh konfransı çağırmaq qərarına gəldilər. Uzun 

diplomatik  mübahisələrdən  sonra  konfransın  Parisdə  çağırılması  barədə  razılıq  əldə 

edildi. 

Almaniya  və  digər  məğlub  dövlətlərlə  sülh  müqaviləsinin  hazırlanması  üçün 

1919-cu  il  yanvarın  18-də  Parisdə  Versal  sarayında  sülh  konfransı  açıldı.  27  dövlətin 

iştirak  etdiyi  konfrans  Fransanın  baş  naziri  Klemanso,  Böyük  Britaniyanın  baş  naziri 

Lloyd Corc

 və ABŞ prezidenti Vudro Vilson tərəfindən idarə olunurdu. 

Rəsmi nümayəndə heyətləri 4 kateqoriyaya bölünmüşdü: 

1.

  Döyüşən və qalib gələn iri dövlətlər: ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya. 

Bu dövlətlər konfransın bütün iclaslarında və komissiyalarda iştirak edirdilər. Onlar 

ümumi xarakterli maraqlara malik idilər. 

2.

  “Müəyyən  xarakterli  maraqları  olan”  döyüşən  dövlətlər:  Belçika,  Braziliya,  Böyük 

Britaniya  dominianları,  Hindistan,  Rumıniya,  Portuqaliya,  Serbiya,  Çexoslovakiya, 

Yunanıstan  və  s.  Bu  dövlətlər  yalnız  onlara  aid  olan  məsələlər  müzakirə  edilən 

iclaslarda iştirak etmək hüququna malik idilər. 

3.

  Almaniya  ilə  diplomatik  əlaqələri  kəsmək  vəziyyətində  olan  dövlətlər:  Peru,  Boliviya, 

Ekvador və Uruqvay. Onlar da özlərinə aid məsələlər müzakirə ediləcəyi iclaslarda 

iştirak edə bilərdilər. 

4.

  Bitərəf  dövlətlər  və  yeni  yaranmış  dövlətlər:  Onlar  ölkələrinə  aid  məsələ  müzakirə 

ediləndə ya yazılı, ya da şifahi çıxış edə bilərdilər. 

Paris  sülh  konfransının  başlıca  məqsədi  Almaniya  və  onun  müttəfiqləri  ilə  sülh 

müqaviləsi  bağlamaq  idi.  Konfransda  qalib  dövlətlər  arasında  dünyanı  bölmək 

uğrunda ziddiyyətlər üzə çıxırdı. ABŞ dünya ağalığına, mənəvi rəhbərliyə can atırdı. O, 

Almaniya  və  Türkiyədən  alınmış  ərazilərin  yaradılması  nəzərdə  tutulan  Millətlər 

Cəmiyyətinin nəzarəti altına verilməsini tələb edirdi. ABŞ Millətlər Cəmiyyətini özünə 

tabe etməyə ümid bəsləyirdi. 

  

1919-cu  il  iyunun  28-də  Sarayevo  qətlinin  il  dönümündə  Parisdə  Versal 



sarayında  Almaniya  ilə  sülh  müqaviləsi  imzalandı.  Müqaviləyə  görə,  Almaniya  və 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə