Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

Сечилмиш ясярляри
  
 
 
67
 
BİR GECƏLİK VAĞZAL ÖMRÜ 
 
Gözləmə zalının sükutu sarı, 
Yuxu kirpikləri sancaqlayıbdır. 
Uzanıb torpağın polad qolları 
Mürgülü vağzalı qucaqlayıbdır. 
 
Kilidsiz kirpikdə yarımçıq mürgü, 
Səfərlər cürbəcür, qatarlar növ-növ. 
Bu yollar səfərdən səfərə körpü, 
Bu vağzal dünyaya qovuşan bir ev. 
 
Vağzal gözətçisi hamıdan oyaq, 
Elə bil qor düşüb duyğularına. 
Gəzişir səbirsiz sərnişin sayaq 
«Sərnişin» olmadan yuxularına. 
 
Ulduzlar o qədər adiləşib ki, 
Əl atsan qırılıb ovcuna düşər. 
Qaranlıq o qədər qatılaşıb ki, 
Bələdçi özü də nabələdləşər. 
 
Bir azdan qatarın həyəcan səsi 
Vağzalı vaqona boşaldacaqdır. 
Mrgülü gözlərin yuxu həvəsi 
Gecəni kupedə yaşadacaqdır. 
 
1979 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
68
 
ANA, AY ANA 
 
Ana, ay ana, 
Urvalı əllərinlə 
Çörək vermisən mənə, 
Çörəyim çörəyindir. 
Ürək vermisən mənə — 
Ürəyim ürəyindir. 
 
Ana, ay ana, 
Beşiyimin başında 
Dil açan laylam mənim, 
Gözlərimin içində 
Yaşayan dünyam mənim. 
 
Ana, ay ana, 
Mənə çörək vermisən, 
Mənə ürək vermisən, 
Mənə layla olmusan, 
Mənə dünya olmusan, 
Sənə oğul olaydım… 
 
1979 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
69
 
BU DÜNYADA 
 
Qəlpə dəymiş ağrılar var, 
Qara donlu qarılar var, 
Qara günlü qaralar var 
bu dünyada. 
 
İlan yeyən kirpilər var, 
«Adamyeyən» körpülər var, 
Silahlar var, körpələr var 
bu dünyada. 
 
Fil dişindən saraylar var, 
Saray yıxan alaylar var
Külə dönmüş haraylar var 
bu dünyada. 
 
Qapılar var çox bağlanıb, 
Ömürlər var torpaqlanıb, 
Arzular var yarpaqlanıb 
bu dünyada. 
 
Öldürülmüş ölkələr var, 
Ümmanyumaz ləkələr var, 
İşıqlar var, kölgələr var 
bu dünyada. 
 
1980 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
70
 
BEŞ OĞUL ATASI MƏHƏMMƏD KİŞİ 
 
Tənha otağında açır səhəri, 
Kimsəsiz evindən baxır günəşə. 
Könlündən keçəni illərdən bəri 
Bilmir kimə deyə, kimə gənəşə 
Beş oğul atası Məhəmməd kişi. 
 
Utanır çıxmağa kəndə-kəsəyə
Nə qədər xeyir-şər onsuz olubdur. 
O gün ki, oğlanlar çatıb ərsəyə 
Övladsız olubdur, sonsuz olubdur 
Beş oğul atası Məhəmməd kişi. 
 
Düşünüb bağ sala, bağça bitirə, 
Bar-bəhər yağdıra ata yurduna. 
Düşünüb toy edə, gəlin gətirə, 
Bəlkə bir şirinlik  qata yurduna 
Beş oğul atası Məhəmməd kişi. 
 
Beş oğul beş yerə şaxələnibdir 
Ata ürəyinin damarlarıtək. 
Dumanlı gözünə şeh ələnibdir, 
Ağlayıb evinin divarlarıtək 
Beş oğul atası Məhəmməd kişi. 
 
Düşünür döyüşdə keçən illəri, 
Nəfəsi boğucu hava görübdür. 
Ütülüb sifəti, yanıb əlləri, 
Beş il davam edən dava görübdür 
Beş oğul atası Məhəmməd kişi. 


Сечилмиш ясярляри
  
 
 
71
Canında beş qəlpə gəlsə də, hərdən 
Beş oğul veribdir təskinliyini. 
Bəs indi nə oldu, nə oldu birdən
Necə izah etsin miskinliyini 
Beş oğul atası Məhəmməd kişi. 
 
…Beş oğul baş alıb köçüb şəhərə, 
Köçəri olublar ağıl dərdindən… 
Bir dərddən saralıb dünyada hərə, 
Saralıb, solubdur oğul dərdindən 
Beş oğul atası Məhəmməd kişi. 
 
Yaşgörməz gözləri dolandan bəri 
Özü də mat qalıb öz kimliyinə. 
Beş bala beş bəla olandan bəri 
İnanır dünyanın beş günlüyünə 
Beş oğul atası Məhəmməd kişi. 
1980 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
72
 
DAĞDA DƏYİRMAN DAŞI 
 
Bu daş buğda üyüdərmiş bir zaman, 
İndi özü selavarda üyünür. 
Daş üstündə buğda bitib, ay aman, 
Daş köksündə sünbül nəbzi döyünür!.. 
 
Ötən illər damarına axıb çay, 
Dəyirmanın daş ürəyi döyünüb, 
Zəmilərin şirəsini sıxıb çay, 
Arpa dəni, buğda dəni üyünüb, 
Obaların dərdi, qəmi üyünüb. 
 
Çiçək qarı beçəsinin balıyla 
Qonşusunun ağ atını alıbdır. 
Nənəm Nabat «Nobatalan yolu»yla 
Hamısının nobatını alıbdır. 
 
Gümüş pərlər gümüş suyu geyinib, 
Taxta çaxçax deyindikcə deyinib, 
Aşıb-daşıb dəyirmanın unluğu, 
Sarı buğda üyündükcə üyünüb… 
 
…Bu daş gəlib hara çıxıb gör indi
Səsi batıb, suyu çoxdan sovulub, 
Baxdım ona, necə yazıq göründü; 
Elə bil ki, qədimləşib dəyirman, 
Dövrümüzdən, əsrimizdən qovulub… 
 
1979 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
73
 
ELƏ HEY YAZIRSAN 
 
Elə hey yazırsan: «Qardır, sazaqdır, 
Əynini qalın et, özünü gözlə, 
Baş çəkə bilmirəm, yolun uzaqdır». 
Əzizlə, ay ana, məni əzizlə… 
 
Əzizlə, saçımı yolmasın külək, 
Dilim buz bağlasa mehrin əridər. 
Məni qalın palto, ən isti köynək 
İsitməz nəfəsin isidən qədər. 
 
 
1973 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə